SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı...

40
OUR HEART BEATS FOR YOUR ENGINE. MÜHƏRRİK KOMPONENTLƏRİ DIQQƏT MƏRKƏZINDƏ SPOT LIGHT

Transcript of SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı...

Page 1: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

OUR HEART BEATS FOR YOUR ENGINE.

MÜHƏRRİK KOMPONENTLƏRİ DIQQƏT MƏRKƏZINDƏ

SPOTLIGHT

Page 2: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Gebr. Pierburg ASC-nin ilk Solex-karbüratoru Hanomag P 2/10 modelinin mühərrikində tətbiq olunmuşdur

Pierburg, çirkləndirici emissiyaları azaltmaq üçün Neussda Avropanın ən müasir araşdırma və təkmilləşdirmə mərkəzini inşa edir

Pierburgun ilk tullantı qazı sirkulyasiyası klapanının (TQR) təkmilləşdirilməsi

Pierburgun yağ və su nasoslarının istehsalına başlaması

Bernhard Pierburg polad tökmə zavodu Gebr. Pierburg ASC-nin əsasını Berlində qoymuşdur

1909 1928 1969 1970 1989TARİXÇƏ

Page 3: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

2 | 3MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

Pierburg və Kolbenschmidt-in ehtiyat hissələri istehsalatının birləşməsi

Joint Venture Çində SAIC/Hasco, PHP ilə birgə müəssisə

İspaniyada istehsal olunmuş 75 milyon TQR-Klapanı

İstehsalat rekorduXartada 35 milyon su sirkulyasiyası klapanı istehsalı

Niederrhein/Neuss zavodunun açılışı

KSPG Avtomativ Rheinmetall Avtomativə çevrilir

Kolbenschmidt və Pierburg şirkətləri, Rheinmetall Group şirkətinin avtomobil bölməsi Kolbenschmidt Pierburg AG-də birləşir

1998 2000 2012 2014 2016

MOTORSERVICE QRUPUBIR MƏNBƏDƏN OLAN KEYFIYYƏT VƏ XIDMƏT

Motorservice Qrupu, Rheinmetall Automotive-in dünya miqyasında satış sonrası fəaliyyəti üçün olan satış təşkilatıdır. Bu, hissələrin əvəz edilməsi bazarı üçün mühərrik komponentlərinin aparıcı təchizatçısıdır. Kolbenschmidt, Pierburg, TRW Engine Components kimi premium markaları, eləcə də BF markası ilə, Motorservice müştərilərinə bir mənbədən olan keyfiyyətli məhsulda geniş və dərin çeşidləməni təklif edir. Pərakəndə və emalatxanalar üçün problem həlli kimi o geniş xidmət paketinə də malikdir. Motorservice müştəriləri əsas beynəlxalq avtomobil təchizatçılarının konsen-trat texniki istehsalat sirrlərindən faydalanır.

RHEINMETALL AUTOMOTIVEBEYNƏLXALQ AVTOMOBIL SƏNAYESININ TANINMIŞ TƏCHIZATÇISI

Rheinmetall Automotive texnologiya qrupu Rheinmetall Group-un mobillik hissəsi-dir. Rheinmetall Automotive premium markalar olan Kolbenschmidt, Pierburg və Motorservice ilə havalandırma, çirkləndirici emissiyaların azaldılması və nasos sahələrində, eləcə də porşenlərin, mühərrik bloklarının və valların hazırlanması, istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı, etibarlılıq,keyfiyyət və təhlükəsizlik Rheinmetall Automotive-in innovasiyalarının arxasındakı əsas təsiredici faktorlardır.

Page 4: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Redaksiya:Motorservice, Texniki bazar dəstəyi

Planlama və istehsalat:Motorservice, MarketinqDIE NECKARPRINZEN GmbH, Heilbronn

Yenidən çap, çoxaltma və tərcümələr, hətta qismən olsa belə yalnız bizim əvvəlki yazılı razılığımız və mənbəyimizin təsdiqi ilə mümkündür.

Dəyişikliklər və şəkil yansımaları qorunur.Məsuliyyət istisna olunur.

Nəşriyyatçı:© MS Motorservice International GmbH

SPOTLIGHTBIZIM MƏHSULLAR MÜHƏRRIKDƏ

Motorservice məhsulları diqqətlə sınaqdan keçirilmiş keyfiyyəti və yüksək etibarlılığı təmin edir. Geniş məhsul çeşidi sayəsində, mühərriklərin təmiri üçün zamanında və səmərəli həll yolları təqdim edirik.

Page 5: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

4 | 5MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

MÜNDƏRICAT

SILINDR GILZALARI 6

PORŞEN 8

PORŞEN HALQASI 10

YAĞ TƏCHIZATI 12

KLAPANLAR VƏ AKSESUARLAR 14

FILTER 16

NAZIM ÇARX 18

SILINDR BAŞLIQLARI 20

MÜHƏRRIKIN SOYUDULMASI 22

PAYLAYICI VALLAR 24

DIRSƏKLI VALLAR 26

PODŞIPNIK 28

SÜRGÜ QOLU 30

MÜHƏRRIK BLOKU 32

İŞ ALƏTLƏRI VƏ YOXLAMA AVADANLIQLARI 34

Page 6: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Geniş məhsul çeşidimizə yaş və quru silindr gilzaları və yivli silindrlər və kompressorlar üçün silindirlər daxildir. Yaş silindr gilzaları üçün təmin olunan kipləşdirici halqa dəsti çatdırılma dəstinə daxildir.

SİLİNDR GİLZALARIMİNLƏRLƏ KİLOMETR MƏSAFƏ ÜÇÜN UZUNÖMÜRLÜLÜK

MƏHSUL ÇEŞIDI

• Yaş silindr gilzaları• Quru silindr gilzaları• Yivli silindr• Böyük ölçülü gilzalar• Silindr gilza qəlibləri

Page 7: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

6 | 7

C

L

D

d

C

H

A

MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

QURU SİLİNDR GİLZALARI

Mühərrik blokunun materialı triboloji tələblərə cavab vermədiyi yerlərdə, sərnişin avtomobilində və kiçik ticari nəqliyyat vasitə mühərriklərində quru silindr gilzaları istifadə olunur.

Quru silindr gilzaları yalnız bir neçə millimetr qalınlığındadır və birbaşa mühərrik silindrinə (Pressfit) presslənir və ya yerləşdirilir (Slipfit).

YAŞ SİLİNDR GİLZALARI

Yaş silindr gilzaları əsasən ticari nəqliyyat vasitlərində və böyük sənaye mühərriklərində istifadə olunur. Onlar mühərrik blokuna kipləşdirici halqalar vasitəsi ilə yerləşdirilir, divar qalınlığı 7–15 mm intervalındadır və mühərrikin soyuducusu ilə birbaşa əhatə olunur.

Kipləşdirici və Tombak halqaları silindr gilzalarının çatdırılma dəstinə daxildir.

