Post on 23-Jun-2021
Əlavə 1.3
AZƏRBAYCAN RESPUBLİKASI
Əlyazması hüququnda
SÖZÜN PROSODİK XÜSUSİYYƏTLƏRİ
(İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNİN MATERİALLARI ƏSASINDA)
İxtisas: 5704.01 – Dil nəzəriyyəsi
Elm sahəsi: filologiya – dilçilik
Fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş
DİSSERTASİYA
İddiaçı: ___________ Sevinc Hüsaməddin qızı Qaragözova
Elmi rəhbər:__________
Bakı – 2021
filologiya elmləri doktoru, professor
Fikrət Əlövsət oğlu Aslanov
Mündəricat
GİRİŞ……………………………………………………………………… 3
I FƏSİL. DİLÇİLİKDƏ PROSODİKANIN TƏDQİQİ
TARİXİNDƏN ...................................................................................
8
1.1. Kommunikativ prosesdə prosodikanın rolu .................................. 12
1.2. Söz fonologiyası və söz prosodikası ............................................. 19
1.3. Heca və söz prosodikasının qarşılıqlı əlaqəsi ............................... 31
II FƏSİL.
PROSODİK VASİTƏLƏR VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ........
39
2.1. Söz vurğusu söz prosodikasının əsas tərkib hissəsi kimi .............. 43
2.2. Sözün prosodik strukturunun formalaşmasında ton, intensivlik,
temporal, temp və ritm kimi parametrlərin rolu ..........................
51
2.3. Söz prosodikasının funksional xüsusiyyətləri (kulminativ,
distinktiv, kommunikativ) ...........................................................
71
III FƏSİL. SÖZÜN PROSODİK XÜSUSİYYƏTLƏRİNİN
EKSPERİMENTAL-FONETİK TƏHLİLİ ...........................
78
3.1. Eksperimentin aparılması prinsipləri ............................................. 86
3.2. İngilis dilində sözün prosodik strukturunun özəlliyi və onun
eksperimental təhlili ......................................................................
90
3.3. Azərbaycan dilində sözün prosodik strukturunun özəlliyi və onun
eksperimental təhlili .............................................................
109
3.4. Müxtəlifsistemli dillərdə söz prosodikasının oxşar və fərqli
xüsusiyyətləri ................................................................................
129
NƏTİCƏ…………………………………………………………………… 138
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI .....…............................ 140
İXTİSARLARIN SİYAHISI…………………………………………… 154
2
GİRİŞ
Mövzunun aktuallığı və işlənmə dərəcəsi: İnsanlar arasında ünsiyyət vasitəsi
funksiyasını yerinə yetirən dilin tətbiqi ilk baxışda sadə görünsə də, bu, mürəkkəb proses
olub çoxşaxəlidir. Ona görə də dildən ünsiyyət vasitəsi kimi istifadə edənlərin, tarixi
inkişaf prosesində formalaşmış konstant dil qayda-qanunlarından düzgün və səmərəli
istifadə etmələri kommunikativ prosesin uğurlu nəticələnməsi sahəsində həlledici rol
oynayır. Ana dilində danışanlar prosesin çətinliyini hiss etməsələr də, dili xarici dil
öyrənənlər hər an bu çətinliklərlə rastlaşırlar. Təhlil göstərir ki, dil – danışıq vahidlərinin
(heca, morfem, söz, söz birləşməsi, sintaqm, cümlə və s.) müxtəlif modellər üzrə
reallaşmasında semantik, qrammatik strukturlara xas normativ qaydalarla yanaşı, həmin
vahidlərin tələffüzü ilə bağlı prosodik xüsusiyyətlər də həlledici əhəmiyyət kəsb edir.
Ünsiyyətin elementi kimi çıxış edən hər bir dil vahidinin, o cümlədən, sözlərin prosodik
xüsusiyyətləri dilin şifahi forması ilə bağlı olub canlı danışıqda reallaşır. Dilçilikdə
prosodiya problemi ilə bağlı müxtəlif dillərin materialları əsasında müəyyən tədqiqat
işləri yerinə yetirilsə də [49; 66; 88; 134; 144; 150; 156; 180; 183; 184 və s.], problemi
tam həll edilmiş hesab etmək düzgün olmazdı, çünki dildə prosodik vasitələrin yaranma
və tətbiqi mexanizmi hələ də lazımi həllini tapmayıb. Bu da ondan irəli gəlmişdir ki,
tədqiqatçılar (Palmer F.R., Barışnikova K.K., Junisbekov A., Anthony F., Foks A.,
Qünter Q. və b.) problemə tədqiqat obyekti kimi müxtəlif aspektlərdən yanaşmışlar.
Dilçilik ədəbiyyatında qeyd olunduğu kimi, canlı danışığı prosodik vasitələrsiz təsəvvür
etmək qeyri-mümkündür, çünki nəzərdə tutulan fikir yalnız leksik və qrammatik
vasitələrlə deyil, prosodik vahidlərin də iştirakı ilə ifadə olunur. Bu səbəbdən də çağdaş
dilçilikdə sözü formalaşdıran prosodik vahidlərin yaranma və işlənmə mexanizminin
sistemli və nəzəri cəhətdən tədqiq olunması öz elmi aktuallığı ilə diqqəti çəkir.
Problemin aktuallığını nəzərə alaraq, dissertasiya işimizi “Sözün prosodik strukturu
(ingilis və Azərbaycan dillərinin materialı əsasında)” mövzusunun həllinə həsr etmişik.
Mövcud nəzəri ədəbiyyatın tənqidi təhlili və eksperimentin nəticələri dildə prosodik
vasitələrin struktur, funksional, eləcə də onların danışıq aktındakı relevant və irrelevant
əlamətləri haqqında nəzəri ümumiləşdirmələr əldə etməyə imkan vermişdir. Məlumdur
3
ki, dildə elə bir vahid (fonemdən başlamış ən böyük sintaktik-semantik vahidə kimi),
təsəvvür etmək mümkün deyil ki, onun tələffüzündə prosodik vasitələrdən bu və yaxud
digər formada istifadə olunmasın. Şübhəsiz ki, semantik və sintaktik funksiyasına görə
dilin əsas vahidlərindən hesab olunan sözün tələffüzündə də bu xüsusiyyət mövcuddur.
Söz haqqında elmi cəhətdən əsaslandırılmış müfəssəl fikir söyləmək üçün onun
semantik-sintaktik və funksional aspektləri ilə yanaşı, sözü söz edən, onu təmsil edən
seqmentlər ardıcıllığını bütöv bir vahid halında formalaşdıran prosodik vasitələrin də
sistem şəklində araşdırılması dilçiləri düşündürən problemlərdən olub aktualdır. Danışıq
aktı elə bir mürəkkəb prosesdir ki, burada dilin hər üç aspekti (semantik, qrammatik və
prosodik) birgə fəaliyyət göstərir və eyni funksiyanın icrasına – kommunikantlar
arasında informasiyaların ötürülməsinə və qəbuluna, ünsiyyətin reallaşmasına xidmət
edir. Bu prosesdə reallaşan hər bir vahid, о cümlədən söz, həm norma, həm də danışıq
səviyyəsində müəyyən prosodik vasitələrlə yüklənir. Bu prosodik vasitələrin sayəsində
də hər bir tələffüz edilən vahidin yeni bir variantı meydana çıxır ki, bu da digərlərindən
öz relevant və irrelevant xüsusiyyətləri ilə fərqlənir. Fərqli xüsusiyyətlər ifadə olunanın
eyni sintaktik və qrammatik struktura malik olmasına baxmayaraq, onun kim tərəfindən
ifadə olunduğunu müəyyənləşdirməyə imkan verir. Deməli, nitqin tanınmasında
prosodik vasitələrlə yaranan tələffüz çalarları xüsusi əhəmiyyət kəsb edir. Elə bu
səbəbdən də, sözün prosodik xüsusiyyətlərinin nəzəri və təcrübi cəhətdən öyrənilməsi
çağdaş dilçilik baxımından aktualdır.
Tədqiqatın obyekti və predmeti: İngilis və Azərbaycan dillərində, əsasən, bir və
iki hecalı sözlərin prosodik strukturu genişləndirilmişdir. Predmeti isə danışıq aktında
sözün prosodik vasitələrinin reallaşmasının ümumi cəhətlərinin sistemləşdirilərək
ümumiləşdirilməsindən ibarət olmuşdur.
Tədqiqatın məqsəd və vəzifələri: ingilis və Azərbaycan dillərinin materialından
çıxış edərək, çağdaş dilçilikdə sözün prosodik strukturunun xüsusiyyətlərini nəzəri
cəhətdən təhlil etməkdən, problemlə bağlı ümumiləşdirmələr aparmaqdan və sözün
formalaşmasında və tələffüzündə prosodik vasitələrin işlənmə mexanizmini sistemləş-
dirməkdən, cümlədəki mövqeyindən asılı olaraq, söz prosodikasında baş verən variasiya
xüsusiyyətlərinə aydınlıq gətirməkdən ibarətdir. Dildə sözün formalaşmasında və
4
işlənməsində prosodik vasitələrin nə dərəcədə əhəmiyyətli olması məsələsinə aydınlıq
gətirilməsi də tədqiqat işinin məqsədinə daxildir. Sözün prosodikası probleminin tədrisi
ilə bağlı tövsiyələrin işlənilib hazırlanması da tədqiqat işində nəzərdə tutulan məqsədin
tərkib hissələrindən biridir. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün dissertasiya işində
aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
– prosodik vahidlərlə bağlı mövcud nəzəri ədəbiyyatı təhlil etmək, onun mahiyyəti
və funksiyasına dair irəli sürülmüş fikirləri saf-çürük etmək;
– sözün formalaşmasında prosodik vahidlərin rolu probleminə aydınlıq gətirmək;
– heca və sözün prosodik xüsusiyyətlərinə aydınlıq gətirmək;
– təhlil materialı kimi istifadə olunan dil materialını seçmək, sistemləşdirmək və
təhlil etmək;
– işin yerinə yetirilməsində istifadə olunan metodları müəyyənləşdirmək və
əsaslandırmaq;
– eksperimentin tətbiqi prinsiplərini müəyyənləşdirmək və eksperiment materialını
“PRAAT” proqramı əsasında təhlil etmək;
– eksperiment materialının prosodik göstəricilərini riyazi və statistik hesablamalarla
təhlil etmək, əldə edilən faktlar əsasında cədvəl və qrafiklər qurmaq, müqayisələr
aparmaq, ingilis və Azərbaycan dillərinin prosodik sistemlərinə dair oxşar və fərqli
xüsusiyyətləri müəyyənləşdirmək.
Tədqiqatın metodları: Tədqiqat işinin materialının və metodlarının dəqiq
müəyyənləşdirilməsi qarşıda duran məqsəd və vəzifələrin tələb olunan səviyyədə
yerinə yetirilməsinə imkan yaratmışdır. Təhlil materialı kimi istifadə olunan sözlər
ingilis və Azərbaycan dillərində mövcud olan lüğətlərdən götürülmüşdür: Tədqiqat
işinin spesifikasına uyğun olaraq, tədqiqat işində eksperimental, linqvistik və
müqayisəli təhlil metodlarından geniş şəkildə istifadə olunmuşdur. Tədqiqat işində
eksperimental metodun tətbiqi söz prosodikasına dair irəli sürülmüş elmi fikir və
nəzəriyyələrdən hansının elmi cəhətdən daha düzgün olduğunu sübuta yetirmək
məqsədi güdmüşdür. Bu mənada, eksperimentin tətbiqi ilə bağlı L.V.Şerbanın fikri
daha çox maraq doğurur. О qeyd edir ki, eksperimenti eksperiment xatirinə yox, hər
hansı bir dil hadisəsini yoxlamaq üçün tətbiq etmək lazımdır [132, s.259-260]. Biz də
5
tədqiqat işimizdə bu prinsipi gözləməyə çalışmışıq.
Müdafiəyə çıxarılan əsas müddəalar:
– sözün prosodik strukturunun nəzəri əsaslarının müəyyənləşdirilməsi;
– informasiyanın ötürülməsində prosodik vasitələrin rolunun dəqiqləşdirilməsi;
– cümlə daxilində reallaşan hər bir sözün prosodik xüsusiyyətlərinin tərkibində
iştirak etdiyi cümlənin ümumi prosodik xüsusiyyətləri ilə qarşılıqlı əlaqədə olması;
– Dildə işlənən sözlər cümlə daxilində iştirak etməklə ifadə olunan fikrin
formalaşmasında iştirak etdiyi kimi, ayrılıqda müstəqil şəkildə işlənərək də fikir ifadə
etməyə qadir olur. Şübhəsiz ki, belə hallarda eyni səs tərkibinə malik olan belə
sözlərin tələffüzünün, yəni onları müşayiət edən prosodik vasitələrin də müxtəlif
olması;
– sözlərin növündən, strukturundan və ifadə etdiyi məna yükündən asılı olaraq,
onların prosodikasında baş verən dəyişikliklərin müəyyənləşdirilməsi;
– prosodik struktur xüsusiyyətlərinə görə sözlərin digər dil vahidlərindən
fərqlənməsi;
– söz prosodikasının funksional xüsusiyyətlərə malik olması;
– müxtəlif dillərdə sözün prosodik strukturu ilə bağlı oxşar və fərqli xüsusiy-
yətlərin araşdırılaraq sistemləşdirilməsi;
Tədqiqatın elmi yeniliyi: İngilis və Azərbaycan dillərinin söz prosodiyası
problemi və onun xüsusiyyətləri, danışıq aktında prosodik vasitələrdən istifadə
olunması mexanizmi ilk dəfə olaraq ayrıca tədqiqat obyekti kimi tədqiq edilmişdir.
İşdə hər iki dilin fərqli və oxşar prosodik sistemə malik olması, iki dil arasında
bu sahədə mövcud diferensial əlamətlərin milli dil xüsusiyyəti ilə bağlılığı, aparılan
təhlillər vasitəsilə sübuta yetirilmişdir. Bu dissertasiya işinin əsas yeniliyi ilk dəfə
olaraq, mövzunun eksperimental-fonetik təhlilə cəlb edilməsi və riyazi hesablamanın
aparılmasıdır. Burada eksperiment aparılaraq ingilis və Azərbaycan dillərində söz
prosodikasının işlənmə xüsusiyyətləri, sözlərin formalaşmasında prosodik vasitələrin
rolu məsələləri araşdırılmış və qarşılıqlı müqayisə edilmişdir. Dissertasiya işində
aparılan bu kimi eksperimental təhlil son illərdə dünyada tədqiqat işlərinin qarşısında
qoyulan əsas tələblərdən biridir. Burada eksperimental-fonetik araşdırma sayəsində
6
əldə edilən nəticələr ingilis dilini xarici dil kimi öyrənən azərbaycanlılara bu sahədə
qarşılaşdıqları interferens səhvləri dəqiq müəyyənləşdirməyə və bunların səbəblərini
dəqiqləşdirməyə, eləcə də onların aradan qaldırılması yollarını göstərməyə imkan
vermişdir. Dissertasiyada sözlərin prosodik xüsusiyyətləri və dildə tələffüz normaları
canlı dil materialına əsaslanaraq xüsusi proqram və müasir texnologiyanın
nailiyyətlərindən istifadə edilərək müəyyənləşdirilmişdir. Dissertasiya işində əldə
etdiyimiz nəticələr sözün prosodikasına dair yeni elmi fikirlərin formalaşmasını təmin
etmişdir. Bütün bunlar, şübhəsiz ki, dissertasiya işinin yeniliyini təmin edən əsas
amillərdir.
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti: onunla izah olunur ki, burada
danışıq prosesində prosodik vasitələrdən istifadə edilməsi mexanizminə dair
ümumiləşdirmələr aparılmış və nəzəri fikirlər irəli sürülmüşdür. Əldə edilmiş
nəticələr, şübhəsiz ki, dildə prosodika ilə bağlı ümumi dil universalilərinin nəzəri
cəhətdən işlənib hazırlanması baxımından əhəmiyyətlidir. İşdə irəli sürülmüş nəzəri
fikirlərdən ümumi nəzəri dilçilikdə, eləcə də müqayisə olunan ingilis və Azərbaycan
dillərində nəzəri fonetikanın prosodika bölməsinin yenidən işlənib hazırlanmasında
istifadə oluna bilər. Tədqiqat işi praktik cəhətdən də əhəmiyyət kəsb edir, çünki işin
nəticələrindən düzgün tələffüz vərdişlərinə yiyələnmədə, nitqin tanınmasında geniş
şəkildə bəhrələnmək olar. Əldə edilən nəticələrdən fonetika dərslərində prosodikanın
müxtəlif aspektlərinə həsr olunmuş seminar və mühazirələrin təşkilində, metodik
vəsaitlərin hazırlanmasında da istifadə oluna bilər.
Aprobasiyası və tətbiqi: Tədqiqatın nəticələri çap olunmuş 9 məqalədə də öz
əksini tapmışdır.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı: Azərbaycan İqtisad
Universitetinin xarici dillər kafedrasında yerinə yetirilmiş və müzakirə olunmuşdur.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi
həcmi. Giriş 6 səhifə, I fəsil 31 səhifə, II fəsil 39 səhifə, III fəsil 55 səhifə, Nəticə 2
səhifə, istifadə olunmuş ədəbiyyat siyahısı 15 səhifə, İxtisarların siyahısı 1 səhifə.
Ümumi həcmi 154 səhifə – 240, 084 işarə.
7
I FƏSİL
DİLÇİLİKDƏ PROSODİKANIN TƏDQİQİ TARİXİNDƏN
Dilin ünsiyyət vasitəsi kimi öz funksiyasını yerinə yetirməsində adresatla
adresant arasında informasiyanın ötürülməsində və qəbulunda istifadə olunan müxtə-
lif səviyyəli dil və danışıq vahidlərinin reallaşmasında dilin bütün aspektləri (fonoloji,
morfoloji, sintaktik, fonetik, semantik və s.) qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bu
prosesdə dilin norma qaydalarına düzgün əməl olunması ünsiyyət iştirakçılarının işini
asanlaşdırır və kommunikativ prosesin uğurlu nəticələnməsinə səbəb olur.
“Əgər dinən və dinləyənlər bir-birlərinə bir şey deyirlərsə, deməli, bunlar
danışmış olurlar; əgər danışırlarsa, bir-birinə söz söyləyir və sözlərlə də fikir
mübadiləsi etmiş olurlar” [17, s.5].
Lakin tələffüz edilən hər bir söz fikir ifadə etməyə qadir deyil. Bu mənada irəli
sürülmüş bu arqumentlə razılaşmamaq da mümkündür. Hər bir söz müəyyən bir
fikrin ifadəsi üçün istifadə olunan sintaktik vahidlərin tərkib hissəsi kimi çıxış edir.
Yalnız canlı danışıq aktında dialoji nitqdə müəyyən bir söz kontekstdən asılı olaraq
konkret məna fikir daşıma funksiyasını yerinə yetirə bilir. Belə vəziyyətdə həmin
sözün ifadə olunmasında əlavə prosodik vasitələrdən istifadə olunur.
İnsanlar arasında ünsiyyət müxtəlif formalarda əl işarələri, siqnallarla və s baş
verir ki, bunların da ən mükəmməl və kamil forması dildir. Ana dilində danışan və
ünsiyyətdə olan hər kəs dilin sadə bir proses olduğunu güman edir. Lakin bir xarici
dili öyrənərkən dilin sadə deyil, mürəkkəb proses olduğuna əmin oluruq və bu
prosesin reallaşmasında müəyyən çətinliklərlə üzləşirik, çünki normadan yayınmalar
baş verdiyi halda kommunikativ çətinliklər baş vermiş olur. Çətinliklər dilin fonem
sisteminin reallaşmasından başlayaraq ən mürəkkəb sintaktik konstruksiyalara kimi
olan vahidlərin reallaşmasında özünü göstərir.
Çətinliklər dilin müxtəlif sahələri ilə əlaqəli olur və tez-tez dilçilər arasında
mübahisələrə, fərqli fikirlərin yaranmasına səbəb olur. Ünsiyyət prosesində işlənən
sözlər heç də seqment vahidlərin sadəcə düzülüşündən ibarət deyil, onlar müəyyən
8
mənanı ifadə etmək üçün əlavə vasitələrlə bütövə çevrilir. O vasitələri dilçilikdə
prosodik vasitələr adlandırmışlar (N.S.Trubeskoy, R.Yakobson, D.Couns,
L.R.Zinder, F.Veysəlli və b.). Dildə qrammatikanın və prosodikanın bilavasitə
əlaqədə olmasını qeyd edən dilçilər (T.H.Nikolayeva, T.A.Brovçenko, D.Bolindeer,
Y.A.Dubovski, D.Kristal, F.R.Palmer və b) onların qarşılıqlı əlaqəsini göstərmişlər.
Sözün prosodik vasitələri, onların işlənmə xüsusiyyətləri ilə bağlı müəyyən fikirlər
irəli sürülsə də, problem nəzəri cəhətdən əsaslı şəkildə öyrənilmədiyindən, dil
öyrənmədə danışıq aktı üçün vacib hesab edilən digər dil hadisələrinin (sözün heca
tərkibi, söz vurğusunun rolu və təbiəti və s.) tədqiqi sahəsində çətinliklər yaranmışdır.
Ona görə də son zamanlar canlı danışığın strukturunun öyrənilməsinə xüsusi önəm
verilir (D.Counz, A.M.Antipova, L.R.Zinder, K.K.Barışnikova, S.M.Qayduçik,
F.Y.Veysəlli, D.N.Yunusov, A.D.Canusbəyov, Y.A.Dubovski, Q.P.Torşayev,
O.Dikuşina, B.Pampino, Marşal, S.Zeynalova və b.) Bu əsərlərdə müxtəlif dillərin
materialları əsasında dilin müxtəlif aspektləri (semantik, qrammatik və s.) ilə yanaşı,
onun fonetik tərəfi də, yəni dil vahidlərinin (heca, söz, söz birləşmələri, cümlə və s.)
prosodik xüsusiyyətləri təcrübi materiallarının təhlili əsasında nəzərdən keçirilmişdir.
Prosodika mürəkkəb dil hadisəsidir. Bu mənada onun kommunikativ prosesdə
yerinə yetirdiyi relevant funksiyanın xüsusiyyətlərini və dilin ümumi strukturunda
onun yerinin öyrənilməsi əhəmiyyətlidir.
“Dildə ən çox işlənən vahidlərdən biri hesab olunan sözün prosodikasının araş-
dırılması əhəmiyyət kəsb edir. Hər bir sözün mənası məhz danışıq prosesində, konkret
cümlə daxilində digər sözlərlə assosiativ əlaqədə müəyyənləşir” [112, s.43]. Məs.:
Azərbaycan dilində “düşmək” (başa düşmək, yerə düşmək, dilə düşmək və s.) ingilis
və alman dillərində perfekt (per´fekt ´pérfekt) sözü cümlədə hansı sintaktik və
semantik strukturda işlənməsindən asılı olaraq, müxtəlif məna ifadə edir. Məsələn,
hər hansı bir şəxsin ingilis dilində gözəl danışdığını bildirmək üçün “per´feckt”
variantından istifadə olunduğu halda, qrammatik kontekstdə, cümlənin bitmiş keçmiş
zamanda işləndiyini bildirmək üçün “´perfect”dən istifadə edilməsi norma kimi qəbul
edilmişdir.
Sözün semantik, qrammatik və fonetik strukturları ilə bağlı müxtəlif fikirlər irəli
9
Prosodika
heca prosodikası söz prosodikasısöz birləşmələrinin prosodikasısintaqm prosodikası cümlə prosodikası
sürülsə də, bunlar heç də bütün dilçilər tərəfindən (N.S.Trubeskoy, D.Counz,
L.R.Zinder və b.) birmənalı qəbul olunmayıb. Bu da ondan irəli gəlir ki, bu tədqiqat
işlərində sözün ayrı-ayrı sahələri (semantik, qrammatik, fonetik) vəhdət halında deyil,
bir-birindən təcrid edilmiş şəkildə təhlil olunmuşdur [15; 71; 112; 121 və s.]. Bəzi
tədqiqat işlərində semantik struktur [112], bəzilərində qrammatik [13; 106],
bəzilərində də fonetik struktur [59; 90] əsas götürülmüşdür.
L.V.Şerba yazırdı ki, bizim lüğət və qrammatikada istifadə etdiyimiz dil
vahidləri konsept olaraq, nə psixoloji, nə də fizioloji mənada bizə verilmir, onları biz
danışıq və anlam prosesindən əldə edirik [133, s.115].
Dilin prosodik strukturunun öyrənilməsi sahəsində müəyyən işlər görülsə də
(D.Counz, R.Yakobson, Q.P.Torsuyev, A.M.Antipova, O.Tsaxer, T.M.Nikolayeva və
b.), mübahisəli məqamlar da az deyil. Prosodikanın dildə işlənmə sahəsindən asılı
olaraq onun aşağıdakı növlərini müəyyənləşdirmək olar. Bunu sxem şəklində belə əks
etdirmək olar.
Müxtəlif dillərdə prosodikanın vasitələri eyni olsa da, onların tətbiq sahələri,
sxemdən göründüyü kimi, müxtəlifdir. Prosodiyanın bu növləri danışıq aktında sıx
əlaqədə olur və bir-birlərini tamamlayır. Bu vahidləri əmələ gətirən müxtəlif ölçülü
seqmentlər üfüqi xətt üzrə ardıcıl düzüldüyü halda, prosodik vasitələr həmin seqment
vahidlər üzərinə yayılaraq öz kommunikativ funksiyalarını yerinə yetirirlər. Məs.:
My father is a doctor and works at the hospital.
Mənim atam həkimdir və hospitalda işləyir.
10
Bu sintaktik konstruksiya müxtəlif ölçülü hecaları, sözləri, söz birləşmələrini,
sintaqmları cümlə şəklində bütövə çevirmək üçün üfüqi xətt üzrə düzülən bu
vahidləri (my, father, is, doctor, and, works, hospital; mənim, atam, həkimdir, və,
hospitalda, işləyir) prosodik vasitələrin köməyi ilə əlaqələndirməli olur. Yalnız bu
halda sintaktik vahid cümlə kimi fikir ifadə etməyə qadir olur. Söz səviyyəsində
prosodik vasitələr sözü əmələ gətirən hecaları leksik vahid halında birləşdirərək
bütövə çevirdiyi halda, cümlə səviyyəsində artıq söhbət hecalardan deyil, sözlərin və
söz birləşmələrinin bütöv halında birləşməsindən gedir. Danışıq aktında baş verən bu
fonetik hadisə Q.Qlison tərəfindən də qeyd olunmuşdur. Onun fikrincə, “hər bir
cümlə müəyyən intonasiyanın vasitəsilə bütövə çevrilir. Bu zaman intonasiyanın iki,
üç, dörd fonemdən ibarət olduğu qeyd edilir. Onlardan biri bütövlük bildirir.
Beləliklə, Q.Qlison intonasiya konturunu morfem adlandırmışdır”[88, s.85].
Əlbəttə, Q.Qlisonun bu fikri ilə də razılaşmaq mümkün deyil, çünki belə
vəziyyətdə seqment və superseqment vahidlər fərqləndirilmir. Nəticədə qrammati-
kada minimal vahid kimi çıxış edən morfem prosodikada da özünə yer almış olur.
Deməli, sözlər cümlədə nəinki semantik, qrammatik, həm də prosodik cəhətdən dəyi-
şikliyə uğrayırlar. Prosodik sahələrin müxtəlifliyi, istifadə olunan prosodik vasitələrin
işlənməsində və tətbiqində variasiyaya səbəb olur. Bu tədqiqat işində də söz
prosodiyasının (bir və iki hecalı sözlər əsasında) əsas xüsusiyyətləri danışıq aktında
araşdırılmışdır. Söz prosodikası probleminin həlli ümumilikdə söz nəzəriyyəsinin
daha da təkmilləşməsinə səbəb olmuşdur. Sözü intuitiv verilən və adi danışıqda
işlənən əsas dil vahidi kimi qəbul edən F.Veysəlli sözə verilən təriflərin də saysız-
hesabsız olduğunu qeyd etmişdir. Söz haqqında fikrini o belə ümumiləşdirmişdir:
“a)fonetik-fonoloji səviyyədə. Ən kiçik vurğu və sərhəd siqnalları (knaklaut,
fasilə və s.) ilə ayrılıb götürülə bilən, yazıda isə boş yerdən boş yerə qədər məsafə
tutan, tam formalaşmış dil vahididir.
b) leksik-semantik səviyyədə söz. Ən kiçik nisbətən müstəqil məna daşıyıcısıdır.
c) sintaktik aspektdə ən kiçik, cümlədə yeri dəyişə və əvəz oluna biləndir.
ç) morfoloji səviyyədə qrammatik-paradiqmatik funksiyalarla təchiz edilmiş və
morfoloji cəhətdən fərqlənən söz formalarına (məs. /gəlir/, /gəldi/ və s.) malik ən
11
mühüm vahid” [18, s.239].
F.Y.Veysəllinin sözün termin kimi işlənmə tezliyi məsələsinə dair fikri də maraq
doğurur. Onun fikrincə, “son vaxtlar morfem, leksem və formativ məfhumları sözə
üstün gəlir” [20, s.239].
R.Konrad isə özünün “Dilçilik terminləri lüğəti” əsərində “söz termininə
linqvistik cəhətdən birmənalı tərif verilmədiyini, L.Blumfildin bu vahidi minimal
sərbəst forma kimi nəzərdən keçirdiyini” qeyd etmişdir [174, s.273].
Müəyyən bir mənanın ifadəsi ilə bağlı nəzərdə tutulmuş sözün abstrakt modeli
danışıq aktında fərdin ifadəsində konkretləşir. Məhz bu zaman ifadə edən yeni
prosodik xüsusiyyətlər qəbul edir. Bu prosodik xüsusiyyətlər də müxtəlif prosodik
vasitələrin iştirakı ilə reallaşır. Prosodik vasitələr bütün dillər üçün yekcins olmayıb,
müxtəlifdir. Dilçilik ədəbiyyatından məlum olur ki, “sözün prosodikasından danışı-
larkən, əksər hallarda söz vurğusundan bəhs olunmuşdur” [59; 60]. Belə olan halda
ritm, temp, heca strukturu fasilə və s. kimi məsələlər arxa plana keçmişdir. Təcrübə
və müşahidələr göstərir ki, nəzərə alınmayan bu vahidlərsiz danışıq vahidlərinin,
eləcə də sözlərin mövcudluğu şübhə doğurur.
1.1. Kommunikativ prosesdə prosodiyanın rolu
İnsanın nitqini prosodik vasitələrsiz təsəvvür etmək qeyri-mümkündür, çünki
hər bir sözün tələffüzünün əsasında yalnız seqmentlər deyil, prosodik vasitələr də
durur. Tədqiq olunan dil vahidlərindən asılı olaraq, onların prosodik xüsusiyyətləri də
dəyişkən xarakterli olur. Müəyyən bir mətn danışıq aktında istifadə olunmursa,
danışanın nitqində konkretləşmirsə, belə vəziyyətdə o, prosodik vasitələrdən kənarda
qalmış olur. Prosodika bilavasitə canlı danışıqla bağlı hadisədir və müxtəlif
faktorların təsiri ilə variasiya olunur. Belə olan vəziyyətdə prosodikaya daxil olan
vahidlərin diferensiasiyasına ehtiyac duyulur. Dünya dilləri bir-birlərindən yalnız
fonoloji, qrammatik, semantik və s. xüsusiyyətlərinə görə deyil, eyni zamanda
prosodik xüsusiyyətlərinə, prosodik strukturlarına görə də fərqlənir. İlk növbədə
12
prosodika terminindən necə istifadə olunduğuna, onun mahiyyətinə aydınlıq gətirək,
çünki sözün prosodik xüsusiyyəti hər bir dilin fonetikası sahəsində ən aktual və
mübahisəli məsələlərdən biri olaraq qalmaqdadır. Tələffüz edilən hər bir söz akustik
və artikulyator cəhətdən, prosodik əlamətlərlə (vurğu, ton, temp, intonasiya və s.)
səciyyələnir və bu əlamətlərinə görə də digər vahidlərə qarşı qoyulur. Məsələn, ingilis
dilində işlənən ´Perfect və per´fect sözləri eyni fonemlərin ardıcıllığından ibarət olsa
da, bunlar bir-birindən danışıq aktında danışan və dinləyən tərəfindən asanlıqla fərq-
ləndirilir. Bu fərqi diktə edən prosodik əlamətdir. Birinci və ikinci söz bir-birindən
aksent xüsusiyyəti ilə fərqlənir. Sözlərin mənasının fərqləndirilməsində dominant
faktor kimi vurğu çıxış edir. Fonetik-metrik terminologiyaya aid lüğətdə A.İvanov
qeyd etmişdir ki, prosodikanın tədqiqat obyektinə nitqin metrik cəhətdən relevant
hesab olunan elementləri kimi hecaların kvantiativ xarakteristikası daxildir [100,
s.615].
“İngilis dilçiliyində prosodiyanın ritm, fasilə, temp, vurğu və melodiya kimi də
qəbul edənlər olmuşdur” [166, s.167].
Vladimir Dal isə prosodikanı izah edərkən göstərmişdir ki, bu, heca vurğusudur,
başqa sözlə ifadə etmiş olsaq prosodika nitqin uzun və qısa hecalarının düzgün
tələffüzüdür [89, s.511]. Düzgün tələffüz də, tələffüzün reallaşmasını təmin edən
prosodik vasitələrə necə əməl olunması ilə əlaqəli hadisədir. Prosodik vasitələr proso-
dikanın minimal vahidi olan hecadan başlayaraq, mətnə kimi olan bütün vahidləri
əhatə edir.
O.C.Axmanova prosodika sözünü müxtəlif formalarda fərqləndirərək yazır:
“Prosodik vahid olan prosodema prosodik fonemdir, yəni ikinci dərəcəli fonem”.
İkinci vəziyyətdə o, prosodemi dilin ən kiçik prosodik vahidləri – heca və mora
bərabər tutub.
Üçüncü yanaşmada o, bu vahidə “seqmentüstü morfem və yaxud superseqment
morfem” kimi baxır [65, s.367].
Deməli, prosodiya yunan sözüdür /prosodia/ vurğu və nəqarət mənalarını ifadə
edir. Prosodik fərqləndirici əlamətlər fonemlərə məxsus fərqləndirici əlamətlər deyil,
bu əlamətlər fonem birləşmələrinə, onların qruplarına, yəni hecalara məxsus olur.
13
Böyük ensiklopediya lüğətində prosodiya terminin izahı üçün qeyd edilir ki,
“prosodiya nitqin metrik mənalı elementləri haqqında elmdir, yəni hecalarda
uzunluq – qısalıq və vurğulu – vurğusuzluq elementləri” [74].
Bu fikirdən çıxış etmiş olsaq, onda “beat” və “bit” sözlərinin fərqlənməsində
uzunluq – qısalıq, “´perfeckt” və “per´fect” sözləri isə vurğu prosedemləri ilə
diferensiasiya olunurlar. Deməli, danışıq aktında bu tip sözlərin temporal əlaməti və
vurğusu dominant diferensial əlamətlərdir.
“Prosodiya nitqin seqmentüstü vahidlərinin ümumi göstəricisi kimi, xüsusən,
tonun yüksəkliyi, uzunluğu və gücü kimi şərh olunmuşdur” [65, s.367].
Canlı danışıq aktında dinlənilən fərqləndirici əlamətlər iki qrupa bölünür:
1) fonetik fərqləndirici əlamətlər
2) prosodik əlamətlər.
L.Blumfild birinci qrupa daxil olan əlamətləri inferent və yaxud daxili əlamət
adlandırır. Onun fikrincə, fonem səs deyil, səsin fərqləndirici əlamətlərinin məcmusu-
dur. Deməli, dildə elə nitq hadisələri mövcuddur ki, onları fonematik əlamət hesab
etmək olmaz. Məsələn, cümlənin sonunda tonun yüksəkliyi məna dəyişikliyi yaradır.
Bu cür fonoloji xüsusiyyətləri L.Blumfild “ikinci dərəcəli fonemlər” adlandırır.
N.S.Trubetskoy prosodik əlamətləri danışıq üçün vacib elementlər hesab etmişdir.
Onun fikrincə, “dünya dillərinin böyük əksəriyyətində fərqləndirici prosodik
əlamətlər yalnız saitlərdə olur. Buna görə hesab etmək olar ki, bu əlamətlər sait
əlamətlərinə aiddir və avazlanma dərəcələri və əsas ton klasları ilə birlikdə
araşdırılmalıdır. Hecaların ibarət olduğu fonemlərin bir qismi prosodik cəhətdən
irrelevantdır. Adətən bu fonemlər samitlərdir. “Heca düzəltməyən” saitlər də ola
bilər. Saitsiz hecalarda prosodik əlamətin daşıyıcısı kimi samit çıxış edir” [41,
s.228]. Belə vəziyyətdə prosodik əlamətlər təkcə saitlərə məxsus əlamət olmayıb,
hecanın müəyyən bir hissəsinin əlaməti kimi nəzərdən keçirilir. Məs., alman dilində
işlənən “Staat” və “Stadt” sözləri birhecalı sözlərdir. Bu birhecalı sözlər bir-birindən
prosodemlə fərqlənir. Daha doğrusu, bu leksik vahidlərdə prosodemlərin əvəz
olunması onların semantik strukturlarının dəyişməsi ilə nəticələnmişdir. /ta:t/
sözündə uzun /a:/ saiti işlənmişdir, saitin kvantativ xüsusiyyəti dinləyənə həmin
14
vahidi “dövlət” mənasında başa düşülməsinə əsas olmuşdur. İkinci halda isə qısa /a/
saiti işlənmişdir. Bu sait birincidən öz qısa tələffüzü ilə fərqlənir. Məhz bu vəziyyətdə
qısalıq yeganə dominant əlamətdir ki, həmin sözü /staat/ sözündən fərqləndirir. Bu iki
sözü bir – birindən fərqləndirən yeganə diferencial əlamət onların kəmiyyət
parametirləridir. Prosodik vasitələrlə yanaşı heca prosodikasını təhlil edərək
N.S.Trubeskoy yazmışdır: “Müəyyən bir dilin qanunlarına görə distinktiv prosodik
əlamətlərin sahibi olan hecanın hissəsini heca daşıyıcısı kimi müəyyənləşdiririk.
Dildən asılı olaraq heca daşıyıcısı ola bilər: a)sait; b) polifonematik sait birləşməsi;
c) samit; d) sait+samitin polifonematik birləşməsi. Elə dil yoxdur ki, orada saitlər
heca daşıyıcısı olmasın” [41, s.229]. O da qeyd olunmalıdır ki, elə dil də yoxdur ki,
onun sait sistemi olmasın.
N.S.Trubeskoyun şərhindən bəlli olur ki, dildə prosodik əlamətlərin daşıyıcıları
müxtəlif ola bilər.
Prosodikanı yazıda əlavə diakretik işarələrlə göstərilən fonetik vasitələrin
sistemi kimi də şərh etmək olar. Bu sistemə də aksent, tembr, melodiya, ritm,
intonasiya, intensivlik, fasilə, sədalılıq, vurğu, uzun və qısalıq daxildir. Bu fonetik
vasitələrin hər birinin öz fərqli xüsusiyyətləri və funksiyası mövcuddur. Cümlədəki
mövqeyi sözün prosodik strukturunda hansı vasitənin həlledici olmasına təsir
göstərir.
S.V.Kodzasov aksentoloji aspektdə prosodika sahəsini düzgün müəyyənləş-
dirmək üçün sözün ritmləşməsinin əsas iki fərqli prinsipial üsulunu göstərir:
pluralistik və unitar. Burada müəllif bu üsullarla qeyri-adi mürəkkəb və müxtəlif
prosodik sxemlər əldə edir [103, s.108-112]. Əldə edilən bu sxemlərin fərqli
xüsusiyyətini özündə əks etdirən göstəricilər də ifadə olunmuşdur.
Prosodiyanın dildə yerinə yetirildiyi funksiyanı və vasitələrini araşdıran
Y.A.Dubovski prosodiyanı belə xarakterizə etmışdir:“Prosodiya və ya prosodika
dildə vurğu və nəqarət mənalarında işlənir” [92]. Belə qənaətə gəlmək olar ki, o, dil
vahidinin prosodik funksiyasını vurğu funksiyası ilə eyniləşdirir.
Müxtəlif dil vahidlərinin danışıq aktında daşıdıqları prosodik vasitələrə və
onların təhlilinə aid müxtəlif dillərin materialları əsasında müəyyən tədqiqat işləri
15
yerinə yetirilib (D.Kristal, D.Bolinjer, O.Tsaxer, T.A.Brovçenka, T.M.Nikolayeva,
G.Y.Pankrats və b.).
Söz prosodikası sait və samitlərin söz daxilində struktur quruluşu ilə məşğul
olur. Şübhəsiz ki, prosodika yalnız bununla kifayətlənmir, o, seqmentüstü vahidləri
də öyrənir.
Prosodika danışıq prosesində nitq seqmentlərinin bütün səviyyələrində (heca,
söz, söz birləşməsi, sintaqma, cümlə, mətn) yaranan və məna fərqləndirici rol
oynayan fonetik vahidlərin (tonun yüksəkliyi, gücü və zamanı və s.) sistemidir. Bu
sistemsiz canlı danışığı təsəvvür etmək qeyri-mümkündür. “Çox vaxt prosodikanın
aşağıdakı elementləri (komponentləri) fərqləndirilir: nitqin melodiyası, vurğu, nitqin
temporal və temp xüsusiyyətləri, tonal dillər üçün ritm. Bu baxımdan prosodiya çox
vaxt intonasiya ilə sinonim kimi işlənir” [92]. Onu da qeyd etmək lazımdır ki, hər iki
termin dilin superseqment vasitələrinin funksional sistemini əks etdirmək üçün
istifadə olunur. Şübhəsiz ki, bu terminləri ayırmaq istəyənlər də var. Bunun üçün
onlar intonasiyanı fraza ilə, prosodikanı isə hecadan başlamış mətnə kimi bütün nitq
seqmentləri ilə əlaqəli olduğunu əsas götürmüşlər. Prosodiya və prosodika terminləri
20-ci əsrin 70-ci illərində mətn dilçiliyinə marağın artması sayəsində daha geniş
yayılmışdır.
Y.A.Dubovski prosodiya və prosodika terminlərinin də işlənmə xüsusiyyətlərinə
aydınlıq gətirmişdir. O, prosodikanı hecaya, prosodiyanı isə bütün seqment vahidlərə
(heca, söz, sintaqm, fraza, cümlə, mətn) aid edir[92,s.80-81]. Deməli, prosodikanın
işlənmə sahəsi prosodiyanın işlənmə sahəsi ilə müqayisədə məhduddur. Sözü təmsil
edən hecaların zəncirvari əlaqəsi məhz prosodik vasitələrin köməkliyi ilə bütövə
çevrilir. German dillərində tam mənalı sözlər aydın ritmik strukturlu olur. Sözdə
hecalardan biri digərləri ilə müqayisədə prosodik göstəricilərinə görə fərqləndirilir və
bu heca vurğulu hesab edilir. Sözü təşkil edən digər vurğusuz hecalar isə güc
səviyyəsinə görə vurğulu hecadan aşağı səviyyədə olur. Beləliklə də nitq axını
vurğulu heca ətrafında birləşən ritmik kvantlara ayrılır. Sözün prosodik strukturu
danışana imkan verir ki, onu digər sözlərdən fərqləndirsin, danışıq aktında onun
gerçək mənasını dəqiqləşdirsin. Q.P.Torsuyev “ingilis dilində sözləri tələffüzlə sıx
16
bağlı olan semantik vahid kimi”xarakterizə edir [128, s.169]. Bu diferensial xüsusiy-
yətinə görə sözlər öz prosodik ifadələrindən çıxış edərək, hecaların və morfemlərin
prosodik ifadə formalarından fərqlənirlər. Söz, morfem və heca arasındakı fərqi əks
etdirmək məqsədilə Q.P.Torsuyev nümunə kimi “proposal” və “readible”
sözlərindən istifadə edərək qeyd etmişdir ki, bu sözlər morfoloji struktur baxımından
[prə/´poʊz/l] və [ri:d/əbl] kimi, heca strukturu baxımından isə [prə/poʊzl] və
[´ri:də/bl] kimi hissələrə ayrılır. Həqiqətən də, bu və bu kimi model sözlərdə söz,
morfem və heca sərhədləri aydın fərqləndirilir. Bu fərq onların prosodik
strukturlarında da öz ifadəsini tapmışdır. İki və daha artıq hecalı sözlərdə hecalar bir-
birlərindən prosodik vasitələrin təsiri ilə fərqlənir. Əlbəttə, ingilis dilində işlənən
/´teibl/, /´peipə/, /´doktə/, /`ɔ:təm/, /ɔ:də/, /fænsı/, /´bʊlüək/, /ti:tə/ və s. kimi
sözlərdə vurğulu hecanın prosodik strukturunu vurğusuz hecanın prosodik strukturu
ilə eyniləşdirmək qeyri-mümkündür, çünki vurğulu hecanın saiti əsas tonun tezliyi və
intensivlik parametrlərindəki yüksəlişə görə maksimum səviyyədə durmuşdur. Eyni
prosodik struktur Azərbaycan dili materialının təhlilində də baş vermişdir. İstər
ingilis, istərsə də Azərbaycan dilində sözün prosodik xüsusiyyətlərinin eksperimental
təhlili haqqında irəlidə geniş məlumat verilir.
Dildə prosodikanın rolu məsələsi Y.S.Maslovun da diqqətini çəkmişdir. Onun
fikrincə, “nitq aktında üfüqi şəkildə düzülmüş seqment vahidlərdən başqa, seqment
vahidlərin üzərinə yayılaraq, yerləşən supraseqment vahidlər də mövcuddur.
Supraseqment latın dilindən alınma sözdür. Supra – nəyinsə üzərinə, nəyinsə
üzərində mənasını bildirir; seqmentum – hissə, nitq parçası. Sözün hərfi tərcüməsi
“nitq parçasının və ya parçalarının üzərində yerləşən” kimi başa düşülür. Bunlar
relativ nisbi müstəqil vahidlər kimi nəzərdən keçirilmişdir” [174,s.239]. “Bunlar
funksional, fonoloji cəhətdən dil sisteminin elementləri kimi nəzərdən keçirilir və
prosodik vahidləri – prosedemləri təmsil edirlər. Əsas prosodik anlayışlar kimi o,
vurğu və intonasiyanı qeyd etmişdir. İrəli sürdüyü fikirlər onun tərəfindən rus və
alman dillərindən gətirilən nümunələrlə əsaslandırılmışdır”[108, s.86].
Y.S.Maslovun fikrindən aydın olur ki, dildə fəaliyyətdə olan bu prosodemlər canlı
danışıqda yaranan və informativlik baxımından müəyyən funksiya yerinə yetirən
17
vahidlərdir. Bu da onu göstərir ki, prosodik vasitələr ünsiyyət prosesində bu və ya
digər vahidin informativlik baxımından qabardırılmasına xidmət edir.
R.Konrad “Prosodiya” və “Prosodika” terminlərini sinonim kimi işlətmişdir və
bunları fonetika və fonologiyanın sahəsi hesab etmişdir. Onun fikrincə,”bu vahidlər
səs və fonemdən böyük dil vahidlərinin yaranmasında relevant səs xüsusiyyətlərinin
(aksent, intonasiya, danışıq tempi, fasilə və s.) tədqiqi və təsviri ilə məşğul olur”
[174,s.190]. Prosodikanın bu xüsusiyyətlərinin hər biri canlı danışıq aktının
yaranması və davam etdirilməsində müəyyən funksiyanın daşıyıcısıdır.
Təhlil olunan ingilis və Azərbaycan dillərinin materiallarından məlum olur ki,
dildə mövcud olan sözlər semantik qrammatik strukturlarına görə fərqləndikləri kimi
prosodik strukturlarına görə də fərqlənirlər. Məs.: birhecalı sözlərin prosodik
strukturunu ikihecalı sözlərin prosodik strukturları ilə eyniləşdirmək düzgün olmazdı,
çünki prosodik vasitələrin dilin hansı vahidini əhatə etməsindən asılı olaraq, onların
struktur və funksional xüsusiyyətləri də dəyişkən xarakterli olur.
Danışıq aktında tələffüz edilən söz dinləyicilər tərəfindən ona görə asanlıqla
dərk olunur və anlaşılır ki, bu prosesdə seqment vahidlər prosodik vasitələrlə
qarşılıqlı əlaqədə olur. Məsələn, “teacher” sözü ona görə asan dərk olunur ki, həmin
sözü təmsil edən seqmentlər iki minimal prosodik vahiddə birləşir. Bu birləşmə
prosodikanın kulminativ funksiyası nəticəsində mövcud olmuşdur. Vurğusuz heca
vurğulu nüvə hecanın ətrafında birləşmişdir. Akustik cəhətdən birinci heca
dominantdır. Şübhəsiz ki, nitqin tanınmasında hər bir fərd üçün xarakterik olan
prosodik vasitələrin rolu da az deyil.
Kommunikativ prosesdə prosodikanın rolu danılmazdır. Məhz onun vasitəsilə
ünsiyyətdə olanlar görünməsələr belə, nitqi dinləməklə onların arasında söhbətin
hansı xarakterdə (səmimi, mübahisəli, kədərli, sevindirici və s.) olması aydın olur.
Ona görə də E.Koseriunun “Biz nə dili, nə də danışanın xarakterini tanımırıqsa,
bərkdən, ancaq ürəkdən olan söhbəti eşidiriksə, universal səviyyədə təsəvvür əldə
edirik ki, orada nəsə mübahisəli məsələ gedir, halbuki, ola bilsin ki, söhbət bu dilin
prosodik özəlliklərindən gedir (italyanlar alman dilində danışığı eşidəndə bu cür
düşünürlər)” fikri ilə razılaşmamaq olmur. Kommunikativ prosesdə son anda
18
danışığı müəyyən texnikaya görə tanıyırıq. Və biz nəhayət deyirik: “bu danışan
Fatimədir, onda biz fərdi dil səviyyəsini tanıyırıq” [26,s.196]. Fərdi dil səviyyəsi
deyərkən bu və yaxud digər dil vahidinin individuumun nitqində konkretləşməsi
nəzərdə tutulur.
Nitqin konkretləşməsi deyərkən seqment və superseqment vahidlərin dilin daxili
qanunları əsasında bir-birlərini tamamlayaraq lazımı fonetik vahidin yaradılması
nəzərdə tutulur.
1.2. Söz fonologiyası və söz prosodikası
Hər bir dildə sözün fonem strukturu onun fonologiyasının əsasını təşkil edir.
Sözün prosodik strukturu isə onun prosodik xüsusiyyətlərini əhatə edir. Prosodik
xüsusiyyətlərə isə prosodik vasitələr daxildir. Prosodik vasitələri öyrənmədən sözün
prosodik strukturu haqqında ətraflı məlumat əldə etmək qeyri-mümkündür.
Müxtəlif dillərdə sözlərin fonem strukturları fərqli olduğundan, bununla əlaqəli
olanı sözlərin prosodik strukturları fərqli olur. “Məlumdur ki, kommunikativ prosesdə
fikir, əsasən, cümlələr vasitəsi ilə ötürülür. Cümlələr isə yalnız sözlərin vasitəsilə bu
funksiyanı yerinə yetirməyə qadirdir. Sözsüz cümlə təsəvvür etmək qeyri-mümkündür.
Deməli, sözlər cümlələrin tərkib elementləri kimi müxtəlif situasiyalarda çıxış
etməklə konkret məna kəsb edirlər. Şübhəsiz ki, hər bir söz danışıq aktında digər
sözlərlə sintaqmatik və assosiativ əlaqəyə girir” [112, s.43]. İstər ingilis, istərsə də
Azərbaycan dilində sözlər heç də dəyişməz vahidlər deyil, onlar müxtəlif qrammatik
formalar qəbul etməklə müxtəlif qrammatik mənalar ifadə edir. O.Musayev bununla
bağlı fikrini belə şərh etmişdir: “Sözün qrammatik (morfoloji) forması ya sintetik
(tables, boys və s.), ya da analitik (is working, has worked, shall work) ola bilər” [36,
s.11]. Dilçilikdə söz vahidinə və onun müxtəlif xüsusiyyətlərinə (semantik, qram-
matik və s.) həsr edilmiş çoxlu tədqiqat işləri yerinə yetirilmişdir [52; 41; 60; 67; 75;
78; 90; 92; 144; 147; 155; 182; 186 və s.]. Bütün bunlarla bərabər təhlillərdən məlum
olur ki, problemlə bağlı mübahisəli məqamlar bu gün də mövcuddur. Problemin
19
mübahisəli olduğu R.Konrad tərəfindən qeyd olunmuşdur[174, s.273]. Söz –
linqvistik termin kimi birmənalı tərifi olmayan vahiddir. Bu da ondan irəli gəlir ki,
tədqiqatçılar bu vahidin tədqiqinə müxtəlif aspektlərdən yanaşmışlar. “Dildə mövcud
olan sözlərin hər birinin özünəməxsus fonem tərkibi mövcuddur. Şübhəsiz ki, hər bir
dildə sözün fonem strukturunun müəyyənləşdirilməsi üçün, ilk növbədə, bu dil
vahidinin statusu müəyyənləşdirilməlidir” [32, s.126].İngilis dilində sözü morfemdən
fərqləndirərək İ.P.İvanova, V.V.Burlakova, Q.Q.Poçepstov yazmışlar ki, söz
morfologiyasının ən kiçik vahidi morfemdir [99, s.5]. H.Paul isə “sözü hərflərlə ifadə
olunan müəyyən sayda seqmentlərin mexaniki birləşməsi kimi hesab edilməsi“
fikrinin düzgün olmadığını qeyd etmişdir [115, s.71]. Onun fikrincə, “sözün əsasını
qeyri-məhdud sayda səslərin fasiləsiz sırası təşkil edir. Hərflər bu sıranın bütövlükdə
deyil, müəyyən məqamlarını əks etdirir. Hərflə göstərilməyənlər isə müəyyən
nöqtələrlə göstərilir”. Yəqin ki, H.Paul şifahi nitqlə bağlı baş verən orfoepik
dəyişiklikləri, prosodik xüsusiyyətləri diakretik işarələrlə ifadə olunduğunu nəzərdə
tutmuşdur.
Sözə verilmiş təriflərin müxtəlifliyi “Dilçilik ensikolopediyası”nda da qeyd
olunmuşdur: “Sözə verilən təriflər saysız-hesabsızdır. Sözün ən çox yayılmış tərifi
bunlardır:
a) fonetik-fonoloji səviyyədə. Ən kiçik vurğu və sərhəd siqnalları (knaklaut,
fasilə və s.) ilə ayrılıb-götürülə bilən, yazıda isə boş yerdən boş yerə qədər məsafə
tutan, tam formalaşmış dil vahididir;
b) morfoloji səviyyədə qrammatik paradiqmatik funksiyalarla təchiz edilmiş və
morfoloji cəhətdən fərqlənən söz formalarına malik (məs.: /gəlir/, /gəldik/ /go/,
/going/və s.) ən mühüm vahid;
c) leksik-semantik səviyyədə söz. Ən kiçik nisbətən müstəqil məna daşıyıcısıdır;
ç) sintaktik aspektdə ən kiçik, cümlədə yerini dəyişə və əvəz oluna bilən
vahiddir.
Analitik, semantik eyniliyi, morfoloji stabilliyi və sintaktik mobilliyinə görə son
vaxtlar morfem, leksem və formativ məfhumları sözə üstün gəlir” [20,s.239].
K.L.Levkovskaya söz nəzəriyyəsi və onun yaranma prinsiplərini araşdırarkən
20
sözü belə səciyyələndirmişdir: “Özündə səslənməni və mənanı birləşdirən əsas dil
vahidi” [106, s.12]. Onun fikrincə, “hər bir söz özündə ifadə və məna tərəflərini
birləşdirir”.
Əksər dilçilər sözün tərifinin müəyyənləşdirilməsinin çətin olduğunu qeyd etmiş
və sözə tərif verməkdən çəkinmişlər [64, s.27]. Çətinlik onunla izah olunur ki, söz
səslənmə ilə mənanı özündə birləşdirir və bunun linqvistik fəlsəfi və psixoloji
problem olduğu göstərilir. Söz nədir? sualına cavab olaraq Azərbaycan dilinin
tanınmış tədqiqatçısı A.Axundov yazmışdır ki, “ilk baxışda cavabı çox aydın
görünən bu sualın dilçilik elmində hələ də tam, elmi cavabının verilmədiyini desək,
mübaliğə olmaz” [6, s.158]. Daha sonra o qeyd etmişdir ki, “söz, hər şeydən əvvəl,
müəyyən bir səs kompleksindən ibarətdir, başqa sözlə, o, müəyyən fonetik struktura
malikdir. Sözün mənası geniş anlayış olub, məfhumları, emosional vəziyyətləri və s.
əhatə edir. Hər bir söz özündə ən azı üç cəhəti: səs kompleksi, məna və məna mənbəyi
kimi cəhətləri birləşdirir. Məhz bu üç cəhətin vəhdəti söz əmələ gətirir” [6, s.159].
Dilin əsas vahidlərindən biri kimi söz leksikologiya ilə yanaşı, dilçiliyin digər
sahələrinin (fonetika-fonologiya, qrammatika və s.) tədqiqat obyekti kimi də çıxış edə
bilir. Sözün dildə işlənmə xüsusiyyətini araşdıran S.Cəfərov yazmışdır: “Söz lüğət
tərkibinin əsas vahidi kimi, öz təbiətinin dolğunluğunu və həqiqi mənasını ə laqəli
nitq daxilində büruzə verir” [13, s.12]. Bu hal çoxmənalı sözlərin işlənməsində daha
aydın görünür, çünki bu sözlərin mənası kontekslə bağlı olur.
Söz, hər şeydən əvvəl, fonetik cəhətdən formalaşmış vahiddir. Dildə sözlər ən
azı bir fonemdən ibarət olur və onlar hər dilin öz daxili qanunları əsasında formalaşır.
Məs.: “o” sözü Azərbaycan dilində, “I” sözü isə ingilis dilində 1 fonemdən ibarətdir.
Bəzi mənbələrdə “söz “intuitiv verilən və adi danışıqda işlənən əsas dil vahidi”
kimi qeyd olunmuşdur” [18, s.239]. Biz burada sözlərin yaranma tarixindən, onların
etimoloji xüsusiyyətləri haqqında geniş məlumat verməyə ehtiyac duymuruq, çünki
bu tədqiqat işində bizi mövcud sözlərin ifadəsində prosodik vasitələr və onların
xüsusiyyətləri maraqlandırır. Söz, qeyd edildiyi kimi, müəyyən bir səs
kompleksindən ibarətdir, başqa sözlə o, müəyyən fonetik tərkibə malikdir. Əslində,
fonetik tərkibə malik olmayan söz yoxdur. Fonetik tərkib deyərkən sözün həm
21
seqment, həm də prosodik strukturu nəzərdə tutulmuşdur. Sözün fonetik tərkibi ilə
onun ifadə etdiyi əşyanın məzmunu ilə heç bir əlaqəsi yoxdur, çünki eyni məzmunu
ifadə etmək üçün müxtəlif dillərdə müxtəlif fonetik tərkibli sözlərdən istifadə olunur.
Şübhəsiz ki, sözün fonologiyasını öyrənmək üçün ilk növbədə fonemin necə bir
vahid olduğuna aydınlıq gətirilməlidir, çünki hər bir söz fonem və fonem
birləşmələrini ehtiva edir.
Dilçilikdə fonemlə bağlı müxtəlif nəzəriyyələr və bu nəzəriyyələri işləyib hazır-
layan dilçilik məktəbləri (Moskva dilçilik məktəbi, Sankt-Peterburq dilçilik məktəbi,
Praqa dilçilik məktəbi, Amerika dilçilik məktəbi və s.) mövcuddur. Aparılmış
təhlillərdən məlum olmuşdur ki, fonemlə bağlı onların fikirləri heç də həmişə eyni
olmamışdır. Əsas fərq fonemin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Onlar
arasında universal olan əsas xüsusiyyət fonemin abstrakt dil vahidi kimi qəbul
olunmasıdır. Hər bir dilin abstrakt vahidlərini – fonemlərini özündə ehtiva edən
fonem sistemi mövcuddur. Məs.: İngilis dilinin fonem sisteminin 20 sait (12
monoftonq + 8 diftonq) və 24 samit (22 sadə + 2 afrikat) fonemdən ibarət olduğu
A.S.Gimson tərəfindən qeyd olunmuşdur [156]. İngilis dilinin fonem sisteminin
başqa dillərin fonem sistemlərindən fərqləndiyini qeyd etmiş F.Y.Veysəlli yazmışdır
ki, “ingilis dilinin fonem sisteminə 42 fonem daxildir [46, s.90]”. İngilis dilinin sait
fonemlərinin xüsusiyyətlərindən bəhs edən S.E.Poladova bunun üçün D.Counzun,
V.Levisin, A.Gimsonun, D.Aberkrombinin, Kenen/Knotun, P.Leydfoqedin fikirlərini
tənqidi təhlil etmiş və onlar arasında fikir müxtəlifliyinin olduğunu göstərmişdir [118,
s.7]. Bizim məqsədimiz heç də fonemin fonemliyini təhlil etmək deyil; biz burada
ingilis dilinin fonem sistemindən çıxış edərək, ingilis dilində sözlərin fonem
strukturunun xüsusiyyətlərini müəyyənləşdirməyə çalışmışıq.
Azərbaycan dilinin fonem sisteminin tərkibi ilə bağlı mövcud fikirlər arasında
ziddiyyətli məqamlar vardır. Bəzi müəlliflər Azərbaycan dilində 33 fonemin (9+24)
olduğunu qeyd etdikləri halda [18], müasir Azərbaycan dilinin fonem sistemini tədqiq
edən A.Axundov Azərbaycan dilində 40 fonemin olduğunu göstərmişdir [6, s.17].
F.Y.Veysəlli isə “müasir Azərbaycan dilində 32 fonemin olması fikrini irəli
sürmüşdür [46, s.90]. Hər bir dil özünün fonem tərkibinə və fonem sisteminin
22
kəmiyyət göstəricilərinə görə digərlərindən fərqlənir.
Alman dilində 40 fonemin (17+23) [52, s.233], rus dilində 43 fonemin olduğu
qeyd olunmuşdur [46, s.157]. Fərq onunla bağlıdır ki, mövcud ədəbiyyatın təhlili
zamanı nəinki müxtəlif sistemli dillərin, eləcə də eyni bir dilin fonem tərkibinin
müəyyənləşdirilməsində fərqli prinsiplərin tətbiqi müşahidə olunmuşdur. Dildə
fonemlərin müəyyənləşdirilməsində fərq həmin vahidə verilmiş təriflərdə də
aşkarlanmışdır. Fonemə hansı aspektdən yanaşılmasından asılı olaraq (funksional,
semantik, psixoloji, linqvistik), verilmiş təriflər müxtəlif olmuşdur.
Boduen de Kurtenenin və D.Counzun fonemlə bağlı fikirlərini təhlil etmiş
N.S.Trubetskoy onların fikirləri ilə razılaşmamış və özünün problemə münasibətini
belə izah etmişdir: “Fonemə nə psixoloji təbiətinə, nə də fonetik variantlara
münasibətinə görə verilən tərif bizi razı sala bilir. Biz fonemə yalnız və yalnız dil
sistemindəki funksiyasından çıxış etməklə tərif verməliyik. İstər onu ən kiçik distinktiv
vahid kimi (L.Blumfild) və ya sözün fonetik cildində səs nişanəsi kimi (K.Büller)
götürək,bütün bunların hamısı bir şeylə bağlıdır: o da bir dilin distinktiv (“fonoloji”)
oppozisiyalardan ibarət olmasıdır və fonem belə qarşılaşmanın özündən daha kiçik
hissələrə bölünməyən üzvüdür. Bu, çox aydın və birmənalı tərifdə heç nəyi
dəyişdirməyə ehtiyac yoxdur”[41, s.53]. Fikrinin real olduğunu qeyd edən
N.S.Trubetskoy fonemin əlamətlərini relevant (differensial) və irrelevant (inteqral)
olmaqla iki qrupa bölür.
A.B.de Qrotun fonemə verdiyi tərif də N.S.Trubetskoyun diqqətindən kənarda
qalmamışdır, o, A.B. de Qrotun fonemə verdiyi təriflə razılaşmamışdır: “Deməli,
fonem müstəqil funksiyası olan fonoloji rəmzi əlamətdir. Fonemin mühüm dəyəri olan
sözləri və söz hissələrinin tanınmasını və eyniləşdirilməsini təmin edir və ya
asanlaşdırır. Fonemlərə bu funksiyanı yerinə yetirən səs sıralarının ən kiçik hissələri
kimi tərif vermək olar” [41, s.57]. Buradan aydın olur ki, A.B. de Qrot fonemlə bağlı
tərifində distinktiv əlamətin rolunu qeyd etməmişdir və nəticədə tənqidə məruz
qalmışdır.
Fonemin elmi cəhətdən əsaslandırılmış izahını Sankt-Peterburq dilçilik məktəbi-
nin nümayəndələri vermişdir. Bu izahat F.Y.Veysəllinin fonemə verdiyi tərifdə öz
23
ifadəsini tapıb: “Biz fonem deyəndə stabil, dəyişməz, relevant əlamətlərlə
səciyyələnən, dil sistemində özü kimi başqa vahidlərə qarşı qoyulan, dildə sözləri, söz
formalarını, istənilən dil ifadəsini fərqləndirməyə xidmət edən, struktur baxımdan
bölünən, ancaq xətti baxımdan özündən kiçik hissələrə bölünə bilinməyən, maddi
varlığı səsdən ibarət olan ən xırda dil vahidini fonem kimi başa düşürük” [46, s.105].
Bu tərifdən fərqli olaraq Y.S.Maslov fonemi başqa formada şərh etmişdir.
Əvvəlcə fonemin dildəki funksiyasını və onun təbiətini öyrənən alim sonradan bu
vahid haqqında qeyd etmişdir: “Fonem dilin ən kiçik səs vahididir və o, dildə söz və
morfemləri şərtləndirən yeganə eksponentdir” [108, s.63]. Şübhəsiz ki, ən kiçik səs
vahidi deməklə Y.S.Maslov fonemin bölünməzliyini nəzərdə tutmuşdur.
Moskva fonoloji məktəbinin nümayəndələri isə fonemin müəyyənləşdirilmə-
sində onun morfemin tərkib hissəsi olmasını əsas götürürlər.
İngilis fonetistləri isə bu vahidin müəyyənləşdirilməsində əsas faktor kimi fiziki
uyğunluğu və əlavə distribusiyanı götürürlər [168]. Amerikan fonoloqlarının fonemlə
bağlı fikirlərini təhlil edən F.Yadigar qeyd etmişdir ki, onlar L.Blumfilddən
başlayaraq, fonem sisteminin təsnifini aşağıdakı kimi təsvir edirlər:“Onlar birinci
(primary: sadə simvollarla göstərilir) və mürəkkəb birinci fonemlər (compound
primary – simvollar birləşməsi verilir), diftonqlar və ya uzun saitlər adı altında dilin
fonemlərini təsnif edirlər. Məs.: buy /baı/, see /si/ və s. Sonra bunlara 2-ci fonemləri
də əlavə edirlər ki, bura da vurğu, heca düzəldən samitlər və cümlə intonasiyası
aiddir” [52,s.247]. Amerikan dilçiləri ritmə, heca variasiyasına, uzunluğa
fərqləndirmə bucağından yanaşmışlar. Yaranmış müxtəliflik dilçilərin tədqiq olunan
obyekti müxtəlif fərqli metodlardan çıxış edərək müəyyənləşdirdiklərindən irəli
gəlmişdir.
“Dillər, o cümlədən ingilis və Azərbaycan dilləri söz daxilində fonemlərin
kombinator və distributiv xüsusiyyətlərinə görə də fərqlənirlər” [41, s.111-113].
“Söz fonologiyası söz səviyyəsində fonemlərin sistem və funksional xüsusiyyət-
lərini araşdırır” [46, s.103]. Söz fonologiyasından fərqli olaraq söz prosodikası sözə
daxil olan bütün vahidləri (fonem, heca, morfem) əhatə edir və ilk növbədə onları
bütöv şəklində birləşdirir. Sözün bütövlüyü məhz prosodik vasitələrlə, xüsusən də,
24
vurğu ilə reallaşır. Canlı danışıq aktında ünsiyyət məqsədilə istifadə olunan sözlər
həm semantik, həm funksional, həm qrammatik, həm də fonem tərkiblərinə görə
fərqlənir. Sözlərin fonem tərkiblərinə görə fərqli olduğunun reallığa nə dərəcədə
uyğun olduğunu göstərmək üçün dil materiallarına müraciət edək.
Dil materiallarının təhlili göstərir ki, söz daxilində sait və samit fonemlərinin
işlənmə xüsusiyyətləri də fərqlidir. Elə sözlər var ki, onlar bir və yaxud iki və daha
artıq fonemdən ibarət olur. Bu müxtəlifliyi göstərmək üçün biz sözə daxil olan saitləri
V ilə, samitləri isə K ilə işarə edərək söz daxilində fonemlərin tərkibini əks
etdirmişik.
İngilis dilində Azərbaycan dilində Alman dilində
1. eye, I
[aɪ]
O
[o]
Ei
[aɪ]
2. See
[ siː ]
əl
[əl]
An
[an]
3. And
[ ənd ]
Süd
[sü:d]
Schön
[ʃ ö:n]
4. Black
[ blæk ]]
qənd
[qænd]
Band
[bant]
5. Ramble
[ ˈræm.bl̩ ]
sərçə
[sərtʃə]
Frucht
[frʊkt]
6. Strange
[ streɪndʒ ]
məktəb
[mæktæp]
Strand
[ʃtrant]
7. Sprocket
[ ˈsprɔkɪt ]
Qınamaq
[qınamağ]
Kutschieren
[kutʃi:rən]
8. Sprinkle
[ ˈsprɪŋ.kl̩ ]
qəflətən
[qæflætæn]
Kundschaft
[kʊntʃaft]
25
9. Economical
[ ˌiː.kəˈnɒm.ɪ.kəl ]
Bağlayıcı
[bağlayıʒı]
Komponist
[kompo nist]
10. Dispirited
[ dɪˈspɪr.ɪ.tɪd ]
əkinçiliyi
[ækıntʃılıyı]
Komparieren
[kompari:rən]
11. contentment
[ kənˈtentmənt ]
Qoyunçuluğu
[qoyuntʃuluğu]
Kulmination
[kulminatsio:n]
12. Displacement
[ dɪˈspleɪs.mənt ]
Qoyunçuluğun
[qoyuntʃuluğun]
Kommunikation
[komunikatsio:n]
13. Representation
[ ˌrep.rɪ.zenˈteɪ.ʃən ]
ölkələrimizin
[ölkælærımızın]
Klassifikation və s.
[klasifikatsio:n]
Şübhəsiz ki, bu sıranı artırmaq da mümkündür. Bu sözlərin yaranması üçün
lazım olan fonemlər üfüqi xətt boyunca ardıcıl düzülərək prosodik vasitələrdən
istifadə olunmaqla bütövləşmiş və söz kimi formalaşmışdır. Nümunələrdən görün-
düyü kimi german dillərinə məxsus ingilis və alman dillərindən fərqli olaraq, türk
dillərinə aid olan Azərbaycan dilində sözlərin daxilində sait və samit səslərin
düzülüşündə nizamlanmış ahənglik müşahidə olunmuşdur, yəni söz daxilində sait +
samit + sait ... və s. ardıcıllığına riayət olunmuşdur. İngilis dilində isə belə bir fonetik
struktur gözlənilmir. Məsələn, ingilis dilindəki uncle (dayı), sprocket (zəncir) və s.
German dillərindən olan ingilis və alman dilində də söz daxilində samitlərin ardıcıl
işlənməsi mümkün olan fonetik hadisədir. Məs.: Straße (küçə), Herbest (payız), Obst
(meyvə) və s. Həm ingilis, həm də Azərbaycan dillərində sözlərin fonem tərkiblərində
rəngarənglik özünü göstərmişdir, yəni sözlər bir və daha artıq fonemlərdən ibarət
olur. Lakin fonemlərin düzülüş xüsusiyyətləri üzrə müxtəlifdir. “Söz fonologiyasının
əsas funksional xüsusiyyəti söz strukturunda onların başqa fonemlərə olan
münasibətini öyrənməkdən ibarətdir. Aydındır ki, bu zaman fonologiyanın
leksem(at)ikaya, leksikologiya, morfemikaya (morfologiya və sintaksisə) olan
münasibətinin öyrənilməsi mühüm rol oynayır” [46, s.103]. Bu cür münasibətlərə
26
elmi aydınlıq gətirilməsi digər dil hadisələrinin həll olunmasına səbəb olur.
Danışıq aktında hər bir söz müxtəlif formalarda çıxış etdiyindən onun fonem
strukturu da dəyişir. Məs.,
1. Azərbaycan dilində kitab, kitablar, kitabı və s.;
2. İngilis dilində: book, books və s.;
3. Alman dilində: das Buch, Bücher, Buches və s.
Qeyd olunan formalardan hər biri “kitab” sözünü təmsil edir və həqiqətdə də
bunlar elə həmin söz deməkdir. Bu və ya digər forma onun yeganə təmsilçisi deyil,
yalnız sözü təmsil edən formalardan biridir. Ona görə də danışıq aktına daxil edilən
hər bir sözün formaları bir-birlərindən həm qrammatik, həm də fonoloji xüsusiy-
yətlərinə görə fərqlənir. Deməli, sözlərin düzgün tanınmasında fonemlərin rolu
böyükdür. İnformasiya mübadiləsində dinləniləni başa düşməkdə hər bir söz
dəyərlidir. L.Blumfild qeyd etmişdir ki, “canlı danışıq prosesində yalnız sərbəst
formalar ayrıla bildiyi üçün sərbəst formanın minimal vahidi olan söz dili başa
düşməyimizdə çox mühüm rol oynayır. Adi həyat məqsədləri üçün danışıqda istifadə
olunan hər hansı kiçik vahid sözdür” [71, s.5]. Deməli, müəyyən bir sözün konkret
qrammatik və ya fonoloji forması, onun söz formasıdır. Müəyyən sözə aid söz
formaları dilin sistemində eyni sözün təmsilçiləri kimi fəaliyyət göstərir. Söz
formaları konkret olub maddi tərəfə malikdir, bunlar, eləcə də söz birləşmələri
danışıq aktında yaranır. Hər bir dilin fonem sistemi həmin dildə özündən sonra gələn
vahidlərin (heca, morfem, leksem və s.) düzəldilməsinə xidmət edir. Deməli, sözlərin
maddi qabığı onlara daxil olmuş fonemlərlə yəni fonemləri təmsil edən səslərlə
yaranır. İngilis və Azərbaycan dillərində sözlərin maddi qabığını əsasən səslər (sait
fonemlər) yaradır. Əlbəttə, sözlərin yaranmasında sədasız (samit) səslərin də rolu az
deyil.
Müxtəlifsistemli dillərdə sözlərin fonoloji strukturu fonemlərin kəmiyyəti
baxımından müxtəlif olduğu kimi, onların söz daxilində düzülüşü də fərqli olur. Bu
halda hər bir dilin daxili qanunauyğunluğu əsas şərtdir. Məs., German dilləri qrupuna
daxil olan ingilis dilində söz daxilində fonemlərin düzülüşü Azərbaycan dilindəkin-
dən fərqlidir, çünki Azərbaycan dilində söz daxilində sait fonemlərin düzülüşü ahəng
27
qanununa uyğun olaraq, birinci işlənən saitə əsasən müəyyənləşir. Məs., Azərbaycan
dilində: əkinçiliyi; pambıqçılığı və s. Nümunədən göründüyü kimi “əkinçiliyi”
sözünün kökünü “ək” sözü, pambıqçılığı sözünün kökünü isə “pambıq” sözü təmsil
etmişdir. Ona görə də həmin sözlərdəki [ə] və [ı] saitlərin ahənginə uyğun şəkilçilər
əlavə olunmuşdur. Birinci sözün saitinin [ə] ahənginə uyğun olaraq ona incə
dodaqlanmayan saitli şəkilçilər (-in,-çı,-lik) əlavə olunmuşdur. İkinci “pambığı”
sözündə isə ahəng qanuna uyğun olaraq uyğunlaşma son saitin qalın və
dodaqlanmayan olmasına görə aparılmışdır. Ahəng qanunu yalnız əlavə olunan
şəkilçilərdə deyil, ümumiyyətlə söz daxilində saitlərin düzümündə də özünü göstərir.
Məs: bacı, ana, oğul, şəkil, güzgü və s
İngilis dilində: sardine /sa:dı:n/, bishop /bıo:p/ və s.
Deməli, Azərbaycan dili sözlərində saitlər ingilis dilindən fərqli olaraq, qalın-
incəliyə və dodaqlanıb-dodaqlanmamasına görə uyğun formada düzülür. Məs.:
südçülük, quşçuluq, babalar.
Birinci sözdə kök saiti /ü/ olduğu üçün sözə əlavə olunan şəkilçilərin də saitləri
birinciyə uyğun olaraq seçilmişdir. İkinci nümunədə isə kök saiti /u/dur. Ona görə də
həmin sözə əlavə olunan növbəti şəkilçilərdə: -çu-luq, /u/ saiti işlənmişdir. Hər iki
halda saitlər: /ü/ və /u/ dodaqlanandır. Lakin birinci vəziyyətdə işlənən /ü/ saiti incə
sait, ikinci sözdə işlənən /u/ saiti isə qalındır. Təhlildən məlum olur ki, hər bir sözün
fonoloji strukturu onun morfem strukturu ilə bağlı olur.
Dildə tək fonem və fonem birləşməsi, eləcə də monosemantik dəyərləndirmə
kimi məsələləri araşdırarkən N.S.Trubeskoy qeyd etmişdir ki, tək fonemi fonem
birləşməsindən fərqləndirmək heç də asan deyil. Müəyyən danışıqda səs axını
arasıkəsilməz (mütəmadi) hərəkətdir və sırf fonetik baxımdan (yəni səslərin dildə
yerinə yetirdikləri funksiyanı nəzərə almadıqda) demək olmaz ki, səs axınının
müəyyən bir kəsiyi “monofonematik” (yəni tək fonemdir), yaxud “polifonematik”
kimi (yəni fonemlər ardıcıllığıdır) nəzərdən keçirilməlidir. Lakin burada müəyyən
fonoloji-qaydalar var ki, bunlara əməl etmək lazımdır.
Ümumiyyətlə,” monofonematik kimi yalnız o cür səs birləşmələri dəyərləndirilə
bilər ki, müəyyən bir dildə onların tərkib hissələri iki hecaya bölünə bilmir və onlar
28
vahid artikulyar hərəkətlə yaranır və özü də onların uzunluğu ayrı-ayrı səslərə sərf
olunan normal zamandan artıq olmur” [41, s.70]. O, həmçinin səs birləşməsinin
monofonematik dəyərləndirilməsinin fonetik və fonoloji şərhlərini 6 qayda əsasında
ümumiləşdirmişdir. Bu qaydalar aşağıdakılardır:
1. “Elə səs birləşməsi ayrılıqda götürülmüş bir fonemin reallaşması kimi
qiymətləndirilə bilər ki, həmin dildə onun tərkib hissələri iki hecaya bölünməsin.
2. Bir səs birləşməsi o zaman bir fonemin təzahürü kimi qəbul edilir ki, o (səs
birləşməsi) vahid artikulyasiya məxrəcində və ya arfikulasiya obrazının tədricən
pozulması yolu ilə yaranır.
3. Bir səs birləşməsi yalnız o zaman bir fonemin təzahürü kimi götürülür ki,
həmin səs birləşməsinin uzunluğu dildə mövcud olan digər fonemlərin uzunluğundan
çox olmasın.
4. Potensial monofenematiklik səs birləşməsi o zaman tək fonem kimi götürülə
bilər ki, o bir fonem kimi götürülsün, yəni elə fonetik mövqedə gəlir ki, burada həmin
dilin fonem birləşməsi mümkün olmur.
5. 1-3-cü qaydalarda irəli sürülən tələblərə cavab verən səslər qanunu verilmiş
dilin bütün sistemindən hasil olursa, onda birləşməni sadə fonem hesab etmək olar.
6. Əgər dildə potensial monofonematik səs birləşməsinin bir hissəsi hər hansı
bir fonemin kombinator variantı kimi götürülə bilməzsə, onda səs birləşməsi
bütovlükdə bir fonemin təzahürü kimi dəyərləndirilməlidir” [41,s.71].
6-cı qaydadan belə qənaətə gəlmək olar ki, potensial monofonematik səs
birləşməsi o zaman bir fonemin təzahürü kimi götürülə bilər ki, o bir dildə yeganə
fonem birləşməsi kimi görülsün və 1-3-cü qaydalara uyğun gəlməyən başqa səs
birləşməsi kimi çıxış etsin.
Dildə sözün fonoloji strukturunun onun prosodik strukturu ilə əlaqədə olması
heç kəsdə şübhə doğurmur. Söz səviyyəsində prosodik struktura, onun
formalaşmasını təmin edən prosodik vasitələrə aydınlıq gətirmək üçün prosodik
vahidlərin dilin digər vahidlərindən fərqli xüsusiyyətlərinə aydınlıq gətirilməsi
məqsədəuyğundur, çünki bunlar qarşılıqlı əlaqədə olan vahidlərdir.
Bu sahədə dilçilərin fikirləri eyni səslənir. Prosodika və onun xüsusiyyətləri
29
təhlil olunan hər bir dil vahidi ilə əlaqəlidir. Sözün prosodik xüsusiyyətlərionu təmsil
edən dil vahidlərinin (heca, morfem) prosodik xüsusiyyətləri əsasında müəyyənləşir.
Söz daxilində prosodik vasitələr, sözü əmələ gətirən heca və morfemlər üzrə elə
bölgü əsasında yerləşdirilir ki, məhz buna əsaslanaraq ünsiyyət iştirakçıları bir-
birlərini çətinlik çəkmədən başa düşürlər, çünki söz formaları həmin vasitələrlə digər
formalara qarşı oppozisiyada olur. “Prosodik vasitələrin təsiri sayəsində sözdə olan
hecalar, onların struktur xüsusiyyətləri, hecaların sərhədləri, sözdə hecanın mövqeyi
variasiyaya uğrayır. Məs.: “black” və “blackbird” sözlərinin prosodik xüsusiy-
yətlərinin təhlilindən aydın olur ki, “black” sözünün ayrılıqda tələffüzündən əldə
edilən prosodik xüsusiyyəti, həmin sözün “blackbird” sözü daxilində daşıdığı
prosodik xüsusiyyətlərdən fərqlənir. Bu fərq ondan irəli gəlir ki, “black” sözü birinci
halda birhecalı olub, 4 fonemin vəhdətindən formalaşmışdır. İkinci halda isə “black”
sözü ikihecalı “blackbird” mürəkkəb sözünün birinci komponenti kimi çıxış etmişdir.
Bu sözlərin prosodik strukturlarının müqayisəsi deyilənlərin real olduğunu sübuta
yetirmişdir. Sözün fonetik strukturunun aspektləri onun quruluşundan və cümlədəki
yerindən asılı olaraq dəyişikliyə məruz qalmışdır” [187, s.75-76].
Prosodikanın əsas vahidi kimi “prosodem, prosodik fonem, ikinci dərəcəli
fonem” kimi göstərilmişdir [65, s.367].
Söz səviyyəsində prosodik vasitələr xaotik deyil, çünki onlar dilin qanunları ilə
idarə olunur. Dildə norma olan hər hansı bir hadisə (vahid), nitqdə də norma kimi
özünü göstərir, lakin nitqdə norma ilə yanaşı, əlavə danışıqla bağlı çalar da özünü
göstərir.
Ancaq unutmaq olmaz ki,hər bir danışıq aktı normadan yayınmalarla müşayiət
olunur. Məsələn, ingilis dilində söz tərkibində [ə] səsi vurğusuz hecalarda əksər
hallarda tələffüz edilmir, reduksiya olunur (/teibl/).
“Söz formaları və sözlərin fonoloji xarakteristikası yalnız onların fonem tərkib-
lərinin təsvirini deyil, sözün prosodik strukturunun təsvirini də öyrənir (söz formala-
rının eksponentlərində heca aksenti, söz vurğusu kimi prosodemləri yaradan melodik,
dinamik, temporal komponentlər). Söz formalarının sinfi kimi çıxış edən söz, aksent
dillərdə qonşu hecalarla kontrastda söz vurğusunun işlənməsi ilə səciyyələnir. Bu
30
kontrastın hansı fonetik korrelyatla yerinə yetirildiyindən asılı olaraq, vurğunun
melodik, dinamik və temporal kimi müxtəlif növləri göstərilir” [125, s.208]. Deməli,
heç də bütün dillərdə fonetik korrelyatlar eyni formada reallaşmır. Məlumdur ki,
“dünya dillərində fonetik cəhətdən müxtəlif vurğu növləri vardır. Məsələn, melodik
vurğu; tonik vurğu; xromatik vurğu terminləri ilə adlandırılan musiqili vurğu;
musiqili nəfəsli (qarışıq vurğu) monotonik (təktonlu), politonik (çoxtonlu vurğular)
kvantitativ, uzunluq vurğuları terminləri ilə izah edilən kəmiyyət vurğusu, ağır vurğu,
yüksələn, enən vurğular, cützirvəli vurğu və s. Müxtəlif vurğu növləri mövcuddur” [6,
s.275].
Kontrast tonun yüksəkliyi ilə nəzərə çarpdırıldıqda melodik vurğu, intensivlik və
ya gücün qüvvətliliyi ilə nəzərə çarpdırıldıqda dinamik vurğu, temporal parametrlə
nəzərə çarpdırıldıqda isə temporal vurğu nəzərdə tutulur.
1.3. Heca və söz prosodiyasının qarşılıqlı əlaqəsi
Kommunikativ prosesdə söz və söz formalarının asanlıqla ayrılan hissələrinə
heca deyilir. “Hecaya belə baxış, demək olar ki, bütün dillərdə əsas ölçü kimi
götürülmüşdür” [6, s.245]. “Hər bir dildə hecaların formalaşmasına xidmət edən
vahidlər mövcuddur. Bunlar da seqment və superseqment vahidlərdən ibarətdir.
Hecalar o vaxt yaranır ki, o zaman bu vahidlər qarşılıqlı əlaqədə olur. Onlardan
birinin olmaması hecanın mövcudluğunu qeyri-mümkün edir. Heca nəinki seqment
vahidlərin, həm də superseqment vasitələrin (ton, prosodiya, vurğu və s.)
daşıyıcısıdır. Elə buna görə də hecaya fonetik bütöv kimi yanaşılır” [52, s.255]. Sait+
samit və ya əksinə düzümündə hecanın özəyini, nüvəsini əksər hallarda sait fonemlər
təşkil edir. Məsələn: ingilis dilində: /ænd/, /hə:d/, /vu:nd/, /bvlıt/, /æbsəlu:t/ və s.
Azərbaycan dilində: /su/, /sən/, /da/, /kənd/, /tørək`/, /məktəbli/ və s.
Qeyd olunan nümunələrdə ingilis dilində hecaların nüvəsini [æ, ə, u:, æ, ə, u:]
saitləri, Azərbaycan dilində isə [u, ə, a, ə, ö, ə, ə, ə, i] saitləri əmələ gətirmişdir.
Dildə sözlərin müxtəlif heca strukturlarına malik olması yuxarıda qeyd olunmuş
31
nümunələrdən də aydın olur. Dildə saitləri samitlərdən fərqləndirən əsas funksional
xüsusiyyət, birincilərin heca düzəltmə funksiyası yerinə yetirmələridir. Əlbəttə, bu
xüsusiyyət heç də həmişə bütün dillər üçün özünü doğrultmur, çünki german dillərinə
mənsub olan ingilis və alman dillərində hecaların nüvəsini yalnız saitlər deyil,
samitlər də təşkil edə bilir. Məsələn: ingilis dilində: /`ga:dn/, /`teıbl/ və s. (bax qr. 12).
Qeyd olunan bu nümunələrdə ikinci hecanı əmələ gətirən neytral [ə] səsi tam
reduksiya olunduğundan saitin funksional xüsusiyyətini ondan sonra işlənən [n] və [l]
samitləri daşımışdır.
İngilis dilində belə bir fonetik hadisənin olduğu linqvistik ədəbiyyatda qeyd
olunmuşdur [128, s.173]. Q.P.Torsuyev qeyd etmişdir ki, canlı danışıqda ingilis
dilində /ə/ saitinin redaksiya olunması idi. Eksperiment materialının təhlilindən
məlum olur ki, “possible” sözünün tələffüzündə 3-cü hecanın özəyini samit təşkil
etmişdir. İngilis dilində neytral [ə] səsi küylü samitlə sonda işlənən sonor (n, l, m, ŋ’
samitlər arasında şifahi ünsiyyətdə reduksiya olunur. Məs.: often [´ofn], session –
[`sen] ,və s. [128, s.111].
İngilis dilində “uncle” sözünün tələffüzündə də ikinci hecanın özəyini /l/ samiti
təşkil etmişdir, çünki /l/ samiti bu hecada distinktiv əlamətin daşıyıcısıdır. Bu tip
samitlərin distinktiv xüsusiyyətlərini nəzərə alan N.S.Trubeskoy yazmışdır ki,
“müəyyən bir dilin qanunlarına görə distinktiv prosodik əlamətlərin sahibi olan
hecanın hissəsini heca daşıyıcısı kimi müəyyənləşdiririk” [41, s.229]. Q.P.Torsuyev
bu fonetik hadisəyə aydınlıq gətirərək göstərmişdir ki, ingilis dilində saitlər, eləcə də
sonor samitlər heca düzəldirlər. Əgər sözün sonunda sonor samitlərdən əvvəl küylü
samitlər işlənərsə, /prızm/ /ga:dn/ / / (thicken).
Bir neçə səsdən ibarət olan hər bir hecanın bölünməz ton bütövlüyünü onun
güclü tonu ilə fərqlənən heca zirvəsi təşkil edir. “Uncle” sözündə də da həmin
funksiyanın daşıyıcısı /l/ samitidir.
Təhlildən məlum olur ki, hər bir dildə tələffüz prosesində heca ilə bağlı artiku-
lator və akustik dəyişikliklər onun prosodik strukturunda öz əksini tapmışdır ki, bu
dəyişiklik də, son nəticədə hecanın daxil olduğu sözün prosodik strukturuna təsir
göstərmişdir.
32
Bəzi dillərdən (məsələn, ingilis dilindən) fərqli olaraq, “Azərbaycan dilində heca
yalnız saitlər vasitəsilə yaranır. Sonor samitlər Azərbaycan dilində çox nadir
hallarda, həm də danışıq üslubunda heca yarada bilir” [6, s.246].
A.Axundov fikrini ümumiləşdirərək daha sonra yazır ki, buna görə də adi
danışıq, dilində həmin hecalarda müxtəlif fonetik hadisələr (səs artımı, səsdüşümü və
s.) baş verir [6, s.256].
Rus dilində də hecanın əsas elementi saitdir, bu səs hecanın zirvəsini və
mərkəzini təşkil edir [128,s.179; 133, s.117].
Sait fonemlər hecanın zirvəsini təşkil etsələr də, onlar heca strukturu üçün əsas
deyildir. Belə ki, onlar heca strukturunda çox fərq yarada bilmir, strukturda fərq
yaradan əlavə elementlərdir. Əslində hecanın strukturunda olan əlavə elementlər, yəni
samitlər saitlərə nisbətən daha əhəmiyyətlidir. Samitlər hecaya müəyyən quruluş
forması verir, cümlələrin başa düşülməsini asanlaşdırır. Bəzən ingilis dilində sait
düşsə belə, sözü başa düşmək mümkün olur. Lakin bunun əks variantı mümkün
olmur, yəni samitlərsiz söz və ya cümləni başa düşmək qeyri-mümkündür.
L.R.Zinder hecanı “ən kiçik tələffüz vahidi” adlandırmışdır. “Fasilələr arasında
olan nitq parçası, tələffüz baxımından bir-birilə qarşılıqlı əlaqədə olması və bir-
birinin ardınca düzülən zəncir həlqələrinə bənzəyir”[97, s.251]. Bu vahidin fonoloji
vahid olmadığı da qeyd olunmuşdur. “Heca ən kiçik tələffüz vahidi olmaqla dilin
digər vahidlərindən fərqlənir. Bəzən yanlış olaraq hecanı fonoloji vahid hesab
edirlər, lakin o, heç bir fonoloji əhəmiyyət kəsb etmir. O, vurğu və intonasiyanın
daşıyıcısı kimi fonoloji araşdırmaların obyekti ola bilər” [46, s.114].
Dilçilikdə heca ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Həmin nəzəriyyələ-
rin də öz fərqli xüsusiyyətləri var. Bu nəzəriyyələrdən daha geniş yayılmışları
bunlardır:
1) ekspirator nəzəriyyə
2) heca haqqında sonor nəzəriyyə
3) əzələ gərginliyi nəzəriyyəsi.
“Ekspirator nəzəriyyəyə görə heca bir nəfəsvermə ilə deyilən səs birləşməsidir”
[97, s.253]. Lakin təhlil göstərmişdir ki, danışan bir nəfəsvermə müddətində bir deyil,
33
bir neçə heca tələffüz etmişdir. Dilçilik ədəbiyyatında Ekspirator nəzəriyyənin banisi
R.H.Stetsonun (amerikan alimi) olduğu qeyd olunmuşdur [52, s.255]. Elə buna görə
də bu nəzəriyyə uğursuz olmuş və tənqidə məruz qalmışdır. Heca haqqında ikinci
nəzəriyyə daha geniş yayılmışdır. Bu nəzəriyyənin ən bariz nümayəndələrindən biri
O.Yespersen olmuşdur. Bu nəzəriyyənin əsasında akustik kriteriya durur və heca
daha çox sonor səsin nisbətən zəif sonorluğu olan səslərlə birləşməsindən yaranır. O,
səsləri sonorluğun səviyyəsinə görə 10 qrupa bölmüşdür. Düzülüş az sonorluqdan (1)
çox sonorluğa (10) doğru göstərilmişdir:
“1. /p,/ /t/, /k/ - kar, kipləşən partlayışlı samitlər.
2. /f/, /s/, //, /h/, /x/, //, // - kar samitlər.
3. /b/, /d/, /g/ - cingiltili, kipləşən-partlayışlı samitlər.
4. /v/, /z/, /j/ - cingiltili novlu samitlər.
5. /m/, /n/, /ŋ/ - kipləşən-partlayışlı sonorlar.
6. /l/ -dilyanı süzülən sonor.
7. /R/(r) – dilçək və ya dilönü titrək samit.
8. /i:/, /y:/, /i/, /y/ - ön sıra saitləri.
9. /o/, /ö/, /e:/, /ə/ - orta sıra saitləri.
10. /u/, /ʊ/; /o/, /a/ - arxa sıra saitləri” [151, s.191].
“Hər hecada bir sonorluq zirvəsi olur. Ondan əvvəl və sonra isə azalan sonorlu
səslər gəlir. Dünya dillərində açıq hecalar daha çox yayılıb. Bunu bir növ universal
hesab etmək olar” [46, s.116].
Lakin o da qeyd olunmalıdır ki, bu nəzəriyyələrin mövcudluğu heç də onların
bir-birini inkar etməsi demək deyil. Çünki hecalar müxtəlif sonorluq dərəcəsinə malik
səslərin birləşməsindən yaranır. Minimal prosodik vahid kimi hecalar təbiətlərinə
görə fərqlənirlər. Bəzi dillərdə hecalar ekspirator xüsusiyyətli olsalar da, intensivliyə
görə fərqlənsələr də, digərlərində bu sonorluqla əvəz olunur. Bəzi dillərdə isə hər iki
hal birgə fəaliyyət göstərir, yəni həm intensivliyin, həm də tonun yüksəlməsi
müşahidə olunmuşdur.
“Aparılan təhlillərdən məlum olur ki, heca ilə əlaqədar sonorluq nəzəriyyəsinin
də bəzi çatışmayan cəhətləri var. Bu nəzəriyyənin mübahisə doğuran cəhətlərindən
34
biri də bu suala cavabın çətinliyi ilə bağlıdır ki, nitq axınında eyni sonorluq
dərəcəsinə malik iki sait yanaşı işləndikdə onlar necə tələffüz edilməlidir”[27, s.45].
Qeyd olunan nəzəriyyələrdən fərqlənən heca haqqında əzələ gərginliyi nəzəriy-
yəsi də fonetika elmi sahəsində daha çox yayılmışdır. Bu nəzəriyyə L.V.Şerba
tərəfindən daha da təkmilləşdirilmişdir. Bu nəzəriyyəyə görə heca əzələ gərginliyinin
bir impulsu müddətində tələffüz olunan vahiddir. Hər bir impulsun özü də üç fazadan
ibarət olur. Birinci fazada gərginliyin artması, ikinci fazada gərginliyin maksimum
səviyyəyə çatması, üçüncü fazada isə yenidən gərginliyin zəifləməsi baş verir. Belə
bir fakt eksperiment materialının təhlili zamanı da müşahidə olunmuşdur. Bunun
üçün istər ingilis istərsə də Azərbaycan dillərində birhecalı sözlərdə saitin tələffüzü
zamanı tonun və intensivliyin necə dəyişikliyə uğramasını müşahidə etmək
mümkündür.(Bax qr1;2;3;33;34;35 və s. Qrafiklər dissertasiyanın “Əlavələr”
hissəsində verilib).
Əgər tələffüz zamanı gərginlik impulsu bütün danışıq üzvləri üzrə bərabər
səviyyədə paylanılırsa, bu zaman hecanın deyilməsində səs, nəfəslilik və əsas ton
yüksəlmiş olur. Əlbəttə, bu proses samitlərin də tələffüzü ilə bağlıdır. Hər bir samit
mövqedən asılı olaraq, ya güclü sonluqlu (əzələ gərginliyinin tədrici yüksəlməsi), ya
güclü başlanğıclı (gərginliyin zəifləməsi), ya da iki zirvəli (zəifləmənin ortada
olması) tələffüz olunur. Belə vəziyyətdə heca sərhədləri də fərqli olur, birincidə heca
sərhəddi samitdən əvvəl, ikincidə samitdən sonra, üçüncüdə isə onun ortasından
keçir. Məs.: /bɔl/, /blæk dɔg/, /di:za:stə/, /di:´ziz/, /ma´in/, naın/.
Qeyd etdiyimiz birinci hecada /b/ samiti zəif başlanğıca və güclü sonluğa
malikdir. Sonuncu hecada eyni /n/ samiti həm əvvəldə, həm də sonda işlənmişdir. Bu
samit tələffüzünə görə müxtəlif akustik xüsusiyyətlərə malikdir, çünki söz əvvəli
mövqedə işlənən /n/ samitində zəif başlanğıca və güclü sonluğa malikdir. İkinci /n/
samiti isə gərginlik yüksəkdən başlayır və sona doğru zəifləyir. Bu prosodik
dəyişiklik həmin səslərin fərqli tələffüz edildiyini göstərir.
Azərbaycan dilində /tut/ sözünü nəzərdən keçirdikdə oxşar mənzərəni müşahidə
etmiş oluruq, belə ki, birinci /t/ zəif başlanğıcla başlayıb güclü sonluqla qurtardığı
halda, ikinci /t/ samitinin tələffüzündə bunun əksi baş verir. Bütün bunlar eksperi-
35
ment zamanı samitlərin osilloqramlarında daha aydın müşahidə olunmuşdur. (Bax: qr
37,38 və s.)
Sözün prosodik strukturuna təsir edən amillərdən biri və həlledicisi onu əmələ
gətirən hecaların struktur xüsusiyyətləridir. Hər bir dildə hecanın özəyini təşkil edən
sait uzundursa, deməli, heca uzun tələffüz edilir, bu da son nəticədə sözün tələffü-
zündə özünü göstərir, yəni sözün tələffüzünə daha çox vaxt sərf olunur. Bu vəziyyət
german dillərində daha aydın müşahidə olunur; çünki bu dillərdə saitlərin uzun və
qısalığı fonematik əlamətdir. Məsələn, ingilis dilində /mi:/ və /ıl/ sözlərində /i:/ və /ı/
saitlərinin temporal xüsusiyyətlərinin göstəricilərini müqayisə etdikdə məlum
olmuşdur ki, diktorlar uzun /i:/ saitinin tələffüzünə 0,2 s., /ı/ saitinin tələffüzünə isə
0,09 s vaxt sərf etmişlər. Bundan da əlavə həmin sözlərdən 1-cidə heca açıq, ikincidə
isə qapalıdır. Birinci söz samitlə başlayır, saitlə qurtarır. Samit zəif başlanğıca və
qüvvətli sonluğa malikdir. İkinci sözdə isə söz samitlə bitir, ona görə də samit
qüvvətli başlanğıca və zəifləyən sonluğa malikdir. Tələffüz prosesində yaranan,
bütün bu akustik çalarlıqlar sözlərin prosodik strukturlarına təsir göstərmişdir.
İngilis və Azərbaycan dillərində heca strukturunda fərqli cəhətlərlə bərabər,
oxşarlıqlar da vardır ki, bunlar da onların prosodik strukturlarında əks olunmuşdur.
Hər iki dildə heca bir sait səsdən ibarət olduğu kimi, səs birləşmələrindən də ibarət
olur
Sait sait+samit samit+sait sait+samit+samit samit+samit+sait və s.
V Vk kv Vkk Kkv
/o/-/ai/ əl – eat su – lie əsr – east pla-net – score
A.Axundov “bir saitdən ibarət olan hecaları (o, ə-tək, i-ki) sait hecalar
adlandırmışdır. “Bu model hecalar saitlə başlayıb saitlə qurtaran hecalardır” [6,
s.246]. Bu model hecalarda saitin samitlə qarşılıqlı əlaqəsi olmadığından bunları saf
heca kimi qəbul etmək mümkündür.
German dillərində heca modellərinin strukturu Azərbaycan dili ilə müqayisədə
daha genişdir, çünki bu dillərdə samit fonemlərin eyni heca daxilində ardıcıl
36
işlənməsi Azərbaycan dili ilə müqayisədə daha yüksəkdir.