YİVLİ SİLİNDRLƏR

Yivli silindrlər əsasən hava ilə soyudulan mühərrik sistemlərində soyuducu sirkulyasiya olmadan istifadə edilir. Yivli silindr motor blokunda yerləşir və sürüş zamanı yaranan hava axını ilə soyudulur.

BÖYÜK ÖLÇÜLÜ GİLZALAR

Böyük ölçülü gilzalar sərnişin avtomobili və ticari nəqliyyat vasitəsi mühərrikləri üçün geniş diapazonlu təmir variantları təmin edir.

Böyük ölçülü gilzalar yaxa diametri (C), yaxa hündürlüyü (H) və/və ya xarici diametr (A) olaraq fərqlənirlər.

SİLİNDR GİLZA QƏLİBLƏRİ

Lamelyar, boz çuqundan olan qəliblər və ALUSIL® məhsul çeşidi diapozonunu genişləndirir. Beləliklə, xüsusi ölçülü silindr gilzaları mühərrik təmiri mütəxəssisinin tələbi əsasında istehsal oluna bilər.

Motorservice, 2000-dən çox mühərrik və nəqliyyat vasitəsində istifadə üçün 400-dən çox silindr gilzası olan geniş məhsul çeşidinə malikdir.

Page 8: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Motorservice porşenləri həmişə komplekt şəklində, porşen halqaları, porşen ştiftləri və əlaqədar olarq ştift qoruyucuları ilə birgə təmin edir. Mütəxəssislər tərəfindən mükəmməl şəkildə əlaqələndirilmiş bu komponentlər sifarişinizi asanlaşdırır.

PORŞENƏN MÜASİR TƏLƏBLƏR ƏSASINDA TƏKMİLLƏŞDİRİLİR VƏ İSTEHSAL OLUNUR

MƏHSUL ÇEŞIDI

• Alüminum porşenlər• İnteqral porşenlər• Polad porşenlər• Kompressor porşenləri

Page 9: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

8 | 9MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

KOMPRESSOR PORŞENLƏRİ

Bu alüminium porşenlər ticari nəqliyyat vasitəsi sektorunda sıxılmış hava yaradılması üçün porşenli kompressor-larda istifadə olunur. Yanma olmadığına görə, mühərrik porşenləri ilə müqayisədə daha az termal olaraq yüklənirlər.

POLAD PORŞEN (MONOBLOK)

Polad porşenlər yüksək yüklənməyə və temperatura davamlı poladdan hazırlanır. Hətta maksimum temperaturlarda yüksək alışma təzyiqlərinə tab gətirir, buna görə də ticari nəqliyyat vasitələrində və sərnişin avtomobillərinin dizel mühərriklərində maksimum işləmə vaxtı və yüksək etibarlılığı təmin etmək üçün istifadə olunur.Müxtəlif Amerika və Avropa mühərrik istehsalçıları ilə birlikdə, Kolbenschmidt son illərdə ticari nəqliyyat vasitələri və sərnişin avtomobilləri üçün nəzərdə tutulan polad porşenlərini uğurla təkmilləşdirmişdir.

İNTEQRAL PORŞENLƏR

İnteqral porşenlər alüminium porşenlərin maksimal yüklənmə həddinə çatdıqları zaman ticari nəqliyyat vasitələrinin dizel mühərriklərində istifadə olunur. Onlar polad üst hissədən və alüminium porşen valından ibarətdir. Hər iki hissə bir birinə sürgülü olaraq porşen ştifti ilə bağlanır. Alüminium porşen ilə müqayisədə inteqral porşenin polad üst hissəsi yüksək gücü ilə xarakterizə olunur. Bu, onları yüksək təzyiqə və temperatura daha davamlı edir.

ALÜMİNİUM PORŞENLƏR

Alüminium porşenlər yüngüldür və mükəmməl istilik ötürmə xüsusiyyətlərinə malikdir. Tətbiqdən asılı olaraq, onların müəyyən istilik genişlənməsi üçün çuqun dəstəkləyici halqa, polad elementlər və alüminium oksiddən hazırlanmış keramik dəmir-lifi kimi tökmə möhkəmləndirici komponentləri var.

İstər aşınma müqavimətinin və yararlılıq müddətinin yaxşılaşdırılması üçün LofriKS®, NanofriKS®, qrafit örtükləri, istərsə də xüsusi porşen ştift dəlikləri (Hi-SpeKS®) kimi xüsusi örtüklər istifadə olsun, Kolbenschmidt porşen texnologiyasının ən aparıcı təchizatçısıdır.

Page 10: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Kolbenschmidt porşen halqaları səmərəli sürtünmə əmsalları, uzunömürlülük və aşağı yağ istehlakı ilə xarakterizə olunur. Dəyişdirilə bilən porşen halqaları optimal nəticələrlə davamlı təmiri təmin edir.

PORŞEN HALQASIEFFEKTİV MÜHƏRRİKLƏR ÜÇÜN ƏN AZ SÜRTÜNMƏ

MƏHSUL ÇEŞIDI

• Xrom əməliyyat səthli porşen halqası• Molibden örtüklü porşen halqası• Xrom-keramika və ya almaz örtüklü

porşen halqası

Page 11: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

10 | 11MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

PORŞEN HALQASI

Ümumilikdə kipləşdirici halqa və yağ xaric edən halqa olaraq fərqləndirilir. Halqaların hər iki növü yanma kamerasında və mühərrik blokunda bir-birinin kipləşdirilməsi kimi əsas vəzifə daşıyır.

Priorotet vəzifələr:• Yanma qazlarının izolyasiya olunması• İstilik yayılması• Yağın yönləndirilməsi və paylanması

Kütləvi və qaz qüvvəsi, eləcə də yüksək temperatur şərtləri porşen halqlarına yüksək texniki tələblər qoyurlar. Müvafiq mühərrikdə yalnız dəqiq uyğunlaşma yolu ilə optimal xidmət müddəti və emissiya qaydalarına riayət edilir.

MOLİBDEN ÖRTÜK

Molibden örtüklü porşen halqaları fövqəladə işləmə zamanı ən yüksək temperatur müqaviməti göstərirlər.

XROM ÖRTÜKLÜ

Xrom örtüklü porşen halqasının əməliyyat səthi sürüşən komponentlərdə aşınmanı azaldır və xidmət müddətini artırır.

XROM-KERAMİK VƏ ALMAZ ÖRTÜKLÜ

Bu örtüklər sərt materialların - keramika və ya mikro almazın-yerləşdiyi qatlı xrom quruluşuna malikdir.

Motorservice 8000-dən çox tətbiqetmə üçün 1100-dən çox müxtəlif halqa dəsti ilə ehtiyaclara əsaslanan və geniş məhsul çeşidi təmin edir.