Q.P.Torsuyev qeyd etmişdir ki, ingilis dilində sözəvvəli mövqedə ikiüzvlü samit
birləşmələri onlarcadır, lakin eyni mövqedə işlənən üçüzvlü samit birləşmələrinin
sayı cəmi beşdir. Sözönü mövqedə isə ikiüzvlü samit birləşmələri 100, üçüzvlü samit
birləşməli sözlər isə cəmi 160-dır[127, s.35].
Peter Rouç hecaönü mövqedə samitlərin maksimum həddinin üç və hecasonu
mövqedə isə maksimum dörd samit olması fikrini göstərmişdir (/spreı/, /strıŋ/ və s.)
[187, s.75-76].
S.F.Leontyeva ingilis dilində 16 növ heca strukturu olduğunu qeyd etmişdir
[173, s.179-189]. Lakin araşdırmalar göstərir ki, ingilis dilində hecaların fonem
tutumu daha da artıq ola bilər. Deməli, ingilis dilində hecanın fonem tutumu
modellərinin maksimum göstəricisinin 16 olması fikrini bitmiş hesab etmək düzgün
olmazdı, çünki dildə [mınstrl], [rımnstrnt] kimi modellər də işlənir.
Azərbaycan dilində hecanın fonem tutumu üzrə modellərin sayı ingilis dilində
olduğundan fərqlənir. F.Cəlilov qeyd edir etmişdir ki, Azərbaycan dilində 12 heca
modeli mövcuddur. Bunlardan 6-sı Azərbaycan dilinin öz sözlərində, digər modellər
isə alınma sözlərdə işlənmişdir [16, s.47].
A.Axundov müasir Azərbaycan dilində heca modellərini altı qrupda ümumiləş-
dirmiş və onların sayının 17-yə bərabər olduğunu göstərmişdir [6, s.267]. Deməli,
müxtəlif dillərdə hecaların fonem tutumu müxtəlifdir.
Sözü əmələ gətirən hecaların heç də hamısı intensivliyə, əsas tona və temporal
əlamətə görə eyni səviyyədə tələffüz olunmur. Çoxhecalı sözlərdə elə hecalar olur ki,
onlar aydın və qüvvətli tələffüz edildiyi halda, elələri də vardır ki, akustik cəhətdən
zəif tələffüz olunur. Məsələn:
´obdʒekt – ob´dʒekt (ingilis dilində)
´gəlin – gə´lin
Bu sözlərdə həm vurğulu, həm də vurğusuz hecalar işlənmişdir. Həmin sözlərdə
vurğunun hansı heca ilə bağlı olması kontekstdən aydın olur. Sözün prosodik
strukturundakı bu dəyişiklik onun semantik strukturuna da təsir göstərir. Bunlardan
birincilər ikinciləri və yaxud əksinə, əvəz edə bilmir, çünki məna dəyişir.
37
Sözdə hecaların kəmiyyəti də sözün prosodik strukturuna təsir edən amillərdən-
dir. Təhlil zamanı məlum olmuşdur ki, “man” və “woman” sözlərini tələffüz edən dil
daşıyıcıları hər iki halda işlənən man1 və man2-ni fərqli tələffüz etmişlər. Ona görə də
1-cinin prosodik xüsusiyyətləri 2-cinin prosodik xüsusiyyətlərindən fərqlənir.
Azərbaycan dilində işlənən “ək”, “əkin”, “əkinçi”, “əkinçilik” sözlərinin kökü eyni
“ək” sözündəndir. Tədqiqat işində həmin sözlərin təhlili əsasında məlum olmuşdur ki,
sözdə hecaların sayı artdıqca, həm vurğunun yeri dəyişmiş, həm də sözün fonem
tərkibi artmışdır, bu da həmin sözlərin akustik parametrlərinə, bütövlükdə sözün
prosodik strukturuna təsir göstərmişdir [bax:qr: 18, 20, 52, 53, 54, 55 və s.]. Deməli,
sözün prosodik strukturu onun heca strukturu ilə qarşılıqlı əlaqədə olur. “Təhlil
göstərir ki, prosodiya hər hansı bir dildə işlənən vahidlərin elə xüsusiyyətlərinin
məcmusudur ki, onlar dilin minimal vahidləri olan səslər və fonemlərdən daha böyük
vahidlərlə əlaqəlidir. Deməli, prosodik vasitələr minimal vahid hesab edilən hecadan
başlayaraq daha böyük morfoloji və sintaktik vahidləri , hətta mətn kimi mürəkkəb
strukturu əhatə edir” [31, s.305]. Sözü təşkil edən hecalar prosodik vasitələrsiz məna
kəsb edə biləcək bütövə çevrilə bilmir. Sözdə hecaların sayının kəmiyyət göstəriciləri
ilə yanaşı, onların düzülüşünün də rolu az deyil (vurğulu+vurğusuz və ya
vurğusuz+vurğulu). Bunun üçün “Güldəstə” və “Dəstəgül” sözlərini müqayisə
etdikdə aydın olur ki, bu sözlər iki eyni hecaların birləşməsindən əmələ gəlib və
“gül+dəstə”. Lakin bu hecaların söz daxilindəki düzülüşü fərqlidir. Bu fərq həmin
hecaların qeyd olunan sözlərin tərkibində fərqli prosodik xüsusiyyətlərə malik
olmasını təmin etmişdir. Prosodik dəyişiklik həmin sözün tələffüzü zamanı realaşan
ton, intensivlik, temporal və aksent xüsusiyyətlərlə ifadə olunmuşdur. Hətta eyni
modelli heca eyni sözün daxilində (nənə, dədə, baba və s) sözün strukturunda əvvəldə
və sonda işlənməsindən asılı olaraq da prosodik strukturda fərq yaranır (Bax: qr: 24,
25, 26 və s.).
38
II FƏSİL
PROSODİK VASİTƏLƏR VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ
Kommunikativ proses yalnız o vaxt müvəffəqiyyətlə nəticələnir ki, o prosesdə
prosodik vasitələrdən dilin daxili qaydalarına uyğun istifadə edilmiş olunsun.
Prosodik vasitələrin hamısı eyni məqsədə xidmət etsələr də, onlar təbiətləri
baxımından fərqlənirlər. Prosodik vasitələr danışıq aktında bütün səviyyələr üzrə
danışıq seqmentlərinə – heca, söz, söz birləşməsi, sintaqm, cümlə, mətn kimi
vahidlərə aid olur.
Bəzən də bu termin intonasiya termininə sinonim kimi işlədilir. Hər iki termin
dilin superseqment vasitələrinin funksional sistemini göstərmək məqsədilə istifadə
olunur. Bu terminlərin işlənmə və funksional xüsusiyyətlərini təhlil etdikdə aydın
olur ki, bunlar heç də həmişə sinonim kimi işlənmir. Prosodik vasitələr dilin heca
strukturundan başlayaraq mətnə kimi olan bütün vahidlərlə bağlı olduğu halda,
intonasiya sintaqm və cümlə səviyyəsində işlənir. Prosodik vasitələr danışıq aktının
formalaşmasına xidmət edir və bu prosesdə nitq axınının hissələrə ayrılmasını və
yaxud əksinə, ayrı-ayrı hissələrin bütöv halında birləşməsini təmin edir. Prosodik
vasitələri dilçilik ədəbiyyatında superseqment və ya supraseqmental vasitələr
adlandırmışlar. Müxtəlif adlarla adlandırılmasından asılı olmayaraq, bunların hamısı
eyni məqsədə xidmət edir və sinonim sözlərdir. Məhz bu vasitələrin köməkliyi ilə
eyni seqment ardıcıllığından ibarət olan vahidlər fərqləndirilir. Məs., a blackbird
sözündə vurğu birinci komponentin üzərinə düşdükdə həmin söz özündən sonra
işlənən komponenti öz ətrafında birləşdirərək yeni bir leksik vahidin yaranmasına
səbəb olur /ə´blæk´bʒ:d/ (bax: qr 40). Deməli, vurğu burada hecalar daxilində
seqmentləri, həm də mürəkkəb sözün komponentlərini birləşdirib. Digər halda isə /a
´blæk´bʒ:d/ - black bird hər iki komponent vurğu ilə fərqləndirilmişdir. Burada
vurğunun distinktiv funksiyası müşahidə olunmuşdur. Ancaq o da qeyd olunmalıdır
ki, ingilis dilində söz və söz birləşmələrinin vurğuya görə fərqləndirilməsi asan
olmur.
39
İngilis dilində bir sinsemantik sözün avtosemantik sözlə birləşməsini adətən
fonetik söz adlandırırlar. Məs.: “On the table” /anðə´teıbl/. Dildə yaranan bu vahidlər
bölünməz vahid kimi bir vurğu altında tələffüz olunmuşlar. Sinsemantik sözün
avtosemantik sözlə müqayisədə hansı mövqedə işlənməsindən asılı olaraq, onların
prosodik xüsusiyyətlərində fərqli cəhətlər yaranmışdır. Avtosemantik sözlərdən əvvəl
işlənən sinsemantik sözlər proklitik, avtosemantik sözdən sonra işlənib, onunla
birlikdə tələffüz edilən vurğusuz sinsemantik sözlər isə enklitik adlanır. Eyni fonetik
dəyişiklik alman və rus dillərinin materiallarında da baş vermişdir. Məsələn: “auf
dem Tisch” /´aofdem´tı/, “настоле” /nastole/. Bu fonetik sözlərdə əvvəldə
işlənən sinsemantik söz vurğusuz olduğundan, özlərindən sonra işlənən vurğulu
avtosemantik sözlərə birləşərək onlarla birlikdə tələffüz olunur. Alman dilindəki bu
fonetik sözdə “auf söz önü və “dem” artikli vurğusuz sinsemantik sözlərdir və
özlərindən sonra işlənən /tı/ avtosemantik sözünə proklitikdir. Azərbaycan dilində
isə bu fərqli strukturla ifadə olunur,yəni /stolun üstündə/ söz birləşməsi kimi.
“İngilis dilində qoşulmanın xüsusi bir növü var, buna junktur deyirlər” [46,
s.145]. Yəni deyiliş məqamlarından asılı olaraq, qoşulma sərhədi müxtəlif ola bilər.
Məsələn,
/æn eım/ - an aim (amal)
/æ neım/ (ad)
“İngilis dilində /ki:pstıkıŋ/, “keepssticking” və /ki:pstıkıŋ/ “keeps ticking”
qarşılaşdırmaları isə qoşulma sərhədindən başqa həm də ikinci tərəfdə /t/ samitinin
nəfəsli tələffüzü ilə fərqlənir: /th/” [46, s.144]. Deməli, sait və samit ardıcıllığı tam
eyni olsa da, fərqlənməni qoşulma sərhədi və ya prosodik struktur öz üzərinə götürür.
Ancaq bu xaotik olmur. Burada da dilin daxili qanunlarına əməl olunması tələb
olunur. Məs.: “/at all/ sözünü bir neçə cür /ətɔ:l/ - “a tall” kimi deyə bilmərik,
halbuki ingilislərin əksəriyyəti bu ifadəni bir söz kimi tələffüz edir” [46, s.144].
Alman dilində işlənən “die kranken Schwestern” və “die Krankenschwestern”
vahidlərinin tələffüzündən məlum olur ki, birincidə “kranken” sözü “Schwestern”
sözünün atributudur və semantik, sintaktik və prosodik xüsusiyyətlərinə görə həmin
sözə bağlıdır. Bu vahidin tələffüzündə hər iki söz vurğuludur. İkinci halda, yəni
40
/´kraŋkənvɛstæ/ sözünün tələffüzündə birinci komponent /´kraŋkən/ əsas vurğu
daşıyır, mürəkkəb sözün ikinci hissəsi “schwestern” sözü isə zəif vurğu daşıyır və bu
vurğu ilə də o özündən əvvəlki söz birləşməsindən (die kranken Schwestern)
fərqlənir. Təhlildən məlum olur ki, bu vahidlərin bir-birindən fərqlənməsi prosodik
vasitələrin iştirakı ilə yerinə yetirilmişdir və onların fərqləndirilməsində vurğu və
fasilə əsas distinktiv vasitələrdir. Doğrudan da, bu vahidlər homoqraf olmasalar da,
homofondurlar. Lakin müxtəlif dillərdə elə vahidlərə də rast gəlinir ki, onlar həm
homoqraf, həm də homofondurlar. Belə vahidlərin fərqləndirilməsində əsas struktur
vasitə kimi prosodik vasitə çıxış edir. Məs.:
İngilis dilində: ´perfect - per´feckt
Azərbaycan dilində: ´alma - al´ma (Bax:qr.37)
Təhlil göstərir ki, bu sözləri omonim sözlər kimi nəzərdən keçirmək düzgün
olmazdı, çünki bu sözlər yazılışca eyni olsalar da, tələffüz baxımından prosodik
vasitələrin köməkliyi ilə fərqlənirlər. Bu mənada bu model sözlərin ingilis
dilindəki /pen/ (qələm) və /pen/ (məbləğ) sinonim sözləri ilə eyniləşdirilməsi qeyri-
mümkündür. Eyni xüsusiyyət Azərbaycan dilində işlənən /´alma/ və /al´ma/ sözlərinə
də aiddir, çünki bu sözlərin fərqlənməsində əsas distinktiv əlamət kimi vurğu çıxış
edir. Elə bu baxımdan da, Azərbaycan dilindəki bu tip sözlər /top/ (silah) və /top/
(oyun üçün istifadə olunan top) kimi sözlərdən həm semantik, həm sintaktik həm də
prosodik strukturlarına görə fərqlənirlər. Bunları yazı səviyyəsində yaranmış qrafik
omonim kimi, yəni homoqraflar kimi nəzərdən keçirmək olar. Azərbaycan dilində
işlənən /´alma/ və /al´ma/ homoqrafları müxtəlif morfem tərkiblidirlər:
1.“alma” – meyvə, bir morfemdən ibarət sözdür.
2. /al+ma/ iki morfemdən ibarətdir (“almaq” feilin II şəxsdə inkarı)
Bir morfemdən ibarət oduqda isimi iki morfem kimi işləndikdə isə feili təmsil
edir. Bu fərq onların prosodiyasında da öz əksini tapmışdır. Hər bir dilin söz
prosodikasının əsasını təşkil edən vasitələr kimi aşağıdakıları göstərə bilərik. Bu
göstəricilərin xüsusiyyətlərinə görə dildə sözlər fərqləndirilir:
–vurğu-aksent, relativ səs gücü. İntensivlik
–heca səviyyəsində özünü göstərən nisbi ton tezliyi
41
–temporal vasitə, dil vahidlərinin tələffüzü ilə bağlı kvantitativ xüsusiyyət.
–tembr, ritm və fasilə kimi xüsusiyyətlər.
Bu vasitələrlə müşayiət olunmayan seqment ardıcıllığını canlı dil kimi ünsiyyət
üçün yararlı hesab etmək olmaz. Belə dil bir növ maşınla əldə edilmiş, süni dili
xatırladır və bu dildə öz ahənginə görə canlı dildən fərqlənir.
Müxtəlif dillərdə bu vasitələrdən heç də hamısı eyni relevant xüsusiyyətdə
olmur. Məs., ingilis və alman dillərində kvantitativlik fonematik əlamət kimi qəbul
edildiyi halda, Azərbaycan dilində bu irrelevant əlamət kimi qəbul olunmuşdur.
Məs.: shot /ɒt/ - short /ɔ:t/ (qısa)
Bed /be:t/ (lək)
Bed /bεt/ (yataq)
Azərbaycan dilində bəzi əcnəbi mənşəli sözlərdə oxşar nümunələrə rast gəlmək
olur. Məs.:
1. Mədəni – (neft hasil edilən ərazi),
2. Mədəni – irs, davranış, bəşəri tələblərə cavab vermə
Dil faktları belə bir fikir söyləməyə əsas verir ki, seqment vahidlər (saitlər,
samitlər) kimi, prosodik vahidlər də fonoloji distinktivlik kriteriyasına görə
kontekstual şərtə əsasən təhlil olunmalıdır.
Müxtəlif dillərdə prosodik vasitələrin fonetik xüsusiyyətləri ilə yanaşı, onların
fonoloji xüsusiyyətləri də mövcuddur. Fonetik uzunluğu fonoloji kvantitativliklə və
yaxud fonetik ton yüksəkliyini fonoloji ton dəyişikliyi ilə eyniləşdirmək düzgün
hesab olunmur. Bunlar funksional baxımdan fərqli hadisələrdir. Fonoloji dəyişiklik
dillə bağlı, fonetik dəyişiklik isə danışıqla bağlıdır. Eyni zamanda fonetik kvantiativ,
dinamik xüsusiyyətlə onların fonoloji qarşılıqları arasında fərq mövcuddur. Məhz bu
fərqli xüsusiyyət də relevant əlamət hesab olunur, yəni tələffüz edilən vahidlərdən
birini digərindən fərqləndirməyə əsas verir. (shot-short; mə:-dəni – mədəni). Bu
diferansial xüsusiyyət ingilis və alman dilləri üçün xarakterik olduğu halda, əsl
Azərbaycan dili sözləri üçün bu yaddır.
42
2.1. Vurğu söz prosodiyasının əsas tərkib hissəsi kimi
Məlumdur ki, dildə söz vurğusunun əsas funksiyası sözə daxil olan seqmentləri,
çoxhecalı sözlərdə hecaları bir bütöv halında birləşdirməkdən, sözləri, hecaları, digər
söz və hecalardan fərqləndirməkdən ibarətdir. Ona görə də söz vurğusunu söz
daxilində hecalardan birinin seçilib qabardılması kimi də nəzərdən keçirmək olar.
Danışıq aktında buna əməl olunmaması danışığın anlaşılmaz olmasına səbəb olur.
Məsələn, Azərbaycan dilində işlənən “Alma bahadır” və “Alma, bahadır” ifadələri
müxtəlif prosodik vasitələrlə fərqlənir. Burada həm intonasiya, həm vurğu, həm də
fasilə nəzərə alınır. Müqayisə göstərir ki, bu vahidlərin diferensiasiya olunmasında
“alma” sözünün hansı hecasının vurğulu tələffüz edilməsi əsas faktor kimi özünü
göstərmişdir. Hər bir çoxhecalı sözü əmələ gətirən hecaların hamısı eyni akustik
göstəricilərin daşıyıcısı olmur, yəni müxtəlif dillərdə söz vurğusunun müxtəlif növləri
mövcuddur ki, bunlar da aşağıdakılardan ibarətdir:
1 – Yaranma xüsusiyyətinə görə vurğunun növləri
a. dinamik (güc, ekspirator)
b. kvantitativ (kəmiyyət, uzunluq)
c. melodik (tonlu, musiqili)
2 – söz vurğusu struktur xüsusiyyətlərinə görə də fərqlidir.
a. sərbəst vurğu (istənilən heca vurğu daşıya bilər).
b. hərəki vurğu (sözün müxtəlif forma dəyişikliyi ilə əlaqədə vurğunun yerinin
dəyişməsi gah sözün kökünün, gah da şəkilçinin vurğu daşıması)
c. bağlı vurğu (sözdə yalnız) müəyyən heca vurğuludur)
3 – dildə yerinə yetirdiyi funksiyaya görə vurğunun növləri:
a. kulminativ funksiya (sözün müstəqilliyini və bütövlüyünü təmin edir)
b. delimitativ funksiya (söz sərhədlərini fərqləndirir)
c. siqnifikativ funksiya (sözün leksik-semantik variantlarını fərqləndirir) (´alma
– al´ma; ´object – to ob´ject).
Sözlərin yaranmasında vurğulu hecalarla yanaşı vurğusuz hecalar da iştirak edir.
Bu vəziyyət həm ingilis dilində, həm də Azərbaycan dilində özünü göstərir. Bu cür
43
hecalar arasındakı münasibətlər hər şeydən əvvəl prosodik vasitələrin nə səviyyədə
aktivliyi ilə izah oluna bilər. Məs.:
pudding /´pvdıŋ/ (pudinq)
suppose /sə´pevz/ (güman)
bulletin / bʊlıtın/ (bülleten)
manaoeuvre /mə´nu:və/
nə´nə
ə´kin
əkin´çi və s.
İngilis dilindəki birinci 2 söz iki hecanın birləşməsindən, növbəti 2 söz isə 3
hecanın birləşməsindən ibarətdir. Birinci iki sözdə vurğu birinci hecanın üzərinə
düşür. Sonrakı hecalar isə vurğusuz hecalardır. Vurğusuz hecaların tələffüzündə
prosodik vasitələr aktivlik göstəricilərinə görə vurğulu hecalarla müqayisədə zəif
olur. İngilis dilində söz prosodikası səviyyəsində vurğu əsas prosodik determinant
rolunu daşıyır və bu sahə üzrə əlaqəli olan və vurğunun mənasının açılmasına xidmət
edən digər dil hadisələrini də birləşdirir.
/bʊlıtın/ və /mənu:və/ sözləri üçhecalı sözlərdir, lakin onların prosodik
strukturları fərqlidir, çünki /´bulitını/ sözündə vurğu 1-ci hecanın üzərinə düşdüyü
halda, /mə´nu:və/ sözündə vurğu 2-ci hecanın üzərinə düşür. Deməli, ingilis dilində
söz vurğusu yerinə görə sabit deyil, sərbəstdir.
Təhlil göstərmişdir ki, ingilis dilində ikihecalı sözlərin prosodik strukturu
üçhecalı sözlərin prosodik strukturları ilə eyni olmamışdır. Bundan başqa, istər
ikihecalı sözlər, istərsə də üçhecalı sözlər öz aralarında da fərqli prosodik xüsusiyyət-
lərə malik olmuşdur. Bu da həmin vahidlərdə vurğunun hansı heca üzərinə düşmə-
sindən irəli gəlir. Qeyd olunan nümunələr (/bʊlıtın/, /mənu:və/) üç hecadan ibarət
olsalar da, onlarda vurğulu hecanın söz strukturunda mövqeyi fərqlidir. Deməli, istər
ingilis, istərsə də Azərbaycan dilində heç də bütün eyni sayda hecadan ibarət olan
sözlərdə prosodik struktur eyni formada reallaşmır. Bu səbəbdən də tələffüz
prosesində vurğulu hecanın söz daxilindəki yerinin də nəzərə alınması vacib
şərtlərdəndir.
44
Azərbaycan dilində isə müəyyən istisnalar nəzərə alınmazsa, vurğu, əsasən,
sözün son hecasının üzərinə düşür. Sözə yeni əlavə şəkilçilərin artırılması sözün
vurğu strukturunu dəyişsə də, mövqe baxımından dəyişiklik baş vermir. Məs.: ək - ək
´in, əkin´çi - əkinçi´lik [Bax: qr: 27-28]. Nümunələrdən göründüyü kimi, daim
hərəkətdə olmaq, Azərbaycan dilində söz vurğusunun morfoloji səviyyədə əsas
xüsusiyyətidir.
Azərbaycan dilində sözdə hecaların sayı artdıqca, buna paralel olaraq vurğu da
yerini dəyişərək son heca üzərinə keçir. Bu nümunələrdə söz vurğusu mövqe
baxımından öz konstantlığını qoruyub saxlayır. Lakin bu heç də həmişə belə olmur.
Məs.: /gözləmədən/. Bu da onu göstərir ki, dilimizdə elə hallar olur ki, vurğu söz və
ya söz – formanın son hecası ilə bağlı olma xüsusiyyətini itirir.
Vurğunun korrelyasiyası hadisəsini araşdırarkən N.S.Trubeskoy göstərmişdir ki,
vurğu prosodemin zirvə əmələ gətirməklə seçilməsi kimi müəyyənləşdirilə bilər:
ekspirator güclənmə, ton səviyyəsinin yüksəlməsi, uzanma, müvafiq sait və samitlərin
aydın və enerjili tələffüzü. “Fonoloji baxımdan sərbəst vurğusu olan dillər üçün
birincisi, hər bir sözdə bu seçim bir yerdə olur, özü də müvafiq prosodem (müvafiq
olaraq həmin sözün hissəsi) həmin sözün bütün digər prosodemlərindən üstün olur və
ikincisi, eyni miqdarda prosodemi olan sözlərdə seçim heç də həmişə eyni proso-
demlərə düşmür, nəticədə söz cütləri ola bilər ki, öz aralarında istisnasız olaraq
zirvənin yeri ilə fərqlənir (süzmə, gəlin, perfekt)”. V.S.Trubeskoyun fikrincə,
“vurğulu hecada saitlər uzun tələffüz olunur” [41, s.257]. Vurğusuzlar isə həm
kəmiyyətcə, həm də artikulyator baxımdan zəifləmişdir. İngilis dilində söz daxilində
bəzən bir neçə vurğulu heca olur, özü də bu hecalaradan yalnız biri söz zirvəsi kimi
nəzərdən keçirilə bilər. Başqalarının yalnız yardımçı ton və yardımçı vurğu kimi çıxış
etdiyini N.S.Trubeskoy da vurğulamışdır [41, s.266]. Burada, yalnız fonoloji
baxımdan relevant yardımçı vurğular nəzərdə tutulur. Onu da qeyd etmək olar ki,
vurğusuz hecaların heç də hamısı eyni dərəcədə zəif və ya alçaq tonlu olmur.
N.S.Trubetskoyun qeyd etdiyi kimi, “əksər dillərdə vurğusuz hecaların dinamik və ya
xromatik zəifləməsi avtomatik olaraq müəyyən ritmdə nizamlanır. Bütün bu
hadisələrin distinktiv gücü olmur (/̗demən´streın/, /̗kɒnvə´seın/)”.
45
N.S.Trubeskoyun belə bir fikri də maraq doğurur ki,german dillərində bütün
hind Avropa dillərindən, əsasən, mürəkkəb sözlərə meyilli olması ilə fərqləndiyindən
və digər tərəfdən, amerikan dilləri öz “polisintetizmi” ilə məşhur olduğundan kök
tərkiblərin ən güclü şəkildə istifadəsinə distinktiv köməkçi aksentlərin ilkin şərti kimi
yanaşılmalıdır [41, s.267].
“Məlumdur ki, ingilis dilində birdən çox hecası olan sözlərdə söz vurğusu
işlənir” [128,s.179]. Bu o deməkdir ki, “hecalardan biri digərləri ilə müqayisədə
kontrastlığı ilə seçilir və bu heca vurğulu heca hesab olunur. İngilis dilində söz
vurğusu dinamik xarakterli olsa da, söz vurğusu daşıyan hecanın saiti, digər
vurğusuz hecaların saitlərindən aydın tələffüz keyfiyyəti ilə fərqlənir. Ona görə də
ingilis dilində söz vurğusunun keyfiyyət xarakterinə malik olduğu qeyd olunmuşdur”
[128, s.179]. Q.P.Torsuyev hesab edir ki, vurğulu hecaların saitləri gərginlik və
uzunluğuna görə vurğusuz hecaların saitlərindən yüksəkdir [128, s.179].
“Vurğunun nəzərə çarpdırılmasında hansı parametrin relevant olmasından asılı
olaraq, vurğunun müxtəlif növləri fərqləndirilmişdir: dinamik vurğu, melodik vurğu,
ekspirator vurğu, tonal vurğu, temporal vurğu, qarışıq vurğu və s. Dinamik vurğunun
əsas əlaməti odur ki, bu zaman vurğu hava axınının təzyiq gücü ilə nəzərə çarpır.
Dinamika dildə vurğunun güclü intensivliyə malik olmasını əsas götürür, daima
dəyişiklikləri əsas sayır” [19, s.206]. Melodik vurğuda relevant xüsusiyyət kimi ton
yüksəkliyinin dəyişikliyi, temporal vurğuda səsin kəmiyyət dəyişikliyi, qarışıq
vurğuda dominant vahidin nəzərə çatdırılmasında komponentlər qarşılıqlı əlaqədə
olur (melodik-dinamik, dinamik-melodik, melodik-temporal və s.) və s.
Azərbaycan dilində söz vurğusunun yerinin dəyişməsi əsas morfoloji əlamət
kimi özünü göstərməsi artıq sübut olunmuş dil hadisəsidir. Məs:
süz´mə – ´süzmə
al´ma – ´alma
uç´ma – ´uçma
qoş´ma – ´qoşma
bağla´ma – bağ´lama
Vurğunun son hecada olması həmin sözün ad bildirməklə ismə aid olduğunu,
46
birinci hecanın vurğulu olması, onun feilə aid olduğundan xəbər verir.
İngilis dilində çoxhecalı sözlərdə, yəni iki vurğusu olan sözlərdə vurğunun əsas
və ikinci dərəcəli növləri qeyd olunmuşdur. Məs.:
“Conversation /̗konvə´seın/”[128, s.179].
Bu sözdə 1-ci heca 2-ci dərəcəli, 3-cü heca isə /sei/ əsas vurğu daşımışdır.
Danışıq aktında bu və ya digər sözün mənasını nəzərə çarpdırmaq məqsədilə daha
qüvvətli tələffüz olunur ki, buna da emfatik vurğu deyilir. Vurğunun bu növündən
canlı danışıqda sintaqm və cümlə daxilində situasiya ilə bağlı bu və ya digər sözü
nəzərə çarpdırmaq üçün istifadə olunur və ingilis, Azərbaycan dilləri üçün
səciyyəvidir. İngilis dilinin ritmik aksent strukturundan çıxış etmiş olsaq, çoxhecalı
sözlərdə hecalar vurğulu-vurğusuz olmaqla sıralanır. Dilin inkişaf xüsusiyyətləri ilə
əlaqədə onun vurğu sistemində də müəyyən yeniləşmələr baş vermişdir.
Q.P.Torsuyev bunları belə ümumiləşdirmişdir ki, “əvvəllər “conversation” /konvə
´seın/ “demonstration”/̗demən´streın/ sözlərində vurğu ilk dövrlərdə son heca
ilə /ion/ bağlı olsa da, sonralar vurğu öz yerini dəyişmiş, yəni əvvəlki hecanın üzərinə
keçmişdir. Birinci heca isə ikinci dərəcəli vurğu daşımışdır. Hətta bəzi çoxhecalı
sözlərdə üç vurğulu hecanın olduğu da göstərilmişdir. Məs.: irremovability -
/´ir̗ı̗mu:və´bılıtı/” [128, s.182].
İngilis dilində işlənən alınma sözlər də getdikcə ingilis dilinin ritmik strukturuna
uyğunlaşmış və bu sözlərdə vurğunun yerinin dəyişməsinə səbəb olmuşdur. Məs.:
depot /di´poʊ/ - ´depoʊ/,/´di:poʊ/
Chauffeur /oʊ´fʒ:/ /´oʊfə/
“Dildə söz vurğusunun funksiyasını və təbiətini öyrənən elm sahəsi yaranmışdır
ki, buna da aksentologiya deyirlər” [97, s.258]. Aksentologiya dilin aksent sistemini
bütövlükdə öyrənməyi qarşısına məqsəd qoymuş elm sahəsidir.
R.Konradın fikrincə, “vurğu müəyyən bir səsin və ya səs qrupunun prosodik
vahid daxilində digərləri ilə müqayisədə qabardılmasıdır. Fərqli prosodik
vahidlərdən (heca, söz, söz birləşməsi, cümlə) asılı olaraq, aksentin müxtəlif
xarakterli olduğu göstərilmişdir; heca aksenti, söz aksenti, söz birləşməsi aksenti və
cümlə aksentli” [174, s.20]. O da aydın olmuşdur ki, R.Konrad aksent və vurğu
47
terminlərini sinonim kimi işlətmişdir. Heca aksenti tonun vəziyyətinə uyğun olaraq
fərqləndirilir: yüksələn aksent (Akut) [↑], enən aksent (Gravis) [↓], eyni səviyyəli,
bərabər aksent [→], yüksələn-enən (sirkum-leks)[ ], enən-yüksələn [ ] və bərabər
qalan – yüksələn-bərabər qalan [─/→] heca aksenti. Heca səviyyəsindəki bu struktur,
sözün tələffüz strukturunda da öz təsirini göstərir”. Bəzi tədqiqatçılar vurğunun
əsasən iki növünü göstərmişdir: dinamik və musiqili[97, s.263]. Bundan da, belə
qənaətə gəlmək olar ki, onlar kəmiyyət parametrini vurğunun müəyyənləşməsində
həlledici hesab etmirlər və nəticədə bu parametr digər parametrlərdən
fərqləndirilmişdir.
Təhlil göstərir ki, söz vurğusu yalnız söz daxilində hecalardan birinin bu və ya
digər vasitələrlə fərqləndirilməsi deyil, eyni zamanda vurğulu hecada vurğusuz
hecalarda olmayan xüsusiyyətləri əks etdirməkdir.
Dilin fonetik strukturunu təhlil etmiş Teodor Zibs də dildə vurğunun rolunun
əhəmiyyətli olduğunu qeyd etmişdir. O, yazmışdır ki, alman dilində hər bir sözdə
yüksək təzyiqlə tələffüz edilən yüksək tonlu heca olur. Bununla yanaşı o, qeyd
etmişdir ki, bu cür hecalarla yanaşı zəif tələffüz olunan hecalar da vardır. Bunu o,
“leben”, “Hammer”, “warten”, “Tages” sözlərindəki ikinci hecalarla
əsaslandırmışdır. Əsas vurğu ilə yanaşı köməkçi vurğunun da olduğu fikrini irəli
sürmüşdür[194, s.115].
Vurğuya həsr etdiyi məqaləsində L.V.Şerba yazmışdır: “Belə demək mümkün-
dürsə, ideal vəziyyətdə vurğulu heca ən güclü, ən yüksək və ən uzun hecadır” [133,
s.176]. Əlbəttə, L.V.Şerba bütün bu dəyişiklikləri fransız dilindəki vurğunun
təbiətində görmüşdür, çünki müxtəlif dillərdə bu, dəyişkən xarakterdə olur.
L.R.Zinder hesab etmişdir ki, heca ona görə vurğulu olur ki, çünki dil
sistemində iki müxtəlif keyfiyyətli heca tipi mövcuddur. “Hecanın keyfiyyət
xüsusiyyətindən asılı olaraq, vurğulu və vurğusuz hecalarda prosodik vasitələrin təsir
xüsusiyyətləri dəyişir. Sözlərin müxtəlif formada vurğulanması onlarda məna fərqləri
ilə bağlı olur” [204, s.89]. Elə buna görə də söz vurğusunu leksik vurğu da
adlandırmaq mümkündür.
48
Söz vurğusu ilə bağlı fikrini L.R.Zinder belə ümumiləşdirmişdir: “Söz vurğusu
deyərkən sözü əmələ gətirən hecalardan birinin intensivliyə, əsas tonun yüksəkliyinə
və uzunluğuna görə qabardılması nəzərdə tutulur” [97, s.262]. Onun fikrincə,
“vurğunu təmsil edən komponentlər təcrid olunmuş şəkildə deyil, birgə fəaliyyət
göstərirlər, ən azından ikisi bir yerdə”.
Söz vurğusunun təbiəti danışıq aktında əvvəlki səviyyəsindən fərqli reallaşır,
çünki cümləyə daxil olan hər bir söz həmin cümlənin prosodik strukturunun qayda-
larına tabe olur. Cümlə strukturunda sözün hansı mövqedə işlənməsindən asılı olaraq
onun prosodik xüsusiyyətləri müəyyən variativ xüsusiyyətlərlə üzləşmiş olur. Əlbət-
tə, belə vəziyyətdə cümlə vurğusu söz vurğusundan fərqli xüsusiyyətlərə malikdir.
Sözün ayrılıqda malik olduğu prosodik vasitələrin göstəriciləri, onun cümlə daxilində
konkret situasiya ilə bağlı daşıdığı prosodik göstəricilərlə eynilik təşkil etməmişdir.
Təhlil göstərmişdir ki, ayrıca tələffüz olunan sözün əsas tonunun tezliyini,
intensivliyini və temporal xüsusiyyətlərini əks etdirən göstəricilər, həmin sözün
cümlədə son mövqedəki göstəriciləri ilə müqayisədə yüksək olmuşdur. Məs.: ingilis
dilində: “man”, “woman”, “The man ”, “I see the man”; Azərbaycan dilində: “quş”,
“bayquş”, “Quş uçdu”, “O, quş ovladı” və s. Qeyd olunan vahidlərin diktorlar üzrə
göstəricilərini təhlil etməklə, onların hər biri haqqında məlumat əldə edilmişdir.
Faktlar bir daha göstərmişdir ki, hər bir söz müəyyən sintaktik struktura daxil olmaq-
la, fərqli prosodik göstəricilərin daşıyıcısına çevrilir. [Müqayisə üçün bax: qr 9, 10,
11, 34, 35, 45].
Nümunədən göründüyü kimi, söz səviyyəsində vurğudan danışarkən, sözü əmələ
gətirən hecalardan birinin digərinə nisbətən akustik parametrlərə görə fərqləndiyi
halda cümlə səviyyəsində vurğu yeni bir funksiyanın daşıyıcısına çevrilir. Məs.:/The
table is black/, (Lövhə qaradır). Araşdırma göstərir ki, söz səviyyəsində vurğulu
hecadan söhbət getdiyi halda, cümlə səviyyəsində bu, bütöv sözün tələffüzündə
özünü göstərir, yəni söz səviyyəsində sözə daxil olan hecalardan biri nəzərə
çarpdırılırsa, cümlə strukturunda bu funksiyanı heca deyil bütöv söz yerinə yetirir.
A.Djunisbəyov türk dillərində söz vurğusunun mübahisəli olduğunu qeyd edərək
yazmışdır ki, bəziləri türk dillərində vurğunun dinamik təbiətə (А.Н.Кононов),
49
digərləri isə onun tonal (musiqili) təbiətə malik olduğunu göstərmişlər [90, s.11].
Bu fikrin özü də onu deməyə əsas verir ki, nəzəri və praktik deyilmiş fikirlər dil
faktlarında öz təsdiqini tapmırsa, bu zaman dilin aksentoloji strukturu ilə bağlı
ümumiləşdirilmiş dəqiq fikir söyləmək çətinləşir. Əlbəttə, bu yalnız türk dillərində
müşahidə olunan fakt deyil. Çünki german və slavyan dillərində də bununla bağlı
fikirlər mübahisəlidir [97, s.262-263; 128, s.179].
M.Q.Kravçenko və başqa müəlliflərin fikrincə, “vurğulu hecalar ayrılıqda belə
seçilir, çünki onlarda vurğusuz hecalarda olmayan xüsusiyyətlər cəmləşmişdir. Hətta
bu həmin hecaların müstəqil söz kimi vurğusuz hecalarla əlaqəsi olmadığı vəziyyətdə
belə özünü göstərir. Bu fikri əsaslandırmaq üçün onlar rus dilindən «Тут брат взял
ключ» cümləsini əsas götürmüşlər. Bu cümlədə işlənən hər bir sözü dinləyici vurğulu
kimi qəbul edir, baxmayaraq ki, burada vurğusuz heca yoxdur” [104, s.7].
“İngilis dili ritmik vurğulu dildir, çünki vurğulu hecalar bir-birindən bərabər
səviyyəli vaxtla ayrılır, bu prosesdə ritmi tənzimləmək məqsədi ilə vurğusuz hecalar
qanunauyğun şəkildə qısaldılır” [128, s.182].
Vurğunun xüsusiyyətlərinə münasibət bildirən O.S.Axmanova yazmışdır ki,
vurğu bu və ya digər fonetik vasitələrlə: səsin gücləndirilməsi, tonun yüksəlişi, səsin
uzunluğunun artması və s. sözün və ya söz birləşməsinin tərkibindəki hecalardan
birinin seçilib nəzərə çarpdırılmasıdır [65, s.482]. Bununla da O.S.Axmanova,
vurğunu fonoloji vasitə kimi nəzərdə tutmuşdur.
Azərbaycan dilində vurğunun xüsusiyyətlərini şərh edərkən A.Axundov yazmış-
dır ki, Azərbaycan dilində vurğunun təbiəti ilə əlaqədar bir sıra xüsusiyyətlər möv-
cuddur. Bu xüsusiyyətlərin araşdırılması vurğunun mücərrəd hadisə deyil, konkret
maddi əlamətləri olan dil faktı olması barədə tam təsəvvür yaradır.
A.Axundov Azərbaycan dilində vurğulu hecanın saitinin vurğusuz hecalardakı
saitlədən özünün üç xüsusiyyəti ilə fərqləndiyini göstərməklə dilimizdə vurğunun
əsas maddi əlamətlərinə və təbii xüsusiyyətlərinə aydınlıq gətirmişdir. Onun fikrincə,
“Azərbaycan dilində vurğunun əsas maddi əlamətlərindən biri vurğulu hecadakı
saitin kəmiyyətcə digər vurğusuz hecalardakı saitlərindən uzun olmasıdır. Əlbəttə,
vurğunun bu əlaməti heç də o demək deyil ki, Azərbaycan dilində də bəzi dillərdə
50
olan kəmiyyət vurğusu, ümumi fonetika termini ilə desək, kvantitativ vurğu növü
vardır. Kəmiyyət vurğusu o vurğuya deyilir ki, vurğulu heca vurğusuz hecalardan
özünün uzunluğu ilə fərqlənir. Başqa sözlə, hansı heca uzun tələffüz olunursa, həmin
heca da vurğulu heca olur” [6, s.276]. A.Axundov fikrini /da:va/ sözünün təhlili
əsasında ümumiləşdirərək qeyd etmişdir ki, birinci hecadakı sait ikinci hecadakı saitə
nisbətən iki dəfə uzun tələffüz edilir. Halbuki /da:/ hecası vurğusuz, /va/ hecası isə
vurğuludur. Bu o deməkdir ki, Azərbaycan dilindəki vurğu, yuxarıda qeyd edildiyi
kimi, tələffüzdə iştirak edən əzələlərin gərginliyinə əsaslanan qüvvət vurğusudur.
Müasir Azərbaycan dilində söz vurğusunun təbiətinə dair aparılmış tədqiqat
işlərində qeyd olunmuşdur ki, Azərbaycan dilində vurğu ikihecalı sözlərdə 2-ci
hecada vurğulu saitin uzunluğu əsas və həlledici bir amil kimi özünü göstərir. Bu növ
sözlərdə vurğulu saitin uzunluğu vurğusuz saitin uzunluğundan orta hesabla 0,5-0,4
dəfə çoxdur [3, s.81]. Aparılmış təhlillər bir daha onu deməyə əsas verir ki, ingilis və
Azərbaycan dillərində söz vurğusu eyni funksiya daşısa da, təbiətinə görə fərqlidir.
2.2. Sözün prosodik strukturunun formalaşmasında ton, intensivlik,
temporal, temp, ritm kimi parametrlərin rolu
Sözün prosodik strukturunun müəyyənləşdirilməsi üçün, ilk növbədə, onun
akustik parametrlərinin xüsusiyyətlərinə, onların işlənmə tezliklərinə, bir-birləri ilə nə
səviyyədə qarşılıqlı əlaqədə olmaları məsələlərinə aydınlıq gətirilməlidir. Qeyd etmək
lazımdır ki, “danışıq dili zaman baxımından keçən əsrin ortalarına qədər dilçilərin
maraq dairəsində olmamışdır” [182, s.2]. Son dövrlər bu sahəyə maraq artmışdır. Biz
də bu problemlə bağlı tədqiqat işimizdə ilk növbədə, bu parametrlərin hər biri
haqqında məlumat verilməsini məqsədəuyğun hesab etmişik.
“Ton hər hansı bir səsin fiziki xüsusiyyətidir. Tələffüz zamanı hava axınının
təsiri ilə səs telləri sıfır nöqtədən tərpənməklə hərəkətə başlayır. Titrəmədən əmələ
gələn səslərin təkrarı sədanı əmələ gətirir. Səs tellərinin hərəkət sürətindən asılı
olaraq tonların xarakteri fərqli olur” [174, s.252]. Səs tellərinin zəif titrəyişi aşağı
51
tezlikli səslərin, sürətli hərəkəti isə yüksək tezlikli səslərin yaranmasına səbəb olur.
Tonun yüksəkliyi bir neçə formada xarakterizə oluna bilər. Bəzi mənbələrdə qeyd
olunur ki, “tonun tezliyi bir zaman vahidi ərzində səs tellərinin titrəmə tezliyinin ən
yüksək səviyyəsidir. Bu da səsin yaranması ilə bağlı ümumi fiziki qanunauyğunluqla
eyniyyət təşkil edir. Səsin yüksəkliyi cismin rəqslərinin tezliyindən asılıdır. Tezlik isə
özlüyündə cismin kütləsilə tərs, gərginliyi ilə düz mütənasibdir. Cisim nazik və gərgin
olarsa, onun tezliyi çox və alınan səs də yüksək olar” [19, s.142].
“Tələffüzdə sədanın yaranmasında ən aşağı səviyyəli ton əsas ton (Grundton),
digər tonlar isə obertonlar adlanır” [174, s.252]. “Hər hansı bir səsin
səslənməsindəki çalarlıq partiel tonların sayından, nizamlığından və intensivliyindən
asılıdır. İstər ingilis, istərsə də Azərbaycan dillərində saitlərin yaranmasını
şərtləndirən əsas əlamət tondur. Bu da səsin spektrində ən aşağı səviyyədə özünü
əsas ton kimi göstərir. Bunu da eksperimental fonetikada F0-la (sıfır formant)
göstərirlər” [51, s.147].
L.R.Zinderin fikrincə eyni, “əsas ton səviyyəsində bütün saitlər tələffüz oluna
bilər. Əsas tonun tezliyi saitin xarakterinə təsir göstərmir” [97, s.184]. Belə bir hal
da müşahidə olunmuşdur ki, müxtəlif saitlər eyni vəziyyətdə (yəni eyni vurğulu və
eyni intonasiyalı) əsas tonun tezliyinə görə müxtəlif yüksəkliklərlə tələffüz olunur.
Məs: /i/ saiti /a/ saiti ilə müqayisədə yüksək tələffüz olunur. Linqvistik cəhətdən bu,
fərq həlledici rol oynamır, çünki canlı danışıqda müxtəlif növlü saitlərin tonunun
yüksəkliyi bütün istiqamətlərdə dəyişə bilir. Hər bir sait səsin tələffüzündə tonun
hərəkətinin dəyişməsi nizamlı şəkildə baş verdiyindən canlı danışıqda baş vermiş
yayınmalar hecanın xarakteri və intonasiya ilə bağlıdır.
İngilis dilində səslərin sonorluq dərəcələri kimi problemdən bəhs edən Q.P.Tor-
suyev yazmışdır ki, küysüz tələffüz edilən bütün sait səslərin əsasında ton durur və
bunlar tonlu səslərdir. Tonun xüsusiyyətinə görə saitlər fərqlidir [128, s.20]. Bu
saitlərin nə səviyyədə açıq və qapalı olmasından asılı olaraq onların tələffüzündə
sonorluğun səviyyəsi dəyişkən olur. Açıq saitlər aşağı ton səviyyəsində olur. Eyni
vəziyyətli şəraitdə sonor səslər daha aydın tələffüz olunur. Bu cür səslər uzaq
məsafədən öz yüksəkliyi ilə seçilir. Bu da bu cür səslərin heca yaratma xüsusiyyətinə
52
12
31
2
31
2
3
12
3
malik olduğunu göstərir. Heca daxilində bu səslərin tələffüzündə ton maksimum
səviyyədə olur. Prosodik informasiyanın əsas hissəsi məhz tonun tezliyinin
konturlarında ifadə olunur. Avropa dillərində, eləcə də ingilis dilində tam mənalı
səslərin aydın, ritmik, melodik strukturu vardır. Bu strukturda hecalardan hər biri
intensivliyə və tonun səviyyəsinə görə fərqlənir. Şübhəsiz ki, bu dillərin nə cür bir
prosodik struktura malik olmasından da asılıdır. Kommunikativ prosesdə həlledici
əhəmiyyət kəsb edən sözlər diskret vahidlərin düzülüşündən və onları bir bütöv
halında birləşdirən prosodik vasitələrdən ibarətdir. Dildə olan seqmentlər və ya
hecalar ona görə söz yarada bilir ki, bu prosesdə onlara prosodik vasitələr xidmət
göstərir. Hər bir dilin leksik sistemində onun fonetik strukturuna uyğun müxtəlif heca
tərkibli sözlər mövcuddur. Həmin sözlərə daxil olan hecalardan biri tələffüz zamanı
tonun səviyyəsinə görə digərlərindən fərqlənir. Bu heca ingilis dili sözlərində
müxtəlif mövqelərdə işlənə bilir. İşləndiyi mövqedən asılı olaraq, hecanın ton
göstəriciləri də dəyişmiş olur. Dəyişiklik həm heca səviyyəsində, həm də söz
səviyyəsində baş verir. Belə bir ton dəyişikliyinin üçhecalı sözlər daxilində necə
nizamlandığını aşağıdakı kimi əks etdirə bilərik:
Qrafiklərdən məlum olur ki, ingilis dilində söz daxilində melodik pik müxtəlif
mövqelərdə özünü müxtəlif formalarda göstərə bilir. Bundan asılı olaraq da, sözün
prosodik strukturunda dəyişikliklər baş verir. Söz daxilində enən-yüksələn və ya
yüksələn-enən ton kəsikləri ayırma funksiyasını yerinə yetirir. Söz daxilində vurğulu
saitlər vurğusuz saitlərə nisbətən yüksək ton tezliyi ilə seçilir. Əsas tonun tezliyinin
yüksəlməsi aksentin yaranmasının ən çox işlənən vasitəsidir. Bu, ingilis dilində də
belədir. Baxmayaraq ki, ingilis dilində intensivlik relevant aksent xüsusiyyətidir.
Hətta ingilis dilində əsas tonun tezliyinin artması aksentləşdirmədə vacib elementdir.
Belə aksentlilik çox vaxt melodik və ya tonal aksentlik adlanır.
Sözün tələffüzündə əsas tonun dəyişməsinə təsir edən faktorlar müxtəlifdir. İstər
53
ingilis, istərsə də Azərbaycan dilində sözün tələffüzü zamanı əsas tonun tezliyi (ƏTT)
heç də sözün əvvəlindən sonuna qədər bərabər səviyyədə olmur. Əsas tonun tezliyi
sözdə hecaların strukturu və mövqe xüsusiyyətlərindən, hecaların vurğuya
münasibətindən asılı olaraq, variasiya olunur. İngilis dilində kontekst və situasiyadan,
ifadə olunan məqsəddən asılı olaraq, onların tələffüzü zamanı ƏTT müxtəlif
strukturlarda öz ifadəsini tapmışdır.
“Dilçilik ensiklopediyası”nda qeyd olunmuşdur ki, danışıq aktında tonun
dəyişməsi, söyləmin, cümlənin, mətnin melodik səviyyəsi, ingilis dilində söz
səviyyəsində tonun 6 cür hərəkətini fərqləndirirlər:
“1. Alçaq enən /˛two/; (iki) müəllim şagirdə qiymət elan edir.
2. Yüksək enən / ̀two/; (iki) şagird eşitməzliyə vurub soruşur.
3. Enib-qalxan: / ˇtwo/; (iki) (üç, dörd) müəllim təkrar edir.
4. Alçaq qalxan /two/ (iki) təəccüblə soruşur, niyə iki.
5. Yüksək qalxan /´two/ (iki) qətiyyətlə bildirilən qiymət
6. Qalxan-enən /ˆtwo/ (iki) (ikidir ki, iki, bunun o yanı, bu yanı yoxdur” [19,
s.179].