Page 12: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Rheinmetall Automotive, avtomobil və ticari nəqliyyat vasitəsi sənayesində tanınmış mühərrik istehsalçıları üçün yağ nasosları üzrə çox sayda patentə malik OE keyfiyyətli təchizatçıdır, və hər il dünyada iki milyon diapazonunda yağ nasosu istehsal edir. Bu istehsalat bilgisi əsasında, Motorservice Kolbenschmidt, Pierburg və BF kimi tanınmış markalara 3.000-dən çox mühərrik hissələrindən ibarət geniş məhsul çeşidi təklif edir. Məhsullarımızdan düzgün bir Qiymət-Performans nisbəti ilə faydalanın.

YAĞ TƏCHIZATIMİNLƏRLƏ KİLOMETR MƏSAFƏ ÜÇÜN UZUNÖMÜRLÜLÜK

MƏHSUL ÇEŞIDI

• Yağ nasosları (tənzimlənməyən, dəyişkən və hava və buxar nasosları, sərnişin avtomobilləri və ticari nəqliyyat vasitələri üçün)

• Yağ filteri (Kolbenschmidt)

Page 13: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

12 | 13MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

HAVƏ VƏ BUXAR NASOSUVAKUUM/YAĞ

Hava və buxar nasoslarında müxtəlif mühitlər üçün olan qidalandırma nasosları bir ox üzrə birləşdirilir. Tək çarxlı vakuum nasosu əyləc gücləndiricisi üçün vakuum yaradaran zaman, birləşdirilmiş yağ nasosu ya əsas yağ nasosunun vəzifəsini yerinə yetirir və ya yağ sorma nasosu kimi silindr qapağındakı artıq yağı sorur.

TƏNZIMLƏNMƏYƏN YAĞ NASOSLARI

Yağ nasosları mühərrik komponentlərinin kifayət qədər miqdarda sürtkü yağı ilə təchiz olunmasını təmin edir. Kifayət qədər soyutma və yağlama üçün, yağ tam həcmində mühərrikdən dəqiqədə 4 dəfədən 6 dəfəyə qədər çəkilməlidir.

Bundan əlavə, yağ nasosu, soyuq işə salınmadan sonra ən qısa müddətdə yağlama nöqtələrini təzə yağ ilə təchiz etmək və aşağı sürətdə belə axın həcmini kifayət qədər təmin edəcək formada dizayn olunmalıdır.

DƏYIŞƏN YAĞ NASOSLARI

Pierburg CO2 tullantı qazlarını azaltmaq üçün dəyişən yağ nasoslarını təkmilləşdirmişdir. Hidravlik klapan aralığı, paylayıcı val balansı, val soyutması və digər bu kimi qismən yeni təkmilləşdirilmiş yağ hidravlikası öhdəlikləri sayəsində müasir mühərriklər xüsusilə aşağı sürətdə nisbətən böyük yağ həcmlərinin təchizatını tələb edir.

Mühərrik istiliyi, sürəti və yük vəziyyətindən asılı olaraq, dəyişən yağ nasoslarının daşınma həddi istənilən yağ həcminə uyğunlaşdırıla bilir. Onlar yağın lazımi miqdarda təchiz edilməsinə və beləliklə də yanacaq sərfiyyatına qənaət etməyə kömək edirlər.

Dizayn və tətbiq zamanı yağ nasosunun keyfiyyəti mühərrikin ömrünü əhəmiyyətli dərəcədə artırır. Təhlükəsizliyinizdən əmin olmaq üçün tanınmış Pierburg və BF nasoslarını seçin.

YAĞ SOYUDUCUSU

Əksəriyyət mühərriklərdə yağ soyuducuları yağın temperaturunu xüsusi olaraq azaltmaq üçün istifadə olunur. Mühərrikin soyuducu dövrəsinə istilik verilərək, yağın temperaturu 30° C-ə qədər azaldıla bilər. Yağ soyuducusunun təmizlənməsi çətin olduğundan, Motorservice bu komponenti dəyişməyi tövsiyə edir.

Page 14: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

TRW Engine Components, yaxşı reputasiyaya sahib qabaqcıl OE klapan istehsalçılarından biridir. Motorservice, satış sonrası TRW Engine Components-in dünya üzrə distribyutorudur. Ehtiyac olduğu anda təhlükəsizliyi təmin edən təsdiqlənmiş keyfiyyət.

KLAPAN VƏ KLAPAN AKSESUARITEMPERATURA DAVAMLI DƏQİQLİK

MƏHSUL ÇEŞIDI

• Klapan• Klapan mili• Klapanın oturacaq halqası• Klapan girişləri

Klapanın nəzarət elementləri: • Təkanverici qollar • Nizamlayıcı qol • Nizamlayıcı körpülər• Klapan təkanvericisi• Balansir • Hidrovlik kompensator

Page 15: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

14 | 15MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

KLAPAN

Klapanlar əsasən dörd dövrəli mühərriklərdə yük dövrəsini idarə etmək üçün istifadə olunur. Klapanın klapan plitəsi silindr başlığında yerləşən klapan oturacağına qarşı qapalı vəziyyətdə olan giriş və ya çıxış kanalını kipləşdirir. Mühərrik yükü və tətbiq tipinə əsasən, klapanların çoxu klapan plitəsinin və klapan oturacağının sərtləşdirilməsi və möhkəmləndirilməsi kimi, mühərrikin təhlükəsiz istismarını və hətta ekstremal şəraitdə dayanıqlığını təmin edən əlavə avadanlıqlara malikdir.

Motorservice 8000-dən çox tətbiqetmə üçün daim artan 1100-dən çox klapan üçün məhsul çeşidi təklif edir.

KLAPAN GİRİŞLƏRİ

Klapan girişləri klapan şpindelini hərəkət etdirən yan qüvvələri yönləndirmək kimi vəzifəni yerinə yetirməlidir. Klapan girişləri klapanın oturacaq halqasına yerləşdirilir və istiliyin bir hissəsinin klapanın başlığında silindr klapan şpindelindən keçirdirərək xaric edir.

Motorservice, 3.500-dən çox tətbiq üçün 800-dən çox klapan girişi növü olan geniş bir məhsul assortimenti təklif edir.

KLAPAN MİLİ

Klapan milləri təhlükəsizlik və arretir hissəsi kimi istifadə olunur. Onlar klapanın yay plitəsini məcburi güc ilə klapana bağlayır və beləliklə klapanın yayını təzyiq altında saxlayır.Klapan mili yeyilən hissəcikdir və klapanların dəyişdirilməsi zamanı hər zaman yenisi ilə əvəz edilməlidir.Motorservice-in məhsul çeşidləri arasında bütün ümumi klapan şpindelləri üçün lazımlı millər mövcuddur.

KLAPANIN OTURACAQ HALQALARI

Klapanlarla birgə klapanın oturacaq halqaları, silindr başlığının yanma kamerasını kipləşdirirlər. Boz çuqun və ya sinterli metaldan hazırlanan klapan oturacaq halqası, klapanın silindr başlığına çırpılmasına/batmasına mane olur və istiliyi klapandan kənarlaşdırır.

Klapan oturacaq halqası mühərrikin tipinə görə deyil, ölçüsünə görə seçilir. Motorservice 400-dən çox fərqli ölçüdə və bütün ümumi mühərriklər üçün demək olar ki, məhdudiyyətsiz tətbiq imkanları təklif edir.

KLAPAN NƏZARƏT ELEMENTLƏRI

Klapanların mükəmməl əsaslı təmiri üçün tez-tez nizamlayıcı qollar, plitə və ya hidravlik kompensator, eləcə də təkanverici qollar kimi nəzarət elementləri dəyişdirilməlidir. Bütün klapan nəzarət elemtləri Motorservice tərəfindən ayrı olaraq təmin olunur.

Page 16: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

01

02

03

04

MƏHSUL ÇEŞIDI

01 Hava filteri02 Daxili filter03 Yanacaq filteri04 Yağ filteri Qrafikdə əks olunmayıb:

• Soyuducu filterlər• Karbamid filteri• Transmissiya yağı filteri• Hava quruducu• Xüsusi filter• Yağ sentrofuq filteri

Mühərrik filterləri mühərriki yağ, hava və yanacaqdakı çirklənmədən qoruyur. Yalnız yüksək keyfiyyətli filterlər mühərrik hissələrinin uzun fəaliyyət müddətini və daha az aşınmasını təmin edə bilər.

KOLBENSCHMIDT FILTERLƏRI ÇIRKI SIZDƏN UZAQ SAXLAYIR

Page 17: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

16 | 17MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

HAVA FILTERI

Hava filterinin optimallaşdırılmış toz ayırma dərəcəsi nəticəsində porşen, porşen halqası və silindr daxili həlqəvi aşınma minimuma endirilir. Mühərrik xüsusiyyətləri və quraşdırma yerinə uyğunlaşdırılmış hava filteri narahat edici səs-küyü effektiv şəkildə boğur.

DAXILI FILTER

Daxili hava filterləri xarici maddələrin, ətrafdakı toz, tozcuq, sporlar və kömür hissəcikləri kimi cisimlərin hava ventilyasiya sistemi vasitəsi ilə içəriyə daxil olmasının qarşısını alır. Aktivləşdirilmiş daxili kömür filterlər, xırda hissəcikli filtrasiya ilə yanaşı, - həmçinin xoşagəlməz qoxuların və azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır.

YANACAQ FILTERI

Yanacaq sistemindəki ən kiçik çirklər belə böyük xətalara səbəb ola bilər. Xüsusilə müasir injeksiya sistemləri çox təmiz, pulsasiya etməyən və homojen yanacaq tələb edir.

YAĞ FILTERI

Mühərrikə yanacaq, qəbuledici boru, hava və metal aşınması vasitəsilə daxil olan xarici cisimlər yağ süzgəci tərəfindən yağ sirkulyası zamanı süzülürək saxlanılır.

SOYUDUCU FILTERLƏR

Soyuducu filterlər çirklənməni süzməklə və filterdə toplanan əlavələrin dozalanmış şəkildə soyuducu sistemə ötürülməsini təmin etməklə mühərriki soyuducu sistemə qoruyurlar.

KARBAMID FILTERI

Karbamid filterləri SCR katalitik konvertisorlar (Selective Catalytic Reduction) vasitəsi ilə müasir tullantı qazı emalı zamanı karbamid məhlulunu süzür, beləliklə sistemin komponentlərini aşınmadan qoruyur.

Page 18: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Motorservice, BF markası altında yüksək keyfiyyətli çuqun və ya poladdan hazırlanmış nazim çarxlar istehsal edir. Bu dəqiqliklə hazırlanmış hissələr mühərrik səs-küyünü və vibrasiyanı səmərəli şəkildə azaldır. Beləliklə, dişli mexanizminin aşınmasını mümkün qədər minimum səviyyədə saxlanılır.

NAZIM ÇARXTAM MÜHƏRRİK FƏALİYYƏTİ ÜÇÜN DƏQİQLİK VƏ KÜTLƏ

MƏHSUL ÇEŞIDI

• Tək kütləli nazim çarxlar• İki kütləli nazim çarxlar• Starterin ulduzvari çarxı

Page 19: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

18 | 19MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

TƏK KÜTLƏLİ NAZİM ÇARXLAR

Tək kütləli nazim çarxlar dəmir və ya poladdan hazırlanır və dirsəkli valı ötürücü mexanizmə mufta ilə birləşdirir. Kinetik enerjini saxlayaraq, mühərrikin istismarı zamanı bu nazim çarxlar baş verən dəyişikliklər və titrəmələri balanslaşdırır.

İKİ KÜTLƏLİ NAZİM ÇARXLAR

Nazim çarx ilkin və ikinci dərəcəli kütlə olaraq ayrılır. Hər iki çarx torsion demper yayları vasitəsilə birləşdirilir. İkikütləli nazim çarx çox yaxşı bir vibrasiyanın azaldılması ilə xarakterizə olunur.

STARTERİN ULDUZVARI ÇARXI

Ulduzvarı çarx starterin gücünü nazim çarxdan dirsəkli vala daşıyır. Bu vasitə ilə, mühərrikin işə salma prosesini başladılır.

Köhnə mühərrik tipləri üçün, ulduzvarı çarxın əsas vəzifəsi OT mövqeyindəki mühərrik nəzarətinin OT sensorundan siqnal ötürməsi və eyni zamanda nəzarət müddətini təyin etməkdir. Bundan əlavə, bu, vaxtı təyin etməyə də xidmət edir.

Motorservice həmçinin, dəyişdirmək üçün ayrıca starterin ulduzavarı çarxlarını təklif edir.

Motorservice 1000-dən çox müxtəlif mühərrik çeşidi üçün nazim çarx təklif edir.

Page 20: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Motorservice, sərnişin avtomobili və ticari nəqliyyat vasitələri üçün silindr başlıqlarının geniş məhsul portfelinə sahibdir. Silindr başlıqları, lazım olduğu təqdirdə əvvəlcədən quraşdırılmış klapan və klapan yayları ilə təmin edilir və asanlıqla təmir edilir.

SILINDR BAŞLIQLARITƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİR

MƏHSUL ÇEŞIDI

• Su ilə soyudulan tək silindr başlıqları• Hava ilə soyudulan tək silindr başlıqları• Çox yönlü tək silindr başlıqları

Page 21: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

20 | 21MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

SU İLƏ SOYUDULAN TƏK SİLİNDR BAŞLIQLARI

Tək silindr başlıqları ticari nəqliyyat vasitəsi mühərriklərində daha çox istifadə olunur. Daxili yanma mühərriklərində silindr başlıqları porşenlərin üzərində yanma kamerasının son hissəsini təşkil edir.Bir neçəsi istisna olmaqla, müasir mühərriklərin əksəriyyəti su ilə soyudulur. Ümumiyyətlə, su və donun qarışığı və korroziya inhibitoru soyuducu kimi istifadə olunur.