Sözün prosodik vasitələrinin tərkib elementlərindən biri də intensivlikdir. Sözü
əmələ gətirən hecaların heç də hamısı eyni intensivliyə malik olmur. Tələffüz zamanı
hecaya daxil olan sait və samitlərin xüsusiyyətlərindən asılı olaraq, hecaların
intensivlik xüsusiyyətləri fərqli olur. Hecaların tələffüzündə yaranan fərqli intensivlik
xüsusiyyətləri sözlərin prosodik strukturunda intensivlik parametrlərinin də dəyişmə-
sinə səbəb olur. Söz prosodikasının müxtəlif vasitələrindən biri də onun intensivliyini
əks etdirən amplitudların fərqli olmasıdır.
İngilis dilində hecanın növü həmin hecanın nüvəsini təşkil edən saitin tələffüz
xüsusiyyətləri ilə bağlı olur. İngilis dilinin əsasən formalaşmış səs sisteminin qayda-
larına əsasən fasilədən əvvəl qısa bərabərsəviyyəli [e], [æ], [ɔ], [ʌ] saitlərin işlənməsi
yol verilməzdir. Onlar həmişə samitlə bitir. Məsələn, [bed], [bæd], [pɔt], [kʌt], bu
saitlər yalnız qapalı hecalarda işlənir. Bu cür hecalarda samitlər həmişə qeyd olunan
saitlərin daxil olduğu hecalarda son mövqedə işlənir. Bütün digər diftonqlar və
monoftonqlar isə ingilis dilində açıq və qapalı hecalarda işlənə bilir. Məs.: [bi:], [bı:],
54
[fa:], [fa:m], [sɔ:], [sɔ:t] və s. [128, s.175].
“Söz daxilində samit monoftonq və ya diftonq arasında – inlautda işlənərsə, bu
samit ya özündən əvvəlki, ya da sonrakı hecaya aid ola bilir. Ancaq tələffüz zamanı
bu samit, əsasən, özündən sonrakı hecaya aid olur, onunla birlikdə tələffüz olunur.
Hansı model hecanın tələffüz edilməsindən asılı olaraq (VK, KV və s.) samitlərin və
saitlərin tələffüzündə akustik parametrlərə görə tələffüz prosesində [e], [æ], [ɔ], [ʌ]
saitlərini özlərindən sonra işlənən samitdən ayırmaq qeyri-mümkündür. Bunun üçün
bu saitlərin tələffüzündə temporal parametrə diqqət yetirilməlidir, əks halda səsin
uzun tələffüzü, adi normal tələffüz qaydasından fərqli olur”[116, s.176]. Birhecalı
sözlərdə samitlər arasında saitin ön və son fazasında baş verən prosodik dəyişiklik
samitlərin akustik parametrləri ilə əlaqədə variasiyaya uğrayır.
“İngilis dilində söz vurğusunun təbiətcə güc, yəni dinamik (intensivlik) vurğulu
olduğu, dilçilik ədəbiyyatında qeyd olunub” [128, s.179].Bu da onunla izah olunur ki,
söz vurğusunun reallaşmasında intensivlik parametri dominant faktor kimi çıxış edir.
Hecanın və yaxud həmin hecanın özəyini təşkil edən saitin intensivliyi
deyərkən, R.Konrad səsin gücünü nəzərdə tutmuşdur.” Səsin gücü öz növbəsində
nəfəsvermə zamanı hava təzyiqi ilə müəyyənləşir” [174, s.102]. Hər hansı bir səsin
intensivliyi geniş mənada danışıq orqanlarının əzələ gərginliyinin dərəcəsini əhatə
edir. Bu dərəcə də öz növbəsində təbii refleks kimi, hava axınının təzyiqindən
asılıdır. İntensivlik səsin melodik tərəfi ilə identik hesab olunmur. Sözü əmələ gətirən
hecalardan birinin intensivliyi dominant əlamət kimi qeydə alınırsa, bu cür aksenti
intensivlik aksenti kimi də qəbul etmək mümkündür.
“Bəzən intensivlik gərginlik kimi də izah olunur” [97, s.180]. L.R.Zinder gərgin-
liyin saitlərin tələffüzündəki rolunu şərh edərkən yazmışdır ki, danışıq aparatının
gərginliyi olmadan saitlərin tələffüzü mümkün olmadığından, gərginlik saitlərin
yaranmasında ümumi şərtlərdən biri hesab edilməlidir [97, s.181].
O, bu vahidlərin qarışdırılmasının mümkün olmadığını da daha sonra qeyd
etmişdir, çünki “saitin intensivliyi hər şeydən əvvəl ümumilikdə nitqin intensivlik
səviyyəsindən, eləcə də onun söz vurğusuna olan münasibətindən, mövqeyindən
asılıdır”. Vurğunun dinamik strukturunda vurğulu sait vurğusuzdan intensivli olur.
55
Saitin intensivliyinə təsir edən faktorlardan biri də saitin keyfiyyətidir. Qapalı saitlər
açıq saitlərdən intensivlidir. Bu da o deməkdir ki, iki eyni vəziyyətdə və eyni fonetik
əhatədə çıxış edən /a/ saitinin intensivliyini /i/ və ya /y/ saitlərinin intensivliyi ilə
müqayisə etdikdə aydın olur ki, 1-ci saitin intensivlik qiyməti 2-cilərin intensivlik
qiymətindən yüksəkdir. Belə bir vəziyyət həmin saitlərin iştirak etdiyi sözlərin
osilloqramlarında daha aydın müşahidə olunmuşdur. Bunun üçün ingilis dilində:
/pæt/, /mæn/, /da:k/, /mu:d/, /ıl/; Azərbaycan dilində: /baba/, /nənə/, /kükü/, /bibi/ və
s. kimi sözlərin ossilloqramlarını və onların əsasında hesablanmış göstəricilər
əsasında qurulmuş qrafikləri nəzərdən keçirmək kifayətdir [Bax:
qr.1,8,9,20,24,25,26,39]. Bu fakt rus dili materialı əsasında eksperiment vasitəsilə
sübuta yetirilmişdir [97, s.181]. Dildə intensivliyin dəyişkənliyi dilxarici faktorların
təsiri ilə həyata keçir. L.R.Zinder hesab etmişdir ki, linqvistik tədqiqatlarda
seqmentin intensivlik parametrə görə təhlilinin orta və orta nisbi qiymətə görə
aparılması daha yaxşı nəticə vermiş olardı, çünki mütləq göstəricilər faktları bəzən
dəqiq əks etdirmir.
“Elə bir dil yoxdur ki, həmin dildə 2 sait yalnız intensivliyə görə fərqlənmiş
olsun. Saitin tələffüzü ərzində intensivlik dəyişməz qalmır, ancaq bu dəyişiklik saitin
heca və söz daxilindəki mövqeyindən asılıdır. İntensivliyin hərəkəti anlayışı heca
aksenti ilə bağlıdır” [97, s.182].
A.Axundov qeyd etmişdir ki, Azərbaycan dilində söz vurğusu əzələ gərginliyinə
əsaslanan güc vurğusudur. “Məsələn, [da+´va] sözündə ikinci [a] saiti güclü
tələffüzü ilə seçilir və vurğu daşıyır” [6, s.276]. Lakin sözün prosodik strukturunun
intensivlik komponenti yalnız vurğulu hecanın saitindən ibarət olmur, bu strukturun
formalaşmasında sözə daxil olan bütün seqmentlər müəyyən rol oynayır. Sözün
seqment və heca tərkibindən asılı olaraq, həm ingilis, həm də Azərbaycan dilində
intensivlik parametri müxtəlif səviyyələrdə dəyişikliyə uğrayır. “İntensivlik
parametrin yüksək göstəriciləri digər parametrlərlə bəzən həmahəng olsa da, bəzən
də bunlar eyni heca ilə bağlı olmur. Bu fikir digər tədqiqat işlərində də öz ifadəsini
tapır” [6, s.276]. Məs.: [da+va] sözündə eyni /a/ saiti 2 dəfə təkrar olunub. Lakin
onların intensivlik xüsusiyyətləri fərqlidir, çünki 2-ci /a/ saiti sözdə son hecada
56
işlənmişdir, 1-ci /a/ saiti isə sözün birinci hecasında işlənmişdir. Söz daxilində 1-ci /a/
saiti temporal göstəriciyə malikdirsə, 2-ci /a/ saiti intensivliyə görə maksimum
göstəriciyə malik olmuşdur.
M.İ.Matuseviç də tələffüz prosesində nəfəsvermənin yüksəlişi ilə əzələ
gərginliyinin eyni olmadığını, onların fərqli fonetik hadisələr olduğunu qeyd
etmişdir[111, s.229]. İngilis dilində saitin intensivliyinin göstəricisi onun vurğulu
olub-olmamasından xəbər verir. Səsin yaxşı eşidilməsində və qavranılmasında
intensivlik mühüm rol oynayır. Eyni güclü, lakin müxtəlif tezlikli səslər müxtəlif cür
olan sait və samitlərin intensivlik xüsusiyyətlərindən aydın olur ki, saitlər daha çox
intensivli səslərdir. Cingiltili samitlərin intensivliyi onların söz daxilindəki fonetik
əhatəsindən asılıdır. İntervokal mövqedə cingiltili samitlər daha çox intensivliyə
malik olur, nəinki başqa mövqedə. Məsələn, ingilis dilində: holidy [hɔlədi], ally
[əlaı], enemy [enımı], ever [èvə] və s.
Azərbaycan dilində /ala/, /uca/, /baba/, /nənə/ və s.
Azərbaycan dilində /baba/ sözündə /b/ samiti /nənə/ sözündə isə /n/ samiti iki
dəfə təkrar olunmuşdur. Azərbaycan dilinin daxili qanunauyğunluğuna əsasən ultima
hesab edilən hecalarda çıxış edən /a/ və /ə/ saitləri və /b/ və /n/ samitləri intensivlik
parametrinə görə inisial hecadakılardan fərqli olmuşlar. Seqmentlər və hecalar
səviyyəsində baş vermiş bu prosodik xüsusiyyət söz səviyyəsində də öz təsirini
göstərmişdir. Saitdən sonra işlənən samitin intensivliyi yüksək səviyyə ilə başlayıb,
tədricən zəifləyir. Məsələn, ingilis dilində /rosa/, Azərbaycan dilində /nənə/ sözlərinin
tələffüzündə olduğu kimi [Bax: qr.24].
Sait qarşısında isə zəif intensivliklə başlayıb sait-samit-sait qovuşuğuna kimi
tədricən yüksəlir, məsələn, ingilis dilində: /boy/, /have/, /boot/, /land/, /mass/ /I have
to go home/ və s.
Azərbaycan dilində: /bal/, /daş/, /mən/, /lək/ və s.
Azərbaycan dilində işlənən /nənə/ sözündə 2-ci /n/ samiti 2-ci hecanın birinci
səsi kimi 1-ci heca ilə sərhəd əmələ gətirmişdir. Akustik baxımdan bu söz bölünməz
bütöv kimi tələffüz edildiyindən 2-ci onset /n/ samiti interval mövqedə çıxış etmişdir.
Özündən əvvəl və sonra işlənmiş açıq /ə/ saiti yüksək intensivli səs olduğu üçün /n/
57
H1
Söz /nənə/
H2
samitinin yaranmasında intensivliyi əks etdirən amplitidların istər ön fazada, istərsə
də son fazada zəifləməsinə ehtiyac duyulmamışdır. Daha doğrusu, bu parametrdə
bərabər vəziyyət müşahidə olunmuşdur [Bax: qr.20].
Sözün tələffüzündə prosodik struktura təsir edən amillərdən biri də Azərbaycan
dili üçün xarakterik mövcud olan sinqarmonizm xüsusiyyətlərdir. /nənə/ sözü 2
hecadan ibarətdirsə, onda bu söz strukturunu belə qeyd edə bilərik: Söz = H1 + H2.
Tələffüz prosesində H1-in prosodik xüsusiyyətləri H2-nin prosodik xüsusiyyətləri ilə
unifikasiya olunur. Belə olan halda /nənə/ sözünün prosodik xüsusiyyətini əks etdirən
diaqramı belə göstərmək olar:
Səsin tələffüzündə işlənən enerji xüsusiyyətləri bu və yaxud digər vahidlərin
tələffüzü üçün lazım olan siqnalın səslənmə intensivliyini təşkil edir. Enerji əlamətlə-
rinin vasitəsi ilə qarşılaşdığımız dil siqnalının sədalı, yoxsa ki, sədasız (cingiltili və
ya kar) olduğu məlum olur. İntensivlik parametrinin köməkliyi sayəsində sözün
tərkibində neçə heca sərhədinin olduğu müəyyənləşir. Ona görə də sözün prosodik
strukturu ilə bağlı müfəssəl məlumatın əldə olunmasında digər parametrlərlə bərabər
intensivlik parametrlərinin də rolu əhəmiyyətlidir. Tədqiqə cəlb etdiyimiz söz
prosodikasının, o cümlədən intensivlik parametrinin eksperimental fonetik təhlilindən
dissertasiyanın III fəslində ətraflı məlumat veriləcəkdir.
Sözün prosodik strukturunda intensivlik parametrindən istifadə olunmasına dair
normativ qaydalar dilin daxili və xarici inkişaf qanunlarına uyğun gələn və bu dildə
danışanlar arasında məqbul sayılıb informasiya mübadiləsində yoxlanılmış və
ümumiləşdirilmiş şəkildə istifadə olunan qaydalarıdır. Kommunikativ prosesdə bu
parametrə düzgün əməl olunması həm informasiyanın düzgün ötürülməsinə, həm də
58
ünsiyyətin uğurlu alınmasına şərait yaradır.
Dilçilik ədəbiyyatında qeyd olunduğu kimi, “sözün prosodik strukturunun
formalaşmasında temporal parametrin rolu danılmazdır“ [6; 37; 54; 60; 90; 97; 128;
138; 144; 147; 171; 188; 200 və s.]. Dildə mövcud olan bütün vahidlər temporal
xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənir. Dil vahidlərinin temporal strukturları
müəyyən dildaxili və dilxarici faktorların təsiri nəticəsində variasiya olunur. Eyni dil
vahidindən ünsiyyət prosesində istifadə edən, dil daşıyıcıları bu vahidin tələffüzünə
müxtəlif ölçüdə zaman sərf etmiş olurlar. Şübhəsiz ki, bu dil daşıyıcılarının koqnitiv
hazırlığından, onun şifahi nitq sahəsindəki təcrübə və bacarığından, mövzunun
danışana nə dərəcədə bələd olmasından asılıdır. Məsələn:
10 çox işlək olan sözün tələffüzünə dil daşıyıcısı daha az vaxt sərf etmişdir,
nəinki 10 az işlək olan və yaxud müəyyən elm sahəsi ilə bağlı olan sözlərə. Tələffüz
olunan sözlərin heca tərkibindən, onların seqment tərkiblərindən, vurğuya münasibə-
tindən asılı olaraq, onların temporal parametrləri ilə bağlı prosodik strukturda
dəyişikliklər baş vermişdir. İngilis dilində vurğulu sait, yəni gərginliyi ilə fərqlənən
sait adətən daha davamlı uzun tələffüz edilir, nəinki vurğusuz mövqedə. Beləliklə,
ingilis dilində söz vurğusunun özünü kəmiyyət vurğusu kimi göstərdiyi Q.P.Torsuyev
tərəfindən də qeyd olunmuşdur [128, s.179].
A.İvanova prosodiyanın tədqiqat sahəsi məsələsinə aydınlıq gətirmək üçün
göstərmişdir ki, prosodiyanın tədqiqat sahəsinə nitqin metrik relevant elementləri
kimi, hecaların kvantitativ xarakteristikası daxildir[100, s.615]. Qeyd olunan fikirdən
belə məlum olur ki, A.İvanova prosodikanın tərkib vasitələrindən biri kimi
kvantitativ parametrə xüsusi əhəmiyyət vermişdir.
Sözün temporal xüsusiyyəti deyərkən, ilk növbədə, bu və ya digər sözün
tələffüzünə sərf olunan zaman nəzərdə tutulur. Əlbəttə, müxtəlif dillərdə uzunluq və
qısalıq fonoloji səviyyədə müxtəlif xarakterli olur. Məsələn, german dillərindən olan
ingilis və alman dillərində fonem səviyyəsində uzunluq və qısalıq sait üçün relevant
əlamət hesab olunur. Məsələn,
ingilis dilində: beat [bi:t]; bit [bıt] (qalib gəlmək), (parça)
sheep [i:p]; ship [ıp] (qoyun), (gəmi)
59
pot [pot]; poot [pɔ:t] (qazan), (quru)
shot [ot]; short [ɔ:t] (atəş), (qısa)
cut [kʌt]; cart [ka:t] (kəsmək), (araba)
much [mʌt]; March [ma:t] (çox), (mart)
pool [pu:l]; pull [pʊl] (hovuz), (çəkmək)
fool [fu:l]; full [fʊl] (axmaq) , (tam)
alman dilində: Staat [ta:t]; Stadt[tat] (dövlət) ,(şəhər)
Beet [be:t]; Bett [bεt] (lək), (çarpayı)
Kahn [ka:n]; kann [kan] (gəmi), (bilmək,bacarmaq modal
feilinin indiki zamanda I şəxsi)
Ofen [o:fən]; offen [ɔfən] (ocaq), (açıq)
Miete [mi:tə]; Mitte [mıtə] (kirayə), (orta)
Ratten – raten (siçovul), (məsləhət vermək)
Füllen – fühlen və s. (doldurma), (hiss etmək)
Şübhəsiz ki, qeyd olunan bu nümunələrdə uzunluq əsas differensial əlamət kimi
çıxış edir və qarşılaşdırılan bu sözlər məhz bu distinktiv əlamətə görə fərqlənir. Elə
bu əlamətin olub-olmaması həmin sözlərin məna strukturlarında dəyişikliyə səbəb
olur. Lakin onu da qeyd edək ki, bu uzun saitli hecaların özləri də mövqedən və
fonetik əhatədən asılı olaraq müxtəlif uzunluqda tələffüz olunur.
İngilis və alman dilləri üçün xarakterik olan bu kvantitativ xüsusiyyət
Azərbaycan dili üçün yaddır. Lakin bunun özü də Azərbaycan dili fonologiyasında
mübahisəli bir problemdir. Bəzi dilçilər (A.Axundov) Azərbaycan dilində uzun sait-
lərin işləndiyi fikrini söyləsələr də, bəziləri (Ə.Dəmirçizadə) bu fikri inkar edir. Azər-
baycan dilində yalnız alınma sözlərin daxilində uzun saitə rast gəlmək mümkündür.
Məs.:
mədəni (davranış, hərəkət, irs və s.)
mədəni (məkan) (yoxladılar).
Şübhəsiz ki, fonem səviyyəsində özünü göstərən temporal fərqlər, daha sonrakı
vahidlərin (heca, söz və s.) temporal xüsusiyyətlərinə təsir göstərir.
Lakin sözün prosodik strukturunda temporal parametri ilə bağlı baş verən
60
dəyişikliklər, xüsusən, Azərbaycan dilində fonetik səviyyədə baş vermiş dəyişiklik-
lərdir. Sözün prosodik strukturu deyərkən, əsasən, eyni sözün mövqedən və vurğudan
asılı olaraq, dəyişməsi nəzərdə tutulduğundan, temporal parametrdə baş verən
dəyişikliklər də bu cür qəbul olunmalıdır.
Söz daxilində seqmentlərin düzümündən və onların kombinator və distributiv
xüsusiyyətlərindən, hecaların növ xüsusiyyətlərindən asılı olaraq sözün temporal
strukturu müxtəlif dərəcədə dəyişikliklərə məruz qalır. Ədəbi dildə hər bir sait
tələffüz zamanı danışandan və situasiyadan, fonetik əhatədən asılı olaraq, temporal
xüsusiyyətini dəyişir. İngilis dili fonemlərinə həsr etdiyi “Fonema” əsərində
S.E.Poladova qeyd etmişdir ki,ingilis dilində hər bir saitin özünəxas temporal əlaməti
olur. Məsələn, ingilis dilində /i:/ saiti uzun, gərgin, ön sıra və yüksək yüksəlişli səsdir.
Kəmiyyətcə bu saitə oppozisiya təşkil edən [ı] saiti qısa və gərginsiz tələffüz olunur
[117, s.48-49]. İngilis dilində /i/ saitinin ikili tələffüzü, onun Azərbaycan dilində
mövcud olan /i/ saitindən fərqləndirir. İngilis dilində tələffüz prosesində uzun və qısa
saitlərin qarşılaşdırılması, yəni birinin əvəzində digərinin tələffüz edilməsi
yolverilməzdir [e]. Fonemi ingilis dilində qısa və qeyri-gərgin tələffüzü ilə fərqlənir.
Məsələn, head /hed/ (baş); pat /pet/ (astadan əl çalma); land /lend/(borc vermək) və s.
İngilis dilində mövcud olan /ʊ/ və /u:/ fonemləri də bir-birindən kvantitativ və buna
uyğun olaraq yaranan gərginliyə görə fərqlənirlər. Biz burada ingilis dilində bütün
uzun və qısa saitlərin temporal xüsusiyyətləri haqqında ümumiləşdirilmiş məlumat
verdik. Bunların eksperiment materiallarından necə müşahidə olunduğu haqqında III
fəsildə daha geniş məlumat veriləcəkdir. “German dillərindən olan alman dilində
kəmiyyət və keyfiyyət parametrləri bir-biri ilə əlaqədə olur” [204, s.24]. Ümumilikdə,
qapalı saitlər uzun, açıq saitlər isə qısadır. Sözlərin hansı heca modellərindən (CV,
VK, VCV, CVC və s.) ibarət olması sözün temporal xüsusiyyətlərinə təsir göstərən
amillərdəndir. Əsas tonun tezliyi və intensivlik parametrlərindən fərqli olaraq
temporal parametri fonemlərdən başlayaraq, ən böyük sintaktik vahidlər üçün
xarakterikdir.
Təcrübə göstərir ki, istər heca, istərsə də söz daxilində sait səslər kəmiyyət
parametrinə görə samitlərlə müqayisədə uzun olur. L.V.Bondarko təcrübi yolla belə
61
bir qənaətə gəlmişdir ki, insanın eşitmə orqanı 30-50 ms uzunluğunda olan səsləri
eşidib təhlil etmək iqtidarındadır [76, s.19].
Artıq sübut olunmuş faktdır ki, qısa saitlər yalnız samitlərdən əvvəl gəlir [41,
s.243].
Bu, o deməkdir ki, hər bir dildə qısa saitlər üçün qapalı heca xarakterikdir.
İngilis, alman, və holland dillərinin materialları əsasında uzun heca daşıyıcısı
kimi fonetik hadisədən bəhs etmiş N.S.Trubetskoy yazmışdır ki, bu dillərdə başqa bir
mənzərənin şahidi oluruq.
Kəmiyyət qarşılaşması açıq auslautda neytrallaşır. Özü də açıq vurğulu auslaut
hecalarında yalnız uzun sait fonemlər gəlir. Ona görə də burada qısa deyil, uzun heca
daşıyıcıları əlamətsiz korrelasiya üzvləri kimi götürülə bilərlər.
“Beləliklə, burada söhbət bir tərəfdən yalnız normal, tam sona qədər səslənən
sait fonemlər arasındakı qarşılaşmadan gedirsə, digər tərəfdən öz axarında sonra
gələn samitin gəlməsilə kəsilən, dayandırılan sait fonemlər arasındakı qarşılaşmadan
gedir. Özü də “hecanın kəskin şəkildə dəyişməsi” korrelyasiyasının əlamətidir. Bu
cür heca kəsiyi korrelasiyasında uzunluq “tam, maneəsiz sait axarının və qısalıq isə
yalnız sonda gələn samitlə sait axarının dayandırılmasının ifadəsidir” [41, s.242].
Deməli, bəzi dillərdə temporal komponent relevant xüsusiyyət kimi prosodik əlamət
funksiyasını yerinə yetirdiyi halda, bəzi dillərdə bu irrelevant xüsusiyyət kimi çıxış
edir.
“Sözün prosodik strukturunda temporal əlamətin funksional yükünü
müəyyənləşdirmək üçün, nitq prosesində reallaşan səslərin uzunluğuna
əsaslanılmalıdır. Səsin uzunluğu fonetik şərtlərlə bağlı olur, daha doğrusu, fonetik
mövqedən asılı olur. Səsin uzunluğu əksər hallarda hecanın açıq və qapalı
olmasından asılıdır” [97, s.187]. “Saitin uzunluğuna əvvəl və sonra işlənən samitlərin
xarakteri də (kipləşən, novlu, kar, cingiltili) təsir göstərir. Bu halda saitdən sonra
neçə samitin işlənməsi də əsas amillərdəndir ” [20, s.187].
K.Kohler hesab etmişdir ki, ingilis dilində söz daxilində saitlərin kəmiyyət
parametrlərinə novlu və kipləşən kar və cingiltili samitlər müxtəlif səviyyələrdə təsir
göstərir [170, s.111]. Bunun üçün o, /bi:d/ (bead) – (diyircək) və /bit/ (bit)- (parça)
62
sözlərində tələffüz olunan /i/ və /ı/ saitlərinin kəmiyyət xüsusiyyətlərini müqayisə
etmişdir. Kəmiyyət dəyişməsinə keyfiyyət dəyişikliyi ilə yanaşı onlarla əlaqədə olan
kar /t və cingiltili /d/ samitlərinin də az rolu olmamışdır. Onu da əlavə edək ki,
“saitlərin kəmiyyət xüsusiyyətləri ilə bağlı qanunauyğunluq yalnız ingilis dili üçün
səciyyəvi deyil, belə bir kəmiyyət variasiyası dünyanın əksər dillərində müşahidə
olunmuşdur” [170, s.111].
İngilis dilində müxtəlif kommunikativ vahidlərin temporal xüsusiyyətlərini təhlil
edən T.A.Brovçenko belə qənaətə gəlmişdir ki, kommunikativ vahidlərin özlərinə
məxsus temporal əlamətləri vardır. Bu əlamətlər dil vahidinin ön və son hissələrinin
sayəsində formalaşır. İngilis dilində saitlərin temporal xüsusiyyəti relevant əlamətdir
[78, s.90-91].
İntensivlik parametrində olduğu kimi, uzunluq və qısalıq da müəyyən mənada
saitin tipindən asılıdır. O.Yespersen dildə “kəmiyyət qanunu”nu işləyib hazırlamışdır.
Bu qanununa görə, “danışan bildikdə ki, o, uzun səs sırasını tələffüz etməlidir,
tempini artırır” [167, s.175]. Bununla da o, Raskın Danimarka dilində “far” sözündə
saitin “fare” sözündəkinə nisbətən uzun tələffüz edilməsi, Saitin isə “tail” sözündəki
diftonqun “tailor” sözündəki diftonqa nisbətən davamlı olduğu, eləcə də Siversin
“fahl” sözündəki /a:/ saitinin “fahle” sözündəki /a/-dan, bunun da öz növbəsində
“fahlere” sözündəki /a/-dan uzun tələffüz edilməsi haqqındakı fikirlərinə aydınlıq
gətirmişdir [167, s.176]. Analoji hadisə ingilis və Azərbaycan dillərində də müşahidə
olunmuşdur. Bunun üçün biz eksperiment zamanı eyni kökdən əmələ gələn sözlərin
temporal göstəricilərini müqayisə etmişik. Məsələn, “ək”, “əkin”, “əkinçi” və s.
İngilis dilində də oxşar nümunələr təhlil olunmuşdur. Məsələn: moon /mu:n/ (ay),
moonlight (ay işığı). Bu nümunələrdən birincidə “moon” təkhecalı sözü ayrılıqda,
yəni simpleksaksent daşıdığı vəziyyətdə, ikinci halda isə “moonloght” sözünün
birinci komponenti kimi, yəni initialaksent daşıyıcısı kimi çıxış etmişdir. Bu fonetik
hadisə ilə bağlı aparılmış təhlillərin nəticələri üçüncü fəsildə daha geniş şərh
olunacaqdır.
Lakin onu da qeyd edə bilərik ki, ümumi fonetik nöqteyi-nəzərindən uzunluğun
müəyyən növlərinin müəyyənləşdirilməsi elə də asan problem deyil. Elə buna görə də
63
O.Yespersenin irəli sürdüyü: çox qısa, qısa, yarımuzun, uzun, çox uzun kimi növlərin
mövcudluğu şübhə doğurur. Bu da ondan irəli gəlir ki, hələlik fonetika bu və ya digər
seqmentin minimum və maksimum kimi hansı uzunluqda olmasına tam aydınlıq
gətirməmişdir.
Fonematiklik baxımından hər bir dil üçün saitlərin uzunluq məsələsi ayrılıqda
həll olunmalıdır. Çünki bütün dillərin fonoloji sistemlərində buna ehtiyac duyulur.
Çox halda uzunluq yalnız saitə məxsus xüsusiyyət kimi nəzərdən keçirilir. D.Counza
görə “ingilis dilində /i:/ və /ı/ saitlərindən birinci uzun, keyfiyyətinə görə isə dəyişkən,
ikinci /ı/ saiti isə qısa və açıq saitdir. L.R.Zinder Counzun bu fikrinə əlavə edərək
göstərmişdir ki, bu saitlər eyni fonemin mövqe ilə bağlı allofonlarıdır [97, s.188].
Bununla belə fonemin uzunluq və qısalığının əksər dillərdə fərqləndirici əlamət kimi
çıxış etməsi dilçilik ədəbiyyatında qeyd olunmuşdur. Hətta onun müəyyən bir vurğu
ilə mümkünlüyü də qeyd olunmuşdur [97, s.188]. Bu və ya digər dillərdə uzun, qısa
saitlərin olması mübahisəli olmuşdur. Bu da ondan irəli gəlmişdir ki, uzun sait iki
fonemin birləşməsidir (bu halda uzunluq fonematik deyil), yoxsa ki, uzun sait bir
fonem kimi qəbul olunmalıdır (bu vəziyyətdə uzunluq fonematik əlamətdir). Deməli,
iki səsin yanaşı işlənməsi və səs birləşməsi yaratması, heç də həmin səsin
uzunluğunun relevantlığından xəbər vermir. Burada əsas məsələ müəyyən bir
fonemin uzunluğundan gedir. Bu məsələnin həllində əsas kriteriya kimi morfoloji
prinsip nəzərə alınmalıdır. Əgər morfoloji sərhəd səsin ortasından keçirsə, bu zaman
söhbət bir fonemdən deyil, fonem birləşməsindən gedir. İngilis və alman dillərində
bəzi dillərdən (Azərbaycan, rus) fərqli olaraq, uzun saitlər eyni bir morfemin
tərkibində işlənir. Məs.:
ingilis dilində: /bi:t/, /i:p/, /fu:l/ (qalib gəlmək, qoyun, axmaq)və s.
alman dilində: /be:t/, /ta:t/ (lək, dövlət) və s.
Belə vəziyyətdə biz kommunikativ prosesdə uzun saitin uzunluğunun müxtəlif
xüsusiyyətlərindən danışa bilərik. Azərbaycan dilində isə bu başqa formadadır, çünki
bu dildə uzun saitlər ayrıca fonem kimi mövcud olmadığından, burada qısa saitlərin
fərqli uzunluqda tələffüzünün reallaşması faktını göstərmək olar. Sözün prosodik
strukturunun temporal parametrində baş verən dəyişikliklər daha çox başqa vahidlərlə
64
əlaqəli münasibətdə özünü göstərir. Ona görə də S.Cəfərov yazmışdır ki, söz dil
vahidi kimi öz təbiətinin dolğunluğunu və həqiqi mənasını əlaqəli nitq daxilində
büruzə verir[15, s.12].
Təcrübə göstərir ki, sözlərin temporal parametri danışandan-danışana fərqli
şəkildə olur. Dildə seqmentlərin uzunluğuna təsir edən amillərə münasibət bildirən
K.J.Kohler qeyd etmişdir ki,bu prosesdə əsas qanunauyğunluq ondadır ki, seqmentlər
onların tələffüzündə bir səsdən digər seqmentin tələffüzünə keçən yolu nə qədər geniş
olarsa, bir o qədər uzun olur [170, s.110].
Araşdırmalardan aydın olur ki, müxtəlif dillərdə sözlərin prosodik strukturla-
rının formalaşmasında temporal parametrin rolu eyni səviyyədə olmamışdır.
“Prosodik kəmiyyət əlaqələrinin tədqiqi onu təsdiq edir ki, bəzi dillərdə ən kiçik
prosodik vahid heca, digərlərində isə mordur və buna müvafiq olaraq dillər hecalı və
morlu dillərə bölünür. Prosodem termini ilə müvafiq dildə ən kişik prosodik vahid,
hecalı dillərdə heca, morlu dillərdə isə mor nəzərdə tutulur. Prosodik əlamətlər
diferensial və yanaşma əlamətlərinə bölünür. Diferensial əlamətlərlə prosedemlərin
özləri fərqlənir, yanaşma əlamətlərilə isə prosedemlərin özləri deyil, sonra gələn
fonoloji elementə müxtəlif yanaşma (birləşmə) növü ifadə olunur” [41, s.247].
Prosedemlərin fərqləndirilməsi hecalı dillərdə intensivliklə, morlu dillərdə isə tonun
yüksəkliyi ilə baş verir. Hər bir prosedemin də öz diferensial əlaməti mövcuddur.
“Hələ keçən əsrin əvvəllərində türk dillərində sait və ya samitlərin müəyyən
təsirlər sayəsində variasiya olunduğu qeyd edilmişdir “[41, s.18-19]. Dildə variasiya
hadisəsi müasir dilçilikdə aktual hadisələrdən biridir.
Sözün prosodik strukturunun formalaşmasında iştirak edən prosodik vasitələr
arasında tempin rolu da nəzərə alınmalıdır. Hər bir dil vahidi müəyyən tempə əməl
olunmaqla tələffüz olunur, çünki danışıq aktında iştirak edən hər bir adresant və
adresatın özlərinə xas danışıq tempi mövcuddur. Dilçilik ədəbiyyatında “temp
danışıqda zaman parametrindən normal şəkildə istifadə” kimi şərh olunmuşdur”[20,
s.295]. A.S.Hornbi də sözün prosodik strukturunda nitqin tempinin də rolunun az
olmadığını qeyd etmişdir[166, s.167]. Danışıq tempi ünsiyyətdə olanların dilə nə
səviyyədə bələd olmalarından da asılıdır.
65
D.Counzun hesablamalarına görə, ingilis öz ana dilində danışanda orta hesabla 1
dəqiqədə 2000, müvafiq olaraq 1 saniyədə 5 heca tələffüz edir. Lakin bu göstəriciyə
heç də bütün dil daşıyıcıları bərabər səviyyədə əməl etmir. Danışıq aktında baş verən
bütün bu dəyişikliklərə nitqlə bağlı elm sahəsi aydınlıq gətirir. Danışıq tempi ifadə
edənin prosodik strukturuna təsir göstərdiyi kimi tempin də reallaşmasına, onun
sürətli və ya zəif templi olmasına müəyyən faktorlar öz təsirini göstərir. Məsələn,
danışanın danışıq qabiliyyəti, informasiya mübadiləsinin həsr olunduğu mövzu,
danışanın psixoloji və sosial durumu, danışanın mövzuya nə səviyyədə bələd olub-
olmaması və s. Müəyyən bir dildə danışanlarda tempin eyni olduğunu düşünmək
düzgün olmazdı. Lakin bu, heç də o demək deyil ki, bu və yaxud digər dildə danışıq
aktında nitqin tempinin tənzimlənməsi üçün qaydalar sistemi yoxdur. Digər prosodik
vasitələrdə olduğu kimi nitqin temp strukturu da dilin qanunauyğunluqları əsasında
yerinə yetirilir. Ümumiyyətlə, prosodik vasitələr deyərkən canlı danışığa aid olan,
yazıda isə işlənilməyən vasitələr nəzərdə tutulur. Temp də danışıqla bağlı
olduğundan, o da prosodik vasitələrdən biridir.
O.fon Essen danışıqda reallaşan tempi belə izah etmişdir ki, o (temp – S.Q.),
“danışan tərəfindən nitqin dinamik və melodik xüsusiyyətlərə görə formalaşdırılması
vasitəsidir ” [198, s.177].
Danışıq tempi danışanın artikulyator xüsusiyyətləri ilə əlaqəlidir. Danışıq
tempinin müəyyənləşdirilməsi üçün ilk növbədə, O.fon Essenin qeyd etdiyi kimi,
saniyə ərzində tələffüz edilən səslərin orta qiyməti müəyyənləşdirilməlidir. Aparılmış
təhlillərdən məlum olmuşdur ki, “mətnin məlum və yaxud qeyri-məlum olması
danışanın nitqinin tempinə təsir göstərmişdir. Danışan məlum mətni daha yüksək
templə tələffüz etmişdi [198, s.176]. Danışıq tempi əsasən ya sürətli, ya da asta
formada özünü göstərir. Danışıq situasiyasından asılı olaraq, temp variasiya olunur.
Məsələn, mühazirənin oxunmasında asta tempdən istifadə olunduğu halda, gündəlik
həyatımızda insanlar arasında hər hansı bir söhbətdə nisbətən sürətli tempdən istifadə
olunur. Şübhəsiz ki, məruzənin hansı şəraitdə keçməsindən də asılı olaraq, danışıq
tempi də dəyişilir. Hətta danışıq tempinin zamanla əlaqədar dəyişilməsinə dair də
müəyyən fikirlər mövcuddur. Məsələn, “XX əsrdə insanlar XIX əsrlə müqayisədə
66
yüksək templə danışmışlar” [97, s.276]. Ünsiyyət iştirakçılarının yaş xüsusiyyəti də
(cavan, qoca) danışıq tempinə təsir göstərən amillərdəndir. Tələffüz olunan sözlərin
danışıq aktındakı funksiyasının da tempə təsiri olur. Aparılmış təcrübələr göstərir ki,
“köməkçi sözlər əsas sözlərlə müqayisədə sürətli tələffüz olunmuşdur. Mənalı
sözlərdən də cümlə daxilində funksional və informativlik cəhətdən daha vacib olan
söz də nisbətən asta templə tələffüz edilmişdir” [97, s.276]. Cümlədə son mövqedə
işlənən sözün tələffüzündə tempin zəifləməsi həmin cümlənin sona çatdığına işarədir.
Qeyd olunan prosodik vasitələrlə yanaşı sözün prosodik strukturunun
formalaşmasında ritmə əməl olunması məsələsinə aydınlıq gətirilməsi də vacibdir.
Sözün prosodik strukturunun formalaşmasında ritmin rolu xüsusi qeyd olunma-
lıdır, çünki bu, dildə ritmin oynadığı rolla əlaqədardır. Ritm özlüyündə insanın biolo-
giyası ilə bağlı hadisədir. İnsanın həyat funksiyası və psixologiyası ritmik
xarakterlidir. Buna misal olaraq insanın ürəyinin ritmik döyünməsini, nəfəs almasını,
getməsini, yüyürməsini, rəqs etməsini göstərmək olar. Ona görə də insanlar onları
əhatə edən aləmdə hadisələri ritmik cəhətdən şərh etməyə, təkrarlamağa meyillidir.
Hətta hər bir kəs öz yaşadığı şəhərin nəbzini və ritmini müəyyənləşdirir. Hətta insan
özünün koqnitiv fəaliyyətində, yəni musiqi və şeir yaradıcılığında da ritmə əməl
etmiş olur, eləcə də bunlara qarşı onda güclü həssaslıq yaranmış olur.
Məlum məsələdir ki, hecalı dillərdə danışıq taktının uzunluğu hecaların sayından
asılı olur. Müxtəlif mətnlərdə danışıq taktında işlənən hecaların sayı variasiya olunur,
bununla bərabər danışıq taktının uzunluğu da variativ xarakterli olur. Bu zaman
danışıq taktında hecalar ona görə reduksiya olunmur ki, əsas vurğular arasında
bərabər ölçülü məsafəyə əməl olunsun, həm də uzunluqlarına görə stabil hecaların
sayının konstant qalması vacibdir. Müşahidələrdən məlum olur ki, ünsiyyət vasitəsi
kimi istifadə etdiyimiz hər bir dil başqa dillərdən, qeyd olunmuş seqment və
superseqment vasitələrlə yanaşı, ritmə görə də fərqlənir. İngilis və Azərbaycan
dillərində danışan hər bir kəs məlumatı ötürmək üçün heç də sintaktik
konstruksiyaları bir dəfəyə fasiləsiz tələffüz etməyə qadir olmadığından, bu vahidlər
dilin ritmik xüsusiyyətləri əsasında bölünmüş vəziyyətdə tələffüz olunur və nəticədə
ifadə olunan fikir asan başa düşülür.
67
“Dildə ritm deyərkən tələffüz edilən və qavranılan fonetik hadisələrin və ya
vahidlərin müəyyən qaydalara əməl olunmaqla ayrılan zaman bölgülərinin ardıcıllığı
başa düşülmüşdür” [182, s.236]. “Ritmik əlamətlərinə əsasən dillər tipoloji
xüsusiyyətlərinə görə: vurğulu sayılan (stress timed), hecalı sayılan (syllable timed)
və morlu sayılan dillərə bölünür” [183, s.236]. Bu da onu göstərir ki, mor heç də
hecaya bərabər vahid deyil. Bunlar onunla fərqlənirlər ki, nəzərə çarpdırılan vahidlər,
yəni vurğulu hecalar, ayrı-ayrı hecalar, daha doğrusu, ayrı-ayrı morlar zaman
baxımından bərabər ölçülü olub, bir-birinin ardınca işlənirlər (İsochroniehypothese).
German dilləri qrupuna daxil olan alman və ingilis dillərində qəbul olunmuş və
hamı tərəfindən gözlənilən ənənə var ki, “tələffüz zamanı vurğusuz hecalar geniş
miqyasda qısaldılır. İfadə daxilində və ya çoxhecalı sözlərdə belə vurğusuz hecaların
çoxu iki vurğulu heca arasında işlənmişdir” [190, s.490; 192, s.50-51]. Belə bir
fonetik dəyişiklik hecaların qısaldılması ötəri-neytral [ə] saiti olan hecalarda özünü
daha aydın göstərir. Hər iki dildə sürətli danışıqda bu dəyişiklik daha tez-tez baş
verir. Məsələn, alman dilində “gibt es” əvəzində /gibt’s/ (var ) forması işləndiyi kimi,
ingilis dilində də “got an apple” (bir alma var) əvəzində /gɒt n æpl/. Azərbaycan
dilində də “pişik” və “bıçaq” sözləri danışıq zamanı 1-ci hecadakı saiti itirir və sözlər
bir hecalı kimi tələffüz edilir.
Səslərin reduksiya olunub-olunmaması sözlərin ritmik strukturlarının nizamlan-
masına təsir göstərir. Hecaların söz daxilində birləşməsində ritmik rasterə əməl
olunur.
“İngilis dilində çoxhecalı sözlərdə vurğulu-vurğusuz hecalar bir-birini əvəz
etməklə ritmik strukturun əsasını yaradır. Dördhecalı xarici mənşəli sözlərdə də bu
ritmik struktura əməl olunur” [128, s.180]. Fransız dilindən ingilis dilinə keçmiş
üçhecalı sözlərdə ilk anda vurğu son hecada olsa da, sonradan ingilis dilinin
ənənəsinə uyğun olaraq vurğu birinci heca üzərinə keçir. Bununla da ingilis dili üçün
xarakterik olan ritmik struktura əməl olunur. Məsələn, “radical” sözündə ilk vaxtlar
vurğu son hecanın üzərinə düşmüşdür. Bu vurğu gözlənilməklə, sözün birinci hecası
da vurğulu tələffüz edilmişdir. Beləliklə, vurğulu və vurğusuz hecanın bir-birlərini
əvəz etməsi sayəsində həmin sözün /´rædıkl/ ritmik strukturu formalaşmışdır. Onu da
68
qeyd edə bilərik ki, hər bir dildə kommunikativ prosesdə bu və ya digər heca və
yaxud söz kontekst və situasiyadan asılı olaraq vurğulu və ya vurğusuz kimi çıxış edə
bilir. Bu xüsusiyyət fonemə də aiddir, çünki eyni fonem də danışıq prosesində
vurğulu və vurğusuz mövqelərdə işlənir. Məs.: Azərbaycan dilində “südçülük”
sözündə /ü/ saiti 3 dəfə təkrarlanmışdır. Bununla belə hecanın strukturundan asılı
olaraq onların akustik parametrləri fərqlidir. Onlardan 3-cü /ü/ saiti vurğulu olduğu
halda digər mövqelərdə işlənən /ü1/, /ü2/ səsləri vurğusuz hecalarda işlənmişdir.
Burada sözün ritmik strukturunun onun morfem strukturuna uyğun olaraq
modifikasiya olunduğu müşahidə olunmuşdur (Bax:qr.31).
Çoxhecalı sözlərdə ritmin quruluşunu şərh etməyə çalışmış Q.P.Torsuyev bunun
üçün “possibility” (imkan) və “simlicity” (sadəlik) və s. kimi sözlərin təhlilini
aparmışdır.Müəllifin fikrincə, “possibility” sözündəki hecaların ritmik düzülüşü
aşağıdakı kimi olmuşdur:
2 4 1 5 3
/, p o s ə´ b ı l ı t ı/” [116, s.181].
Nümunədən aydın olmuşdur ki, bu ritmik strukturda əsas vurğulu heca 3-cü
hecadır, 1-ci heca isə köməkçi vurğu daşıyır. Q.P.Torsuyevin irəli sürdüyü fikir bizim
eksperiment materialımızda da öz təsdiqini tapmışdır. Buradan aydın olur ki, eyni bir
sait fonem ingilis dilində gah vurğulu, gah da vurğusuz çıxış edə bilir. Şübhəsiz ki,
bundan asılı olaraq, bu və ya digər hecanın söz tərkibində funksional yükü də dəyişir.
Danışıq aktında ritmik struktura söz və sözdən böyük danışıq vahidlərində
(sintaqmlarda, frazalarda, cümlələrdə və s.) əməl olunur.
Dillər danışığın ritmik quruluşuna görə iki qrupa bölünür. Birinci qrupa daxil
olan fransız, ispan və çoxlu hind, Afrika xalqlarının dillərində ayrı-ayrı hecaların çox
və ya az konstant zaman kəsiyində tələffüz olunan vahidlərin ardıcıl işlənmə ənənəsi
vardır. “Fransız dilində frazalar mənalı parçalara – sintaqmlara bölünür, bu
vahidlərin də sonunda əsas aksent daşıyan söz durur və fərqli uzunluqda ola bilir.
İngilis və digər german dillərində və slavyan dillərinin aid olduğu ikinci qrupda belə
ənənə mövcuddur ki, ritmik yüksəlişlər – vurğulu hecalar eyni səviyyəli
69
approksimativ zaman kəsiyində, danışıq taktları formasında bir-birlərinin ardınca
növbəli düzülür” [97, s.246]. Ritmik strukturda hecaların sayı taktdan-takta dəyişir və
nəticədə bu proses ayrı-ayrı hecaların, xüsusən də vurğusuz hecaların uzunluq-
qısalığı ilə tənzimlənir [128, s.206-207]. “Vurğusuz hecalar dildə söz semantikasının
ifadəsinə deyil, sintaktik strukturların düzəldilməsinə xidmət edir. Bu cür hecaları
çox vaxt sözönüləri, artikl, şəxs əvəzlikləri, bağlayıcılar təmsil edirlər və bunlar da
leksik vurğu daşımayan sözlərdir. Bu sözlər vurğulu sözdən əvvəl və ya sonra
işlənməsindən asılı olaraq proklitik və ya enklitik kimi çıxış edir” [104, s.41; 46,
s.143].
“Bir sinsemantik sözün avtosemantik sözlə birləşməsi adətən fonetik söz
adlandırılır. Vurğusuz element vurğuludan əvvəl gələndə proklitik, sonra gələndə isə
enkliftikdən (və onlar transkripsiyada qövs işarəsilə birləşirlər) söhbət gedir. Müq et:
“in the room”(otaqda), “on the table”(stolun üstündə) “настоле”, auf dem Tisch
(stolun üstündə) və s.” [46, s.143].
Azərbaycan dilçiliyində hecanın söz daxilində ritmik xüsusiyyətlərinə dair
Ə.Dəmirçizadənin irəli sürdüyü fikirlər daha çox maraq doğurur. Onun fikrincə,
”heca haqqında məlumat verilərkən, onun hansı üslub şərtlərində tələffüz edildiyi
nəzərə alınmalıdır ”[18, s.175].
Azərbaycan dilində söz daxilində iki sait arasında işlənən samitlərin sayından
asılı olaraq, hecaların ritmik bölgüsünə dair A.Axundovun da irəli sürdüyü fikirlər
maraq doğurur, çünki burada Azərbaycan dilində işlənən alınma sözlərin hecalan-
masından bəhs olunmuşdur. Bu haqda o, özünün “Azərbaycan dilinin fonetikası”
əsərində yazmışdır ki, nitq axınında iki sait arasında dörd samit olduqda samitlər
hecalar üzrə iki cür bölünür:
1)Alınma sözün daxilində yanaşı dörd samitdən ikisi əvvəlinci saitlə, ikisi
sonrakı saitlə qovuşur: abs-trakt;
2) Üç yanaşı samitlə bitən alınma sözə samitlə başlanan şəkilçi bitişdirildikdə
də üç yanaşı işlənən samit əvvəlki hecanın tərkibində qalır: şvarts+dan.
Nitq axınındaiki sait arasında iki samit olduqda bu samitlərdən biri əvvəlinci,
digəri ikinci saitə qoşulur. Bəzi hallarda bu vəziyyət pozulur. Əgər samitlərdən biri
70
kar, ikincisi sonor samit olarsa, belə samitlər bərabər bölünmür. Kar səs özündən
sonra işlənən sonor samitlə birlikdə ikinci saitin düzəltdiyi hecaya daxil olur. Məs.:
hid-ro-plan.
“İki sait arasında gələn üç samitdən birincisi əvvəlki, ikinci və üçüncü isə
sonrakı saitə qoşulmuş halda hecalara bölünür. Məs.: sen-tyabr; ak-tyor və s.” [6,
s.270].
Dilimizdə hecaların bəzi növləri sabit deyil. Onlar müxtəlif fonetik vəziyyətlərə
düşdükdə dəyişir və hecanın başqa növlərinə çevrilir. Məs.:
əl – ə+lim; ox – o+xun; üst – üs+tü; sol – so+la və s.
Bu səbəbdən də, demək olar ki, ingilis və Azərbaycan dillərində hecanın sərhədi
söz və morfem sərhədi ilə üst-üstə düşməyə bilər. Bunların müəyyənləşdirilməsi nitq
ritminin təbiətinin öyrənilməsi ilə bağlı hadisədir və bunun özü də ayrıcı tədqiqat
tələb edir. Burada yalnız sözün prosodik strukturunun formalaşmasında prosodik
vasitə kimi ritmin də iştirak etdiyi şərh olunmuşdur.