HAVA İLƏ SOYUDULAN TƏK SİLİNDR BAŞLIQLARI

Hava ilə soyudulan mühərriklər havanın ötürülməsi ilə soyudulur. İstilik yayan səthi artırmaq məqsədi ilə silindrlər və silindr başlıqları mühərriki hava ilə soyudan soyutma yivlərinə malikdir.

ÇOXYÖNLÜ SİLİNDR BAŞLIQLARI

Çoxyönlü silindr başlıqları əsasən sərnişin avtomobillərində və yeni ticari nəqliyyat vasitələrində istifadə olunur. Çox yönlü silindr başlıqlı V-mühərrikləri hər silindr növü üçün silindr başlığına malikdir. Çox yönlü silindr başlıqlı mühərriklərdə çox vaxt paylayıcı val silindr başlığında yerləşdirilir. Bu mühərriklər həmişə su ilə soyudulur.

Motorservice, 650-dən çox mühərrik tətbiqi və 1250-dən çox avtomobil tətbiqi üçün silindr başlıqlarının geniş məhsul portfelinə malikdir.

Hər cür təmir üçün uyğun silindr başlıqları aşağıdadır: • Oturacaq halqaları və klapan girişləri• Quraşdırılan klapanlar və klapan yayaları• Quraşdırılan paylayıcı val (quraşdırılmağa hazır)

Page 22: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

01 02

03

Hər il Pierburqun istehsal müəssisələrində sərnişin avtomobili və ticari nəqliyyat vasitələri üçün 7 milyondan çox mexaniki və elektrikli su nasosları istehsal olunur.

MÜHƏRRIKIN SOYUDULMASISU NASOSLARI – UZUN MÜHƏRRIK ÖMRÜ ÜÇÜN SOYUTMA

MƏHSUL ÇEŞIDI

01 Su sirkulyasiyası nasosları02 Mexaniki su nasosları03 Elektrikli su nasosları

(soyuducu nasoslar)

Page 23: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

22 | 23MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

MEXANIKI SU NASOSLARI

Su nasosunun soyuducu mayesi silindr blokundan və silindr qapağındakı istiliyi absorbsiya edir və radiator vasitəsi ilə xaricə ötürür. Dizaynından asılı olaraq, mexaniki su nasosları ya mühərrikin xaricində öz yuvasında yerləşdirilir və ya birbaşa mühərrik yuvasına birləşdirilir və mühərrik kəməri, dişli kəmər və ya birbaşa mühərrik tərəfindən idarə olunur.

Motorservice-dən su nasoslarının keyfiyyət xüsusiyyətləri:• Yüksək keyfiyyətli mexaniki izolyasiya

paketi• Təmirə ehtiyacı olmayan, dözümlü

podşipniklər• Plastik, polad, alüminium və ya

latundan hazırlanmış axına uyğun olaraq optimallaşdırılmış impellerlər

• Kipləşdiricilər və izolyasiya halqaları məhsul paketinə daxildir

SU SIRKULYASIYASI NASOSLARI

Su sirkulyasiyası nasosları soyutma və isitmə funksiyasının soyutma dövranından asılı olmayaraq ayrılıqda yerinə yetirildiyi vəziyyətlərdə istifadə olunur. Şaquli istilik sistemlərində, məs. su sirkulyasiyası nasosları avtomobilin içərisinin tez isidilməsi üçün istifadə olunur.

İstehsalına başlandığı 1996-cı ildən etibarən Pierburq zavodlarında 50 milyondan çox su sirkulyasiyası nasosları istehsal edilmişdir.

ELEKTRIKLI SU NASOSLARI

Elektrikli su nasosları müasir mühərrik anlayışlarına emissiyaların azaldılması baxımından əhəmiyyətli töhfə təmin edir.

Mühərrikin sürətindən asılı olmayan məhsuldarlıq lazımi soyumanı təmin edir. Bu enerji tələbatını azaldır və beləliklə sürtünmə itkisini, yanacaq istehlakını və çirkləndirici emissiyaları azaldır.

Pierburg, bu texnologiyanı kütləvi istehsalata gətirdi və elektrikli su nasosları üzrə dünyanın lider təchizatçısına çevrildi.

Page 24: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Motorservice məhsul portfoliosunda eksklüziv paylayıcı vallar uzun müddət yüksək əyilmə və burulma gərginliyinə davamlılıq göstərmək üçün yüksək gücə malikdir. Tətbiqetmə məqsədindən asılı olaraq paylayıcı vallar ya tökmə ya da döymə olur.

PAYLAYICI VALLARUZUN, DAVAMLI MÜHƏRRIK FƏALIYYƏT MÜDDƏTI ÜÇÜN AŞINMAYA DAVAMLI PAYLAYICI

MƏHSUL ÇEŞIDI

• Aşağıda yerləşən paylayıcı vallar• Yuxarıda yerləşən paylayıcı vallar• Kombinasiya olunmuş paylayıcı vallar

Page 25: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

24 | 25MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

PAYLAYICI VALLAR

Paylayıcı val dirsəkli val vasitəsi ilə ötürücü mexanizmə ötürülür və mühərrik klapanının ötürülməsinə nəzarət edir. O giriş və çıxış klapanlarının düzgün bir zamanda açılması və bağlanmasını təmin edir. Açılma və bağlanma zamanı, açılma müddəti, klapan yoxuşu, yerdəyişmə sırası, açılma vaxtı, valın forması ilə müəyyən edilir.

YUXARIDA YERLƏŞƏN PAYLAYICI VALLAR

Yuxarıda yerləşən paylayıcı vallar halında təkanverici plitə, nizamlayıcı qol və balansir üzərindəki klapan val vasitəsi ilə açılır. Yuxarıda yerləşən paylayıcı vallar yalnız çox yönlü silindr başılığı ilə istifadə olunur.

İki paylayıcı vallı (DOHC) mühərrik konsepsiyaları üçün bir val giriş klapanlarını, digər val isə çıxış klapanını hərəkətə gətirir. Çox hallarda, maksimum yanacaq yükünə nail olmaq üçün giriş paylayıcı valının val yoxuşu çıxış paylayıcı valının val yoxuşundan daha böyük olur.

AŞAĞIDA YERLƏŞƏN PAYLAYICI VALLAR

Aşağıda yerləşən paylayıcı vallarda, təkanverici və təkanverici qollar paylayıcı val yoxuşunu nizamlayıcı qola ötürür.

Aşınmış sürüşmə komponentləri səbəbindən zərərin qarşısını almaq üçün paylayıcı val dəyişdirildiyi zaman ona aid sürüşmə komponentləri ilə birlikdə əvəz edilməlidir. Bura aid plitə təkanverici, əymə və itələmə qolu kimi klapan əməliyyat elementləri və ya klapan tənzimləmə elementləri Motorservice tərəindən ayri-ayrılıqda və ya uyğun paylayıcı val ilə birlikdə dəst halında təklif edilir.