2.3. Sözün prosodiyasının funksional xüsusiyyətləri
Sözün prosodiyasının əsas xüsusiyyəti onun dildə müəyyən funksiyaları:
kulminativ, distinktiv və kommunikativ yerinə yetirməsidir. Sözün prosodik
xüsusiyyətlərini əks etdirən və onun funksiyasının yerinə yetirilməsində fəal iştirak
edən prosodik vasitələr dillərin sistemlərindən, onların struktur xüsusiyyətlərindən
asılı olaraq dəyişkən olur. İngilis dili üçün xarakterik olan bu vasitələri bütövlükdə
Azərbaycan dilinin prosodik vasitələri üçün əsas götürmək və bundan çıxış edərək,
Azərbaycan dilinin prosodik strukturunu müəyyənləşdirmək, gerçəkliyə uyğun
gəlməyən nəticələrə səbəb ola bilər. Prosodik xüsusiyyət fonemdən böyük bütün dil
vahidlərinin danışıq aktında reallaşmasını təmin edir, kontekst və situasiyadan
müzakirə olunan mövzudan asılı olaraq bu vahidlər müxtəlif formalarda gerçəkləşir.
Məs., Azərbaycan dilində işlənən /bibi/, /baba/ və s. sözlərdə eyni sait fonemlə
əmələ gələn hecalar 2 dəfə təkrarlanmışdır. Hecaların eyni fonem tərkibə malik
71
olmasına baxmayaraq onların sözün ritmik strukturundakı funksiyası fərqlidir. Eyni
hal söz səviyyəsində də müşahidə olunmuşdur. Məsələn: /quş uçdu/ və /o, quş ovladı/
cümlələrində eyni “quş” sözü işlənmişdir. Lakin onların funksional yükü fərqli
olduğundan tələffüz prosesində bu fərq prosodik vasitələrin də fərqli olmasına səbəb
olmuşdur.
İstər ingilis, istərsə də Azərbaycan dilində prosodik vasitələr kommunikativ
prosesdə öz funksiyalarını yerinə yetirərkən heç də hamısı eyni səviyyədə fəal olmur.
Nitq aktında hansı və necə mənalı vahidin iştirak etməsinin müəyyənləşdirilməsi
vurğunun köməkliyi ilə mümkün olan hadisədir.
Bununla da əsas prosodik vasitə kimi çıxış edən vurğu dildə kulminativ
funksiyanı yerinə yetirir. Cümləyə daxil olan vurğulu və vurğusuz sözlər məhz
prosodik vasitələrin sayəsində bütöv halında birləşir və fikir ifadə edir. Söz səviy-
yəsində isə bu funksiyanı vurğusuz hecaları öz ətrafında cəmləşdirən informativlik
baxımından dominant hesab edilən heca yerinə yetirir. Məs.: /Mən tələbəyəm //, I am
student//.
Bu ifadələrdə “tələbəyəm”, “student” sözləri özlərindən əvvəl işlənən vurğusuz
“mən”, “I”, “am” sözlərini öz ətraflarında birləşdirərək, fonetik cəhətdən bütövə
çevirmişdir. “Kulminativ nəzərə çarpdırılma adətən “vurğu” və ya “aksent”
adlandırılır və bu məfhumu başqası ilə əvəz etməyə də bir əsas yoxdur. Bu parametrə
görə qarşılaşma da vurğu korrelyasiyası adlandırılmışdır” [41, s.249].
“Prosodik fərqləndirici qarşılaşma kulminativə (zirvə əmələ gətirən) və qeyri-
kulminativə bölünür. Kulminativə vurğu korrelasiyası və onun bir növü kimi tonun
hərəkət korrelasiyası aiddir. Distinktiv vurğu deyərkən, biz ilk öncə söz mənasını
fərqləndirən vurğunu nəzərdə tuturuq. Vurğu prosodemin zirvə əmələ gətirməklə
seçilməsi kimi müəyyənləşdirilə bilər: ekspirator güclənmə, ton səviyyəsinin yüksəl-
məsi, uzanma, müvafiq sait və samitlərin aydın və enerjili tələffüzü kimi qeydə
alınmışdır” [41, s.257].
Prosodik vasitələrin dildə distinktiv funksiyanı yerinə yetirdiyi dilçilik ədəbiy-
yatında qeyd olunmuş hadisədir. N.S.Trubetskoy qeyd etmişdir ki, prosodik əlamətlər
differensial və yanaşma əlamətlərinə bölünür. Differensial əlamətlər vasitəsilə
72
prosodemlərin özləri fərqlənir, yanaşma əlamətlərilə isə prosodemlərin özləri deyil,
sonra gələn fonoloji elementə müxtəlif yanaşma növü ifadə olunur. Prosodemlərin
fərqləndirilməsinin distinktiv (mənafərqləndirici) funksiya yerinə yetirdiyi dillərdə
hər bir prosodemin öz differensial əlaməti var [41, s.247].
Distinktiv (sərbəst) vurğu korrelyasiyasının olduğu dillərdə heç də hər sözdə
müəyyən bir prosodemi vurğulamağa ehtiyac yoxdur. Vurğusu sərbəst olan dillərdə,
o cümlədən german dillərində əsas vurğunun yeri iki sözü fərqləndirə bildiyindən
söhbət həmişə “əsas vurğu – köməkçi vurğu” oppozisiyasından gedir.
İstər german dillərində, istərsə də Azərbaycan dilində söz prosodiyasının
distinktiv funksiyası sayəsində söz keyfiyyətinə görə digər sözlərdən fərqlənir. Bu, o
deməkdir ki, prosodik vasitələr ayrılıqda məna daşıyan vahidləri bir-birindən
fərqləndirir. Məsələn, /ə/ və /a/ saitlərinin qarşılaşması: /əl/ - /al/ və ya /kəl/ - /kal/.
Distinktiv xüsusiyyət həm seqment, həm də superseqment xarakterli ola bilir. İngilis
dilində /i:/ - /ı/ qarşılaşması. Məs.: /i:p/ - /ıp/.
Deməli, nümunə kimi göstərilən bu qarşılaşmalar da Azərbaycan dilində/ə/ və
/a/, ingilis dilində /i:/ - /ı/ seqmentləri relevantdır. Lakin dildə qeyri-relevant
qarşılaşmalara da rast gəlinir. F.Y.Veysəlli alman dili materialı üzrə apardığı
araşdırmalara əsaslanaraq qeyd etmişdir ki,alman dilində dilönü [r] ilə dilçək [R]
qarşılaşmaları qeyri-relevantdır, çünki alman dilində elə bir söz cütü yoxdur ki, onlar
bir-birindən bu səs qarşılaşmaları ilə fərqlənsin[19, s.209].
Hər bir dil vahidi distinktiv funksiyanı yerinə yetirən səs keyfiyyətinə malik
olmalıdır, əks təqdirdə bu dil vahidləri başqalarından fərqlənməz. Ona görə də dilçilik
ədəbiyyatında qeyd olunmuşdur ki, ayrı-ayrı dil vahidlərinin bir-birindən fərqləndiril-
məsi müstəsna dərəcədə distinktiv funksiya daşıyan səs keyfiyyətlərinə əsaslanır.
“Fərqləndirmə anlayışı qarşılaşma oppozisiya anlayışını tələb edir. Səs keyfiyyəti
yalnız o zaman distinktiv funksiya daşıyır ki, o, səs oppozisiyasının üzvü olsun” [19,
s.209]. Məs.: /´perfeckt/ - /per´feckt/ sözlərinin oppozisiyasında vurğu, oppozisiyanın
üzvü kimi çıxış etmişdir, yəni sözlər bir-birindən məhz bu əlamətə görə fərqləndirilir.
Vurğu isə kommunikativ prosesdə ton və intensivlik vasitəsilə reallaşmışdır (Bax: qr;
37). Daha dəqiq desək, sözdə vurğulu heca digər vurgusuz hecadan bu əlamətlərlə
73
seçilir.
“Prosodik vasitələrdən biri olan vurğu dildə kontrastiv funksiya yerinə yetirir.
Məsələn, alman dilində işlənən /Ich zeige es der Krankenschwester/ cümləsində
“Krankenschwester” mürəkkəb isim kimi çıxış etmişdir. Əgər həmin sözün əsas
vurğusu yerini dəyişərək ikinci komponentdə qərarlaşmış olarsa, bu zaman həmin söz
mürəkkəb sözlüyünü itirərək nəticədə iki müxtəlif leksik vahidə çevriləcək. Məsələn,
/Ich zeige es der ´kranken ´Schwester/. Burada əsas distinktiv əlamətin daşıyıcısı kimi
vurğu çıxış etmişdir. Eyni vəziyyət Azərbaycan dilinin materialında da müşahidə
olunmuşdur (´alma – al´ma). Strukturalistlər fonemi “distinktiv əlamətlərin dəsti”
kimi götürürlər. Bu cür distinktiv əlamətlər R.Yakobsan və onun həmkarları
tərəfindən müəyyənləşdirilib [52, s.196-197].
Onlar 12 distinktiv əlamət müəyyənləşdirmişlər. Dünya dillərinin fonem
sistemlərini bu əlamətlərə görə təhlil etmək mümkün olmuşdur.
N.S.Trubetskoy qeyd etmişdir ki,müxtəlif dillərdə distinktiv oppozisiyalar
yaradan səs keyfiyyətləri 3 qrupa bölünür: vokalik, konsonantik və prosodik əla-
mətlər. ”Sait fonemlər distinktiv vokalik, samitlər isə distinktiv konsonantik əlamət-
lərdən ibarətdir. Bunun əksinə olaraq yalnız prosodik əlamətlərdən ibarət ola bilən
fonem yoxdur. Bu prosodik əlamətlər dildən asılı olaraq, daha çox ya tək saitlə, ya
tək samitlə, ya da nəhayət, fonem ardıcıllığı ilə bağlı olur” [41, s.115]. Prosodik
vasitələr nəinki söz səviyyəsində, eləcə də sintaktik səviyyədə distinktiv funksiya
yerinə yetirməyə qadirdir. N.S.Trubetskoy və onun davamçıları fərqləndirici əlaməti
məna ilə bağlamışdır. Bu, o deməkdir ki, diferensial əlamət məna daşıyan dil
vahidlərini bir-birindən fərqləndirməyə xidmət edir. Dildə işlənən bütün vahidlər, o
cümlədən dilin leksik sisteminə daxil olan sözlər distinktiv əlamətlər toplusu kimi
götürülür və bu əlamətlər binar qarşılaşmalar əsasında müəyyən edilir. Dilçilikdə
sözün distinktiv əlamətləri onun irrelevant əlamətlərinə qarşı qoyulur. Məs.: vurğulu
heca vurğusuz hecaya, yüksək tonlu heca – zəif tonlu hecaya, açıq heca – qapalı
hecaya və s.
Vurğunun yerinin dəyişməsi nəinki qrammatik vahidlərin qarışıq salınmasına,
eyni zamanda məna dəyişikliyinə səbəb olur (ağ daş – Ağdaş). Bu vahidlərdən
74
birincidə, təyini söz birləşməsində vurğu birinci tərkib hissənin uyğun hecasına
düşür, ikincisində isə - mürəkkəb sözdə vurğu ikinci komponentlə bağlı olmuşdur.
Deməli, “bu iki vahidin bir-birindən fərqli vahidlər kimi başa düşülməsində əsas
distinktiv prosodik vasitə vurğudur. Məhz bu sözlərin fərqləndirilməsində vurğunun
distinktiv funksiyası özünü qabarıq şəkildə göstərmişdir. Həm ingilis, həm də
Azərbaycan dilində sözün prosodik vasitələrinin funksional xüsusiyyəti sayəsində
sözlərin morfoloji xüsusiyyəti dəqiqləşdirilir. Məs.: ingilis dilində: absent [æb´sənt]
(feil), [´æbsənt] (sifət).
Azərbaycan dilində: süzmə: [süz´mə] (isim), [´süzmə] (feil).
Ona görə də bu əlamət dilçilikdə“həm distinktiv, həm də differensial əlamət
kimi” qeyd olunmuşdur [174, s.148]. Dilçilikdə, xüsusən onun fonologiyası sahəsində
fonem nəzəriyyəsinin təkmilləşdirilməsində, daha dəqiq desək, fonemlərin müəyyən-
ləşdirilməsində distinktiv əlamətlərin həlledici rol oynadığı əksər dilçilər tərəfindən
birmənalı şəkildə qeyd olunmuşdur (L.Yelmslev, N.S.Trubetskoy, L.Blumfild,
F.Veysəlov və b.).
R.Konrad qeyd etmişdir ki, distinktiv əlamətlər o əlamətlərdir ki, onlar müəyyən
bir dilin mənafərqləndirici oppozisiyasının şəbəkəsi üçün relevantdır [156, s.148].
Məsələn, ingilis dili üçün saitlərin kəmiyyət əlaməti relevant olduğu halda (pool
/pu:l/, pull /pul/, cut /kʌt/ - coat /ka:t/), rus və Azərbaycan dilləri üçün bu xüsusiyyət
relevant hesab edilmir. “Distinktiv əlamətlərin bir növü hesab edilən prosodik
əlamətlər heca və heca sırası ilə müəyyənləşirsə, ikinci növü olan inherent əlamətlər
fonemlərin hecada oynadıqları roldan asılı olmayaraq, onlara məxsus olur. Hər bir
sözün distinktiv prosodik əlamətlərinin məcmusu sözün prosodikasının matriksi
formasında əks olunur” [174, s.148]. Məlumdur ki, “dilin canlı danışıq forması yazılı
formadan çevikliyi və gözlənilməz birləşmələrin yaranması ilə səciyyələnir. Bu da
prosodik vasitələrlə həyata keçirilir. Şifahi formada yazıdakı kimi sözlər arasında
boşluqlar mümkündürmü sualına F.Veysəlli birmənalı şəkildə “yox” cavabını
verir”[46, s.140]. Onun fikrincə, “yazılı formanı kor – koranə şifahi danışığa daxil
edə bilərik. Burada danışıq aktının qırılmaz ardıcıllığı – kontinumu ozünü biruzə
verir və yazılı söz danışıqda ciddi dəyşikliyə uğrayır. Azərbaycan ədəbi danışıq dili
75
vurğulu hecalardan əvvəl gələn vurğusuz hecaların çox güclü reduksiyaya
uğramasını, sonda gələn cingiltili samitlərin karlaşmasını və dodaq fonemlərinin
dodaqsızlaşmasını tələb edir” [46, s.140].
“Söz daxilində hecanın oynadığı funksiya prosodik vasitələrlə ifadə olunur, yəni
hecaya daxil olan seqmentlərin prosodik cəhətdən aydın, yüksək ton və intensivliklə
tələffüz olunması onun söz strukturundakı dəyəri ilə müəyyənləşir. Bəzən, seqmentin
vurğusuz hecadakı tələffüzü onun distinktivlik funksiyasına da təsir göstərir. Bu
mənada ingilis dilində işlənən neytral [ə] səsinin vurğusuz hecadakı tələffüz
xüsusiyyətlərinin təhlilindən məlum olur ki, bu səs elə reduksiya olunur ki, öz
funksiyasını qonşu samitlə bölüşmüş olur. Bu da onu göstərir ki, başqa saitlərlə
müqayisədə neytral [ə] səsi az enerjinin sərf olunması ilə yaranır və aydın olmayan
tembrlə tələffüz olunur. Beləliklə də, bu səs qonşu səslərin təsirinə məruz qalır. Elə
bu səbəbdən də bu səs ingilis dilçiliyində neytral səs kimi tanınır” [128, s.103].
“Sözdə vurğunun yeri və funksiyası əsasında dillərin nə cür vurğulu dillərə
mənsub olduğu (stabil, dəyişkən vurğulu) dəqiqləşdirilib” [97, s.259]. Prosodik
vasitələrdən biri kimi söz vurğusunun əsas fonoloji funksiyası ondan ibarətdir ki, o da
fonem kimi sözün səs cildinin vacib elementidir.
Danışıq aktında prosodik vasitələrin kommunikativ funksiyası heç də fonemlərin
funksiyasından az rol oynamır. Ona görə də nitqin bütün kommunikativ vahidləri
funksional, struktur və semantik cəhətdən əlaqəlidir. Şübhəsiz ki, kommunikativ
prosesdə bu vahidlərin hər birinin yerinə yetirdiyi dəqiq funksiyası vardır. Onu da
qeyd etmək olar ki, sözün prosodik vasitələrinin əsas və həlledici funksiyası insanlar
arasında kommunikasiyanın müvəffəqiyyətlə baş tutmasına istiqamətlənib. Kommu-
nikativ prosesdə hər bir dil vahidinin öz özəl xüsusiyyətləri olsa da, müxtəlif
səviyyəli sintaktik konstituentlər daxilində başqa vahidlərlə əlaqədə, özəl xüsusiy-
yətlər dilin daxili normalarına uyğun olaraq variasiya olunur. Bu da danışanın ifadə
olunana münasibətindən, kontekst və situasiyadan asılı olaraq müxtəlif şəkillərdə
özünü göstərir. Belə halda variasiya irrelevant xarakterli olur.
Elə dillər də var ki, onlarda söz vurğusu işlənmir. Belə dillərə misal olaraq,
fransız dilini göstərmək olar. Bununla da fransız dili əsaslı şəkildə prosodik struk-
76
turuna görə digər dillərdən, o cümlədən ingilis və Azərbaycan dillərindən fərqlənir
[97, s.262].
L.R.Zinder hesab edir ki, vurğulu və vurğusuz saitlərin qarşılaşması o sözlərdə
mümkündür ki, onlar iki və ya üç hecadan ibarət olur.
Kommunikativ prosesin uğurlu nəticələnməsi ünsiyyətdə olanların ünsiyyət dili
kimi istifadə etdikləri dilin prosodik sisteminə nə dərəcədə bələd olmalarından, bu
sistemin vahidlərindən nə dərəcədə istifadə edə bilmələrindən asılıdır. Deməli, dilin
prosodik kodu danışanlar və dinləyənlər üçün anlaşıqlı olmalıdır. Əks halda
ünsiyyətin müvəffəqiyyətli olması şübhə doğurur.
“Kommunikativ prosesdə emosionallığın ifadəsi üçün tembrdən istifadə olunur.
Nitqdə tembrin iştirakının vacib olması məlum hadisədir. Tembrin akustik korrel-
yatını səsin spektral xarakteristikası təşkil edir. Ünsiyyət prosesində səsin tembrinin
xüsusiyyətləri daha yuxarı formant dəyişiklikləri ilə bağlı hadisədir” [97, s.278].
Hər bir danışanın özünəxas danışıq tembri mövcuddur və o, bu xüsusiyyətinə
görə digər danışanlardan fərqlənir. İnsanlar formal cəhətdən müxtəlif olduğu kimi
danışıq xüsusiyyətlərinə görə də fərqlidir. Bu fərqi əmələ gətirən, əsasən, prosodik
vasitələrdir. Dilçilik ədəbiyyatında qeyd olunur ki, “tembr səsin əsas tonuna və ya
küyünə harmonik oberton və rezanator ton əlavə etməklə meydana gələn (səs)
çalarıdır. Səsin tembri əsas tonla digər tonların (oberton, rezanator ton) birləşmə-
sindən ibarətdir. Sözün tələffüzündəki tonun yüksəkliyi onun əsas tonu ilə müəyyən
edilir, obertonlar isə sözə müəyyən rəng, əlavə səda verir ki, buna da tembr deyilir”
[20, s.294].
Deməli, tembr danışığa xüsusi ekspressivlik, emosionallıq verən çalarlıqdır.
Kommunikasiya prosesində cümlələrə daxil olan sözlər eyni səviyyədə tələffüz
edilərsə, bu, çox cansıxıcı olar. Hər bir dil daşıyıcısı öz danışığını rəngarəng və
ahəngdar qurur ki, dinləyən üçün göndərilən informasiya aydın və asan başa düşülən
olsun.
Deyilənlərdən belə bir ümumi fikir hasil olur ki, məhz prosodik vasitələrin
yerinə yetirdikləri, kulminativ, distinktiv və kommunikativ funksiyalar sayəsində dil
vahidləri (hecalar, sözlər və s.) düzgün ifadə olunur və başa düşülür. Şübhəsiz ki, bu
77
da səlis nitqin formalaşması üçün əsas şərtdir.
78
III FƏSİL
SÖZÜN PROSODİK XÜSUSİYYƏTLƏRİNİN
EKSPERİMENTAL-FONETİK TƏHLİLİ
Demək olar ki, bütün elm sahələrinin əsasında eksperiment durarsa, bu zaman
aparılmış tədqiqat işlərində əldə edilən nəticələr daha real ola bilər. Çünki hadisələrin
reallığını, həyatı düzgün əks etdirdiyini yalnız eksperimentlə yoxladıqdan sonra
dəqiqləşdirmək mümkündür. Hələ keçən əsrin əvvəllərində dilçilikdə tətbiq olunan
metodların subyektiv və obyektiv olmasını qeyd etmiş L.V.Şerba yazırdı ki, obyektiv
metod subyektivdən hər şeydən əvvəl onunla fərqlənir ki, o, predmetə xas olan
qanunauyğunluqların aşkar edilməsində tədqiqatçının subyektiv mülahizələrinə deyil,
müxtəlif dəqiq elektro-akustik cihazların tətbiqi ilə əldə edilən nəticələrə
əsaslanır[133, s.137-138]. Dahi alimdə belə bir fikrin formalaşması heç də təsadüfi
olmamışdır, çünki “o, elmi araşdırmalarının ilk dövrlərindən başlayaraq,
eksperimentdən istifadə etməyi üstün tutmuşdur. Bu bacarığa və eksperimental
fonetikanın sirlərinə o, hələ 1907-1908-ci illərdə Parisdə Ə.P.Russlonun rəhbərliyi
altında tədqiqat işini yerinə yetirərkən nail olmuşdur”[96, s.4]. O, yaradıcılığında
obyektiv metoda geniş yer vermişdir. Ancaq o da qeyd olunmuşdur ki, həmin
metodlar (obyektiv və subyektiv) bir-birlərini tamamladıqlarından, onların arasından
qəti sərhəd çəkmək də qeyri-mümkündür.
J.A.Boduen de Kurtene, Daniyel Bolincer, L.R.Zinder, F.R.Palmer,
F.Y.Veysəlli və başqa bu kimi tanınmış dilçilər “linqvistik ideyaların eksperiment
yolu ilə həyata keçirilməsinə öz müsbət təsirlərini göstərmişlər” [51, s.161]. Deməli,
istər J.A.Boduen de Kurtenenin, istərsə də digər tədqiqatçıların dilçilik elminə töhfə
etdikləri yeniliklərin özləri də eksperimental tədqiqat işlərinin sayəsində əldə
edilmişdir.
“Dünya dilçilik elmində bir bütöv kimi yaranan milli dillərin az-çox dərəcədə
öyrənilməsi təcrübəsindən asılı olmayaraq, təcrübi fonetik tədqiqat üsulları ümumbə-
şəridir, texniki cəhətdən bütün dillərin səs qurumunun və fonoloji sistemlərinin
79
öyrənilməsinə eyni dərəcədə tətbiq edilə bilər “[51, s.157]. Deməli, eyni bir metodla
ingilis, Azərbaycan, fransız və s. dilləri heç bir çətinlik olmadan tədqiq etmək müm-
kündür. Əldə olan mənbələr bu tədqiqat üsulunun tarixi haqqında müəyyən məlumat
versə də, onlar bu zəngin yanaşma üsullarını tam mənada açıqlaya bilmir. Hələ də
metodların və üsulların axtarışları davam edir. “Elə son dövrlər ABŞ-da, Almaniya və
Fransada meydana gəlmiş yeni elektro-akustik cihazlar bu fikri bir daha təsdiq edir.
ABŞ-da məşhur KEY firması kompüter tətbiqi ilə danışığın tədqiqi ilə yaxından
məşğul olan laboratoriya yaratmışdır” [51, s.157]. Bu laboratoriyada müxtəlif struk-
turlu dillər təhlil olunmuş və mübahisə doğuran məsələlərə aydınlıq gətirilmişdir.
Eksperimental tədqiqat işləri birbaşa canlı dillərlə bağlı hadisədir, çünki dil, dil
daşıyıcılarının canlı ünsiyyətində öz real ifadəsini tapır. Ona görə də bütün elm
sahələrində, o cümlədən dilçilikdə irəli sürülən yeni fikirlər heç də hamı tərəfindən
birmənalı qəbul olunmur. Mövcud köhnə fikir heç də asanlıqla yeniliyi qəbul etmək
istəmədiyindən, tədqiqatçılar, yəni dilçi alimlər irəli sürdükləri yeni fikirləri
əsaslandırmaq və sübuta yetirmək üçün eksperimentdən istifadə etməli olurlar.
Kommunikativ proses mürəkkəb dil hadisəsi kimi dilin bütün aspektlərini
özündə ehtiva edir. Bu prosesdə elə vahidlər olur ki, onların sübutuna ehtiyac
duyulmur və onların təbiəti və funksiyası birmənalı şəkildə hamı tərəfindən qəbul
olunur. Məsələn, ingilis və Azərbaycan dillərində “hand” – “əl”; “room” – “otaq”
sözlərinin nitq hissələrinə görə bölgüsündə ismə aid olması, “to go” – “getmək”
sözlərinin hərəkət bildirmələri və feilə məxsus olmaları və yaxud “Uşaq bağçada
oynayır” – “The child plays in the garden” cümlələrinin sadə olması, üç cümlə
üzvündən (mübtəda, xəbər, yer zərfliyi) ibarət olmaları məlum hadisədir və bu heç
kəsdə şübhə doğurmur. Lakin dildə mübahisə doğuran, mövcudluğunun sübuta
yetirilməsinə ehtiyac duyulan elə dil hadisələri də vardır ki, obyektiv metodlardan
istifadə etmədən onları sübuta yetirmək qeyri-mümkündür.
Dildə mövcud olan diftonqların bölünməz olduğunu, sait səslərin uzun və qısa
tələffüz edildiyini, ümumiyyətlə, Azərbaycan dili kimi dillərdə diftonqların olub-
olmadığını, sözdə vurğunun yerinin dəyişməsi ilə söz mənasının dəyişib-
dəyişmədiyini və nəhayət, dil vahidlərinin danışıq aktında hansı variasiyalara məruz
80
qaldığını və s. faktları müəyyənləşdirmək üçün subyektiv müşahidələrə əsaslanıb
fikir söyləmək müəyyən mübahisələrə və ya ziddiyyətli fikirlərin formalaşmasına
səbəb olur. Bu səbəbdən də tədqiqatçıların eksperimentə müraciət etmələri zərurətdən
irəli gələn hadisədir və elmin inkişafı üçün zəruri şərtlərdəndir.
İngilis dilində fonemlərin distinktiv funksiyası kimi mübahisəli məsələni təhlil
edən D.Counz qeyd etmişdir ki, bunun adi şəkildə həlli qeyri-mümkündür, bunun
üçün lazımi texniki aparaturaya ehtiyac duyulur [168, s.169]. Eksperimentlə yerinə
yetirilən tədqiqat işlərinin üstün cəhətləri R.Konrad tərəfindən də vurğulanmışdır.
Onun fikrincə, “eksperimental fonetika canlı danışığı müxtəlif elmi-texniki
instrumentlərin köməkliyi ilə əsaslı və sistemli təhlil edir” [174, s.178]. Onu da qeyd
edək ki, ingilis dilinin Amerikan, Britaniya, Kanada və s. variantlarının təhlillərinə
həsr olunmuş tədqiqat işlərində eksperimental metoddan daha çox istifadə
olunmuşdur (D.Counz, P.Roacn, Ph.Liebermann və b.).
İngilis dilini xarici dil kimi öyrənən azərbaycanlılar nəinki sözlərin seqment
tərkibləri ilə, həm də superseqment vahidləri ilə bağlı müəyyən çətinliklərlə qarşılaş-
malı olurlar. Ünsiyyət prosesində istifadə olunan hər bir dil vahidinin norma
baxımından düzgün tələffüz edilib-edilmədiyi yalnız eksperimentlə dəqiqləşdirilməli
hadisədir. Çünki tələffüz prosesində elə fonetik dəyişikliklər baş verir ki, onları adi
müşahidə etməklə və ya dinləməklə dəqiqləşdirmək qeyri-mümkündür.
A.M.Smirnitski danışıq aktında baş verən bu vəziyyəti görmüş və öz
münasibətini bildirmişdir. O, yazmışdır ki, ingilis dilində danışıq zamanı tələffüz
edilən hər bir vahidi transkripsiyada əks etdirərkən heç də danışığın bütün incəlikləri
öz ifadəsini tapmır [120, s.15]. Bunu da onunla izah etmək olar ki, danışıqla bağlı
bütün incəlikləri əks etdirmək üçün kifayət qədər işarə yoxdur.
Hər bir tədqiqat işində eksperimental metodlardan istifadə olunması tədqiqat
işinin səmərəliliyini və əhəmiyyətini artırır. Xüsusən dil sisteminin fonetika-
fonologiya sahəsi üzrə yerinə yetirilən tədqiqat işlərində eksperimental metodlardan
səmərəli və dəyərincə istifadə olunması vacib şərtlərdəndir. “Doğrudan da, dilçiliyin
elə bir sahəsi yoxdur ki, orada fikir müxtəlifliyi və ideyalar zənginliyi fonetikadakı
kimi rəngarəng olsun” [51,s .161]. Məhz eksperiment sayəsində tədqiqatçının irəli
81
sürdüyü fikirlər süzgəcdən keçirilir, hansının gerçəkliyə uyğun gəldiyi danılmaz
faktlarla sübuta yetirilir. Ona görə də son dövrlər respublikamızda istər ana dilimizin,
istərsə də öyrənilən xarici dillərin fonetika və fonologiyasına həsr olunmuş tədqiqat
işlərində müasir eksperimental metodlardan istifadəyə üstünlük verilmişdir
(F.Y.Veysəlli, S.M.Babayev, T.Hidayətzadə, F.H.Zeynalov, D.N.Yunusov,
F.Ə.Aslanov və b.).
Bu növ tədqiqat işlərinin elmi dəyərini yüksək qiymətləndirən tanınmış alim
L.V.Şerba yazmışdır: “Mən deyərdim ki, eksperimentsiz dilçiliyin sahələri ilə məşğul
olmaq qeyri-mümkündür” [132, s.259]. L.V.Şerbanın bu fikri ona əsaslanır ki,
“subyektiv metodla əldə edilənlər subyektiv xarakterli olur. Ona görə də bu cür
işlərdən əl çəkilməlidir. Bu mənada onun qeyd etmiş olduğu belə bir fikir də ...mənim
linqvistik fikirlərimin əsasında eksperimentlə əldə etdiyim dil faktları durur” maraq
doğurur”[132, s.260]. Tanınmış alim onu da qeyd etmişdir ki, hər bir tədqiqatda əldə
edilən faktların reallığa cavab verib-verməməsi yoxlanılmalıdır [132, s.259].
Buradan aydın olur ki, L.V.Şerba eksperimenti eksperiment xatirinə yox, öz müəllimi
P.Y.Russlonun iş metoduna sadiq qalaraq, ondan hər hansı bir dil hadisəsini
yoxlamaq üçün istifadə etmişdir.
Xarici dildə danışan azərbaycanlılar əksər hallarda yol verdikləri səhvləri özləri
də hiss etmirlər. Ona görə də onlara bu və ya digər dil hadisəsi ilə bağlı yol verdikləri
səhvləri xatırlatdıqda, onlar təəccüblənir və cavabları da əksərən bu olur ki, necə olub
mən bunu belə demişəm?! Daha doğrusu, belə bir vəziyyət həm dil daşıyıcılarının,
həm də bu dili öyrənən əcnəbilərin danışığında müşahidə olunmuşdur. Bu da ondan
irəli gəlir ki, hər bir danışan öz nitqini daha məqbul hesab edir və normadan yayınma-
ları hiss etmir. Danışan öz nitqini başqaları ilə müqayisədə, norma kimi qəbul edir.
Məsələn, Azərbaycan dilində /ar´zu/ ikihecalı sözünün tələffüzündə dilin prosodik
strukturuna əsasən vurğu ikinci hecanın üzərinə düşdüyü halda, bəzən həmin sözün
/´arzu/ şəklində, yəni sözün birinci hecasının vurğu altında deyilməsi variantına da
rast gəlirik. Eksperimentin özəlliklərindən biri də odur ki, eksperimental tədqiqatların
sayəsində əldə edilən faktlardan çıxış edərək, danışan və dinləyənin kimliyini, onun
Amerikadan, Kanadadan və ya İngiltərədən və yaxud Azərbaycanın hansı
82
bölgəsindən olduğunu müəyyənləşdirmək mümkündür. Ünsiyyətlə bağlı olan bütün
bu dil incəlikləri elektro-akustik cihazlar vasitəsi ilə qeydə alınaraq yoxlanılmışdır.
Təhlil göstərir ki, dilçilikdə mübahisələrə səbəb olan bəzi problem məsələlər dilçi
alimlərin (L.V.Şerba, L.R.Zinder, D.Counz, Q.P.Torsuyev, D.L.Bolinger, D.Kristal,
A.C.Gimson, O.fon Essen, O.Dikuşina, S.M.Babayev, T.Hidayətzadə, F.Y.Veysəli,
D.N.Yunusov, F.H.Zeynalov, A.Axundov, Ş.Abdullayev və b.) eksperimental
axtarışları sayəsində öz həllini tapmışdır.
Məlum məsələdir ki, eksperimental-fonetika dilin səs sistemini cihazlarla öyrə-
nən dilçiliyin bir bölməsidir. Burada dillərin artikulyator və akustik xüsusiyyətləri öz
elmi həllini tapa bilmişdir. Eksperimental fonetikanın meydana gəlməsi bir tərəfdən
fonetikaya aid aparılan tədqiqat işlərinin nəticələrinə inamı artırdı, digər tərəfdən isə
fonetikanın dəqiq elm kimi nüfuzunun artmasına səbəb olmuşdur. “Əgər eksperi-
mental fonetikanın meydana gəldiyi ilkin mərhələdə yalnız V.A.Boqoroditskinin,
L.V.Şerbanın təşkil etdikləri laboratoriyaların adını çəkmək olurdusa, indi Moskva,
Minsk, Kiyev, Tbilisi, Alma-ata, Tallin, Bakı və s. şəhərlərdə də təşkil edilmiş
eksperimental fonetika laboratoriyaları fəaliyyət göstərir və bu laboratoriyalar öz
plan işlərinə görə bir-birlərini təkrar etmirlər. Həmin laboratoriyaların müxtəlif
dillərin fonetik sistemlərinin tədqiqinə dair iş planları geniş olub, seqment və
superseqment vahid və hadisələrin tədqiqini əhatə edir” [51, s.168].
Nəinki ayrı-ayrı dillərin, həm də ümumi və müqayisəli dilçiliyə dair mübahisəli
fikirləri sübuta yetirmək üçün aparılan araşdırmalarda eksperimental metodlardan
daha geniş səviyyədə istifadə olunmuşdur və hal-hazırda da bu səpkili işlərə daha çox
maraq göstərilir. “Ona görə də eksperimental-fonetikaya dilçilikdə dil hadisələrinin
öyrənilməsinə xidmət edən metodlar məcmusu kimi yanaşmışlar” [20, s.426].
“Dilçilik ensiklopediyası”nda o da qeyd olunmuşdur ki, “dil vahidlərinin səs tərəfinin
dəqiq təhlilini verən eksperimental-fonetika fonetik qanunauyğunluqların
öyrənilməsində mühüm yer tutur” [51, s.426].
A.Axundov isə elmdə təcrübənin rolunu belə ümumiləşdirmişdir: “Təcrübə
öyrənilən hadisə üzərində qurulan elmi sınaq deməkdir. Müşahidə nəticəsində
toplanmış material məhz elmi cəhətdən sınaqdan keçirildikdən sonra öz elmi izahını
83
tapır” [7, s.196].
A.Axundovun irəli sürdüyü fikirdən məlum olur ki, təcrübədə özünü təsdiqlə-
məyən bu və ya digər hadisə elmi cəhətdən məqbul sayılmır. Elə bu səbəbdən də
A.Axundov təcrübəyə əsaslanaraq yerinə yetirilən işləri yüksək dəyərləndirir.
Təcrübənin müxtəlif formaları mövcuddur. Dilin fonetik strukturunun öyrənilməsində
daha çox laboratoriya təcrübəsindən istifadə olunur. Eksperimentin tətbiqi ilə bağlı
L.R.Zinder L.V.Şerbanın belə bir fikrini yüksək dəyərləndirərək yazmışdır ki, yalnız
eksperiment dil sistemində mümkün olmayanları, yəni çatışmazlıqları üzə çıxarmağa
qadirdir [97, s.19].
Eksperiment müşahidədən onunla fərqlənir ki, tədqiqatçı burada tədqiq olunan
obyekti yalnız müxtəlif hallarda passiv şəkildə nəzərdən keçirmir, həm də obyekti
müəyyən bir vəziyyətə salır ki, bu vəziyyətlə onu maraqlandıran obyekt arasında
hansı bir əlaqə olduğunu müəyyənləşdirsin. Həm də eksperiment müşahidəyə
nisbətən daha qənaətcildir və az vaxt tələb olunur.
Fonetika üzrə eksperimental tədqiqat işlərində müxtəlif elektro-akustik cihazlar-
dan istifadə olunduğunu əsas götürərək, “eksperimental-fonetika” əvəzində “instru-
mental fonetika” termininin işlədilməsini təklif edənlər olsa da, L.R.Zinder belə bir
fikrin yanlış olduğunu qeyd etmişdir. Unutmaq olmaz ki, “fonetik tədqiqatlarda eks-
periment iki üsulla yerinə yetirilir: eşitmə yolu ilə və xüsusi cihazlarla. Elə bu səbəb-
dən də birincini subyektiv, ikincini isə obyektiv üsul kimi qeyd etmişlər” [97, s.20].
Deməli, eksperimentin sözün prosodik vasitələrinin xüsusiyyətlərinin üzə çıxarıl-
masında və onların kommunikativ prosesdə reallıqla nə dərəcədə uyğunlaşmasında
oynadığı əhəmiyyəti nəzərə alaraq, biz də tədqiqat işimizi elə bu üsullarla yerinə
yetirmişik. Məhz bu metodlar bizə söz prosodikasının strukturu, xüsusiyyətləri, onun
digər dil vahidlərinin prosodik xüsusiyyətlərindən fərqli olduğunu üzə çıxarmağa
imkan vermişdir. Eksperiment vasitəsilə baş vermiş dil hadisəsi haqqında fikir ya
təsdiqlənir, ya da inkar edilir.
N.J.Jinkinin öz araşdırmaları sayəsində belə bir qənaətə gəlir ki, dil və danışıq
ayrı-ayrı yox, bir-birini tamamlayan formada araşdırılsa, daha səmərəli olar. O,
hesab edir ki, dil və danışıq mürəkkəb strukturlu, bir-birilə əlaqədar informatik
84
sistem kimi nəzərdən keçirilməlidir [94, s.53]. Onun belə bir fikri də elmi cəhətdən
maraq doğurmuşdur ki, intellektdən dil sahəsinə - danışığa, yəni mənanın kodlaşdığı
yerə yol gedir. Bu cür nəzəri fikirlərin praktik cəhətdən nə səviyyədə gerçəkliyə
uyğun gəldiyinin sadəcə qəbul edilməsi düzgün olmazdı, bu fikrin gerçək olduğunu
yoxlamaq üçün təcrübəyə müraciət olunmuşdur. İstər ingilis, istərsə də Azərbaycan
dilçiliyində sözlərin prosodik strukturunu təşkil edən vasitələrin mövcudluğu və
onlarsız kommunikasiyanın qeyri-mümkünlüyü haqqında nəzəri fikirləri [2; 7; 18; 43
və s.] sadəcə qəbul etməkdən çox, onların təcrübədə sınaqdan keçirilməsinə ehtiyac
duyulur. Ola bilsin ki, müəyyən bir dövrdə müəyyən dil hadisəsi ilə əlaqədar irəli
sürülmüş fikir həmin zaman kəsiyi üçün real görünsün. Lakin dilçilik elmi də dövr
keçdikcə təkmilləşir və inkişaf edir. Elmin, texnikanın inkişafı, əldə edilmiş yeni
texniki imkanlarımız bizə imkan verir ki, mövcud fikirləri bir daha nəzərdən keçirək,
tədqiqat obyekti kimi onlara həm yanaşma metodumuzu, həm də münasibətimizi
dəyişək. Məsələn, texniki təchizatın lazımi səviyyədə olmadığı bir vaxtda ingilis
dilinin söz vurğusu haqqında dəqiq fikir söyləmək, onun dinamik və yaxud melodik
vurğu olduğu, heca və söz daxilində fonemlərin kombinator və distributiv xüsusiy-
yətləri haqqında dəqiq məlumat söyləməyin mümkünsüz olduğu halda, hazırda bu cür
dil hadisələrini araşdırmaq elə bir çətinlik yaratmır. Aparılmış təcrübələr mübahisəli
fikirlərə son qoymuş və ingilis dilində söz vurğusunun əsasən dinamik vurğu olduğu
fikri öz təsdiqini tapmışdır. Bu cür problemlərin həllinin eksperimentsiz mümkünsüz
olduğunu göstərən Q.P.Torsuyev yazmışdır ki, ingilis və rus dillərində söz
vurğusunun əsaslı müqayisəli xarakteristikasının müəyyənləşdirilməsi yalnız eksperi-
ment yolu ilə mümkündür[128, s.179]. Şübhəsiz ki, eyni fikri ingilis və Azərbaycan
dillərində sözün prosodik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və müqayisəsi
sahəsi üçün də söyləmək olar.
Söz prosodikasının əsas vasitələrindən olan vurğu, onun komponentləri (ton,
intensivlik, zaman), temp, tembr, ritm və s. kimi problemlərin araşdırılmasına həsr
olunmuş tədqiqat işlərində eksperimentin səmərəli və düzgün şəkildə tətbiqi işin
uğurlu nəticələnməsini təmin edən şərtlərdəndir. Dilin müəyyən aspektləri üzrə
aparılan müqayisələr, məlum məsələdir ki, elmi cəhətdən əsaslandırılmış faktlar
85
əsasında mümkündür. Bu cür elmi faktlar da öz növbəsində bu və ya digər dilin canlı
danışığının eksperimentlə tədqiqi əsasında müəyyənləşir.
Azərbaycan dilinin fonem sistemini, onun intonasiya və aksent xüsusiyyətlərini
tədqiq edərkən, dilçi alimlərimiz (Ə.Dəmirçizadə, A.Axundov, S.M.Babayev,
F.Y.Veysəlli, T.Hidayətzadə, D.N.Yunusov, F.H.Zeynalov, F.Ə.Aslanov, Ş.Abdul-
layev və b.) eksperimentdən bacarıqla və məqsədəuyğun şəkildə istifadə etmiş və
uğurlu nəticələr əldə etmişlər. Bu da Azərbaycanda dilçiliyin eksperimental fonetika
sahəsinin uğurlu inkişaf dinamikasından xəbər verir.
İngilis dilinin fonetikası və fonologiyasına həsr olunmuş müasir tədqiqat
işlərinin əsasında eksperimentlə əldə edilmiş elmi faktlar durur [92; 127; 138; 143;
155; 164; 168; 176; 181; 186; 197; 200 və s.].
İşin gedişatı əsnasında məlum olmuşdur ki, tədqiqat işində obyektiv metodların
tətbiqi heç də eksperimentatorların rolunu aşağılamır, çünki elə universal cihazlar
yoxdur ki, onlar eyni vaxtda nitqin bütün parametrlərini qeydə alıb təhlil etmiş olsun.
Hər bir cihaz nitqin müəyyən bir sahəsinin təhlili ilə məşğul olur. Tədqiqatçıdan da
tələb olunur ki, o, istifadə etdiyi texniki aparatın işləmə və təhlil etmə imkanlarını
nəzərə alsın, yayınmalar baş verdiyi hallarda, baş verən dəyişiklikləri müqayisə edib
düzgün nəticə əldə edə bilsin. Ona görə də hər bir eksperimentin həyata keçirilmə-
sində tədqiqatçı mərkəzdə olmalı və bütün baş verənlərə münasibət bildirməyə hazır
olmalıdır. Lakin bir məsələ də qeyd olunmalıdır ki, mövcud müasir texniki cihazlar
mürəkkəb olduğundan, tədqiqatçının həmin cihazların bütün incəliklərini dəqiq
bilməsinə heç də ehtiyac yoxdur və bu, mümkün olası bir şey deyildir. Tədqiqatçının
istifadə etdiyi cihazın iş prinsipini bilməsi və ondan istifadə edə bilməsi əsas şərtdir.
Bundan savayı, tədqiqatçının funksiyası heç də tədqiqatın istiqamətinin düzgün
müəyyənləşdirilməsi və lazımi cihazların seçilməsi ilə bitmir, onun əsas işi əldə
edilmiş materialın necə təhlil olunmasından ibarətdir. Məlumdur ki, müasir cihazlar
səs siqnalları üzrə ümumi informasiya verir, bu isə özlüyündə hələ hər şey demək
deyil. Əldə edilmiş ossilloqramlar, spektoqramlar tədqiqatçı tərəfindən düzgün
oxunmadıqda aparılmış təhlillərin elmi nəticəsi reallığa nə dərəcədə uyğun gəlməsi
şübhə yaratmış olacaq. “Dil hadisələri haqqında ümumiləşdirilmiş dəqiq fikir
86
söyləmək üçün yalnız mütləq qiymətlərdən çıxış etmək düzgün hesab edilmir, bunun
üçün orta və ya nisbi orta qiymətlərdən istifadə olunmalıdır”[97, s.20].
3.1. Eksperimentin aparılması prinsipləri
Eksperimental tədqiqat işlərinin uğurlu nəticələnməsində tədqiqatçının
eksperimentin təşkili və aparılması prinsiplərinə necə əməl etməsinin rolu böyükdür.
İşimizin yerinə yetirilməsində eksperimentdən istifadə etməli olduğumuzu nəzərə
alaraq, ilk növbədə, eksperimentin keçirilməsinə dair mövcud dilçilik ədəbiyyatını [9;
51; 54; 59; 68; 76; 116; 128; 143; 155; 164; 168; 170; 181; 187; 200 və s.] nəzərdən
keçirmişik və işin gedişatında qeyd olunmuş prinsiplərə əməl olunmuşdur.
Ədəbiyyatı öyrənməklə yanaşı bu sahədə böyük təcrübəsi olan fonetistlərdən
(F.Y.Veysəlli, F.H.Zeynalov; D.N.Yunusov, F.Ə.Aslanov və b.) dəyərli məsləhətlər
alınmışdır. Həyata keçirilən eksperimentin dəyərinin, işə elmi cəhətdən düzgün
yanaşmadan, nəzəriyyə və təcrübənin düzgün əlaqələndirilməsindən asılı olduğu
nəzərə alınmışdır. Tədqiqat işinin yerinə yetirildiyi dövr və məkandan asılı olaraq,
istifadə olunan eksperimental metodlar və onların tətbiqi xüsusiyyətləri müxtəlif
olmuşdur. Deməli, tədqiqat obyekti eyni olsa da, onu tədqiq edənlər müxtəlif
dövrlərdə yaşayıb-yaratmış alimlər olmuşdur. Ona görə də onların işə yanaşma tərzi
fərqli olmuşdur. Şübhəsiz ki, onların hər biri eksperimentin aparılması üçün
eksperimental-fonetikanın malik olduğu imkanlardan bacardıqları səviyyədə istifadə
etmişlər. Lakin elm və texnikanın inkişafı, yeni elektro-akustik cihazların meydana
gəlməsi, daha əvvəl irəli sürülmüş nəzəri fikirlərin yenidən, təkrar nəzərdən keçiril-
məsinə səbəb olmuşdur. Bu hal tələbatdan irəli gələn zərurətdir. Əvvəllər daha çox
vaxt itkisi sayəsində yerinə yetirilmiş işlər, hazırda müasir kompüter proqramları
əsasında az vaxt sərf etməklə daha keyfiyyətli yerinə yetirilir. Eksperimental tədqiqat
işlərinin yerinə yetirilməsinə dair qaydalara əməl olunmadıqda əldə edilən
nəticələrin, nəzəri fikirlərin əsaslandırılması və sübuta yetirilməsi üçün dəyərli
olmadığı nəzərə alınmışdır. Bütün bunları nəzərə alaraq, “işin müvəffəqiyyətlə yerinə
87
yetirilməsinə nail olmaq üçün ilk növbədə eksperimentin keçirilmə mexanizmi
planlaşdırılmışdır. Bu zaman problemlə bağlı eksperimentin keçirilməsinə dair
səmərəli fikirlər əsas götürülmüşdür” [9; 97; 128 və s.].
Eksperiment əvvəlcədən müəyyən edilmiş proqrama uyğun yerinə yetirilmişdir.
Bunun üçün ilk növbədə, elmi şərhi nəzərdə tutulan söz prosodikasına və onun xüsu-
siyyətlərinə aid mövcud ədəbiyyat öyrənildikdən sonra, ingilis və Azərbaycan
dillərində söz prosodikası ilə bağlı nəzəri və təcrübi məsələləri əsaslı şəkildə təhlil
etmək məqsədilə dil materialı toplanmışdır. Dil materialını toplamaq üçün ingilis və
Azərbaycan dillərində mövcud olan orfoqrafik və digər lüğətlərdən istifadə
olunmuşdur.
Toplanmış dil materialı dissertasiya işinin məqsəd və vəzifələri nəzərə alınmaqla
seçilmiş və sistemləşdirilmişdir. Materialı seçərkən, əsasən, sözün prosodik vasitə-
lərini (vurğu, əsas tonun tezliyi, intensivlik, zaman, temp, ritm və s.) təhlil etmək
üçün lazım olan materiala diqqət yetirilmişdir. Sözün prosodik strukturu onun heca
strukturu ilə bağlı olduğundan biz ingilis və Azərbaycan dillərində hecanın fonem
strukturu və prosodikasını təhlil etmişik. Bunun üçün sözləri seçərkən heca daxilində
fonemlərin kombinator və distributiv xüsusiyyətləri nəzərə alınmışdır. Məsələn, həm
ingilis dilində, həm də Azərbaycan dilində ayrıca götürülmüş saitin fonem, heca, söz
kimi işlənərkən hansı prosodik dəyişikliklərə məruz qaldığına aydınlıq gətirmək
məqsədilə Azərbaycan dilində /o/, ingilis dilində [aı] kimi sözlər, ikihecalı sözləri
seçərkən isə vurğunun birinci və ya ikinci heca üzərində olması nəzərə alınmışdır.
Məsələn, ingilis dilində:
Birinci hecası vurğulu olan ikihecalı sözlər: ´perfekt; ´object, ´window, ´table,
´wanted, ´London, ´answer, ´pansy və s.
İkinci hecası vurğulu olan sözlər: per´fekt, ob´jeckt, sar´dine, ma´rine, un´ique,
re´main, de´mand və s.
Azərbaycan dilində: bü´tün, bi´bi, ba´ba, al´ma, sə´hər, kü´kü və s.
Birinci hecası vurğulu: ´sabah, ´alma, ´süzmə və s.
Sözün cümlədəki vəziyyətindən asılı olaraq, prosodik strukturunda baş vermiş
dəyişiklikləri dəqiqləşdirmək məqsədilə söz həm ayrılıqda, həm də cümlə daxilində
88
tələffüz edilmişdir. Məsələn, ingilis dilində: /man/, /woman/, /The man comes// və s.
Azərbaycan dilində: /ək/, /əkin/, /nənə/, /süd/, /Nənə uşağa süd verdi// və s.
İngilis dilində nümunə kimi göstərilmiş bu sözlərdən “man” həm ayrılıqda, həm
mürəkkəb leksik vahidin 2-ci komponenti, həm də cümlənin tərkib elementi kimi
çıxış etmışdir.
Bu da bizə sözlə bağlı prosodik strukturda baş vermiş variativ xüsusiyyətləri
müqayisə etməyə imkan vermişdir. Seçilmiş materiala elə sözlər daxil edilmişdir ki,
onlarda həm birinci, həm də ikinci hecada eyni cinsli sait işlənmişdir. Bu formalı sait
ardıcıllığı bizə imkan vermişdir ki, söz daxilində vurğudan və ritmik strukturdan asılı
olaraq sözün prosodik strukturunda yaranan yeni çalarlıqları üzə çıxaraq. Məsələn:
/baba/, /nənə/, /bibi/, /kükü/, /dədə´/, /səhər/, / və s. / Müqayisə üçün bax şəkil.
20,25,24, 26, 42 və s.
Qeyd etdiyimiz bu ikihecalı sözlərdə həm bir, həm də ikinci hecalarda eyni
saitlə yanaşı samitin də işlənməsi diqqəti çəkmişdir. Məsələn, /ba-ba/ sözü iki
hecanın birləşməsindən əmələ gəlmişdir. Hər bir heca da [b] və [a] seqmentlərindən
ibarətdir. Hecaların struktur xüsusiyyətləri və fonem tərkibləri eyni olsa da, sözün
prosodik strukturu daxilində onların əmələ gəlməsində prosodik vasitələr müxtəlif
formalarda aktivlik göstərmişdir.
Söz daxilində hecaların açıq və qapalı olmasından asılı olaraq sözlərin prosodik
strukturlarının formalaşmasında hansı akustik parametrin relevant xüsusiyyətə malik
olduğunu müəyyənləşdirmək məqsədilə açıq və qapalı hecalı sözlər seçilib təhlilə
cəlb olunmuşdur. Məsələn, ingilis dilində:
açıq hecalı sözlər: /see/, /me/ və s.
qapalı hecalı sözlər: /ill/, /man/, /woman/ və s.
Azərbaycan dilində:
açıq hecalı sözlər: /ana/, /baba/ və s.
qapalı hecalı sözlər: /kök/, /göz/ /daş/,/park /tel/, /qum/ və s.
Hətta elə sözlər də təhlil olunub ki, həmin sözlər eyni fonemlərdən düzəlmişdir,
lakin düzlüşləri fərqlidir.
Məsələn: /şad/, /daş/,
89
/kəl/, /lək /,
/mis/, /sim/,
/diz/, /zid/ və s.
Bu sözlər birhecalıdır və heca nüvəsini eyni bir sait /a/ və /ə/ əmələ gətirir.
Hər iki dil üzrə ümumilikdə 1000-dən artıq vahid təhlil olunmuşdur. Əldə
edilmiş faktlar əsasında cədvəl və qrafiklər qurulmuşdur, bu da müqayisələr
aparmağa imkan vermişdir. Təcrübə göstərir ki, dil materialı çox olduqca, əldə
edilmiş nəticələr mütləq həqiqətə daha çox yaxın olmuşdur. Təhlil olunmuş material
söz prosodikasının xüsusiyyətlərinə və onun ifadə vasitələrinə aydınlıq gətirməyə
imkan vermişdir.
Seçilmiş material dəqiqləşdirildikdən sonra onun oxunması üçün dil daşıyıcıla-
rından informant kimi istifadə olunmuşdur. Diktorların seçilməsində onların danışıq
zamanı ədəbi dil normalarına necə əməl edib-etməmələri nəzərə alınmışdır. Diktor-
lara işin məqsədi haqqında əvvəlcədən məlumat verilməmişdir. Bu da onların oxu
prosesində süni tələffüzə yol verməməsi məqsədi güdmüşdür. Diktorların tələffüz-
lərinin dialekt təsirlərindən kənar olmalarına diqqət yetirilmişdir.
Təhlil üçün müəyyən edilmiş material eksperiment tədqiqatlar üçün nəzərdə
tutulmuş metodlara əməl olunmaqla yazdırılmışdır [9; 51; 68; 170; 187]. Material
yazdırıldıqdan sonra təhlil olunmamışdan əvvəl təcrübəli müəllimlər (D.N.Yunusov,
F.H.Zeynalov) tərəfindən dinlənilmiş, texniki cəhətdən qüsurlu alınan sözlər (20 söz)
təhlil üçün yararsız hesab olunmuş və təhlil olunmamışdır.
Kompüterə yazılmış material əsas götürülməklə müasir dilçilikdə geniş istifadə
olunan “PRAAT” proqramı əsasında sözün prosodik komponentləri təhlil edilmiş,
riyazi və riyazi-statistik metodlar əsasında hesablamalar aparılmışdır. Eksperimentin
yüksək səviyyədə yerinə yetirilməsində tədqiqatçının elmi və təcrübi hazırlığı, onun
eksperimental metodlara nə dərəcədə bələd olması əsas prinsiplərdən hesab olunması
da diqqət mərkəzində olmuşdur.
Məlum məsələdir ki, ən dəyərli faktlar belə təcrübəsiz tədqiqatçı tərəfindən
təhlil olunduqda əldə edilən nəticələr gerçəklik baxımından şübhə doğura bilər. Ona
görə də, eksperimentə başlamamışdan əvvəl mövcud lazımi metodik ədəbiyyat [9; 52;
90
58; 68; 81 və s.] əsaslı təhlil edilmiş, Azərbaycan Dillər Universitetində fəaliyyəti
tətbiqi və ekspermental fonetika dilçilik laboratoriyasının əməkdaşlarından dəyərli
məsləhətlər alınmışdır. Elə buradaca onlara dəyərli elmi məsləhətləri və səmimi
münasibətləri üçün təşəkkürümü bildirirəm.
Dissertasiya işində sözün prosodik strukturunu müəyyənləşdirmək üçün melo-
dik, dinamik, temporal, temp, ritm kimi parametrlərin təhlil edilməsi eksperimentin
əsas meyarı kimi götürülmüşdür. Bunu reallaşdırmaq məqsədilə eksperimental-
fonetika sahəsində tətbiq edilən ən müasir texnoloji vasitələrdən və innovasiya
metodlarından istifadə olunmuşdur. Növbəti bölmədə dil materiallarının təhlili ilə
əlaqədar geniş məlumat verilmişdir.
3.2. İngilis dilində sözün prosodik strukturunun özəlliyi və onun
eksperimental təhlili
Dissertasiyanın üçüncü fəslinin bu yarımfəslində ingilis dilində sözün prosodik
strukturu eksperimental metodlardan istifadə olunmaqla təhlil olunmuşdur. Məhz
burada ingilis dilində sözün prosodik strukturunun formalaşmasında hansı prosodik
vasitələrin relevant əlamət kimi çıxış etməsi məsələsinə aydınlıq gətirilmişdir.
Eksperimental təhlil prosodik vasitələrdən hansının dominant olduğunu aşkarlamağa
imkan vermişdir. Təhlil sayəsində tələffüz edilən hər bir sözün yaranmasında seq-
mentlərlə bərabər superseqment vahidlərin də həlledici rola malik olduğu dəqiqləş-
dirilmişdir. Deməli, söz o vaxt söz olur ki, o, semantik, qrammatik və prosodik
xüsusiyyətlərinə görə tamamlanmış olsun. Leksik vahidlər o halda formalaşır ki,
onlar fonetik cəhətdən dilin tələblərinə uyğun halda yüklənir. Prosodik vasitələr də o
vaxt öz funksiyalarını yerinə yetirilər ki, orada dilin seqmentləri və onların dilin
daxili qanunları ilə tənzimlənən zəncirvari düzümü mövcud olur. Məs.:
/bæd/ və /pæt/ sözlərinin təhlilindən məlum olmuşdur ki, bu sözlərdən
birincisində [b], [æ] və [d] səsləri, /pæt/ sözündə isə [p], [æ] və [t] səsləri ardıcıl
düzülmüşlər. Hər iki söz üç seqmentin birləşməsindən yaranmışdır və hər ikisi
91
birhecalı sözdür. Sözlərdə eyni seqment və oxşar prosodik strukturun olması heç də o
demək deyil ki, bu sözlər eyni tələffüz xüsusiyyətlərinə malikdir. Bunlar heca və
morfem modellərinə görə eyni olsalar da, prosodik xüsusiyyətləri fərqlənmişdir. Hər
iki sözdə hecanın nüvəsini eyni [æ] saiti təşkil etmişdir. Sözlərin birinci və üçüncü
səsləri (samitlər) fərqli olub bir diferensial əlamətə, O.Yespersenin təbirincə desək,
“karlıq və cingiltiliyə görəfərqlənmişlər. Heca nüvəsini əmələ gətirən [æ] saitindən
əvvəl və sonra işlənən samitlərin bu diferensial xüsusiyyəti həmin sözlərin fərqli
prosodik xüsusiyyətlərə malik olmalarına səbəb olmuşdur.
/bæd/ birhecalı sözünün tələffüzünə ümumilikdə 0,47 san. Vaxt sərf edildiyi
halda, birhecalı /pæt/ sözünün tələffüzünə ümumilikdə 0,5 san. vaxt sərf edilib. Həmin
sözlərdə heca nüvəsini təşkil edən [æ] saitinin tələffüzü zamanı intensivlik göstəri-
ciləri heç də əvvəldən axıradək eyni olmamışdır. Saitin ön, əsas və son fazalarında
göstəricilər aşağıdakı kimi olmuşdur.
önfaza əsas faza son faza
1) /æ/ (bæd) – 82,2 db 84 db 81,6 db
2) /æ/ (pæt) – 84,7 db 80,3 db 73,1 db
Birini işlətdiyimiz “ön faza əsas”, “əsas fara” və “son faza” terminləri əvəzində
bəzi tədqiqatçılar “özək”, “özəkönü” və “özəksonu” terminlərindən istifadə
etmişlər” [47].
Hər iki sözün tələffüzü zamanı saitin son fazasında intensivlik göstəricisi
minimum səviyyədə olmuşdur. Ön fazanın göstəriciləri isə nisbətən fərqlidir, çünki 1-
ci halda /æ/ saiti /b/ cingiltili samitindən, 2-ci halda isə /p/ kar samitindən sonra
işlənmişdir. /p/ kar partlayışlı samitin intensivliyi özündən sonra işlənən səsin inten-
sivliyinə təsir etmişdir. Ona görə də /pæt/ sözündə /æ/ saiti daha yüksək intensivliklə
tələffüz olunmuşdur (84,7 db). O da məlum olmuşdur ki, bu sözlərdə /æ/ saitinin orta
intensivlik qiymətləri də fərqlənmişdir. Məsələn, /bæd/ sözündəki /æ/ üçün bu
göstərici 82,3 db, /pæt/ sözündəki /æ/ üçün isə 79,3 db olmuşdur. Birinci
vəziyyətdə /æ/ saitinin maksimum intensivlik göstəricisi əsas fazada olmuşdur (84
db).
/pæt/ sözünün tələffüzündə /p/ samitinin tələffüzü zamanı yaranan partlayışın
92
gücü yüksək olmuşdur. /b/ samiti isə cingiltili samit olduğundan onun tələffüzündə
partlayışın gücü zəif olmuşdur (bax: Qr:1). (Qrafiklər dissertasiyanın əlavə hissəsində
verilmişdir.)
Qr. 1 /p ᴂ t / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəriciləri ( ƏTT , İ və T )
/bæd/ sözündə intensivlik əsas fazaya kimi yüksələn istiqamətdə olmuş, sonra
isə sözün son fazasına doğru enmə müşahidə olunmuşdur. /pæt/ sözündə isə ön
fazada intensivlik maksimum səviyyədə olmuş, sonra isə son fazaya qədər tədrici
enmə olmuşdur.
/bæd/ sözündə /æ/ saiti cingiltili samitlər arasında işləndiyindən onun intensivlik
göstəricisi /pæt/ sözündəki kar samitlər arasında işlənən /æ/ saitinin intensivlik
göstəricilərindən yüksək olmuşdur. Bu fərq özünü əsas tonun tezliyinə görə
göstəricilərdə də göstərmişdir. Müqayisə üçün həmin sözlərin ossiloqramalarını
nəzərdən keçirmək kifayətdir. Bax Qr:1
/hɔ:n/ (horn) və /tɔ:k/ (talk) sözlərinin tələffüzündə təkhecalı sözlərdə samitlər
arasında işlənən /ɔ:/1 və /ɔ:/2 saitlərinin tələffüzündə də istər intensivlik, istər əsas
tonun tezliyi, istərsə də temporal göstəricilərdə fərq müşahidə olunmuşdur. Faktiki
akustik dəyişikləri dəqiqləşdirmək üçün həmin sözlərin tələffüzündən əldə edilmiş
göstəricilər və ossiloqramları nəzərdən keçirtmək mümkündür. Bax: Qr:2
/h or n / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəriciləri ( ƏTT , İ və T)
Time (s)5.548 6.297
-0.9405
0.9362
0
Time (s)5.548 6.297
Pitch
(Hz)
100
150200
300
50
500
70
Time (s)5.548 6.297
56.67
85.12
Inten
sity (
dB)
93
/hɔ:n/ sözünün tələffüzünə ümumilikdə 0,62 san vaxt sərf olunduğu halda, /tɔ:k/
sözündə bu göstərici 0,84 saniyəyə bərabər olmuşdur. /ɔ:/1 saitinin tələffüzünə 0,21
san., /ɔ:/2 saitinə isə 0,35 san. vaxt səf olunub. İntensivlik göstəriciləri isə /ɔ:/1 üçün –
81,35 db, /ɔ:/2 üçün isə 76 db təşkil etmişdir. Əsas tonun tezlik göstəriciləri isə
aşağıdakı kimi olmuşdur:
/ɔ:/1 = 185 hs; /ɔ:/2= 148, 2 hs.
Oxşar prosodik dəyişikliklər /lu:s/, /ru:d/, /ru:t/ və s. sözlərin ossilloqrafik
təhlillərində də aşkar olunmuşdur (bax: Qr: 3,4).
Sözün ayrılıqda mürəkkəb söz tərkibində və yaxud da cümlə tərkibində işlən-
məsi onun prosodik strukturuna da təsir göstərmişdir. Məsələn, ayrılıqda tələffüz
edilmiş “talk” sözünün prosodik göstəriciləri “I stopped to talk” cümləsində tərkib
elementi kimi çıxış edən “talk” sözünün prosodik göstəriciləri ilə müqayisə
edilmişdir. Müstəqil söz kimi işlənərkən /tɔ:k/1 sözünün tələffüzünə diktor 0,84
saniyə vaxt sərf etdiyi halda, cümlə daxilində işlənərkən həmin /tɔ:k/2 sözünün
tələffüzünə 0,16 san. vaxt sərf etmişdir. Müəyyən olunmuşdur ki, ayrılıqda işlənən
sözün tələffüzü temporal parametrə görə yuxarı göstəricili olur. Prosodik dəyişiklik
Time (s)7.543 8.159
Pitc
h (H
z)
100150200300
50
500
70
Time (s)7.543 8.159
-0.7085
0.8062
0
Time (s)7.543 8.159
61.95
86.42
Inte
nsity
(dB
)
94
həmin sözdə nüvə kimi çıxış edən /ɔ:/ saitinin tələffüzündə də baş vermişdir.
Məsələn, “talk” müstəqil söz kimi işləndikdə /ɔ:/ üçün t=0,35 san; i=82 db,
ƏTT=148, 2 hs olmuşdur (Bax: Qr.2).
TALK / T ): K/ sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəriciləri ( ƏTT , İ və T )
Cümlə daxilində işlənərkən onun prosodik göstəriciləri belə olmuşdur: t=1,15
san; i=76,75 san; ƏTT=140 hs. Deməli, sözün işlənmə yerindən asılı olaraq prosodik
strukturu dəyişmişdir. (Bax Qr 4)
/I am ill/ və /I am ill today/ cümlələrində işlənən /I/ və /ill/ sözlərinin eyni
mövqelərdə, lakin fərqli leksik tərkibli cümlələrdə işlənməsindən asılı olaraq
prosodik vasitələr variasiya olunmuşdur. /I am ill/ cümləsinin tələffüzünə ümumilik-
də 0,8 sanvaxt sərf olunduğu halda, /I am ill today/ cümləsində tərkib elementi kimi
çıxış etdiyi halda tələffüzünə 0,69 saniyə vaxt sərf olunmuşdur. Bu fərq onunla izah
olunur ki, cümlə daxilində leksik vahidlərin və ya seqmentlərin sayının artması həmin
vahidlərin tələffüzünə sərf olunan zamanın azalmasına səbəb olmuşdur. /I am ill/
cümləsində son mövqedə işlənən təkhecalı “ill” sözünün nüvəsini təmsil edən /ı/
saitinin akustik parametrlərinin göstəriciləri belə müəyyənləşmişdir:
/I/1 t=0,09 san
i=78 db
Time (s)9.851 10.69
-0.6784
0.6632
0
Frequency (Hz)0 5000
Soun
d pr
essu
re le
vel (
dB/H
z)
40
60
80
Time (s)9.851 10.69
56.48
81.76
Inte
nsity
(dB)
95
ƏTT=190 hs“I am ill “sözündən götürülmüş “ ill” komponentinin akustik göstəricilərini əks etdirən qrafiklər
/I am ill today/ cümləsində orta mövqedə işlənən həmin saitin akustik
parametrlərinin göstəriciləri isə aşağıdakı kimi olmuşdur:
/I/2 t=0,07 san
i=74 db
ƏTT=199,8 hs
Akustik parametrlərin göstəricilərinin müqayisəsindən aydın olmuşdur ki, /i/1-in
intensivlik qiyməti /i/2-nin intensivlik göstəricisindən yüksək olduğu halda, əsas
tonun tezliyində /i/2-nin qiyməti /i/1-in qiymətindən yüksək olmuşdur, çünki 2-ci
vəziyyətdə “ill” sözü sonda deyil, cümlənin ortasında zaman zərifliyi funksiyasını
yerinə yetirən “today” sözündən əvvəl işlənmişdir (Bax: Qr 5). Qrafikdən də aydındır
ki, ƏTT-nin enməsi cümlədəki son mövqedə “today” sözünün tələffüzündə
reallaşmışdır.
Mövqelər üzrə həmin [I] saitinin formant strukturlarındakı (F1 və F2 üzrə)
dəyişikliklər də hesablanmışdır:
/I/1 F1=939 hs; F2=2229 hs;
/I/2 F1=822 hs; F2=2212 hs.
Hesablamaların təhlilindən belə qənaətə gəlirik ki, bir sərbəst forma kimi sözün
Time (s)81.23 81.61
-0.6501
0.6759
0
Time (s)81.23 81.61
Pitch
(Hz)
100
150200
300
50
500
70
Time (s)81.23 81.61
63.7
79.77
Intensi
ty (dB
)
96
mütləq vəziyyətdə deyilə bilmə imkanı vardır. Hər bir dildə söz danışıq prosesində
norma ilə müəyyənləşdirilmiş fonetik modelləşməyə tabedir.
Bu da onu göstərir ki, qəbul edilmiş mövqedə olan sözlər prosodik
modifikasiyalara uğrayır ki, bunun sayəsində də sözün yaranmasına xidmət edən
əlamətlər dəyişir.
Oxşar prosodik dəyişiklik /I am at home/, /I am at home today/, /It is a bus/,
/The bus cam/, /The table is black/, /It is a table/ və s. kimi model cümlələrin də
təhlilində özünü göstərmişdir (Bax: Qr 5, 6 40, 41 və s.).
/bʌs/ sözü həm müstəqil forma kimi, həm də cümlə əvvəli və cümləsonu
mövqelərdə təhlil olunmuşdur. Beləliklə, eyni bir “bus” sözü üç müxtəlif vəziyyətdə
tələffüz edilmişdir.
/ʌ/1 (bus) – ayrıca söz kimi;
/ʌ/2 (bus) – cümləəvvəli mövqedə;
/ʌ/3 (bus) – cümləsonu mövqedə.
/ʌ/1-in akustik göstəriciləri:
t=0,07san; i=84 db; ƏTT=106 hs;
/ʌ/2-nin akustik göstəriciləri:
t=0,08san; i=83 db; ƏTT=126 hs;
/ʌ/3-ün akustik göstəriciləri:
t=0,14san; i=84 db; ƏTT=108 hs. Müqayisə üçün 5 və 6 –cı qrafikləri
müqayisə et.
/ʌ/2 ilə /ʌ/3-ün akustik göstəricilərindəki fərqi həmin sözün cümlədəki mövqeyi
ilə də izah etmək mümkündür. /ʌ/2 informativlik baxımından işləndiyi cümlədə rema
olmasa da, prosodik cəhətdən fərqləndirilir. /ʌ/3 isə işləndiyi cümlədə informativlik
cəhətdən remanı təşkil etsə də, tələffüzünə sərf olunan enerji baxımından fərqlənmir.
Saitlərin formant strukturlarının təhlilindən əldə edilən nəticələr belə olmuşdur:
/ʌ/1 – F1=1104 hs; F2=1487 hs;
/ʌ/2 – F1=1100 hs; F2=1424 hs;
/ʌ/3 – F1=1115 hs; F2=1425 hs.
/ʌ/1,/ʌ/2 və /ʌ/3saitlərinin F1 və F2 qiymətləri arasında mövcud fərq irrelevantdır.
97
Bu fərqlər – fərdlərin tələffüz tərzləri ilə bağlı yaranmış əlamətlərdir.
“The table is black” və “It is a table” cümlələrində də /table/ sözü təkrarlan-
mışdır. Birinci halda o, cümləəvvəli, ikinci halda isə cümləsonu mövqedə işlənmişdir.
Eyni söz olan /table/ cümlədəki mövqelərindən asılı olaraq prosodik xüsusiyyət-
lərində dəyişiklik yaranmışdır. Birinci vəziyyətdə /table/ sözünün tələffüzünə diktor
0,3 saniyə vaxt və 84 db güc sərf etmişdir. Qeyd olunmuş mövqelərdə işlənən eyni
sözün vurğulu hecasının saitinin prosodik xüsusiyyətlərində baş verən dəyişikliklər
akustik parametrlərin göstəricilərindəki fərq aşağıda qeyd olunduğu kimi ifadə
olunmuşdur:
/e:/1 – t=0,1 san; i=87 db; ƏTT=187 hs;
/e:/2 – t=0,08 san; i=86 db; ƏTT=136 hs. Müqayisə et Qr 40, 41
Aparılmış təhlillər onu da deməyə əsas vermişdir ki, qeyd olunan cümələrin
tələffüzü prosesində /table/ sözünün ikinci hecasının özəyini sait deyil, sonor samit
əmələ gətirmişdir. Belə bir dəyişikliyi /table/ sözünün işləndiyi /The table is black/
cümləsinin ossilloqramından da görmək mümkün olmuşdur.
Qrafik 40 / The table is black/ cümləsinin osilloqramı və onun əsasında əldə
edilmiş akustik parametrlərin göstəriciləri.
/The tabl is black// cümləsinin ossilloqramı və onun əsasında hesablanmış
akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
98
t
e:
bl
Qrafik vasitəsilə həmin sözün birhecalı kimi tələffüz edildiyini də söyləmək
mümkündür, çünki həm əsas tonun tezliyi, həm də intensivlik /e:/ saitindən sonra
tədricən enir və ikinci hecanı bildirmək üçün intensivliyi əks etdirən qrafikin təkrar
yüksəlişi hiss olunmur. Bu dəyişikliyi aşağıdakı formada əks etdirə bilərik.
Ona görə də D.Counzun qeyd etmiş olduğu belə bir fikirlə razılaşmamaq qeyri-
mümkündür. O, yazmışdır ki, [letə] (letter) sözündə bir hecanın harada bitdiyini və
onun harada başlandığını müəyyənləşdirmək asan deyil. Əgər ingilislərin özləri üçün
bunu müəyyənləşdirmək çətinlik törədirsə, deməli, bunu birhecalı kimi də hesab
etmək olar[168, s.55]. D.Counzun bu fikri ondan sonra bu sahə ilə məşgul olan
tədqiqatçılar tərəfindən də müdafiə olunmuşdur[128, s.173].
Ancaq onu da qeyd etməliyik ki, sözün bir, ya da ikihecalı kimi tələffüzü onun
prosodik xüsusiyyətlərinin dəyişməsinə səbəb olmuşdur, çünki sözün prosodikası
onun daxili seqmentlərinin söz kimi formalaşması ilə məşğul olur.
/´te:bl/, /´lısn/, /´letə/ və s. kimi sözlər danışanın dilə nə dərəcədə bələd
Time (s)41.65 43.13
-0.9611
0.9537
0
Time (s)41.65 43.13
Pitch
(Hz)
100150200300
50
500
70
Time (s)41.65 43.13
59.89
89.41
Intens
ity (dB
)
99
olmasından asılı olaraq müxtəlif heca tərkibli sözlər kimi tələffüz olunmuşdur.
Burada öz vurğusunun ritmik strukturu da nəzərə alınmışdır.
/The table is black/ cümləsində işlənən “black” sözünün prosodik xüsusiyyət-
lərinin /blackbird/ mürəkkəb sözünün 1-ci komponenti kimi çıxış etmiş /black/
sözünün prosodik xüsusiyyətləri ilə müqayisəsindən məlum olmuşdur ki, cümlə
daxilində son mövqedə işlənən /black/ sözünün prosodik parametrlərinin göstəriciləri
aşağı səviyyədə olmuşdur.
/ə/1 (cümlədə) – t=0,14 san; i=83 db; ƏTT=95, 25 hs;
/ə/2 (mürəkkəb sözdə 1-ci komponent kimi) –t=0,07 san; i=84 db; ƏTT=197 hs.
(bax Qr 40)
/black/ sözünün ümumilikdə temporal və intensivlik göstəriciləri aşağıdakı kimi
müəyyənləşmişdir:
/black/1 – t=0,5 san; i=84 db;
/black/2 – t=0,25 san; i=84 db.
İstər ingilis, istərsə də başqa dillərdə sözlər seqment və prosodik xüsusiyyət-
lərinə görə nə qədər ölçülüb-biçilib deyilərsə, bir o qədər də norma səviyyəsinə
uyğun tipə məxsus sözlərdən ibarət olur. Hər iki vəziyyətdə, istər cümlənin, istərsə də
mürəkkəb sözün tərkib hissəsi kimi çıxış edən “black” sözü əsas vurğununu
daşıyıcısıdır. Vurğu da sözün tanınmasına xidmət edən vasitələrdən biridir. Mürəkkəb
sözün tərkibində o, əsas vurğunun, cümlə daxilində isə cümlə vurğusunun
funksiyasını yerinə yetirmişdir.
Sözün tanınması üçün vurğu sözə daxil olan /b/, /l/, /æ/, /k/ kimi seqmentləri
bütöv şəklində birləşdirmişdir. Söz qapalı hecadan ibarətdir, çünki samit səslə
bitmişdir. Bu modelli sözlərin tələffüzü zamanı istər əsas tonun tezliyi, istərsə də
intensivlik yüksələn istiqamətdə olmuşdur. Bu vəziyyət saitin stasionar hissəsinə kimi
davam etmişdir və pik vəziyyətinə çatır və növbəti samitlə qovuşuqda ƏTT-də enmə
baş vermişdir. Oxşar prosodik struktur /dock/, /cot/, /lock/, /man/, /book/, /talk/,
/cat/, /cap/, /food/, /mood/ və s. kimi sözlərin tələffüzündən əldə edilmiş
ossilloqramlar əsasında tərtib olunmuş qrafiklərdə də müşahidə olunmuşdur (Bax:
Qr:2,7,8,15 və s.). Qeyd olunmuş bu nümunələrdə onset və coda elementləri sözlərin
100
nüvəsi ilə birlikdə onun bütövlüyünü təmin etmişlər. Onset və coda samitlərinin
akustik xüsusiyyətlərinin təhlili göstərir ki, koda samiti onset samiti ilə müqayisədə
nisbətən çox dəyişkən xarakterlidir. Bunun üçün eyni söz daxilində hər iki mövqedə
işlənən eyni samitin ossilloqramları müqayisə olunmuşdur /pep/. Bu vəziyyət digər
german dillərində də müşahidə olunmuşdur [97, s.46-47]. Dildə elə sözlər də işlənir
ki, onlarda nə onset, nə də coda elementi işlənmir. Məsələn:
/I/ mən şəxs əvəzliyi - ingilis dilində
/ei/yumutra - alman dilində
/o/ 3 –cü şəxsin təkini bildirən şəxs əvəzliyi- Azərbaycan dilində
Bu cür vahidlərin tələffüzü zamanı saitdən sonra heca qapanmadığından, yəni
saitdən sonra koda samitinin olmaması həmin saitin temporal xüsusiyyətinə daha çox
təsir göstərmişdir. Belə halda saitin son fazasında kəsik baş verməmiş, fazanın
tələffüzü sonadək davam etmişdir, ona görə də saitin tələffüzünə daha çox vaxt sərf
olunmuşdur. Əsas tonun tezliyində enmə tədricən olmuşdur. İngilis dilində sözlərin
tələffüzündə prosodik vasitələrin müxtəlif təsir xüsusiyyətlərini müəyyənləşdirmək
məqsədi ilə təhlillər aparılmışdır. Məsələn, “man” özünün müxtəlif formalarda
(/man/1, /woman/2 - //The man3 // The woman4 // I see the man5//) tələffüzündən əldə
edilən göstəricilər /man/ sözünün, eləcə də bu model digər sözlərin prosodik
xüsusiyyətləri üzrə məlumat əldə etməyə imkan vermişdir. Beş formada işlənmiş və
tələffüz edilmiş /man/1, /man/2, /man/3, /man/4, /man/5 sözlərinin prosodik
dəyişikliklərinə aydınlıq gətirmək üçün, həmin sözlərin kompüter təhlilindən əldə
edilən nəticələrini təqdim edirik:
Sözlərin tələffüzünə sərf olunan zamana görə:
/man/1= 0,60 san. [ ]
wo /man/2, = 0,55 san. [ ]
/man/3, = 0,2 san.
wo /man/4, =1,17 san.
/man/5=0,15 san.
Təhlil nəticəsində əldə edilmiş gostəricilərin müqayisəsindən aydın olur ki,
təcrid edilmiş şəkildə tələffüz edilmiş “man” sözünə daha çox vaxt sərf edilmişdir.
101
Minimum göstərici “I see the man” cümləsində son mövqedə işlənən /man/5 sözünün
tələffüzü ilə bağlıdır (Bax: Qr 10).
Bu birhecalı sözün nüvəsini təşkil edən /æ/ saitinin tələffüzündən əldə edilmiş
intensivlik və temporal parametrlərinin göstəricilərini müqayisə üçün təqdim edirik:
/æ/1– t=0,19 san; i=81 db
/æ/2, – t=0,1 san; i=71 db
/æ/3, – t=0,07 san; i=80 db
/æ/4, – t=0,09 san; i=75,2 db
/æ/5 – t=0,15 san; i=81 db.
/man/ sözü [m] sonor samiti ilə başladığından /æ/ saitinin tələffüzündə istər əsas
tonun tezliyinə, istərsə də intensivliyə görə fazalar arasında elə bir nəzərəçarpacaq
fərq müşahidə olunmamışdır. Saitin tələffüzü zamanı ön və son fazalarda kəskin
yüksəliş və kəskin enmə baş verməmişdir, çünki sait sonor səslər arasında
işlənmişdir. Sonor samitlərin də (/m/ və /n/) tələffüzündə şübhəsiz ki, ton və
intensivlikdən istifadə olunmuşdur. Əlbəttə, saitlərin müvafiq akustik parametrlərinin
göstəriciləri ilə müqayisədə bu göstəricilər aşağı səviyyədədir. Təhlil göstərir ki,
/man/ sözünün işlənmə mövqeləri müxtəlif olduğundan müqayisələrin də aparılma
sahələri həm genişlənmiş, həm də fərqli olmuşdur. Həmin sözün mövqelər üzrə
müqayisəsi qrafiklərdə öz əksini tapıb (Bax: Qr 9, 10,11).
Ayrıca və mürəkkəb sözün tərkib komponenti kimi işlənərkən sözlərin prosodik
strukturlarında baş vermiş dəyişiklikləri müəyyənləşdirmək məqsədi ilə belə model
müqayisədən istifadə olunmuşdur. Məsələn: mürəkkəb söz bütöv halda tələffüz
edilmiş, sonra isə tərkib hissələrinin hər biri ayrıca müstəqil leksik vahid kimi.
Məsələn: /book/, /bookseller/, / The book is new// I read the book yesterday//,
/Yesterday I read the book//. Bundan əlavə, /book/ sözünün cümlələrin tərkib
elementi kimi müxtəlif mövqelərdəki prosodik göstəricilərinin müqayisəsi.
102
Cümlə əvvəli mövqe Cümlə sonu mövqeCümlə ortası mövqe
Mürəkkəb sözün komponenti
Söz (ayrıca)
/seller/ - /sεlə/ müstəqil söz kimi ikihecalı şəkildə tələffüz edilmişdir;
ümumilikdə sözün tələffüzünə 0,73 saniyə vaxt sərf olunub. Bunun 0,08 saniyəsi
birinci vurğulu hecanın saiti /ε/-nin tələffüzünə sərf olunub. Bu sözün tələffüzü
zamanı /ε/-nin intensivliyi 79,8 db, əsas tonun tezliyi isə 146 hs olmuşdur. Maraqlı
hal odur ki, bu vəziyyətdə sözün ikinci hecasını əmələ gətirən neytral /ə/ saiti
intensivliyə və əsas tonun tezliyinə görə vurğulu /ε/ saitindən zəif olsa da, temporal
parametrə görə bunun əksi müşahidə olunmuşdur (Bax: Qr 11). Buna da 2-ci hecada
saitin açıq hecada işlənməsi səbəb olmuşdur. Həmin söz /bookseller/ mürəkkəb
sözünün 2-ci komponenti kimi çıxış etdiyi halda, onun tələffüzünə az vaxt – 0,5
saniyə sərf olunmuşdur. Mürəkkəb sözün ikinci komponenti kimi bu söz köməkçi
vurğu daşıyır. Əsas tonun tezliyi və intensivlik parametrlərinin göstəricilərinə görə də
1-ci ilə müqayisədə aşağıdır.
/ε/: – i=72 db; ƏTT = 87 hs.
Mürəkkəb sözün 1-ci komponenti kimi çıxış etmiş /book/ sözünün prosodik
xüsusiyyətləri həmin sözün “The book is new”1; “I read the book yesterday”2 və
“Yesterday I read the book”3 cümlələrində işlənən variantlarının akustik xüsusiyyət-
ləri ilə müqayisə edilmişdir. Mürəkkəb sözdəki variantı “0”la göstərsək, onu cümlə-
lərdəki müvafiq variantlarla /book/1, /book/2, /book/3 müqayisə edə bilərik. Məsələn:
/book /0 – t=0,22 san; i=74 db [ ]
/book/1 – t=0,18 san; i=74,47 db
/book/2 – t=0,14 san; i=69,2 db
103
/book/3 – t=0,32 san; i=69,9 db
Həmin söz üçün əsas tonun tezliyində baş verən dəyişiklikləri qrafiklərdən daha
aydın müşahidə etmək mümkün olmuşdur.
Əldə edilmiş faktlardan aydın olur ki, ayrılıqda tələffüz edilmiş /book/ sözü
cümlədə müxtəlif mövqelərdə işlənən variantlarından müxtəlif formalarda və
səviyyələrdə fərqlənir. Məsələn, müstəqil söz kimi /book/ sözü temporal parametrin
göstəricisinə görə bütün digər variantlardan yüksəkdir (0,22 san.). İntensivlik
parametrinə görə isə o, cümlədə ön mövqedə işlənən /book/1 variantının intensivlik
parametrinin göstəricisi ilə eyni səviyyəlidir. Lakin cümləortası və cümləsonu
mövqelərdə işlənən /book/2 və /book/3 variantlarının göstəriciləri ilə müqayisədə
yüksəkdir. Prosodik parametrlərin minimum göstəriciləri /book/3-ün tələffüzündə
olmuşdur (Yesterday read the book). Təhlil zamanı həmin sözün nüvəsini təşkil
edən /u:/ saitinin formant strukturları da nəzərdən keçirilmişdir, baxmayaraq ki, bu
zaman artikulyator faktor da həlledici rol oynamışdır.
Mürəkkəb sözün tərkib hissəsi kimi çıxış etmiş book /0 -da /u:/ saitinin formant
strukturu (FI və FII-yə görə) digərlərindən elə də kəskin fərqlənməmişdir. Variantlar
üzrə /u:/-nun mövqelərə görə FI və FII qiymətləri aşağıdakı kimi olmuşdur.
/book /0 - /u/0: FI=849 hs; FII=1317 hs;
/u/1: FI=905 hs; FII=1271 hs;
/u/2: FI=838 hs; FII=1372 hs;
/u/3: FI=923 hs; FII=1487 hs;
Göstəricilər bir daha göstərir ki, /u:/ saiti arxa sıra da tələffüz edilmiş saitdir.
Cümlə daxilində sözlərin düzülüşündə inversiyaya yol verilməsinin prosodik
struktura göstərdiyi təsir də araşdırılmışdır. Bunu üçün təhlil olunmuş cümlələrdən
birinin tələffüzü zamanı baş vermiş dəyişiklikləri nəzərdən keçirək. Məsələn:
1. Tom calls Hans // [Tɔm cɔls Hʌns ]
2. Hans calls Tom //[ Hʌns cɔlsTɔm]
Bu cümlələrdə icraçı ilə obyekt yerlərini dəyişmişlər. Cümlədə sözün funksiyası
onun prosodik xüsusiyyətlərinə də təsir göstərir.
/Tom calls Hans// cümləsinin tələffüzünə 1,22 san. vaxt sərf edildiyi halda,
104
/Hans calls Tom// cümləsinin tələffüzünə 1,18 san. vaxt sərf olunmuşdur, baxma-
yaraq ki, hər iki cümlədə eyni leksik vahidlər işlənmişdir. Bu cümlələrdə son
mövqedə işlənən sözlərdə koda elementləri fərqlidir /m/ və /s/. /s/ frikativ, /m/ isə
sonor-burun samitidir. /s/ samiti /m/ samiti ilə müqayisədə davamlı tələffüzü ilə
fərqlənir. Həmin cümlələrdə işlənən /Tom/ və /Hans/ sözlərindəki saitləri mövqelə-
rindən asılı olaraq nömrələsək (cümləəvvəli mövqedəkini /ɔ/1, /ʌ/1; son mövqedəkini
isə /ɔ/2və /ʌ/2). Bu halda göstəricilər aşağıdakı kimi olmuşdur.
/Tom/ /ɔ/1: t=0,1 san; i=81 db; ƏTT=211 hs;
/Tom/ /ɔ/2: t=0,5 san; i=81 db; ƏTT=225 hs;
/Hans/ /ʌ/1: t=0,14 san; i=80 db; ƏTT=129 hs;
/Hans/ /ʌ/2: t=0,12 san; i=76,3 db; ƏTT=177 hs;
Müqayisə üçün bax: Qr 12,13,14
Həmin sözlərin hansı mövqedə işlənməsindən asılı olaraq, onların nüvəsini
təşkil edən saitlərin açıq və qapalılığının və sıra vəziyyətinin necə dəyişdiyi FI və FII
göstəricilərində öz ifadəsini tapmışdır.
/ɔ/1 /ɔ/2 /ʌ/1 /ʌ/2
FI 963 963 931 918
FII 1321 1245 1432 1682
Strukturda baş verən dəyişikliklər fərdlərlə bağlı çalarları da özlərində əks
etdirmişdir. Bütün bu xüsusiyyətlər F1 və F2-nin göstəricilərinin müqayisəsində daha
aydın əks olunmuşdur.
“He comes to see me// cümləsində /see/ və /me/ təkhecalı sözləri işlənmişdir.
Onların nüvəsini eyni sait /i:/ təşkil etmişdir. Hər iki heca açıq hecadır. Lakin onlar
onsetə görə fərqlənirlər. /see/ sözündə bu novlu kar samit olduğu halda, /me/ sözündə
bu /m/ sonor samitidir. Deməli, bu bir hecalı iki söz bir-birindən fərqli onsetə və pro-
sodik vasitələrə, temporal, melodik və intensivlik göstəricilərinə görə fərqlənir. Bu
sözlərin tələffüzündə mövqedən asılı olaraq intensivlik və əsas tonun tezliyi temporal
parametrlə tərs mütənasiblik təşkil edir, çünki /see/ sözündəki /i:/-nin tələffüzündə
intensivlik və əsas tonun tezliyi /me/ sözündəki /i:/-nin müvafiq parametrlərinin
göstəricilərindən yüksək olduğu halda, temporal göstəricidə bu əksinədir, yəni son
105
mövqedə /i:/-nin tələffüzünə daha çox vaxt sərf olunub.
Məs.: /i:/(see) t=0,1 san; i=70,9 db;
/i:/(me) t=0,2 san; i=68 db.
Sözün tələffüzündəki prosodik dəyişikliyi həmin sözün tələffüzündən əldə
edilmiş qrafiklərdən də müəyyən etmək mümkün olmuşdur (Bax: Qr 13. /He comes
me to see me// cümləsinin ossilloqramı).
Təhlil zamanı “He comes to see me” cümləsində işlənmiş “see” sözünün
prosodik xüsusiyyətləri həmin sözün “I see the man” cümləsindəki variantının
prosodik xüsusiyyətləri ilə müqayisə edilmişdir (Bax: Qr 11). Bu sözün hər iki
variantının ossilloqramlarının təhlilindən məlum olmuşdur ki, “he comes to see me”
cümləsində işlənən “see” sözü digər variantla müqayisədə daha gərgin və davamlı
tələffüz olunmuşdur.
İkihecalı sözlərdə son mövqedə çıxış edən vurğulu hecanın saitinin uzun tələffüz
edilməsi aşağıdakı nümunələrdə də öz ifadəsini tapmışdır.
“prestige” /pes´ti:ʒ/
“sardine” /sa:´di:n/
“marine” /mə´ri:n/
“intrigue” /intri:g/
“unique” /ju:ni:k/ və s
Bu sözlərdə vurğulu hecanın saiti /i:/ gərgin və uzun tələffüz edilmişdir.
Sözün prosodik xüsusiyyəti onun hansı cümlə tipi daxilində (nəqli, sual)
işlənməsindən asılı olaraq da dəyişir. Bu məqsədlə təhlil olunmuş bu tip cümlələrin
daxilində sözün prosodik vasitələrinin təsiri ilə necə dəyişdiyi /Did you ask?/ və /Yes,
asked/ kimi cümlələrdə nəzərdən keçirilib. Birinci sual cümləsidir və “ask” sözü son
mövqedə işlənmişdir. İkinci cümlə isə nəqli cümlədir və “asked” sözü yenə son möv-
qedədir. Bu sözlərin cümlədə mövqeləri eyni olsa da, cümlələr intonasiya növlərinə
görə fərqli olduğundan intensivlik, əsas tonun tezliyi və temporal parametrlərin gös-
təriciləri fərqli şəkildə müəyyənləşmişdir. Birinci cümlədə /ask/ sözündə koda hissə
/st/ elementlərindən ibarət olduğu halda, ikinci cümlədə /asked/ sözünün koda
hissəsi /skt/ birləşməsindən ibarətdir. Hər iki halda /a:/ saiti reallaşmışdır. “asked”
106
sözündəki /a:/ saitinin tələffüzündə intensivlik üzrə orta qiymət 83 db+77 db=160
db : 2 = 80db olduğu halda. Əvvəl və son fazalarda həmin saitin intensivlik qiyməti
eyni olmamışdır. Sözün əvvəlində intensivlik qiyməti 83 db olduğu halda, sözün
sonunda (/a:/ saitinin son fazasında) 77 db olmuşdur. Hesablama göstərir ki, saitin
tələffüzündə önfazada intensivlik üzrə orta qiymətdən 3 db yüksək, sonfazada da 3 db
aşağı olmuşdur (80 db – 77 db =3db).
Həmin birhecalı sözün nüvəsini təşkil edən /a:/ saitinin temporal xüsusiyyətində
də cümlədə işlənmə mövqeyindən asılı olaraq, fərq müşahidə olunmuşdur.
“I am ill” və “I am ill today” cümlələrində isə eyni “ill” sözü əvvəlki nümunə-
lərlə müqayisədə fərqli olmuşdur. Daha doğrusu, bu söz bu sintaktik vahidlərdə 1-ci
vəziyyətdə cümlənin sonunda, ikinci vəziyyətdə isə sonda işlənmişdir.
“I am ill” cümləsində “ill” sözü işləndiyi sintaktik konstruksiyada informasiya-
nın daşıyıcısı kimi çıxış etmişdir və cümlənin rema hissəsini təşkil etmişdir. Sözün
tələffüzü zamanı prosodik strukturu əks etdirən akustik göstəricilər aşağıdakı kimi
olmuşdur:
/I/: t=0,09 san; i=78 db; ƏTT=187 hs. (Bax şəkil 2)
Həmin sözün cümlə ortası mövqeyindəki göstəricilərinin (“I am ill today”)
fərqli olduğu müəyyən olunmuşdur:
/I/: t=0,07 san; i=74 db; ƏTT=199 hs.
Birinci vəziyyətdə “ill” sözü fonetik sözün daxilində işlənmişdir (I am ill) və
fonetik sözün bütöv halda formalaşmasını təmin etmişdir. Burada “ill” sözü özündən
əvvəl işlənən vurğusuz sözləri proklitik kimi öz ətrafında birləşdirmişdir. Cümlənin
semantik strukturunda fokus hissə öz ifadəsini məhz bu sözdə tapmışdır. Cümlənin
intonasiya strukturu bu sözün tələffüzündə öz bitkinliyini tapmışdır. Belə bir
cümlənin intonasiya strukturunda çıxış edən “ill” sözünün tələffüzünə xidmət edən
prosodik vasitələr cümlənin ümumi prosodik strukturuna uyğun olaraq dəyişmişdir,
yəni cümlənin sonuna doğru intonasiyanın tədricən zəifləməsi, “ill” sözünün tələf-
füzünə də öz təsirini göstərmişdir və nəticədə, sözün tələffüzündə yaranan gərginlik
və əsas tonun tezliyi zəifləmişdir. Bu da ondan irəli gəlir ki, mövqe ilə bağlı sözün
tələffüzünü təmin edən prosodik vasitələr variasiya olunmuşdur. Oxşar vəziyyət /It
107
isa bus//, /The bus comes//, /The table is black/, /It is a table/ cümlələrinin
tələffüzündə də müşahidə olunmuşdur.
/I am ill// və /I see the man// kimi sintaktik vahidlərin tərkibində işlənən /I/ sözü
bir fonemdən ibarətdir və ayrılıqda heca əmələ gətirmişdir. Söz bütövlükdə sədadan
ibarət olub, əvvəli yüksək ton və intensivliklə başlamış və sona doğru zəifləmişdir.
Fonemin özü diftonq olduğundan, iki seqment elementin vəhdətini əks etdirmişdir.
Bu elementlərin hər biri müxtəlif sait fonemləri təmsil etmişlər. Ona görə də söz kimi
işlənən bu fonemin tələffüzündə ön və son fazaların prosodik strukturları fərqli
olmuşdur.
“cat” /kæt/ və “cap” /kæp/ sözlərinin tələffüzündən əldə edilmiş ossilloqramlar
əsasında prosodik vasitələrdə baş verən dəyişikliklər təhlil olunmuşdur. Bu sözlər bir-
birindən üçüncü seqmentə görə fərqlənmişlər, çünki birinci sözdə koda elementini /t/
samiti, ikincidə isə bunu /p/ samiti təşkil etmişdir. /kæt/ sözündə heca nüvəsini təşkil
edən saitin temporal vəziyyəti t=0,12 san, intensivlik isə 84 db olmuşdur. /kæp/
sözündə bu parametrlərin göstəriciləri müvafiq olaraq t=0,15 san; i=84 db olmuşdur.
Fərqləri həmin sözlərin qrafiklərində də görmək mümkündür (Bax: Qr 7,15).
Həmin sözlərdə çıxış edən /æ/ saitinin formant strukturu da fərqli xüsusiyyətdə
olmuşdur.
/æ/1 (cat) – FI=862 hs; FII=1930 hs;
/æ/2 (cap) – FI=1145 hs; FII=1829 hs.
“Food”, “mood”, “moon” sözlərinin tələffüzlərində onset və coda element-
lərindən asılı olaraq /u:/ saitinin prosodik göstəriciləri fərqli şəkildə reallaşmışdır.
Müqayisədən aydın olmuşdur ki, /m/ və /d/ samitləri arasında /u:/ saiti daha çox
davamlı tələffüz olunmuşdur. Bu fonetik əhatədə onun tələffüzünə 0,24 saniyə vaxt
sərf olunmuşdur. /mood/ sözündə isə /u:/ saitinin temporal göstəricisi 0,25 saniyəyə
çatmışdır. Kar /f/ samitindən sonra /u:/-nun tələffüzünə sərf olunan zaman minimum
səviyyəni təşkil etmişdir (0,08 san.).
Bu sözlərin tələffüzü zamanı danışıq tempində kəskin dəyişiklik olmamışdır.
“Food” sözünə ümumi halda 0,73 saniyə, “mood” sözünə 0,77 saniyə və “moon”
sözünə 0,7 saniyə vaxt sərf olunmuşdur. Bu sözlərin tələffüzündə prosodik vasitə-
108
lərdən hansının necə iştirak etdiyini həmin sözlərin osilloqramlarından da müəyyən
etmək mümkün olmuşdur (Bax: Qr 7,8).
Ayrılıqda müstəqil söz kimi çıxış edən /mood/ sözünün temporal parametri üzrə
göstəricisi həmin sözün /moonlight/ sözünün tərkib elementi kimi çıxış etmiş va-
riantının müvafiq parametrindən çox olmuşdur. Bu fərq 0,4san : 0,28san. nisbətində
özünü göstərmişdir.
İntensivlik göstəricisində isə fərq 80db : 77db nisbətində olmuşdur (Bax: Qr 16).
Çoxhecalı sözlərin strukturlarının müqayisəli təhlilindən aydın olmuşdur ki, söz
daxilində işlənən eyni saitlərin akustik göstəriciləri eyni olmamışdır. Sözü təmsil
edən hecaların prosodik strukturları sözün prosodik strukturu daxilində variasiya
olunmuşdur.
/uncomfortable/ sözünün tələffüzündə əsas tonun tezliyinin maksimum göstəri-
cisi ikinci heca ilə bağlı olmuşdur. Belə bir akustik dəyişiklik intensivlikdə də özünü
göstərmişdir.