KOMBİNASİYA EDİLMİŞ PAYLAYICI VALLAR

NBB püskürtmə sistemi üçün üç val:• Giriş valları• Çıxış valları• Nasos ötürücü mexanizmləri və ya

nasos başlığı qurğuları üçün vallar

Page 26: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Yüksək keyfiyyətli BF dirsəkli vallarına nail olmaq üçün dirsəkli vallar istehsal olunarkən əsasən öz alətlərimizdən istifadə olunur. Onlar da ciddi yoxlama prosedurlarından keçirilirlər. Ölçü sabitliyi aramsız işləməyi və beləliklə uzun mühərrik fəaliyyət müddətini təmin edir.

DİRSƏKLİ VALLARHƏR BIR FIRLANMA MOMENTI ÜÇÜN DÖYMƏ ŞAH ƏSƏR

MƏHSUL ÇEŞIDI

• Ticari nəqliyyat vasitələri üçün dirsəkli vallar

Page 27: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

26 | 27MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

DİRSƏKLİ VALLAR

Mühərrik içindəki dirsəkli val, fırlanan sürgü qolundan istifadə edərək, porşenin yuxarı və aşağı hərəkətini çevirmək vəzifəsinə malikdir. Yaranan fırlanma momenti, nizam çarxa yöndərilir.

İnteqrə olunmuş əks yükləməməs. 4 silindrli OM 611 tipli mühərrik

Burulmuş birləşdirici çubuqlar – Twisted„Burulmuş“: Ştampdan sonra sürgü qolu çubuğunda digər val bucaqlarını həyata keçirmək üçün, döyülmədən sonra dirsəkli val əsas istinad nöqtələrində yenidən qızdırılır və ətrafında fırladılır – məs. 6 silindrli OM 906 mühərriki.

Əks yükləmə birləşdirildiməs. 6 silindrli OM 335 tipli mühərrik

Hər sürgü qoluna iki birləşdirici çubuqməs. 8 silindrli V-tipli mühərrik OM 422

Dəyişilə bilən birləşdirici çubuqlarməs. 6 silindrli V-tipli mühərrik OM 501

NÖVLƏRİ

Page 28: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Kolbenschmidt podşipnikləri optimal sürüşmə materialları və mükəmməl həndəsi quruluşla optimal sürtünmə və dinamikanı təmin edir. Standart və böyük ölçülü geniş çeşidlərlə yanaşı Motorservice xüsusi təmir həlləri təklif edir.

PODŞIPNIKBUNUNLA HƏR ŞEY DÜZGÜN IŞLƏYIR

MƏHSUL ÇEŞIDI

• Əsas və sürgü qolu podşipnikləri• Yellənmə podşipnikləri və sürtünmə

şaybaları• Paylayıcı vallar üçün podşipnik gilzası• Sürgü qolu gilzası

Page 29: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

28 | 29MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

PÜSKÜRMƏ PODŞIPNIKI

Püskürmə örtüklü podşipniklər, yüksək mühərrik gücü səbəbiylə şərti iki və ya üç elementin saxlanmasına görə yüklənmə limitinə çatan bütün müasir dizel mühərriklərində istifadə olunur.

YELLƏNMƏ PODŞIPNIKLƏRI

Yellənmə podşipnikləri yuvası (həmçinin flanş podşipniki yuvası kimi də adlanır) dirsəkvari valın oxvarı girişini öz öhdəsinə götürür.

"Quraşdırma" yellənmə podşipnikləri yarım qövslərdən və sürüşmə şaybalarından ibarətdir. Normal konvensiyalı yellənmə podşipnikləri bir parça ilə hazırlanır.

SÜRTÜNMƏ ŞAYBALARI

Sürtünmə şaybaları yarımbəd podşipniklər ilə birgə mühərrikin yellənmə podşipniklərini əvəz edir. Mühərrik gövdəsi xüsusi olaraq sürtünmə şaybalarınıı yerləşdirmək üçün nəzərdə tutularaq qurulmuşdur. Sürtünmə şaybalarının xarici diametrinə girişləri və fırlanma təhlükəsizliyi etibarlı bir şəkildə təmin edilməlidir.

PODŞIPNIK

Podşipnik daxili yanma mühərrikləri üçün mühüm komponentdir. Hərəkət edən mühərrik hissələrinin saxlanması üçün kompleks tələblər və yüksək yüklənmə üçün müəyyən tətbiq materiallarının diqqətlə uyğunlaşdırılmasını tələb olunur.

SÜRGÜ QOLU PODŞIPNIKI GILZASI

Sürgü qolu gilzaları yarım fabrikat vəziyyətdə olur, bu o deməkdir ki, sürgü qolu basdırıldıqdan sonra lazımi nominal ölçüyə uyğunlaşdırılmalıdır.

Kolbenschmidt podşipnikləri bir sıra böyük ölçüdə mövcuddur. Bu, tez-tez peşəkar mühərrik təmiri üçün istifadə olunan ən son həll yoludur.

Motorservice, 50 000-dən çox motor növü üçün geniş Avropa və Asiya bazarına uyğun məhsul çeşidinə malikdir.

Page 30: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

MƏHSUL ÇEŞIDI

• Sərnişin avtomobili və ticarı nəqliyyat vasitələri üçün sürgü qolu

Sürgü qolunun yüksək gərginlikli dartma, sıxılma və bükülmə qüvvələri möhkəm və ən az çəkili sürgü qolu konstruksiyalarını tələb edir. Motorservice-in yüksək keyfiyyətli məhsul çeşidi ilə həmişə təhlükəsiz yerdəsiniz.

SÜRGÜ QOLUDAVAMLI GÜC ÖTÜRÜLMƏSI

Page 31: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

30 | 31MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

Düz və meyilli bölünmə

Çox böyük mühərrik mili üçün sürgü qolu bucaq altında bölünə bilər. Böyük sürgü qolu yerinə baxmayaraq, sürgü qolunu silindr dəliyinə sürüşdürmək üçün meylli mövqedə olması labüddür. Diaqonal kəsilən sürgü qolları üçün, xüsusilə daxili mühərriklərdə quraşdırılma mövqeyi nəzərə alınmalıdır.

Kəsili ayırma səthləri

Kəsili sürgü qolu ilkin olaraq tək hissə şəklində istehsal olunur və sonra sınma boşluqları (qızdırma ilə) və ya lazer boşluqları (polad sürgü) təchiz olunurlar, və beləliklə iki hissəyə bölünür (kəsili). Hər iki hissə sürgü qolunun quraşdırılması zamanı bərkidilirlər, və beləliklə qırılma nöqtəsində tam olaraq uyğunlaşırlar.

Kəsili sürgü qolu güc, dəyər və istehsalın həssaslığı baxımından üstünlük təşkil edir. Sürgü qolu və sürgü örtüyü tam olaraq bir-birinin üstündə yerləşir və beləliklə ən yaxşı enerji ötürülməsini təmin edir.

Üyüdülmüş və ya cilalanmış səthlər

Sürgü oturacağı örtüyünün yaradılması üçün təsdiqlənmiş üsul kəsmə və ya mişarlamadır. Geniş sürgü səthi hamarlanır, sonra ayırma səthləri frezlənir və lazım olduqda isə cilalanır.

Sürgü qolu örtüyünun fiksasiyasi vint və ya ştiftlər vasitəsilə düz səthə bərkidilməklə həyata keçirilir. Dişli ayırma səthləri dişləri səbəbindən əlavə fiksasiya ehtiyac duymur.

SÜRGÜ QOLLARI

Sürgü qolları dirsəkli valı porşenlə birləşdirir, qaz və kütləvi qüvvələri dirsəkli valın val kranlarına ötürür.

Sürgü qolunun yüklənməsindən asılı olaraq əridilmiş və ya bərkidilmiş poladdan istifadə olunduqda, o poladdan döyülür.

Düz bölünmə Əyri bölünmə

Paralel və trapez sürgü

Yanan təzyiqlərin artırılması səbəbindən sürgü qolunu qəbul edən porşen ştiftindəki yükün artmasına səbəb olur. Hərəkətli kütlələri azaltmaq və optimallaşdırılmış səth ölçüsü ilə qüvvələri yaxşılaşdırmaq üçün getdikcə trapezoidal və mərtəbəli sürgü istifadə olunmalıdır.

Paralel sürgü Trapezoidal sürgü Mərtəbəli sürgü

istifadə oluna bilən saxlama səthi

Page 32: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Mühərrik bloku, mühərrikin əsas komponentini mühərrik mexanizmi korpusunu və soyuducu örtüyü təşkil edir. Mühərrik blokunun yüksək keyfiyyətli məhsul portfeli ilə BF, qüsurlu ticari vasitə mühərrikləri üçün qənaətli və tez təmir variantını təklif edir.

MÜHƏRRIK BLOKUOPTIMAL PERFORMANS ÜÇÜN HƏNDƏSI DƏQIQLIK VƏ ÖLÇÜ SABITLIYI

MƏHSUL ÇEŞIDI

• Ticari nəqliyyat vasitələri üçün mühərrik bloku

Page 33: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

32 | 33MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

MÜHƏRRİK BLOKU

Mühərrik bloku mühərrikin əsas mərkəzi elementidir. Burada porşen, silindr və sürgüləri olan tam ötürücü mexanizm inteqrasiya olunur. Ticarət nəqliyyat vasitələrinin mühərriklərində tez-tez paylayıcı vallardan istifadə olunur. Bununla yanaşı, köməkçi qurğular, ötürülmə və mühərrik nəzarət qurğusu silindir başlığına quraşdırılır.

Soyutma və yağlama üçün lazım olan yağ və soyutma kanalları mühərrik blokunu daxili yanma mühərriyinin ən çətin elementi edir.

BF – DETALLI ƏN YÜKSƏK DƏQIQLIK

Müasir mühərrik blokları yalnız CAD sistemlərinin köməyi ilə istehsal oluna və sınaqdan keçirilə bilər. BF markası, optimal funksionallıq və keyfiyyət təklif etmək üçün bütün düz səthlərin və saxlama yerlərinin mütləq ölçü dəqiqliyini təmin edir.

Page 34: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

PORŞEN HALQASININ QURAŞDIRMA DƏSTI

Sıxma halqaları və porşen halqaları üçün porşenli möhkəm plastik konnektor,və həmçinin bir ədəd sentil.

Motorservice, məhsulların peşəkar şəkildə, sürətli yığılması üçün bir sıra faydalı alətlər təklif edir.

İŞ ALƏTLƏRİ VƏ YOXLAMA AVADANLIQLARIPEŞƏKARLARDAN PEŞƏKARLAR ÜÇÜN

Page 35: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

34 | 35MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

PLASTIK KALIBR

Plastik kalibr oturacaq boşluğunu və boşluq ölçülərini sadə və dəqiq sınaqdan keçirirməyə imkan verir. Məs. dirsək valı, sürgü qolunda və sentil tətbiq edilə bilməyən yerlərdə istifadə olunur.

ÖLÇÜ BALANSIRLI MANOMETR

Diametri 8 mm olan manometrlər (vintli bağlama) üçün anodlaşdırılmış alüminiumdan hazırlanan balansir. Porşen uzantılarının, silindr gilzalarının uzantılarını, klapan qalıqlarının, 0-10 mm ölçmə diapazonlu ölçmə göstəricisi və 0,01 mm ölçmə dəqiqliyi ilə ölçülməsi üçün.

SENTIL

Klapanın və porşen halqalrının arxasındakı boşluqların ölçülməsi, və digər tətbiqlər üçün.

0,05–1,00 mm arasında ölçü diapozonu. Nikel yuvada 13 yarpaq.

ALMAZ HONLAMA

Mükəmməl emal nəticələrinə malik olmaq üçün alüminium silindrli səthlərin peşəkar cilalanması üçün metal daşıyıcıya aid lamelyar almaz honlama.

SILIKON AZADETMƏ ZOLAQLARI

Silikon karbid azadetmə zolaqlı aşındırıcılar məsaməli bir plastik halda təqdim edilir. ALUSIL® və LOKASIL® silindrlərinin səthində mexanik aşındırma və silikon kristallarının yuvarlanması üçün.

PORŞEN HALQASININ DIŞLƏRI

Porşen halqasının dişləri porşen halqalarının təhlükəsiz yerləşdirilməsini və çıxarılmasını təmin edir. Porşen və porşen halqalarındakı cızılmalar, fasilələr və həddindən artıq uzanma kimi zədələrin qarşısı alınır.

Page 36: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

Motorservice, məhsulların peşəkar şəkildə, sürətli yığılması üçün bir sıra faydalı alətlər təklif edir.

İŞ ALƏTLƏRI VƏ YOXLAMA AVADANLIQLARIPEŞƏKARLARDAN PEŞƏKARLAR ÜÇÜN

TƏZYİQ-/VAKUUM ƏL NASOSU

Təzyiq/vakuum əl nasoslarının təzyiqə bağlı funksiyaların sınaqları və düzəlişləri birbaşa nəqliyyat vasitəsinin üzərində, mühərrikdən asılı olmayaraq təzyiq və ya vakuum tələb olunduqda həyata keçirilə bilər.

YANACAQ TƏZYIQI YOXLAMA DƏSTI

Yanacaq təzyiqinin yoxlama blokundan istifadə edərək, yanacaq nasoslarını yerindən çıxarmadan yanacağın təzyiqini və axın səviyyəsini ölçə bilərsiniz. Bütün ümumi yanacaq daşınması sistemləri yanacaq təzyiqi sınaq dəsti istifadə edilərək xətalara qarşı yoxlanıla bilər.