Temporal göstəricidəki dəyişiklik başqa formada olmuşdur, yəni bu sözün
tələffüzündə birinci hecanın saitinə daha çox vaxt sərf olunmuşdur. Bu beşhecalı
sözün tələffüzündə hər iki diktorun ifasında üçüncü hecanın saiti reduksiya
olunmuşdur. Həmin sözün əsas tonunun tezliyi, intensivlik və temporal göstəriciləri
müqayisə üçün aşağıda verilmişdir:
ʌ n ´ k ʌ m p f t ə b ə l
I d. t 0,9 0,06 0,07 0,03
ƏTT 140 160 100 80
İ 79 82 77 71
II d. t 0,1 0,08 0,05 0,04
ƏTT 130 162 128 100
İ 67 80 68 60
Əldə edilmiş faktlardan məlum olmuşdur ki, bu sözdə prosodik mərkəz ikinci
hecadadır. Bu heca özündən əvvəlki və sonrakı hecalardan akustik göstəricilərinə
görə fərqlənmişdir. Əsas tonun tezlik qiymətinin maksimum həddi məhz bu hecanın
109
özəyini təşkil edən saitlə bağlıdır.
Sözün birinci və ikinci hecalarında eyni saitin işlənməsinə baxmayaraq ikinci
hecada çıxış edən /ʌ/ saiti ƏTT və İ qiymətlərinə görə 1-ci hecada işlənən /ʌ/-nin
göstəricilərindən yüksək olmuşdur. Bu sözün son iki hecasında da eyni /ə/ saiti
işlənmişdir. Bunların da göstəriciləri fərqlidir. Pənultima kimi çıxış edən heca son
hecadan ƏTT, İ və temporal xüsusiyyətinə görə fərqlənmişdir. Sözdə son mövqedə
işlənən heca, sözə daxil olan digər hecalarla müqayisədə aşağı səviyyədə olmuşdur
(1-ci diktor üçün: t=0,03 san; ƏTT=80 hs; i=71 db; 2-ci diktor üçün t=0,04 san;
ƏTT=100 hs; i=60 db).( Bax: qr 31).
Sözün tələffüzündə ritmə əməl olunmuşdur.
Təhlil göstərir ki,“illimitableness” sözü də beş hecadan ibarət olsa da, onların
prosodik xüsusiyyətləri fərqlənmişdir. Bu fərq həmin sözə daxil olan hecaların
seqment tərkibləri, hecaların kvalitativ xüsusiyyətləri, heca və söz daxilində
fonemlərin kombinator və distributiv xüsusiyyətləri sayəsində baş vermişdir. Bu
çoxhecalı sözün birinci üç hecasının özülünü eyni [i] saiti təşkil etməsinə
baxmayaraq, həmin hecaların hər birinin özünəməxsus prosodik xüsusiyyətləri
olmuşdur. Baş vermiş bu dəyişiklikləri həmin sözün tələffüzü əsasında qurulmuş
qrafiklərdə də görmək mümkündür.
3.3. Azərbaycan dilində sözün prosodik strukturunun özəlliyi və onun
eksperimental təhlili
Azərbaycan dili materialı üzrə sözün formalaşmasında istifadə olunan prosodik
vasitələrin təhlili aşağıda öz sistemli izahını tapmışdır. Əvvəldə qeyd olunduğu kimi
Azərbaycan dilində sözlər müxtəlif fonem tərkibində olurlar. Bu da onların prosodik
strukturuna təsir göstərən faktorlardandır.
Azərbaycan dilində 3-cü şəxsin təkini bildirmək üçün /o/ sözündən istifadə olu-
nur. Bu söz, həm hecadır, həm də müstəqil sait fonemdir. Bir fonemdən ibarət olan
bu sözü diktorlar yüksək ton və intensivliklə başlamış və pik səviyyəsinə yüksələndən
110
sonra sona doğru göstərilən parametrlər tədricən zəifləmişdir. Burada /o/-dan sonra,
hər hansı bir samit işlənmədiyindən tələffüz zamanı səsin son fazası kəsilmir və o,
sonadək fonasiya sönənədək davam etmişdir. Bu da həmin hecanın tam sədalı
tələffüz edildiyini və saf heca olduğunu göstərir.
/o heç bir söz demədi// cümləsində işlənən /o/ sözünün tələffüzündə 0,09 saniyə
vaxtdan, 291 hs ƏTT-dən və 79 db intensivlikdən istifadə olunmuşdur. Başqa bir
cümlədə (/O, quş ovladı//) həmin sözün tələffüzünə 0,4 saniyə vaxt, 296 hs ƏTT, 73
db intensivlik sərf olunmuşdur. Əldə edilən faktlar onu göstərir ki, Azərbaycan
dilində bir saitdən ibarət olan sözün tələffüzündə də prosodik vasitələrdən fərqli
şəkildə istifadə olunmuşdur. Sözün fərqli tələffüzü onun digər mövqelərdəki
variantlarda qarşılaşmasında daha aydın görünür (Bax: Qr 45).
Sait+samit modelli sözlərin tələffüzündə saitin son fazası növbəti samitin ön
fazası ilə kəsilmiş və səslərarası keçid faza yaranmışdır.
Bu məqsədlə “ad”, “at”, “az”, “as” və s. kimi model sözlərin prosodik
strukturları nəzərdən keçirilmiş və təhlil olunmuşdur. Bu sözlərdə heca özəyini təşkil
edən eyni /a/ saiti onların prosodik strukturlarının əsasını təşkil etmişdir. Coda
hissəsinin elementləri /d/, /t/, /z/, /s/ müxtəlif olmuşdur. Bu samit müxtəlifliyi
onlardan əvvəl işləmiş, /a/ saitinin prosodik strukturuna təsir göstərmişdir. Bütün
hallarda həmin sözlərin ossilloqramları əsasında alınmış əsas tonun tezliyini və
intensivliyi əks etdirən qrafiklərdə izomorfluq əks olunsa da, onları bir-birindən
fərqləndirən xüsusiyyətlər də olmuşdur. Bu fərqlər prosodik vasitələrin təsiri ilə
yaranmışdır. Ona görə də həmin sözlərdə prosodik vasitələrin əsas daşıyıcısı kimi
çıxış edən saitləri göstərilmiş ardıcıllıqla nömrələməklə baş vermiş dəyişiklikləri
parametrlər üzrə aşağıdakı kimi əks etdirə bilərik:
a1 a2 a3 a4
t (san) 0,3 0,27 0,26 0,29
ƏTT (hs) 234 224 223 230
İ (db) 77 75 76 75
111
Bu sözlərdə heca özəyini yaradan /a/ saitinin ossilloqramlarında prosodik
dəyiişiklik baş versə də, hamısı üçün xarakterik olan invariant prosodik xüsusiyyət
özünü qoruyub saxlamışdır.
Həmin sözlərin ümumilikdə prosodik göstəriciləri isə aşağıdakı kimi olmuşdur:
ad at az as
t (san) 0,7 0,5 0,56 0,6
ƏTT (hs) 241 224 223 230
İ (db) 74 72 74 72
Həmin sözlərdəki prosodik dəyişiklikəri qrafiklərdə də görmək mümkündür
(Bax: qr 17-19).
/ad / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
/at / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
Time (s)102.7 103.5
-0.5829
0.5962
0
Time (s)
Forma
nt freq
uency
(Hz)
102.7 103.50
10002000300040005000
Time (s)102.7 103.5
Pitch (H
z)
100150200300
50
500
70
Time (s)102.7 103.5
46.84
81.07
Intens
ity (dB
)
112
/az/ sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
\/ as / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
Time (s)103.8 104.4
-0.3322
0.4286
0
Time (s)103.8 104.4
Pitch
(Hz)
100150200300
50
500
70
Time (s)
Forma
nt freq
uency
(Hz)
103.8 104.40
10002000
300040005000
Time (s)103.8 104.4
55.85
77.33
Intensi
ty (dB
)
Time (s)104.9 105.5
-0.3646
0.4314
0
Time (s)104.9 105.5
54.01
78.46
Intensi
ty (dB
)
Time (s)104.9 105.5
Pitch (H
z)
100150200300
50
500
70
Time (s)Forma
nt freq
uency
(Hz)
104.9 105.50
10002000300040005000
113
Təhlil göstərir ki, /ad/ sözü akustik parametrlərin göstəricilərinə görə qeyd
olunmuş digər sözlərdən üstün xüsusiyyəti ilə fərqlənir.
/a/ saitindən sonra kar və ya cingiltili, kipləşən və ya novlu samitin tələffüz
olunması onun son fazasının nisbətən fərqli tələffüzünə səbəb olmuşdur. Qonşu sami-
tin keyfiyyətindən asılı olaraq saitin formant strukturunda da dəyişiklik müşahidə
olunmuşdur. Məsələn, qeyd olunmuş sözlərdə /a/ saitinin formant strukturundakı
dəyişikliklər belə əks olunmuşdur.
FI FII
a1 822 1286
a2 822 1406
a3 862 1406
a4 902 1427 hs.
/a/1 və /a/2-nin FI qiymətləri, /a/2 və /a/3-ün FII qiymətləri eyni səviyyədə qeydə
alınmışdır. /a/4 istər FI -in, istərsə də F2 -nin qiymətlərinə görə yüksək olmuşdur. (ət,
əl, əs, ək; od, ot, ox, il, it, iş və s model sözlər üçün də oxşar prosodik struktur
səciyyəvidir.
“Samit-sait” modelli sözlərdə isə prosodik vasitələrin aktivliyi əvvəlki model
Time (s)105.9 106.8
-0.3312
0.47
0
Time (s)105.9 106.8
Pitch
(Hz)
100150200300
50
500
70
Time (s)105.9 106.8
52.07
77.39
Intens
ity (d
B)
Time (s)Form
ant fre
quenc
y (Hz
)
105.9 106.80
10002000300040005000
114
n ə
sözlərdən onunla fərqlənmişdir ki, bu sözlərdə saitin son fazası tədricən tam
yekunlaşır və sözün tələffüzü ilə bağlı fonasiya sona çatmışdır. Ön fazası isə əvvəldə
işlənən samitin son fazası ilə sərhədlənir, məsələn, “nə” sözündə baş verən bu fonetik
hadisəni aşağıdakı sxem şəklində əks etdirmək olar:
Sonor /n/ samitindən sonra işlənən /ə/ saitinin əsas tonunun tezliyi və intensiv-
liyi yüksək səviyyə ilə başlamışdır. Bu mövqedə sait uzun tələffüz edilmişdir. Bu
təkhecalı sözün prosodik xüsusiyyətlərini “nənə” sözünün tərkib elementləri kimi
çıxış edən 1-ci və 2-ci “nə” (nə+nə) ilə müqayisəsindən bəlli olmuşdur ki, bunların
fonem strukturu eyni olsa da, prosodik xüsusiyyətləri fərqli olmuşdur.
/nə/ ayrıca söz kimi “1” rəqəmi ilə, /nənə/ sözündəki 1-ci “nə” “2”, ikinci “nə”
isə “3” rəqəmi ilə işarələnməklə, onların prosodik struktur xüsusiyyətləri müqayisə
olunmuşdur. Məsələn:
/nə/1 /nə2 + nə3/
T (san) 0,46 0,45 0,65
ƏTT (hs) 214 242 242
İ (db) 70 75 75
Həmin söz və hecalardakı /ə/-nin akustik parametrlərinin göstəricilərini
müqayisə üçün veririk:
/ə/1 /ə/2 /ə/3
T (san) 0,3 0,15 0,2
ƏTT (hs) 222 251 233
İ (db) 72 78 76
FI (hs) 842 802 822
FII (hs) 1950 1709 1930
/nə/ sözü ayrıca işlənərkən onun tələffüzünə /nə+nə/ sözünün tərkib hissələri ilə
müqayisədə maksimum vaxt sərf edilmişdir. ƏTT və İ-yə görə isə o, /ə/2 və /ə/3-ün
115
akustik göstəricilərindən aşağı səviyyədə olmuşdur (Bax: Qr19).
FI və FII qiymətlərinə görə də /ə/1 digər /ə/2 və /ə/3-ün qiymətlərindən yüksək
olmuşdur.
/nənə/ sözünün tərkibində çıxış edən /ə/2 və /ə/3-ün göstəricilərindən məlum
olmuşdur ki, Azərbaycan dilinin aksent strukturuna görə 2-ci hecada çıxış edən /ə/3
vurğulu hecanın nüvəsini təşkil etsə də, akustik parametrlərin (ƏTT və İ) göstəricilə-
rinin maksimum qiymətləri birinci hecada çıxış edən /ə/2 ilə əlaqəli olmuşdur. Bu
modeldə sözün vurğulu hecası, əsasən, temporal göstəriciyə görə fərqlənmişdir.
Birinci vurğusuz vəziyyətdə /ə/-nin qiyməti 0,15 saniyə olduğu halda, vurğulu
vəziyyətdə 0,2 saniyə olmuşdur (Bax: Qr 32).
“samit+sait+samit” strukturlu birhecalı sözlərin prosodik strukturunun əsas
dominantı sait olsa da, əvvəldə və sonda işlənən samitlər də sözün ümumi prosodik
strukturunun formalaşmasında müəyyən rol oynamışlar. Məsələn, təhlil olunmuş
/daş/, /şad/, /köz/, /göz/, /söz/, /baş/, /qaş/, /pas/, /tas/, /siz/, /diz/, /biz/, /kim/, /sir/,
/dam/, /tam/, kəm/, /nəm/, /tək/, /lək/, /təb/, /çən/, /çəp/, /bel/, /tel/, /sel/, /yel/, /boz/,
/qoz/, /toz/, /tum/, /tuş/, /şum/, /qum/, /mum/, /quş/, /bir/, /pir/, /fil/, /düz/, /sıx/,
/mıx/, /bağ/, /boz/, /bel/, /kol/, /qaz/, /saz/, /sap/, /qar/, /nar/, /sim/, /mis/, /dən/, /tən/
və s. bu kimi sözlərin prosodik xüsusiyyətlərinin təhlilindən aydın olmuşdur ki, bu
sözlər müxtəlif fonemlərin sadəcə düzülüşündən ibarət deyil. Bu sözləri əmələ gətir-
mək üçün lazım olan fonemlər dilin sistem qaydaları ilə düzülməklə yanaşı, prosodik
vasitələrin təsiri sayəsində leksik vahidə çevrilmişdir. Bu modelin prosodik
strukturunun invariantını tonun yüksələrək pik vəziyyətinə çatıb, hecanın , sözün
sonuna doğru tədricən enməsi təşkil edir. Digər tərəfdən, sözü təmsil samitləri öz
ətrafında birləşdirən saitin ön və son fazalarında samitlərin xarakterindən asılı olaraq,
dəyişkənlik baş vermişdir. Nümunə üçün /köz/, /göz/, /söz/ sözlərinin
ossilloqramlarını və onların təhlillərini nəzərdən keçirmişik (Bax: Qr 20,21). Hər üç
sözdə /z/ samiti kodanı təşkil edir. Sözlərin onseti isə müxtəlif samitlərdən: /k/, /g/
və /s/ ibarətdir. Sözlərin nüvəsini isə eyni bir sait /ö/ təmsil edir. Həmin sözlərdə /ö/
saitini qeyd olunmuş ardıcıllıqla nömrələyərək, tələffüz zamanı onlarda baş vermiş
dəyişiklikləri nəzərdən keçirək.
116
/ö/1 (köz) /ö/2 (göz) /ö/3 (söz)
I d. T 0,2 0,19 0,17
ƏTT 235 236 237
İ 76 76 74
II d. T 0,2 0,19 0,19
ƏTT 253 227 235
İ 76 75 75
Qeyd olunan saitlərin formant strukturlarındakı dəyişikliklər də aşağıda
göstərilmişdir.
/ö/1 /ö/2 /ö/3
I d. FI 681 560 681
FII 1638 1709 1648
Cingiltili /g/ samitindən sonra /ö/2-nin FI qiyməti /ö/1-in və /ö/3-ün qiymətləri ilə
müqayisədə aşağı olmuşdur. Kar samitlərdən /k/ və /s/ sonra işlənən saitlərdə bu
parametr eyni səviyyədə müəyyənləşmişdir (681 hs). Bunun əksi olaraq, cingiltili /g/
samitindən sonra (göz) işlənən /ö/2 saitinin FII göstəricisi (1709 hs) kar samitlərdən
sonra işlənən (köz, söz) /ö/1 və /ö/3-ün göstəricilərindən yüksək olmuşdur. Deməli,
danışıq prosesində samitin xüsusiyyəti ondan sonra işlənən saitin formant strukturuna
təsir göstərir. İşdə belə bir təhlil də aparılmışdır, yəni eyni fonem tərkibli /şad/ və
/daş/ kimi sözlərdə samitlərin yerinin dəyişməsindən asılı olaraq prosodik
xüsusiyyətlərdə baş vermiş dəyişikliklər yoxlanılmışdır. /şad/ sözü novlu kar samitlə
başlayıb, kipləşən cingiltili /d/ samiti ilə bitmişdir. /daş/ sözündə isə bunun əksi olan
fonetik əhatə forması işlənmişdir, yəni söz cingiltili /d/ samiti ilə başlayıb, novlu kar
samitlə tamamlanmışdır. Bu sözlərdə hecanın mərkəzini eyni bir /a/ saiti təşkil
etmişdir. Bu sözlərin akustik göstəricilərini veririk:
a) /şad/ sözünün akustik göstəriciləri:
I d. t=0,66 san; ƏTT=251 hs; i=73 db.
II d. t=0,5 san; ƏTT=257 hs; i=74 db.
b) /daş/ sözünün akustik göstəriciləri:
117
I d. t=0,45 san; ƏTT=239 hs; i=77 db.
II d. t=0,4 san; ƏTT=230 hs; i=75 db. (Bax Qr 22)
Hər iki diktor /şad/ sözünün tələffüzünə daha çox vaxt sərf etmişdir. ƏTT və İ
parametrləri arasında kəskin fərq müşahidə olunmamışdır.
Həmin sözlərdə samit yerdəyişməsindən asılı olaraq, hecanın əsasını təşkil edən
fonemin formant göstəricilərində yaranmış dəyişikliklər aşağıdakı kimi olmuşdur.
/şad/ sözü üzrə: I d. F1=963 hs; F2=1487 hs.
II d. F1=943 hs; F2=1568 hs.
/daş/ sözü üzrə: I d. F1=842 hs; F2=1507 hs.
II d. F1=862 hs; F2=1447 hs.
/daş/-ın müstəqil söz kimi akustik göstəricilərini, onun /sirdaş/ mürəkkəb sözün-
də ikinci komponent kimi çıxış edən variantının göstəriciləri ilə müqayisəsindən
məlum olmuşdur ki, mürəkkəb sözün ikinci komponenti kimi çıxış edən variantın
tələffüzünə diktorlar daha az vaxt sərf etmişlər (0,3 san). İntensivlik və ton
göstəriciləri /a/ səsinin ön və əsas fazasında yüksək olsa da, son fazada həmin
parametrlərdə enmə baş vermişdir. /daş/ sözünün /Uşaq daş atdı// cümləsinin
tərkibində işlənməsindən alınan ossilloqram da təhlil olunmuşdur. Sintaktik vahidin
elementi kimi çıxış etmiş /daş/ sözünün tələffüzünə əvvəlki iki variantla müqayisədə
az vaxt sərf olunub (0,2 san). ƏTT və intensivlik parametrlərinin göstəricilərinin
qiymətlərində fərq olmamışdır. Sintaktik vahidin elementi kimi çıxış etmiş /daş/ sözü
informasiyanın ötürülməsində dominant olduğundan, akustik cəhətdən qabardılmışdır
(Bax: Qr 23).
Belə bir prosodik dəyişiklik bu cür model digər sözlərdə də təhlil olunmuşdur.
Məsələn, /zid/ və /diz/ sözlərində fonem tərkibi eyni olsa da, onların düzülüşü
fərqlidir. Fərq birinci və üçüncü fonemlərlə bağlıdır. /zid/ birhecalı sözündə heca
novlu, cingiltili /z/ samiti ilə başlamış və kipləşən-partlayışlı, cingiltili /d/ samiti ilə
bitmişdir. Ossilloqramda cingiltili /z/ samitindən sonra ton yüksəlir, pik vəziyyətinə
çatdıqdan sonra yenidən enmə baş verir. Saitin tələffüzü tamamlanmamış sonra
işlənən /d/ samitinin tələffüzünə başlanması, saitin son fazasının samitin tələffüzü ilə
118
kəsilməsinə səbəb olmuşdur. Söz daxilində samitlərin, yəni /d/ və /z/ samitlərinin
yerinin dəyişməsi, həmin sözlərin nəinki fonem düzülüşünə, həm də prosodik
vasitələrin təsir fəallığına görə fərqlənməsinə səbəb olmuşdur.
/diz/ və /zid/ sözlərinin ümumi ossilloqrafik təhlilindən aydın olmuşdur ki, bu
sözlərin temporal göstəriciləri fərqlənir: 0,4 saniyə. ƏTT və intensivlik göstəriciləri
isə dəyişilmişdir. Təhlil göstərir ki, bu dəyşiklik söz əvvəlində kipləşən-partlayışlı və
ya novlu cingiltili samitin işlənməsinin nəticəsidir. Əlbəttə, fərqin yaranmasında
sonda işlənən samitlərin də rolu az deyil.
/diz/ sözü üçün göstəricilər: ƏTT=280 hs; i=74 db.
/zid/ sözü üçün göstəricilər: ƏTT=239 hs; i=67 db.
Deməli, /diz/ sözünün tələffüzündə akustik göstəricilər yüksək olmuşdur. Bu
sözlərin formalaşmasında həlledici rol oynayan /i/ saitinin də akustik parametrlər üzrə
göstəriciləri fərqlənmişdir. Müqayisə üçün göstəriciləri veririk:
/i/ (diz): t=0,06 san; ƏTT=287 hs; i=78 db.
/i/ (zid): t=0,09 san; ƏTT=246 hs; i=78 71.
Təhlil sayəsində /zid/ sözündəki /i/ saitinin birinci sözdəki /i/ saiti ilə müqayi-
sədə aşağı ton tezliyinə və zəif intensivliyə malik olduğu dəqiqləşmişdir. Oxşar
təhlil /lək/ və /kəl/, /sim/ və /mis/ və s. sözlər üzərində də aparılmışdır.
Birhecalı sözlərdən fərqli olaraq, ikihecalı sözlərdə prosodik struktur fərqli
olmuşdur. Məsələn, təhlil olunmuş /nənə/, /tələ/, /xala/, /baba/, /dədə/, /kükü/,
/ütü/, /həvəs/, /səhər/, /tütün/, /bütün/, /bibi/, /sini/, /həkim/, /əkin/, /nanə/, /kəlçə/,
/məktəb/, /badam/, /tozlu/, /uşaq/, /əlcək/, /otaq/, /dolu/, /atlı/, /aşpaz/, /bütün/, /xalça/,
/taxta/ və s. kimi sözlərin əksəriyyətində hər iki hecada eyni sait çıxış etmişdir. Bu da
ikihecalı sözlərdə hecaların tələffüzü ilə bağlı fərqli xüsusiyyətləri müqayisə ilə
dəqiqləşdirməyə imkan vermişdir. Məsələn, /nənə/, /tələ/, /dədə/ sözlərində eyni /ə/
saiti hecadüzəldici kimi çıxış etmişdir. Sözlər və hecalar eyni sayda sait və samitdən
ibarət olmalarına baxmayaraq, onların prosodik strukturları oxşar olmamışdır. Burada
prosodik vasitə kimi çıxış edən vurğunun yeri və onun ifadə xüsusiyyətləri
mübahisəli olmuşdur. Bunun üçün ilk öncə sözlərin prosodik xüsusiyyətlərini
ümumilikdə nəzərdən keçirmiş, sonra isə bu model sözlərdə vurğunun yerindən asılı
119
olaraq sözlərin fonetik strukturlarındakı daxili dəyişikliklər göstərilmişdir. Məsələn:
Bütöv sözlər üçün göstəricilər:
/nənə/ t=0,5 san; ƏTT=249 hs; i=75 db.
/tələ/ t=0,37 san; ƏTT=219 hs; i=74 db.
/dədə/ t=0,39 san; ƏTT=244 hs; i=78 db.
Bunu qrafiklərdən də müəyyən etmək mümkündür (Bax: qr 20, 23).
Müqayisə göstərmişdir ki, /nənə/ sözü temporal və ƏTT göstəricilərinə görə
/tələ/ və /dədə/ sözlərindən fərqlənmişdir. Bu sözlərdə müvafiq göstəricilər aşağı
səviyyədə olmuşdur. Həmin sözlərin daxilində hecalardan hansının prosodik cəhətdən
və hansı prosodik vasitələrin iştirakı ilə nəzərə çarpdırıldığına aydınlıq gətirilmişdir.
Məlum olmuşdur ki, Azərbaycan dilində bu model sözlərdə, əsasən, vurğu 2-ci heca
ilə bağlı olsa da, 1-ci hecalar ƏTT-nə görə yüksək göstəricinin daşıyıcısıdır. Məsələn,
/nənə/ sözünün 1-ci hecasındakı /ə/-nin ƏTT qiyməti 257 hs, 2-ci hecada isə bu
göstərici 236 hs; /dədə/ sözündə bu fərq 256hs : 225hs, /tələ/ sözündə isə bu
göstəricilər 238hs : 185 hs nisbətində olmuşdur. Temporal xüsusiyyətə görə isə 2-ci
hecalarda işlənən /ə/ səsləri fərqlənmişdir, çünki bu mövqedə /ə/ səsləri söz sonunda
açıq hecada işləndikləri üçün onların tələffüzü davamlı olmuş, tələffüzlərinə çox vaxt
sərf olunmuşdur.
Verilmiş sözlərin 1-ci hecasındakı /ə/-ni /ə/1, ikinci hecadakını /ə/2, eləcə də
/dədə/ və /tələ/ sözlərindəki saitləri belə nömrələsək, bu zaman həmin saitlərin tem-
poral xüsusiyyətləri ilə bağlı əldə edilmış göstəriciləri asanlıqla poral xüsusiyyətləri
ilə bağlı əldə edilmiş göstəriciləri müqayisə edib, fərqləri müəyyənləşdirmiş oluruq.
ə1 ə2 ə1 ə2 ə1 ə2
I d. 0,1 0,15 0,08 0,12 0,09 0,16
II d. 0,15 0,2 0,11 0,2 0,1 0,16
Əldə edilən göstəricilərdən aydın olur ki, [ə2] –lərin qiymətləri [ə1] – lərin
qiymətlərindən üstün olmuşdur.
Həmin sait səslərin ƏTT və İ qiymətlərini müqayisə üçün təqdim edirik:
ə1 ə2 ə1 ə2 ə1 ə2
I d. ƏTT 251 233 234 219 236 210
120
İ 78 76 78 75 76 75
II d. ƏTT 257 236 256 225 238 185
İ 75 73 81,6 76 75 73
Əldə edilmiş rəqəmlər onu deməyə əsas vermişdir ki, bu model ikihecalı sözlər-
də birinci hecalar ton və intensivlik parametrlərinə görə maksimum göstəricilərin
daşıyıcılarıdır. İkinci hecaların göstəriciləri 1-ci ilə müqayisədə aşağıdır. Oxşar
prosodik struktur /baba/, /səhər/, /kükü/, /ütü/, /xala/, /bibi/ və s. ikihecalı sözlərdə də
reallığını tapmışdır. Deyilmiş fikri dəqiqləşdirmək məqsədi ilə həmin sözlərin
ossiloqramalarının nəzərdən keçirilməsi məqsədə uyğundur (Bax: Qr 24,25,26).
Beləliklə, biz belə bir qənaətə gəlirik ki, bu fonem strukturlu ikihecalı sözlərdə
prosodik mərkəz birinci heca ilə bağlıdır. Mövcud dilçilik ədəbiyyatında sözün
prosodik strukturu ilə bağlı qeyd olunmuş fikir öz təsdiqini tapmışdır, çünki həmin
fikrin tərəfdarları A.Axundov, Ş.Abdullayev qeyd edirlər ki, Azərbaycan dilində
vurğulu heca tona və intensivliyə görə fərqlənir.
Bəzi hallarda bu vəziyyət dəyişir. Məsələn, /həvəs/ sözü də ikihecalıdır. Bu
sözün akustik parametrlərinin göstəriciləri göstərir ki, 1-ci hecada çıxış edən /ə/1
ƏƏT-nə və intensivliyə görə ikinci hecadakı /ə/2-nin göstəricilərindən aşağıdır.
Məsələn, /həvəs/ sözünün göstəriciləri:
I d. ə1 ə2
ƏTT 216 hs 224 hs
İ 75 db 75 db
II d.
ƏTT 223 hs 266 hs
İ 73 db 77 db.
Azərbaycan dilində ahəng qanununa görə sözün son saitinə əsasən əlavə olunan
şəkilçilərdəki saitlər nizamlanır. Məsələn:
ək, əkin, əkinçi, əkinçilik
süd, südçü, südçülük
nənə, nənələr və s.
121
Azərbaycan dilində sözün fonem və heca tərkiblərinin dəyişməsindən asılı
olaraq onların prosodik strukturları da dəyişmişdir. Bunun üçün /ək/, /süd/ və s.
sözlərin müxtəlif heca tərkibli sözlərin daxilində tələffüzü zamanı prosodik
vasitələrin fəaliyyəti nəzərdən keçirilmişdir. Birinci olaraq ayrıca tələffüz edilmiş /ək/
sözünün prosodik xüsusiyyətlərinə aydınlıq gətirilmişdir: /ək/ sözünün tələffüzünə, 4
saniyə sərf olunmuşdur, ƏTT = 237 hs, i=73 db səviyyəsində qeydə alınmışdır.
Sözün tələffüzü zamanı /ə/ saitinin akustik göstəriciləri də təhlil olunmuşdur:
I d. /ə/ t=0,17 san; ƏTT=236 hs; i=77 db.
II d. /ə/ t=0,1 san; ƏTT=277 hs; i=78 db. (Bax: Qr 27)
Sonra həmin söz /əkin/ düzəltmə sözünün tərkibində təhlilə cəlb olunmuşdur. Bu
strukturda /ək/ sözünün struktur göstəriciləri:
I d. /ə/ t=0,1 san; ƏTT=218 hs; i=73 db.
II d. /ə/ t=0,1 san; ƏTT=292 hs; i=71 db.
Həmin sözün ikinci hecası ƏTT-nə görə 1-ci hecadan yüksək olsa da, intensivlik
göstəricilərinə görə (71 db) aşağı olmuşdur. Sözün temporal strukturu da dəyişikliyə
uğrayıb. Ayrıca tələffüzünə 0,4 saniyə sərf olunduğu halda, /əkin/ sözünün tərkibində
buna 0,3 saniyə, yəni 1-cidən 0,1 saniyə az vaxt sərf edilib (Bax: Qr 27). /əkin/
sözünə növbəti /-çi/ şəkilçisinin artırılması sözün fonem və heca tərkiblərinin
dəyişməsinə səbəb olduğu kimi, prosodik struktur da dəyişmişdir. /əkin/ sözündə
ikinci hecanın, yəni son mövqedə işlənən hecanın saiti kimi çıxış edən /i/ saiti,
/əkinçi/ sözündəki müvafiq sait ilə müqayisədə fərqli tələffüz edilmişdir. /əkin/
sözündə son mövqedə işləndiyi halda, /əkinçi/ sözündə bu penultin hecanın tərkib
hissəsi kimi çıxış etmişdir. Deməli, bu sözdə həmin hecadan sonra daha bir heca /-çi/
işlənmişdir. /əkin/ sözündən fərqli olaraq /əkinçi/ sözündə son hecada ƏTT aşağı
(227 hs) vəziyyətdə olmuşdur. İntensivlik göstəricinə görə isə fərq başqa formada
özünü göstərmişdir, çünki son hecada işlənən /i/ saiti intensivliyə görə özündən əvvəl
işlənən eyni keyfiyyətli /i/ saitinin intensivliyindən üstün olmuşdur.
Sözlərin tələffüzündən əldə edilən ossiloqramlardan məlum olmuşdur ki, 2-ci
diktorun tələffüzündə bu, fərqli halda özünü göstərmişdir. /əkin/ sözünün tələffüzünə
ayrılıqda 0,6 san sərf olunduğu halda, /əkinçi/ sözünün tərkibində bu göstərici 0,4
122
saniyəyə bərabər olmuşdur. Bu sözün tərkibində /ək/ sözü 0,2 saniyədə
reallaşmışdır. /əkinçi/ sözünə yeni bir /-lik/ suffiksi əlavə edildikdə /əkinçilik/ sözü
formalaşmışdır. Qeyd edilmiş /əkin/, /əkinçi/ və /əkinçilik/ sözlərinin təhlili sayəsində
belə demək olar ki, əsas tonun tezliyinə görə 2-ci heca dominant əlamət kimi çıxış
etmişdir. Bu dəyişikliyi dəqiqləşdirmək məqsədilə /əkinçilik/ sözünün tələffüzü
zamanı saitlərin tələffüzündə prosodik vasitələrdən hansının üstünlük təşkil etdiyi
yoxlanılmışdır. Yoxlamanın və təhlilin nəticələri aşağıda əks olunmuşdur:
I d. ə k i n ç i l i k
t 0,02 0,7 0,6 0,1 san.
ƏTT 227 235 235 220 hs.
İ 75 68 66 70 db.
II d. t 0,05 0,04 0,04 0,08 san.
ƏTT 235 254 235 217 hs.
İ 68 71 65 71 db.
Sözün tələffüzündə əsas tonun tezliyi parametri hər iki diktorda 2-ci heca ilə,
intensivlik parametri isə birinci diktorda 1-ci, ikinci diktorda 2-ci heca ilə əlaqəli
olmuşdur temporal parametrin göstəricilərinə görə hər iki diktorun tələffüzündə son
hecanın saiti fərqlənmişdir (Bax: Qr. 28). Son hecadakı saitin tələffüzünə, ondan
əvvəlki hecanın eynicinsli saiti (/i/) ilə müqayisədə çox vaxt sərf olunmuşdur.
/əkinçilik/ sözünün tərkibində /ək/, /əkin, /kinçi/ kimi çıxış edən hissələrin dildə
işlənən müstəqil variantlarının temporal və ritm kimi prosodik vasitələri ilə müqayisə
olunmuşdur. Məsələn, /əkinçilik/ sözünün kök hissəsinin /ək/ tələffüzünə 1-ci diktor
0,02 san, 2-ci diktor isə 0,05 san. sərf etdikləri halda, /ək/-in müstəqil söz kimi
işlənən variantının tələffüzünə hər iki diktor 0,4 san (əvvəlkindən 2 dəfədən də çox)
vaxt sərf etmişdir.
Müstəqil söz kimi /əkin/ sözünü 1-ci diktor 0,3 saniyədə, 2-ci diktor 0,6
saniyədə, tərkib hissəsi kimi variantını 1-ci diktor 0,4, 2-ci diktor 0,32 saniyədə
tələffüz etmişdir.
/əkinçi/ sözünün tələffüzünə 1-ci diktor 0,8, 2-ci diktor 0,6 saniyə; tərkib hissəsi
123
kimi variantına 1-ci diktor 0,6, 2-ci diktor 0,5 saniyə vaxt sərf etmişdir. Deməli, hər
hansı bir sözün müstəqil işləndiyi variantı ilə onun başqa sözün tərkib hissəsi kimi
çıxış edən variantının temporal strukturları fərqli olmuşdur. Müstəqil leksik vahid
kimi işlənən variantın tələffüzünə daha çox vaxt tələb olunmuşdur.
Oxşar vəziyyət təhlil olunmuş digər sözlərdə də müşahidə olunmuşdur. Məs.:
dam – badam – badamlı; toz – tozlu; daş – sirdaş – qardaş; nə – nənə; quş – quşçu –
quşçuluq və s.
Təhlil olunmuş müstəqil /dam/ sözünün prosodik strukturu /badam/ və /badamlı/
sözlərində tərkib hissə kimi işlənən variantlarının prosodik strukturlarına münasibət
parametrlər üzrə aşağıdakı kimi əks olunmuşdur:
dam (ba)dam (ba)dam(lı)
t 0,5 0,3 0,2 san.
ƏTT 228 232 226 hs.
İ 74 77 76 db.
/dam/ sözünün tərkib hissəsi kimi çıxış etmiş sözlərdə hecaların sayı artdıqca,
temporal parametrin göstəricilərində azalma baş vermişdir.
ƏTT və intensivlik parametrlərinin maksimum göstəriciləri /(ba)dam/ sözündə
tərkib hissəsi kimi çıxış etmiş heca ilə bağlı olmuşdur.
Həmin sözlərdə eyni hecalarda çıxış edən eyni /a/ saitini /a/1, /a/2 və /a/3 kimi
işarələməklə onların tələffüzündə prosodik vasitələrin fəallığı dəqiqləşdirilmişdir:
/a/1 /a/2 /a/3
I d. t 0,13 0,1 0,07 san.
ƏTT 241 235 224 hs.
İ 77 77 75 db.
II d. t 0,15 0,08 0,07 san.
ƏTT 223 222 213 hs.
İ 79 79 76 db. (Bax: Qr 29, 30).
Qrafiklər əsasında aparılmış hesablamalar göstərmişdir ki, söz müstəqil leksik
vahid kimi işləndikdə özünə xas prosodik strukturu daşıyır, lakin başqa dil vahidinin
124
tərkib hissəsi kimi çıxış etdikdə daxil olduğu vahidin prosodik strukturu daxilində
fəaliyyət göstərir və tərkibində işləndiyi vahidin strukturundan və bu strukturdakı
mövqeyindən asılı olaraq onun ifadəsinə xidmət göstərən prosodik vasitələrin təsir
xüsusiyyətləri dəyişmişdir.
/əkinçilik/, /südçülük/, /tütünçülük/ və s. kimi model sözlərin qurulmasında və
tələffüzündə dilin ritmik strukturuna əmək olunmuşdur, yəni sözlərə əlavə olunan
suffikslərin saitləri keyfiyyətcə sözün son saitinin ahənginə uyğunlaşmışdır. Məsələn,
/südçülük/ sözünün kök saiti incə, dodaqlanan sait olduğundan, ona əlavə olunan
şəkilçilərdə də bu ahəng gözlənilmişdir və dildə mövcud olan bu qanunauyğunluq
müəyyən prosodik vasitələrin norma ilə tənzimlənən təsiri sayəsində reallaşmışdır.
Qeyd olunmuş söz üç hecadan ibarətdir, bu hecaların özəyində eyni bir /ü/ saiti durur.
Bu hecalar öz keyfiyyətlərinə və fonem strukturlarına görə fərqlidirlər. Birinci və
üçüncü heca qapalı, ikinci heca isə açıqdır. Hecanı yaradan saitlər müxtəlif xüsusiy-
yətli samitlərlə əhatə olunmuşdur. Şübhəsiz ki, fonetik əhatənin müxtəlifliyi onların
tələffüzünə qarşılıqlı təsir göstərmiş və bu da danışıq aktında müxtəlif prosodik
vasitələrlərin fərqli göstəriciləri ilə reallaşmışdır (Bax: Qr 59).
Sözün prosodik strukturunda baş verən dəyişiklikləri üzə çıxarmaq üçün işdə
olan təhlil materiallarından çıxış etməklə /ü/ foneminin tələffüzü üçün orta riyazi
qiymət hesablanmışdır. Hesablamalara əsasən material üzrə /ü/ səsinin akustik
parametrlərinin orta riyazi qiymətləri aşağıdakı kimi olmuşdur:
t ƏTT İ
I d. 0,1 san. 241,1 hs. 71 db.
II d. 0,7 san. 247,2 hs. 70 db.
Əldə edilmiş bu göstəriciləri /ü/ foneminin invariant göstəriciləri kimi qəbul
edərək, bu səsin işləndiyi /süd/, /südçü/, /südçülük/, /tütün/, /bütün/, /kükü/, /ütü/ və s.
sözlərin prosodik strukturlarında baş vermiş dəyişikliklərə aydınlıq gətirilmişdir.
/südçülük/ sözündəki /ü/ səslərini, ardıcıllıq halında /ü/1, /ü/2 və /ü/3; orta
qiymətin daşıyıcısı /ü/o kimi nömrələnmiş və prosodik dəyişiklikləri əks etdirən
faktlar müəyyənləşdirilmişdir. Bu da müqayisələr etməyə imkan vermişdir. Akustik
parametrlərin təhlilindən əldə edilən göstəricilər aşağıda verilmişdir.
125
Temporal xüsusiyyətlərin göstəriciləri (saniyələrlə):
/ü/o /ü/1 /ü/2 /ü/3
I d. 0,1 0,09 0,08 0,16
II d. 0,07 0,06 0,03 0,1
ƏTT xüsusiyyətlərinin göstəriciləri (herslə):
/ü/o /ü/1 /ü/2 /ü/3
I d. 241,1 247 250 226
II d. 247,2 258 268 221
İntensivlik parametrləri üzrə göstəricilər (db.-lə):
/ü/o /ü/1 /ü/2 /ü/3
I d. 71 70 68 71
II d. 70 71 71 75
Təhlil göstəricilərindən aydın olur ki, sözü təmsil edən hər üç hecanın nüvəsi
eyni sait olsa da, onların tələffüzündə prosodik vasitələrin rolu müxtəlifdir. Şübhəsiz
ki, burada hecaya daxil olan samitlərin də rolu danılmazdır. Hecanın fonetik strukturu
və söz daxilindəki mövqeyi onun ifadə olunmasına təsir göstərmişdir. Temporal
xüsusiyyətlərə görə hər iki diktorun ifasında yalnız son heca orta temporal
göstəricidən yüksək olmuşdur. /ü/1 və /ü/2-nin qiymətləri orta qiymətdən aşağı
olmuşdur. ƏTT-yə görə isə 1-ci diktorun ifasında ü/2-nin qiyməti orta göstəriciyə
nisbətən yüksək, /u/1 və /ü/3-ün göstəriciləri isə aşağı səviyyədə olmuşdur. 2-ci
diktorun ifasında isə əsas tonun tezliyi /ü/2-də pik vəziyyətə çatmışdır.
Bu sözün tələffüzündə melodik mərkəz hər iki diktor üçün 2-ci hecada mərkəz-
ləşmişdir. Hər iki diktor son hecanı minimum ton yüksəkliyi ilə tələffüz etmişdir.
ƏTT-dən fərqli olaraq intensivlik parametrinə görə üçüncü, son heca fərqlənmişdir.
Fakta əsaslanaraq belə bir fikir söyləmək olar ki, Azərbaycan dilində sözün prosodik
strukturunda ƏTT və İ parametrlərinin maksimum göstəriciləri eyni heca ilə deyil,
126
müxtəlif hecalarla əlaqələnmişdir. Ayrılıqda tələffüz edilmiş /süd/ sözünün tələffü-
zünün, /südçülük/ sözünün kökünü təşkil edən /süd/-lə müqayisəsi, onların fərqli
prosodik xüsusiyyətlərə malik olduğunu bildirmişdir. Müstəqil söz kimi /süd/ün
akustik parametrlərinin göstəriciləri aşağıda verilmişdir:
I d. t=0,2 san; ƏTT=239 hs; i=72 db;
II d. t=0,07 san; ƏTT=255 hs; i=73 db.
Ayrılıqda tələffüz edilmiş /süd/ sözünün prosodik strukturu cümlə daxilində
işləndiyi vəziyyətdəki strukturu ilə müqayisə olunmuşdur. Bir daha təsdiq olun-
muşdur ki, cümlə strukturuna daxil olan söz nəinki semantik, sintaktik xüsusiyyət-
lərinə görə, həm də prosodik xüsusiyyətlərinə görə cümləyə daxil olan digər sözlərlə
əlaqəyə girir (Bax: şəkil Qr 30). Bu, həmin sözün mənasını və funksional
xüsusiyyətlərini müəyyənləşdirdiyi kimi, onun prosodik strukturunun formalaşmasına
da təsir göstərmişdir. /Nənə uşağa süd verdi// cümləsində işlənən /süd/ sözünün
funksional xüsusiyyəti bəllidir. O, xəbərlə sintaktik əlaqədə olmaqla obyekt kimi
çıxış etmiş və aktual üzvlənməyə görə cümlədə fokus nöqtəni təmsil etmişdir. Cümlə
daxilində işlənən /süd/ sözünə orta göstərici ilə müqayisədə az vaxt sərf olunmuş,
ƏTT də aşağı səviyyədə olmuşdur. İntensivlik göstəricisi orta qiymətə uyğun
olmuşdur (Bax: Qr 32). Həmin cümlədə işlənən /nənə/ sözünün də prosodik
göstəriciləri onun ayrılıqda tələffüz edilmiş variantının göstəriciləri ilə müqayisə
edilmişdir. Qeyd edək ki, burada da oxşar vəziyyət alınmışdır. /Nənə/ sözünün ayrıca
tələffüzünü əks etdirən göstəricilər:
t=0,5 san; ƏTT=249 hs; i=73 db.
Həmin sözün /Nənə uşağa süd verdi// cümləsindəki variantının tələffüzünü əks
etdirən göstəricilər:
t=0,38 san; ƏTT=272 hs; i=75 db.
Cümlə daxilində /nənə/ sözünün ikinci hecasının yüksək tona malik olması
(ə1=242 hs; ə2= 322 hs) onun cümlədəki mövqeyi ilə bağlı hadisədir. Bu, cümlədə
tema kimi çıxış edən /nənə/ sözündən sonra əlavə bir cümlə üzvünün işlənməsi, fikrin
bitmədiyini göstərmişdir.
Fərqli prosodik xüsusiyyət /kükü/, /ütü/, /bütün/, /tütün/ və s. kimi model
127
sözlərin də tələffüzündə müşahidə edilmişdir. Birinci diktorun ifasında /ütü/ sözündə
birinci /ü/ reduksiya olunmuşdur. /kükü/ sözündə eyni /k/ samitindən sonra işlənən /ü/
saiti ƏTT-nə görə müxtəlif tezlikdə qeydə alınmışdır. Bu ikihecalı sözdə də 1-ci heca
tonun səviyyəsinə görə maksimum səviyyəyə çatmışdır. Temporal parametrə dair
göstəricilər isə bunun əksini göstərmişdir. Birinci /ü/ səsi 0,05, 2-ci isə 0,25 saniyəyə
reallaşmışdır. Bu fakt /ütü/ sözündə də müşahidə olunmuşdur. Hər iki heca açıq olsa
da, birinci bir fonemdən /ü/, ikinci isə iki fonemin birləşməsində /tü/ ibarətdir. Birinci
heca ilə ikinci hecanın qovuşuğunda ikinci hecanın önündə işlənən /t/ samiti
işləndiyindən birinci /ü/-nün son fazası ondan sonra tələffüz edilmiş /t/ samitinin ön
fazası ilə üst-üstə düşdüyündən, birinci /ü/ saiti temporal xüsusiyyətinə görə ikinci
eynicinsli saitdən az olmuşdur.
Eksperimental təhlil vasitəsi ilə Azərbaycan dili ilə bağlı digər bir dil hadisəsinə
də aydınlıq gətirilmişdir. Bu hadisə Azərbaycan dilində sonu cingiltili samitlərlə bağlı
sözlərin tələffüz xüsusiyyətləri ilə əlaqəlidir. Sonu cingiltili samitlərlə bitən /süd/,
/göz/, /şad/, /dız/, /sız/, /köz/, /söz/, /boz/, /qoz/, /toz/, /poz/, /bağ/, /dağ/, /qəlb/, /ad/,
/az/, /təb/, /həb/, /dib/ və s. və s kimi oxşar sözlərin tələffüzündə cingiltili samitlər
üçün xarakterik olan osilloqrafik görüntü öz əksini tapmamışdır. Həmin sözlərə sait
və sonor samitli şəkilçilərin artırılmış vəziyyətdəki ossilloqrafik görüntüsü
dəyişmişdir. Bu mövqe cingiltili samitlər üçün güclü mövqe hesab edildiyindən,
cingiltililiklə bağlı bütün xüsusiyyət tam şəkildə əks olunmuşdur. Bunun üçün /toz/
və /tozlu/ sözlərində /z/ samitinin ossilloqramını müqayisə etmək kifayətdir. /tozlu
sözündə /z/ samiti tam cingiltili səs kimi tələffüz edilmişdir. Belə tələffüz formasının
reallaşması həmin səsdən əvvəl və sonra işlənən samitlərin xüsusiyyətləri ilə
tənzimlənmişdir (Bax: Qr.64, 65). /şad/ və /daş/ sözlərinin təhlili zamanı /ş/ samiti
sözün əvvəlində sait qarşısında zəif küyü ilə fərqləndiyi halda, sonda, saitdən sonra
küyün yüksək səviyyədə olması ilə nəzərə çarpmışdır.
/daş/ sözündə isə /d/ samitinin tələffüzündə yaranan partlayışdan sonra
intensivliyi əks etdirən amplitudaların sıfır xəttindən aralanması tədricən artır. Sözün
sonunda saitin tələffüzü üçün yaranan ton güclü küyü əks etdirən ossilloqrafik
görüntü ilə əvəz edilmişdir.
128
Azərbaycan dilində cingiltili samitlərdən sonra tələffüz edilmiş saitlərin əsas
tonunun tezlik qiymətinin kar samitlərdən əvvəlki vəziyyəti ilə müqayisədə yüksək
olduğu osilloqramlarda da müşahidə olunmuşdur. /dam/, /toz/, /tel/,/boz/, /bel/, /qoz/,
/tam/ və s. kimi sözlərin ossilloqramlarında bu variativ xüsusiyyət tam aydınlığı ilə
ifadə olunmuşdur (Bax: Qr.29, 32, 33, 34).
3.4. Müxtəlifsistemli dillərdə söz prosodikasının oxşar və fərqli
xüsusiyyətləri
Dünya xalqlarına ünsiyyət vasitəsi kimi xidmət göstərən dillər sistem baxımın-
dan yalnız leksik-qrammatik xüsusiyyətlərinə görə deyil, prosodik struktur xüsusiy-
yətlərinə görə də təsnif olunurlar. Mövcud dillər arasında prosodik xüsusiyyətlərə
görə oxşarlıqlar olsa da, onların hər birini xarakterizə edən, onu digər dillərdən
fərqləndirən özəl xüsusiyyətləri də olur. İngilis və Azərbaycan dillərində söz
vurğusunun olması və vurğu hadisəsinin canlı danışıq aktı ilə bağlı olması, vurğulu
hecanın vurğusuzdan akustik parametrlərə (ton, intensivlik, zaman, temp və s.) görə
fərqlənməsi hər iki dil üçün oxşar hadisə hesab edilsə də, parametrlərin aktivliyi heç
də eyni vəziyyətdə olmamışdır. İngilis dilindən sistem və struktur baxımından fərqli
olan Azərbaycan dilində iki və daha artıq hecası olan sözlərdə hecalardan biri digəri
ilə müqayisədə tələffüz prosesində fərqləndirilir, daha doğrusu, müqayisə olunan
dillərin birində vurğulu heca daha çox enerji sərf olunmaqla, yüksək ton tezliyin də
tələffüz olunduğu halda, digərində bu başqa formada öz ifadəsini tapmışdır. Məs.:
İngilis dilində: Azərbaycan dilində
/´teibl/ /löv´hə/
/´sistə/ /ba´cı/
/´wumən/ /qa´dın/
/´dɔktə/ /həkim/
/´mju:zık/ /musi´qi/ və s.
Hər iki dildə sözlərə daxil olan hecalardan birinin digəri ilə müqayisədə melodik
129
və intensivlik xüsusiyyətlərinə görə fərqləndirilməsi oxşar hadisə olsa da, bunun
sözün prosodik strukturunda hansı heca ilə bağlı olması və vurğunun hansı prosodik
vasitələrlə nəzərə çarpdırılması fərqli olmuşdur.