YANACAQ XƏTTLƏRI ÜÇÜN TƏMIR DƏSTI

Təmir dəsti ilə yanacaq xəttlərindəki kiçik zədələnmiş sahələr səmərəli və tez bir şəkildə təmir oluna bilər.

SÖKMƏ ALƏTLƏRI – SÜRƏTLI AÇILAN MUFTA

Motorservice, sürətli açılan muftaları (Quick Connectors) açmaq üçün səkkiz güşəli bir alət təklif edir. Qıvrımlı alətlər muftalara asanlıqla daxil olur.

Page 37: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

36 | 37MÜHƏRRIK KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

YANACAQ NASOSLARININ QURAŞDIRMA ALƏTLƏRI

Bu səmərəli yanacaq nasosunu quraşdırılma və sökülmə alətləri vasitəsi ilə, bütün yanacaq nasosunu möhürü də daxil olmaqla dəyişdirməyə ehtiyac yoxdur. Yalnız yanacaq nasosu dəyişdirilir.

MİNİ AMPERMETR

Mini ampermetrlərin köməyi ilə enerji istehlakı birbaşa avtomobilin siğorta qutusundakı birbaşa qoruyucuda asanlıqla və tez bir zamanda ölçülür. Mini ampermetrlər avtomobilin ən çox yayılmış düz qoruyucuları üçün iki versiyada mövcuddur.

HAVALANDIRMA XƏTTLƏRI ÜÇÜN TƏMIR DƏSTI

Yük maşınları və ticari nəqliyyat vasitələrinin alüminium və sinklənmiş polad hava xəttlərində kiçik zədələnmiş sahələrini təmir etmək üçün 8, 10, 12, 16 və ya 18 mm xarici diametrli təmir dəsti.

• R12, R134a və R1234yf soyuducuları üçün yararlıdır

• Nominal təzyiq: max. 35 bar • Dağılma təzyiqi: 60 bardan artıq

SOYUTMA SUYU ŞLANQI ÜÇÜN TƏMİR DƏSTLƏRİ

Bəzi yerləri zədələnmiş soyuducu şlanqlar bu təmir dəsti ilə tez və asanlıqla təmir oluna bilər, beləki zədələnmiş şlanq hissəsi kəsilib çıxardılır və təchiz edilmiş şlanq konnektorları və muftaları (0° və 90°) istifadə edilərək yeni bir şlanqla əvəz olunur. Motorservice məhsul çeşidində sərnişin avtomobilləri və ticari nəqliyyat vasitələri üçün iki müxtəlif təmir dəsti var.

TƏZYİQLİ HAVA XƏTTLƏRİ TƏMIR DƏSTI

Bu təmir dəsti ilə 4, 6, 8, 10, 12 və ya 16 mm diametrli Poliamid (PA) təzyiqli hava xəttlərindəki kiçik və zədələnmiş sahələri daha sərfəli və tez təmir oluna bilərlər. Sərnişin avtomobilləri və ticari nəqliyyat vasitələri üçün uyğundur.

• Nominal təzyiq: maks. 10 bar• Dağılma təzyiqi: 15 bar

HAVA KÜTLƏSI SENSORLARININ DƏYIŞDIRILMƏSI ÜÇÜN XÜSUSI IŞ ALƏTLƏRI

Standart formada quraşdırılmış hava kütləsi sensorlarının dəyişdirilməsi ortasında ştift olan xüsusi vintlər (5 dişli və ya 6 dişli ulduz şəklində əlavələr) istifadə olunduğundan çətindir. Motorservice, satış sonrası hava kütləsi sensorlarına uyğun xüsusi alətlər təqdim edir.

Page 38: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

İSTEHSALAT SIRRI MÜBADILƏSIMÜTƏXƏSSISLƏRDƏN TƏRƏFINDƏN VERILƏN IXTISASLI MƏLUMATLAR

DÜNYA MIQYASINDA APARILAN TƏLIMLƏR Bilavasitə istehsalçıdan Hər il təxminən 4500 mexanik və texnik, dünyanın müxtəlif yerlərində və ya Neuenstadt, Dormagen və Tammdakı (Almaniya) təlim mərkəzlərimizdə həyata keçirilən təlim kurslarımız və seminarlarımızdan faydalanır.

TEXNIKI MƏLUMATLARTətbiq üçün praktikadan Məhsul haqqında məlumatlarımız, xidmət məlumatlarımız, texniki broşuralar və plakatlarımızla siz həmişə texnologiyanın ən son yeniliklərindən xəbərdar olacaqsınız.

TEXNIKI VIDEOLARVideo vasitəsi ilə məlumatların ötürülməsiVideolarımızda məhsullarımız ilə bağlı praktik quraşdırma təlimatları və sistem izahatları əldə edə bilərsiniz.

ONLAYN FOKUSDA MƏHSULLAR Bizim həll yollarımız açıq-aydın şəkildə izah edilibİnteraktiv elementlər, animasiyalar və video kliplər vasitəsi ilə mühərrik daxilində və ətrafında olan məhsullarımız haqqında məlumat əldə edin.

ONLAYN MAĞAZA Məhsullarımıza birbaşa çıxışınız Gün ərzində sifariş edin. İstifadəyə yararlılığın sürətli yoxlanışı. Mühərrik, nəqliyyat vasitəsi, ölçümlər və s. ilə əlaqədar geniş məhsul axtarışı.

YENILIKLƏR E-poçt ünvanı vasitəsi ilə müntəzəm olaraq məlumatların verilməsiÖdənişsiz bülletenimizə onlayn qeydiyyatdan keçin və məhsul tanıtımları, texniki nəşrlər və s. haqqında daha ətrafl ı məlumat əldə edin.

FƏRDI MƏLUMATLAR Xüsusi olaraq müştərilərimiz üçünSizə geniş fəaliyyət spektrımiz haqqında ətrafl ı məlumat və xidmətlər təqdim edirik: məsələn, şəxsi satış təbliğatı materialları, satış dəstəyi, texniki dəstək və digərləri.

TEXNIPEDIA Mühərrik haqqında texniki məlumatlarTechnipediada istehsalat sirrimizi sizinlə bölüşürük. Burada bilavasitə mütəxəssislər tərəfi ndən verilən ixtisaslı məlumatları tapa bilərsiniz.

MOTORSERVICE MOBIL ƏLAVƏTexniki istehsalat sirrinə mobil çıxışBurada siz məhsullarımız haqqında ən son məlumatları və xidmətləri sürətli və sadə bir şəkildə əldə edə bilərsiniz.

SOSIAL ŞƏBƏKƏDaima aktual

www.ms-motorservice.com

Page 39: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

38 | 39

Page 40: SPOTLIGHT · 2019-11-23 · istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı,

www.ms-motorservice.com© MS Motorservice International GmbH – 50 003 991-34 – AZ – 11/18 (112018)

HEADQUARTERS:MS Motorservice International GmbHWilhelm-Maybach-Straße 14–1874196 Neuenstadt, Germanywww.ms-motorservice.com