Bu model sözlərdə vurğunun ingilis dilində əsasən, birinci heca ilə bağlı olduğu
halda, Azərbaycan dilində bu, ikinci heca ilə bağlıdır. Söz daxilində vurğulu hecanın
yerinin eyni olmaması həmin sözlərin fərqli prosodik strukturlara malik olmalarına
səbəb olmuşdur. Hesab edirik ki, dildə norma olan hər hansı bir hadisə (vahid), nitqdə
də özünü norma kimi göstərir. Ona görə də ingilis və Azərbaycan dillərinin
normalarına əsasən, onlar prosodik strukturlarına görə fərqlənmişlər. Bu dillər
vurğunun ifadə xüsusiyyətlərinə görə də fərqlənir. İngilis dilində vurğunun
reallaşmasında intensivlik dominant komponent olduğu halda, Azərbaycan dilində
bu, əsasən, melodik komponentlə bağlı hadisədir. İngilis dilində vurğu altında olan
qısa sait vurğusuz olan qısa saitdən müəyyən uzunluğu ilə fərqlənir. Həmin
xüsusiyyət Azərbaycan dilində də öz əksini tapmışdır. Saitin uzunluğunun fonoloji
rol oynadığı dillərdə söz vurğusunun yalnız saitin uzanması ilə xarakterizə olunması
qeyri-mümkündür. Bu dillərdə də saitin vurğu ilə əlaqədar olaraq uzanması ikinci
dərəcəli əlamət kimi qeydə alınmışdır. Bu mənada Ş.M.Abdullayevin irəli sürdüyü
fikir maraq doğurur. O qeyd etmişdir ki, Azərbaycan dilində vurğu altında olan sait
maksimum uzana bilir. Vurğu altına düşən saitin maksimum uzanması sözün
semantikasını dəyişmir. Vurğu altında olan saitin tələb olunan uzunluğunu
qısaltdıqda isə söz öz mənasını itirir [3, s.80].
“Azərbaycan dilində həm vurğulu, həm də vurğusuz saitlərin maksimum
uzadılması nə danışan, nə də dinləyən tərəfindən hiss olunur. Tərkibində uzun sait
olan ərəb və fars mənşəli sözlərdə isə bu özünü başqa formada göstərmişdir (mədəni
– mədəni). Azərbaycan dilində elə konstruksiyalar işlənir ki, onlarda suallıq sual
şəkilçisi qəbul etmədən də sözün son hecasının tərkibindəki saitin uzadılması ilə
düzəlir (məs.: Gəlir, Gəlir? və s.)” [3, s.80].
Dildə hecanın özəyinin saitlə yarandığı və prosodik vasitələrin məhz bu
seqmentlə bağlı olduğu, dildə açıq və qapalı hecaların mövcudluğu universal hadisə
kimi hər iki dil üçün səciyyəvi fonetik hadisə kimi dəqiqləşdirilmişdir.
130
İngilis dilində Azərbaycan dilində
Açıq Qapalı Açıq Qapalı/hi:/ gʊd /su/ /an/
/i:/ /haʊs/ /bu/ /əl/
/tu:/ /bʊk/ /nə/ /on/
/kau/ wɔ:k/ /ba+ba/ /da+sız/
/ɔ:də/ və s. /ü+/tü/ /it/ və s.
Dilin leksik sistemini təşkil edən sözlər dilin digər vahidləri ilə müqayisədə
onlardan həm morfoloji, həm sintaktik, həm semantik, həm də prosodik səviyyədə
fərqlənmişlər. Məsələn:
[faiə] – [atə]
Bu sözlər hər iki dildə kontekstdən asılı olaraq, əmr formasında sintaktik vahid
funksiyasını daşıyır və bu halda onun prosodik strukturu leksik-morfoloji vahid kimi
işləndiyi variantının prosodik strukturundan fərqlənir. Bu fonetik dəyişiklik eksperi-
mental materialın təhlilində də özünü göstərmişdir. Cümlənin ümumi mənası tərki-
bindəki sözlərin ayrı-ayrılıqda mənasına əsaslanmır, cümlədə sözlər fikrin ifadəsinə
uyğun sintaktik semantik qaydalar əsasında əlaqələnir və bu prosesdə hər bir sözün
konkret mənası müəyyən olunur. Lakin dildə belə bir fakt da mövcuddur ki, dil heç
də hər yerdə qanunla tənzimlənmir, xüsusən də canlı danışıq aktında. Yazılı dildə
normalar dəqiqdir və buna riayət olunması tələb olunur, şifahi dildə isə normalılıq
aşağı səviyyədədir, yəni dilin qanunlarının tətbiqində fleksibellik yaranır. Bu
baxımdan deyə bilərik ki, Azərbaycan dilçiliyində yazılı dilin normaları ilə
müqayisədə şifahi dilin normalarının tədqiqinə az əhəmiyyət verilmişdir.
Dildə intonasiyanı prosodikanın tərkib hissəsi kimi qəbul edən Ferdinand de
Sössür qeyd etmişdir ki, vurğu intonasiya ilə həmişə qarşılıqlı əlaqədə olmur, lakin
onların bir-birinə qarşılıqlı təsiri olur, yəni intonasiya vurğuya, vurğu da öz növbə-
sində intonasiyaya təsir göstərir[123, s.599]. F.Sössürə görə,“prosodiya nitqin metrik
cəhətdən daşıdığı əlavə xüsusiyyətdir”. Burada o, uzunluq və kəmiyyəti nəzərdə
131
tutmuşdur.
Hansı vahidə (heca, söz, söz birləşməsi, cümlə və s.) aid olmasından asılı olaraq
prosodik vasitələrin kommunikativ prosesdəki rolu dəyişkən xarakterli olmuşdur.
Belə bir fonetik dəyişiklik həm ingilis, həm də Azərbaycan dillərində müşahidə
olunmuşdur. Canlı danışıq aktında bəzən vurğusuz sözlər kontekst və situasiyadan
asılı olaraq, vurğu üçün xarakterik xüsusiyyətləri öz üzərinə götürmüşdür.
Hər bir dildə, o cümlədən ingilis və Azərbaycan dillərində adresantın kimliyinin,
ifadə olunanın mahiyyətinin müəyyənləşdirilməsi prosodik vasitələrlə mümkün
olmuşdur. Hər iki dildə (ingilis və Azərbaycan ) müəyyən bir dil vahidinin tanınması
üçün lazım olan fonemlərin ardıcıl düzülüşü kifayət deyil, bunun üçün əlavə prosodik
vasitələrin də olmasına ehtiyac duyulur. Müqayisə olunan ingilis və Azərbaycan
dillərində prosodik vasitələr yazılı dillə deyil, canlı danışıqla bağlı hadisə olduğu
müəyyənləşmişdir. Hər iki dildə prosodik vasitələrin əsas daşıyıcısı saitlər, bəzi
hallarda isə sonor samitlər olduğu dəqiqləşdirilmişdir. Sözün formalaşmasında proso-
dik vasitələrdən hansının fəal olması və bunun əsasında nəyin durduğu məsələsinə
eksperiment materialının təhlili sayəsində aydınlıq gətirilmişdir. Sözdə vurğulu və
vurğusuz hecanın tələffüzünün hansı akustik parametrlərin sayəsində reallaşdığı
dissertasiya işində öz həllini tapmışdır. Əlbəttə, bu parametrlərin heç də bütün
dillərdə eyni təsir dairəsinə malik olmadığı da aşkarlanmışdır. İngilis və Azərbaycan
dillərində sözlərin tələffüzü prosesində əsas tonun tezliyi, intensivlik və temporal
parametrlərin fəallığı, onlardan hansının daha çox dominant təbiətə malik olduğu
müəyyən edilmişdir. Dildə sözün ayrılıqda və yaxud mürəkkəb söz və cümlə
tərkibində işlənərkən prosodik strukturda, bu strukturun reallaşmasında prosodik
vasitələrin yaranması və tətbiqi ilə bağlı yaranan dəyişikliklərin hər iki dil üçün
səciyyəvi olduğu aşkar edilmişdir.
Məlum olmuşdur ki, söz danışıq aktında heç də həmişə eyni prosodik strukturda
olmur. İngilis və Azərbaycan dillərinin təhlili göstərmişdir ki, bu strukturun daşıyı-
cıları sözün işlənmə yerindən, kontekst və situasiyadan, danışanın koqnitiv hazırlı-
ğından asılı olaraq dəyişkən olmuşdur. Hər iki dildə sözün prosodik strukturunun
dəyişməsi onun tərkib komponentlərindən birinin bu və ya digər dərəcədə zəifləməsi
132
nəticəsində baş vermişdir.
Danışıq aktında istifadə olunan hər bir cümlədə informativlik baxımından yeni
kimi çıxış edən sözün cümlənin sonunda işlənməsi ingilis və Azərbaycan dillərinin
norma ilə müəyyən edilmiş qaydalarına uyğun gəldiyi bəlli olmuşdur. Hər iki dilin
materialı üzrə sözün akustik xüsusiyyətləri ayrılıqda və cümlə daxilində təhlil
olunmuşdur. Bu dillər üçün nəqli cümlədə bitkinlik intonasiyasının xarakterik olması,
həmin cümlələrdə son mövqedə işlənən sözlərin prosodik xüsusiyyətlərinə də oxşar
səviyyədə təsir göstərmişdir. Bu mövqedə sözlər tonun və intensivliyin göstəricilərinə
görə fərqlənməmişdir. Tonun səviyyəsində sözün sonuna doğru enmə baş vermişdir.
Təhlil olunmuş /I am at home//, /I am ill//, /I am at home today// və /I am ill today//
kimi cümlələrdə eyni “home” və “ill” sözlərindən hər biri təkrar işlənmişdir, lakin
bu sözlərin cümlədəki mövqeyi müxtəlif olmuşdur. Birinci vəziyyətdə “home” və
“ill” sözləri informativlik baxımından yeninin ifadəsinə xidmət etmişdir. İkinci
vəziyyətdə həmin sözlər sonda işlənmiş “today” sözündən əvvəl işlənmişdir.
İnformativlik baxımından burada “today” sözü həlledici olmuşdur. Deməli, “home”
sözü cümlədə predikat qrupuna daxil olsa da, temanın ifadəsinə xidmət etmişdir.
Mövqedən asılı olaraq, “home” sözünün akustik parametrlərində baş verən
dəyişiklikləri müqayisə üçün təqdim edirik.
a) “home” sözü cümlə sonu mövqedə: /houm/
/oʊ/1 – t=0,18 san; ƏTT=136 hs; i=77 db;
b) “home” /houm/ sözü cümlə ortası mövqedə:
/oʊ/2 – t=0,1 san; ƏTT=161 hs; i=76 db.
Birinci vəziyyətdə /oʊ/1 tələffüzündə ön fazada intensivlik daha yüksək
olmuşdur: 80 db. Son fazadakı göstərici aşağı səviyyədə olmuşdur: 77 db. ƏTT üzrə
göstəricilərdə uyğun istiqamət özünü göstərmişdir:
/oʊ/1 – 136,7 hs.
/oʊ/2 – 161 hs.
Problemə belə koqnitiv yanaşma bizə prosodika ilə bağlı modifikasiyaların
mümkünlüyünü daha aydın şəkildə ortaya çıxarmağa və lazımi hallarda düzgün
şəkildə işlətməyə əsas vermişdir. Elə buna görə də biz U.Çeyfin irəli sürdüyü fikirlə
133
tam razılaşa bilmərik, çünki onun fikrincə, “cümlə daxilində sözün prosodik strukturu
onun informativliyi ilə bağlıdır”.
“The box was empty” cümləsində “was empty” yeni informasiyanın daşıyıcı-
sıdır. Həmin vahid cümlədə yüksək aksent və yüksək ton səviyyəsi ilə fərqlənir” [130,
s.242]. Aparılmış təhlillər göstərir ki, bu fikir heç də həmişə özünü doğrultmamışdır.
Oxşar göstəricilərə Azərbaycan dili materiallarının da təhlilində rast gəlinmişdir.
Məs.: /uşaq/, /Uşaq daş atdı//, /Nənə uşağa süd verdi//; /quş/, /bayquş/, /Quş
uçdu//, /O, quş ovladı// və s. kimi söz və cümlələrin təhlilində prosodik vasitələrin
variativliyi daha aydın ifadə olunmuşdur. Hətta belə bir fakt çoxhecalı sözlərin
tələffüzündə də nəzərə çarpmışdır. İngilis və Azərbaycan dillərində sözlərin prosodik
strukturlarının dəyişməsi, həmin sözlərin vurğulu hecalarında çıxış edən saitlərin
formant strukturlarına da təsir göstərmişdir.
Ayrıca tələffüz edilmiş /quş/ sözündəki saiti /u/1, /bayquş/ özünün ikinci tərəfi
kimi çıxış edən /quş/ sözündəki saiti /u/2, /Quş uçdu// cümləsindəki /quş/ sözündə
işlənən saiti /u/3, /o, quş ovladı// cümləsindəki /quş/ sözündəki saiti də /u/4 adlan-
dırsaq, tələffüz zamanı onların formant strukturlarında baş verən dəyişiklikləri belə
əks etdirərik:
/u/1 /u/2 /u/3 /u/4
I diktor F1 439 439 439 479
F2 1104 1326 1124 1366
II diktor F1 520 459 379 359
F2 1265 1406 1326 1326
Eyni fonetik əhatədə işlənən /u/ saitlərinin F1 göstəriciləri minimum 439 hs,
maksimum 520 hs; F2 göstəriciləri isə minimum 1104 hs, maksimum 1406 hs
səviyyəsinə yüksəlmişdir (Bax: Qr.: 34,35,45).
Hər bir dildə, o cümlədən Azərbaycan və ingilis dillərində sözün prosodik
vasitələrinin tədqiq edilərək araşdırılmasına ona görə diqqət yetirilmişdir ki, bu
134
problemin həlli, düzgün tələffüz normalarının reallaşmasında həlledici əhəmiyyət
kəsb edir. Azərbaycan auditoriyasında dilöyrənmə və dilöyrətmə prosesində düzgün
tələffüz vərdişlərinin aşılanmasında fonetikanın bu sahəsinin əhəmiyyəti və rolu
böyükdür. Kommunikativ prosesdə prosodik vasitələrdən düzgün istifadə olunması
bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına şərait yaratmışdır. Hər iki
dildə prosodik vasitələrin danışıq aktında müəyyən bir sözü digər sözlərdən
fərqləndirməyə xidmət etdiyi məlum olmuşdur.
Azərbaycan dili materiallarının təhlili əsasında belə bir fakta da aydınlıq gətiril-
mişdir ki, sözün fonetik bütövlüyü yalnız hecalar arasında gücə görə iyerarxik müna-
sibətlər əsasında deyil, saitlərin tembr əlamətlərinin ümumi xüsusiyyətləri ilə gerçək-
ləşir. Bu zaman saitlərin harmoniyası xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dilində
sözün son hecasından çıxış edilərək ona uyğun şəkilçilərin artırılmasını buna misal
göstərmək olar. Məsələn, əkinçiliyimiz; südçülüyün; bitkiçiliyin; qoyunçuluğun və s.
German dilləri qrupunu təmsil edən ingilis dili üçün belə bir qanunauyğunluq
yad xüsusiyyətdir. İki hecalı sözlərin təhlilindən aydın olmuşdur ki, ikinci hecadakı
vurğusuz saitin uzunluğu vurğulu saitə nisbətən uzun, onunla eyni uzunluqda və ya
ondan qısa olmuşdur. Saitin temporal xüsusiyyəti ilə bağlı belə fərq vurğusuz hecanın
növündən (açıq, qapalı), hecanı təşkil edən samit fonemlərin keyfiyyətindən asılı
olmuşdur (´süzmə - süz´mə; ´alma – al´ma). Həm ingilis, həm də Azərbaycan dilində
söz daxilində saitlərin intensivlik xüsusiyyətləri, həmin saitlərin keyfiyyəti ilə bağlı
hadisədir. Hər iki dildə ön sıra saitləri arxa sıra saitlərinə nisbətən intensivliyə görə
zəif olmuşdur.
Eksperiment materialının təhlili onu da deməyə əsas vermişdir ki, ingilis və
Azərbaycan dillərində vurğusuz saitin reduksiya olunması hər iki dildə müşahidə
olunmuşdur. Lakin bu dillərdə vurğulu və vurğusuz hecaların mövqe baxımından
(əvvəl, sonda) fərqli düzülüşü onların prosodik strukturlarında öz ifadəsini tapmışdır.
İngilis dilində vurğu, əsasən birinci heca ilə bağlı hadisə olduğundan reduksiya hadi-
səsi vurğusuz ikinci hecada baş vermişdir /teibl/. Azərbaycan dili materialında isə bu
birinci hecada öz reallığını tapmışdır. Məs.: pişik /p´ık/; ütü /үtü/; kitab /ktab/ və s.
İki hecalı sözlərdə həm ingilis, həm də Azərbaycan dillərində vurğulu hecanın
135
saiti əsas tonun tezliyinə görə vurğusuz heca ilə müqayisədə yüksək olmuşdur.
Məsələn: ´alma – al´ma; ´object – ob´ject.
Çoxhecalı sözlərin prosodik strukturunda isə bu modifikasiya olunmuşdur,
xüsusən Azərbaycan dilində, çünki Azərbaycan dilində sözün heca tərkibi artdıqca,
vurğulu hecanın yeri dəyişir və sona doğru hecaların sayı ilə mütənasib olaraq əsas
tonun tezliyində və intensivlikdə enmə (zəifləmə) baş vermişdir. Bunun üçün /əkin-
çilik/, /bitkiçilik/, /tütünçülük/, /südçülük/, /üzümçülük və s. çoxhecalı sözlərin təhli-
lindən əldə edilmiş faktları nəzərdən keçirmək kifayətdir. Belə vəziyyət Azərbaycan
dilinin də təmsil olunduğu sinharmoniya xarakterli dillərə aiddir. “Bəzən doğru
olaraq aqqlyutinativ dillərdə qrammatik mənaların ifadə olunma prosesini qatara
bənzədirlər. Sözün kökü lokomotiv, şəkilçilər isə ona qoşulan vaqonlar kimidir” [6,
s.278].
Deməli, Azərbaycan dilində sözdə vurğunun yeri sabit olduğundan, o, daima
sözün sonuna doğru hərəkət etmişdir (südçülüyün). İngilis dilində sözün heca
strukturundan asılı olaraq, vurğunun yeri dəyişkən xarakterli olur.
Həm ingilis dilində, həm də Azərbaycan dilində vurğulu sadə sözlər bir vurğu
ilə tələffüz olunur. Məsələn: /´ɔ:də/, /´leıbə/, /´üɔ:tə/, /´sistə/ və s. /də´də/, /´sabah/,
/kükü/, /bibi/, /bütün/ və s.
Təhlildən məlum olmuşdur ki, ingilis və Azərbaycan dillərində vurğu bir çox
isim və feillərin fərqləndirilməsinə xidmət göstərmişdir. Məsələn: Azərbaycan
dilində:
isim feil
/al´ma/ /´alma/
/gə´lin/ /´gəlin/
/süz´mə/ /´süzmə/.
İngilis dilində: /´conduct/ – /con´duct/; /´increase/ – in´crease/ və s.
İngilis dilinin danışıq aktı, ümumiyyətlə istisnalarla zəngindir. Bu hal söz proso-
dikasında da müşahidə olunmuşdur. Sözlərin morfem strukturundan və heca tərkibin-
dən asılı olaraq, ingilis dili sözlərində əsas, köməkçi və sıfır səviyyəli vurğular
işlənmişdir.
136
Azərbaycan dilində söz vurğusu ingilis dilindən fərqli olaraq sabit vurğu olub,
həmişə sözün və ya söz formasının son hecası üzərinə düşür.
“İngilis və Azərbaycan dillərinin materialı üzrə aparılan təhlillər göstərir ki,
sözün prosodik xüsusiyyətləri bir çox amillərlə bağlıdır. Bura sözün heca tərkibi,
morfem xüsusiyyətləri, ritmi, vurğusu və tempi daxildir. Bu amillərdə baş verən
dəyişiklik sözün prosodik xüsusiyyətində də dəyişiklik yaradır” [30, s.214].
Deməli, hər iki dildə prosodiya məsələsinin fərqli və oxşar cəhətlərə vardır və
bir daha qeyd etmək istərdim ki, dildə vurğunun əsas məqsədi nitqdə əsas sözü üzə
çıxartmaqdı. Hansı dildə olursa olsun vurğu danışanla dinləyən arasında anlama
xidmət edən əsas fonetik vasitədir.
137
NƏTİCƏ
Söz prosodikasına dair mövcud linqvistik nəzəri ədəbiyyatın təhlilindən, eləcə
də ingilis və Azərbaycan dillərinin materialı əsasında sözün prosodikasına dair
aparılmış eksperimental təhlillərdən çıxış edilərək, əldə edilmiş nəticələr aşağıdakı
formada ümumiləşdirilmişdir:
1. Danışıq dili zaman fenomeni baxımından müxtəlif səviyyələrdə olduğundan,
bununla bağlı bəzi problemlər, o cümlədən sözün prosodik strukturunu formalaşdıran
prosodik vasitələrin kommunikativ prosesdə informasiyanın ötürülməsinə xidmət
edir.
2. İnsanlar arasında ünsiyyətə xidmət edən hər bir vahid, eləcə də sözlər diskret
vahidlərin ardıcıl düzülüşündən və onların bir bütöv halında formalaşmasına xidmət
edən prosodik vasitələrdən (vurğu, əsas tonun tezliyi, intensivlik, temporallıq, temp,
ritm və s.) ibarətdir.
3. Sözlərin fonem tərkibindən və heca strukturlarından asılı olaraq, onların
prosodik strukturları variasiya olunmuşdur. Sözün, başa düşülməsi, prosodik vasitə-
lərsiz qeyri-mümkündür, çünki danışan və ifadə olunan prosodik vasitələrlə tanınır.
4. Ünsiyyət iştirakçılarına dilin leksik və qrammatik strukturları ilə yanaşı
prosodik xüsusiyyətləri də bələd olmalıdır, çünki, həm adresant, həm də adresat
kommunikativ prosesdə informasiyanın ötürülməsi üçün lazımi prosodik vasitələrdən
düzgün istifadə etməyi bacarmalıdır, çünki bu keyfiyyət düzgün tələffüz normasının
göstəricidir. Hər iki dildə prosodik vasitələr danışıq aktında müəyyən bir sözü digər
sözlərdən fərqləndirməyə xidmət edir.
5. İngilis və Azərbaycan dillərində prosodik vasitələr daxilində həlledici rol
oynayan söz vurğusu dinamik-melodik əlamətli vurğu kimi səciyyələnmişdir. Dildə
sözün prosodik strukturu onun aksent xüsusiyyətləri ilə əlaqəlidir və vurğulu hecanın
sözün strukturunda hansı mövqedə (əvvəldə, ortada, sonda) işlənməsindən asılı olaraq
prosodik vasitələrin təsirində variasiya müşahidə olunmuşdur.
6. Prosodik vasitələr bütövlükdə aid olduqları dil vahidlərinin prosodik struk-
138
turunu təşkil edir, seqment vahidlərdən və sözlərdən kənarda təcrid edilmiş şəkildə
mövcud olmur. Seqment vahidlərin və sözün olmasıprosodik vasitələrin olmasına
zəmin yaradır. Söz müstəqil leksik vahid kimi işləndikdə özünə xas prosodik
strukturu qoruyub saxlayır, lakin söz başqa leksik vahidlərin tərkib elementi kimi
çıxış etdikdə (ək- əkinci-əkinçilik, süd-südçü-südçülük, black-blackbird, book-
bookseller, The book is new// və s.) sözün məna və funksional xüsusiyyətləri
dəyişdiyi kimi, onların prosodik keyfiyyətləri dəyişir.
7. İngilis və Azərbaycan dillərində söz daxilində saitlərin intensivlik qiymətləri
həmin saitlərin keyfiyyəti ilə bağlı hadisədir. Hər iki dildə ön sıra saitləri arxa sıra
saitləri ilə müqayisədə intensivlik parametrinə görə zəif olmuşdur.
8. İngilis və Azərbaycan dillərində vurğulu və vurğusuz hecaları mövqe baxı-
mından (əvvəldə, sonda) söz daxilində fərqli düzülüşü onların prosodik struktur-
larında öz ifadəsini tapmışdır. İngilis dilində vurğu, əsasən, birinci heca ilə bağlı
olduğundan reduksiya hadisəsi növbəti vurğusuz hecalarda baş vermişdir (/´teıbl/).
Azərbaycan dilində vurğu sözün son hecası ilə bağlı olduğundan reduksiya hadisəsi
sözəvvəli mövqedə baş vermişdir. Məs.: /p´ık/ (pişik), /´tü/ (ütü); /k´tab/ (kitab).
139
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1. Abdullayev, Ə.Ə. Mətn, məna və anlama (kommunikativ – koqnitiv təhlil) /
Ə.Ə.Abdullayev. – Bakı: BDU, – 2001.– 56 s.
2. Abdullayev, K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri
/K.M.Abdullayev. –Bakı: Maarif, –1998. – 284 s.
3. Abdullayev, Ş.M. Azərbaycan dilində söz vurğusunun təbiəti //–Bakı: ADU,
Elmi xəbərlər. Dil və ədəbiyyat seriyası, –1964. №5, – s.79-85.
4. Axundov, A. Azərbaycan dilinin izahlı lüğəti / A.Axundov. – Bakı: Elm, –
2005. – 451 s.
5. Axundov, A. İngilis və Azərbaycan dillərində vurğunun ritmo-melodik
xüsusiyyətləri / A.Axundov, S.Babayev, F.Zeynalov. –Bakı: ADU nəşriyyatı, – 1996.
–257 s.
6. Axundov, A. Müasir Azərbaycan dilinin fonetikası /A.Axundov. –Bakı:
Maarif, – 1984. –391 s.
7. Axundov, A. Ümumi dilçilik / A.Axundov. –Bakı: Maarif, – 1988. –222 s.
8. Alırzayeva, K.A. İngilis və Azərbaycan dillərində sözün fonetik strukturunun
müqayisəli tədqiqi:/ filologiya üzrə fəlsəfə doktoru dissertasiyanın avtoreferatı /–
Bakı, 2012. –20 s.
9. Aslanov, F.Ə. Fonetik tədqiqatlarda eksperimentin tətbiqinə dair bəzi qeydlər.
/ “Ümumi dilçilik, Azərbaycan dilçiliyi ...” / F.Ə.Aslanov.– Bakı: Mütərcim, –2003.
– s.44-47.
10. Aslanov, F.Ə. Müxtəlif sistemli dillərin prosodik xüsusiyyətlərinə dair bəzi
fikirlərə münasibət (Alman və Azərbaycan dillərinin materialları əsasında) / Tətbiqi
dilçiliyin müasir problemləri, –Bakı: Mütərcim, –2013. – s.262-264.
11. Azərbaycan dilini orfoqrafiya lüğəti: / – Bakı: Lider, –2004.–726 s.
12. Babayev, S.M. Nitq prosesində struktur sintaktik və fonoloji semantik
/S.M.Babayev.–Bakı: –2003. –s.15-20.
13. Cavadov, Ə.M. Mətn və cümlədə sözlərin sırası // –Bakı: AMEA-nın
xəbərləri, Ədəbiyyat, Dil və İncəsənət seriyası, –1978. №4, – s. 32-35
140
14. Cəfərov, A. Müxtəlifsistemli dillərdə qohumluq terminləri (ingilis,
Azərbaycan və rus dillərinin materialı əsasında): /filologiya elmlər namizədi
dissertasiyasının avtoreferatı) / – Bakı, 2002. –26 s.
15. Cəfərov, S. Müasir Azərbaycan dili / S.Cəfərov.– Bakı: Maarif, – 1982. –
216 s.
16. Cəlilov, F.A. Azərbaycan dilinin morfonologiyası / F.Cəlilov. – Bakı:
Maarif, – 1988. –286 s.
17. Dəmirçizadə, Ə. Azərbaycan dilinin üslubiyyatı /Ə.Dəmirçizadə. – Bakı:
Azərtədrisnəşr, – 1962. –271 s.
18. Dəmirçizadə, Ə. Müasir Azərbaycan dili / Ə.Dəmirçizadə. – Bakı: Maarif, –
1972. – 307 s.
19. Dilçilik ensiklopediyası:[2 cilddə]. / prof. F.Veysəllinin redaktəsi ilə. – Bakı:
Mütərcim, – c.1. – 2006. – 514 s.
20. Dilçilik ensiklopediyası:[2 cilddə]. / prof. F.Veysəllinin redaktəsi ilə. – Bakı:
Mütərcim,– c.2. – 2008. –526 s.
21. Əfəndiyeva, T. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri /
T.Əfəndiyeva. – Bakı: Nurlan, –2007. –184 s.
22. Hacıyeva, Ə.H. İngilis və Azərbaycan dillərində somatik frazeologizmlərin
struktur-semantik xüsusiyyətləri /Ə.H.Hacıyeva. – Bakı: Nurlan, – 2004. –192 s.
23. Həsənov, H. Müasir Azərbaycan dilinin leksikası / H.Həsənov. – Bakı:
Maarif , –1988. –306 s.
24. Hüsənoğlu,F. Dil və real gerçəklik: sistem və struktur
münasibətləri/F.Hüsənoğlu. – Bakı: Mütərcim, – 1999. – 246 s.
25. Kazımov,Q.Ş. Müasir Azərbaycan dili / Q.Ş.Kazımov. – Bakı: Təhsil, –
2007. – 496 s.
26. Koseriu, E. Ümumi dilçiliyə giriş / E.Koseriu. – Bakı: Mütərcim, – 2006. –
248 s.
27. Qaragözova, S.H. Hecanın bəzi xüsusiyyətlərinə dair (İngilis və Azərbaycan
dillərinin materialları əsasında) // – Bakı: Humanitar elmlərin öyrənilməsinin aktual
problemləri, – 2010. №6. – с.44-48.
141
28. Qaragözova, S.H. İngilis və Azərbaycan dillərində danışıq aktının dərk
olunmasında prosodik vasitələrin rolu // “Xarici Dillərin Tədrisinin Aktual
Problemləri” mövzusunda IV Respublika Elmi Konfransının Materialları, – Bakı: –
18–19 may, – 2011, – s. 98-99
29. Qaragözova, S.H.Mətn dilçiliyində prosodik amillərin struktur-semantik
öyrənilməsi və koqnitiv, dil, kommunikativ informasiyaların bu sahədə rolu və
əhəmiyyəti // – Bakı: Filologiya məsələləri, – 2019. № 3, – s. 158-162.
30. Qaragözova, S.H. Müxtəlifsistemli dillərdə sözün prosodik xüsusiyyətlərinə
dair (İngilis və Azərbaycan dillərinin materialları əsasında) // “Mədəniyyətlərarası
dialoq: Linqvistik, Pedaqoji və Ədəbi aspektlər” mövzusunda Beynəlxalq Elmi
Konfransın Materialları, – Bakı: – 25–27 noyabr, – 2010, – s. 213-214.
31. Qaragözova, S.H.Prosodiyanın təsir sahəsinə dair // – Bakı: Filologiya
məsələləri, – 2014. № 8, – s. 303-309.
32. Qaragözova, S.H. Söz fonologiyasına dair bəzi qeydlər (İngilis və
Azərbaycan dillərinin materialları əsasında) // – Bakı: ADU, Elmi Xəbərləri, – 2011.
№ 2, – s. 126-130.
33. Qurbanov, A.M. Müasir Azərbaycan ədəbi dili /A.M.Qurbanov. –Bakı:
Nurlan, – 2003. –450 s.
34. Mahmudov, Ə.R. Sözün quruluşu /Azərbaycan dilinin qrammatikası, –Bakı:
Maarif, – h.1.–1951, –327 s.
35. Musayev, O. İngiliscə-azərbaycanca lüğət / О.Musayev. – Bakı: Şərq-Qərb,
– 2003. – 1674 s.
36. Musayev, O. (Türksevər). İngilis dilinin qrammatikası / O.Musayev. – Bakı:
Qismət, – 2007. – 587 s.
37. Müslümova, G.S. İngilis və Azərbaycan dillərində modallıq intonasiyasının
qarşılıqlı-müqayisəli təhlili: / Filologiya üzrə fəlsəfə doktoru dissertasiyasının
avtoreferatı) / – Bakı, 2013. –19 s.
38. Rəcəbov, Ə.Ə. Dilçilik tarixi / Ə.Ə.Rəcəbov. – Bakı: Maarif, –1988. – 542 s.
39. Səlimova, S.İ. Müasir ingilis və Azərbaycan dillərində hecanın struktur-
prosodik təhlili: / Filologiya üzrə fəlsəfə doktoru dissertasiyasının avtoreferatı) / –
142
Bakı, 2012. –24 s.
40. Sössür, F. Ümumi dilçilik kursu / F.Sössür. – Bakı: BDU, –2003. – 407 s.
41. Trubeskoy, N.S. Fonologiyanın əsasları / N.S.Trubeskoy. (Almancadan
tərcümə, “Son söz” və “Qeydlər” prof. F.Yadigarındır). – Bakı: Mütərcim, –2001. –
380 s.
42. Verdiyeva, Z. Azərbaycan dilinin semasiologiyası / Z.Verdiyeva,
F.Ağayeva, M.Adilov. – Bakı: Maarif, –1979. –306 s.
43. Veysəlli, F.Y. Azərbaycan dilində sözün prosodik modelinin ikizirvəliliyinə
dair // Dil, ədəbiyyat və onların tədrisi metodikasının aktual problemləri. –Bakı:
Mütərcim, – 2008, –s. 176-182.
44. Veysəlli, F.Y. Azərbaycan dilinin orfofoniyası haqqında // –Bakı:
Azərbaycanda xarici dillər, – 2015. №1, – s.6-14.
45. Veysəlli, F.Y. Dil / F.Y.Veysəlli. – Bakı: Təhsil, – 2007. – 291 s.
46. Veysəlli, F.Y. Dilçiliyin əsasları / F.Y.Veysəlli. –Bakı: Mütərcim, –2013. –291
s.
47. Veysəlli, F.Y. Struktur dilçiliyin əsasları / F.Y.Veysəlli. –Bakı: Təhsil, – 2005.
– c.1. – 417 s.
48. Veysəlli, F.Y. Struktur dilçiliyin əsasları / F.Y.Veysəlli. –Bakı: Mütərcim, –
2008. – c.2. – 307 s.
49. Veysəlli, F.Y. Struktur dilçiliyin əsasları / F.Y.Veysəlli. – Bakı: Mütərcim, –
2009. – c.3. – 269 s.
50. Vəliyeva, N.Ç. Müasir Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmə-
lərin milli və beynəlmiləl xüsusiyyətləri və onların nitqdə işlənməsinə təsiri /
N.Ç.Vəliyeva. – Bakı: Nurlan, –2001. –164 s.
51. Yadigar, F. Fonetika və fonologiya məsələləri / F.Yadigar. – Bakı: Mütərcim –
1993. –194 s.
52. Yadigar, F. German dilçiliyinə giriş / F.Yadigar. – Bakı: Təhsil, – 2003. – 408
s.
53. Yunusov, D.N. Qənaət prinsipi və onun dil və danışıqda təzahürü //
Dil,ədəbiyyat və onların tədrisi metodikasının aktual problemləri, – Bakı: Mütərcim, –
143
2008, – s.133-148.
54. Yunusov, D.N. Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin varia-
tivliyi / D.N.Yunusov. – Bakı: Mütərcim, – 2005. – 351 s.
55. Yunusov, D.N. Müqayisəli tipologiya / D.N.Yunusov. –Bakı: Mütərcim, –
2012. –180 s.
56. Zeynalov, F.H. Dillərin quruluş müxtəlifliyi və ritmik strukturların izomorfluğu
problemi:/ Filolologiya elmləri doktoru dissertasiyasının avtoreferatı / –Bakı, 2001. – 57
s.
57. Zeynalov, F.H. Ritmik-melodik və funksional səviyyələrdə izomorfluq. // Dil,
kristal, mədəniyyət. Beynəlxalq elmi konfrans. – Bakı: BSU, – 2006, – s.116-122.
58. Zeynalov, F.H. Ritm tipləri iyerarxiyası və funksiyaları // Dil, ədəbiyyat və
onların tədrisi metodikasının aktual problemləri, – Bakı: Mütərcim, – 2008, – s.148-160.
59. Абдуллаев, Ш. Место и природа словесного ударения в современном
азербайджанском языке: / Автореферат диссертации … кандидата
филологическихнаук) / – Баку,1964.–18 с.
60. Алекберли, Г. Природа ударения слова в азербайджанском ирусском
языках // Ученые записки АГУ, –1949, –с.69-84.
61. Антипова, А.М. Ритмическая система английской речи / А.М.Антипова.
– Москва: Высшая школа, – 1984. –119 с.
62. Антипова, А. Ритм как компонент интонации // Интонация, – Киев: Изд-
во КГУ, – 1978, –с. 206-219.
63. Аракин, В.Д. Сравнительная типология английского и русского языков /
В.Д.Аракин.– Ленинград: Просвещение, –1979. –260 с.
64. Арнолд, И.В. Лексикология современного английского языка
/И.В.Арнолд. – Москва: Изд-во Литературы на иностранных языках, –1959.–351
с.
65. Ахманова, О.С. Словарь лингвистических терминов / О.С.Ахманова. –
Москва: Сов. Энциклопедия, – 1966.–607 с.
144
66. Баранникова, Л.И. Основные сведения о языке / Л.И.Баранникова. –
Москва: Просвещение, – 1982. –112 с.
67. Барышникова, К.К.О просодемах вопроса и утверждения /
К.К.Барышникова,С.М.Гайдучик // –Berlin:ZeitschriftfürPhonetik, –1969.T.22/4, –
с.321-334.
68. Барышникова, К.К. О просодических единицах речи / К.К.Барышникова,
С.М.Гайдучик //Экспериментальная фонетика. Сб.науч.тр., – Минск:– 1972. –с.3-
17.
69. Баскаков, Н.А.Введение в изучение тюркских языков. – Москва: Высшая
школа, –1969. –383 с.
70. Бенвенист, Э. Общая лингвистика / Э.Бенвенист. – Москва: Прогресс, –
1974.–447 с.
71. Блумфильд, Л. Язык /Л.Блумфильд. – Москва: Прогресс, – 1968. –606 с.
72. Болинджер,Д.Интонация как универсалия // Принципы типологического
анализа языков различного строя. – Москва: –1972, – с.214-230
73. Большой оксфордский толковый словарь английского языка: / Подред.
А.Делаханти и Ф.Макдональдо.– Москва:Астрель АСТ, –2005. – 807 с.
74. Большой энциклопедический словарь: / Авт. А.М.Прохоров. –2-е изд. –
Москва: Норинт, – 2004. – 1456 с.
75. Бондарко, Л.В. Звуковой строй современного русского языка
/Л.В.Бондарко. – Москва: Просвещение, –1977. – 175 с.
76. Бондарко, Л.В. Фонетическое описание языки и фонологическое
описание речи /Л.В.Бондарко. – Ленинград: –1981.–200 с.
77. Бранко, Т. Корреляционная грамматика сербского-хорватского и
бошняцкого языков / Т.Бранко. – Москва: – 2011.–640 с.
78. Бровченко, Т.А. О просодике коммуникативных единиц
монологической речи // Интонация,– Киев: Вища школа, – 1978.– с.88-103.
79. Бюлер, К. Теория языка / К.Бюлер. – Москва: Прогресс, – 2000.– 502 с.
80. Васильев, В.А., и др. Фонетика английского языка: норматиный курс:
учебник / В.А.Васильев и др.– Москва: Высшая школа, – 1980. – 256 с.
145
81. Вейсалов, Ф.Я. Анализ данных опыта по восприятиюзавершающей
интонации немецкого языка // Ученые записки АПИИЯ им. М.Ф.Ахундова, –
1973. №1, – с. 43-53.
82. Вейсялли, Ф.Я. Фонетический строй современного азербайджанского
языка /Ф.Я.Вейсялли. – Баку: Мутарджим, – 2013. – 144 с.
83. Виноградов, В.В. Русский язык / В.В.Виноградов. – Москва: Высшая
школа, – 1972.– 614 с.
84. Виноградов, В.В. Русский язык /В.В.Виноградов. – Москва: – 1985.– 203
с.
85. Гайыбова, М.Т. Текст и культура / Dil, ədəbiyyat və onların tədrisi
metodikasının aktual problemləri, – Bakı: Mütərcim, – 2008, – s. 84-89
86. Гарагезова, С. Просодическое средства и их особенности // XXVI
Международная научно-практическая конференция “Advances in science and
technology”. Сборник статей, – Москва: – 31 октября, – часть II, – 2019, – с.55-56.
87. Гарагезова, С. Роль просодических средств в опознавании выражаемого
и говорящего // Филологични науки сборник науковых правь, – 2015. № 20, –
c.111-115.
88. Глисон, Г.Введение в дескриптивную лингвистику /Г.Глисон.– Москва:
Изд.-во иностр. литературы, – 1959. – 486 с.
89. Даль, В. Толковый словарь живого великорусского языка / В.Даль.–
Москва: Издание типографа М.О.Волфа,– т.2. – 1882. – 555 с.
90. Джунисбеков, А.Просодика слова в казахском языке /А.Джунисбеков. –
Алма-ата: Наука, – 1987. – 91с.
91. Дубовский, Ю.А. Вопросы просодии устного текста / Ю.А.Дубовский. –
Минск: Вышэйшая школа, –1975.–295 с.
92. Дубовский, Ю.А. Просодические контрасты в языке /Ю.А.Дубовский. –
Симферополь: СГУ, – 1983.–94 с.
93. Ермолович, Д.И. Новый большой русско-английский словарь /
Д.И.Ермолович, Т.М.Красавина. – Москва: Русский язык – медиа, – 2008. – 1524
с.
146
94. Жинкин, Н.И. Речь как проводник информации / Н.И.Жинкин. –
Москва: Наука, – 1982.– 160 с.
95. Жунисбек, А.Введение в сингармоническую фонетику /А.Жунисбек. –
Алматы: Арыс, – 2009.– 109 с.
96. Зиндер, Л.Р. Лингвист-теоретик и педагог / Л.Р.Зиндер, Ю.С.Маслов,
Л.В.Щерба. – Ленинград: Наука, – 1982.– 104 с.
97. Зиндер, Л.Р. Общая фонетика /Л.Р.Зиндер. – Москва: Высшая школа, –
1979.– 312 с.
98. Златоустова, Л.В. Фонетическая природарусского словесного
ударения: /Автореферат диссертации … кандидата филологических наук /–
Ленинград, 1953. – 15 с.
99. Иванова, И.П. Теоретическая грамматика современного английского
языка / И.П.Иванова, В.В.Бурлакова, Г.Г.Почепцов. – Москва: Высшая школа, –
1981. – 285 с.
100. Иванов, А.Словарь фонетико-метрической терминологии /А.Иванов. –
Москва: Академия, – 2005. – 1183 с.
101. Карандеева, Л.Г. Ситуативно-обусловленная вариативность
просодических характеристик директивных иллокутивов: Экспериментально-
фонетическое исследование на материале современного немецкого
языка /Л.Г.Карандеева. –Тамбов: – 2006.– 201 с.
102. Касевич, В.Б. Фонологические проблемы /В.Б.Касевич. – Москва: –
2013.
103. Кодзасов, С.В. Пространство просодическихвозможностей и акцентная
эволюция // Славистика.Индоевропеистика.К 60-летию со дня рождения
В.А.Дыбо – Москва: – 1991, – с.108-112.
104. Кравченко, М.Г. и др. Ударение и интонация в немецком языке
/М.Г.Кравченко и др.– Ленинград: Просвещение, – 1973. –288 c.
105. Краев, А.Ю. Фразовая просодия слова в современном английском языке:
системно-синергетический подход (экспериментально-фонетическое исследова-
ние): / Автореферат диссертации … кандидата филологических наук / – Иркутск,
147
2005.– 24 с.
106. Левковская, К.А.Теория слова.Принципы ее построения и аспекты
изучения лексического материала / К.А.Левковская. – Москва: Высшая школа, –
1962.– 296 с.
107. Лингвистический энциклопедический словарь / Гл.ред. В.Н.Ярцева. –
Москва: Советская энциклопедия, – 1990, – 688 с.
108. Маслов, Ю.С. Введение в языкознание /Ю.С.Маслов. – Москва:
Высшая школа, – 1975. – 327 с.
109. Матезиус, В. Язык и стиль // Пражский лингвистический кружок,–
Москва: Прогресс, –1989. – с.444-524.
110. Матусевич, М.И. Введение в общую фонетику /М.И.Матусевич. –
Ленинград:Учпедгиз, – 1948.– 103 с.
111. Матусевич, М.И. Современный русский язык. Фонетика
/М.И.Матусевич. – Москва: Прoсвещение, – 1976. – 288 с.
112. Медникова, Э.М. Значение слова и методы его описания /
Э.М.Медникова. – Москва: Высшая школа, – 1974.– 202 с.
113. Мюллер, В. Новый англо-русский словарь / В.Мюллер. – Москва:
Диалог, – 2004. – 892 с.
114. Ожегов, С.И. Толковый словарь русского языка / С.И.Ожегова,
Н.Ю.Шведова. – Москва: Изд-во Азь, – 1992. – 944 с.
115. Пауль, Г. Принципы истории языка / Г.Пауль. – Москва: Изд-во
иностранной литературы, – 1960. –500с.
116. Пиотровский, Р.Г. Математическая лингвистика / Р.Г.Пиотровский. –
Москва: Высшая школа, – 1977. – 383 с.
117. Поладова, С.Э. Фонема /С.Э.Поладова. – Баку: Мутарджим, – 2009.– 87
с.
118. Реформатский, А.А. Фонологические этюды / А.А.Реформатский. –
Москва: Наука, – 1975.– 133 с.
119. Сепир, Е. Избранные труды по языкознанию и культурологии /Е.Сепир.
– Москва: Прогресс, – 2002. – 654 с.
148
120. Смирницкий, А.И. Kурс фонетики современного английского языка
/А.И.Смирницкий. – Москва: – 1956. – 91 с.
121. Смирницкий, А.И. Лексикология английского языка /А.И.Смирницкий.
– Москва: Изд-во литературы на иностр. языке, – 1956.– 260 с.
122. Смирницкий, А.И. Морфология английского языка /А.И.Смирницкий. –
Москва: Изд-во литературы на иностр. языке, – 1959. – 439 с.
123. Соссюр, Ф. Труды по языкознанию /Ф.Соссюр. – Москва: Прогресс, –
1977. – 695 с.
124. Степанов, Ю.С. Основы общего языкознания /Ю.С.Степанов. – Москва:
Просвещение, – 1975.– 271 с.
125. Сусов, И.П. Введение в языкознание /И.П.Сусов. – Москва: Восток –
Запад, – 2006.– 382 с.
126. Торсуев, Г.П. Вопросы фонетической структуры слова /Г.П.Торсуев. –
Москва-Ленинград: Наука, – 1962.– 100 с.
127. Торсуев, Г.П. Проблемы теоретической фонетики и фонологии
/Г.П.Торсуев. – Ленинград: – 1969.– 100 с.
128. Торсуев, Г.П. Фонетика английского языка /Г.П.Торсуев. – Москва:
Изд-во литературы на иностранных языках, – 1950.– 331 с.
129. Функциональная просодия текста (сб. статей) / – Москва: МГПИИЯ, –
1981, – 256 с.
130. Чейф Уоллес, Л. Значение и структура языка/Л.Чейф Уоллес. – Москва:
Прогресс, – 1975.– 432 с.
131. Щерба, Л.В. Избранные работы по русскому языку /Л.В.Щерба. –
Москва: Учпедгиз, – 1957. – 187 с.
132. Щерба, Л.В.О трояком аспекте языковых явлений и об эксперименте в
языкознании // Хрестоматия по истории языкознания ХIХ – ХХ веков. – Москва:
Уч.пед. изд-во, – 1956, – с.252-264.
133. Щерба, Л.В. Языковая система и речевая деятельность /Л.В.Щерба. –
Ленинград: Наука, – 1974.– 428 с.
149
134. Alan, H. Sommerstein. Modern Phonology /H.Alan. – London: Arnold, –
1977. –282 p.
135. Alkon, Paul K. Joshua Steele and the melody of speech//Language and
Speech, – 1959. № 2, – pp. 154-174
136. Allen, G.D.Speech rhythm: its relation to performance universals and
articulatory timing//Journal of Phonetics, – 1975. № 3, – pp.75-86
137. Anthony, F. Prosodie Features and Prosodie Strukture: The Phonology of
Suprasegmentals / F.Anthony. – Oxford: OxfordUniversity Press, – 2000. –401 p.
138. Arnold, Gordon F. Stress in English words // Lingua – 1957.№ 6, –pp.221-
267
139. Babayev, S.M. English Phonetic’s / S.M.Babayev, M.G.Qarayeva. – Bakı:
– 2005. –322 s.
140. Babayev, S.M. Phonetic /S.M.Babayev, M.G.Garayeva. –Baku: Maarif, –
2004. –203 p.
141. Bickmore, Lee S.Tone and Stress in Lamba// Phonology, –1995.№ 12, –
pp.307-341
142. Bieleckij, A.A. Akzentologische Voraussetrzungen der Theorie der
indoeuropäischen Wurzeln/Aktuelle Probleme der gegenwärtigen Germanistik, Verlag
der KIEWER universität, –1975, –s. 10-28
143. Bolinger, D.L. A Theory of Pitch Accent in English // Word, –1958. v.14,№
2/3, – s.109-149
144. Bolinger, D.L. Stress and information //American Speech, –1958.№33, –pp.5-
20
145. Bresnan, J.Sentence stress and syntactic transformations //Language, –
1971.№47, – pp.257-281
146. Coseriu, E. Sprachkompetenz / E.Coseriu. – Stuttgart: UTB. – Francke, –
1980.–299 s.
147. Crystal, D. English as a Globel Language /D.Crystal. –
Cambridge:Cambridge University Press, –2002. – 150 p.
150
148. Crystal, D. Prosodic Systems and Intonation in English / D.Crystal. –
Cambridge: Cambridge University Press, –1969.–381 p.
149. Cygan, G. Aspects of English Syllable Structure /G.Cygan. – Wroclaw:
Ossolineum, –1971. –146 p.
150. Dauer , R.M. Stress – timing and syllable – timing reanalysed //Journal of
Phonetics,–1983.№ 11, –pp. 51-62
151. Dikushina, O. English Phonetic’s /O.Dikushina. – Mосква: Просвещение,–
1965.–202 p.
152. Fox, A. Aspects of Prosodic typology //Working Papers in Linguistics and
Phonetics, –University of Leeds, –1985.–pp.60-119
153. Fox, A. Tone sequences in English // Archivum Linguisticum, –1973.4, –
pp.17-26
154. Fry, D.B. Duration and intensity as physical correlates of linguistic stress
//Journal of the Acoustical Society, – 1955. vol.27,№ 4, –pp.765-768
155. Gimson, A.C. The linguistic relevance of stress in English // Zeitschrift für
Phonetik, –1956. 2, –pp.113-149
156. Gimson, A.C. Towards an International Pronunciation of English / In
Strevens, Peter (ed.) In Honour of A.S. Hornby, – Oxford: Oxford University Press,–
1978, –p.45-53.
157. Gleason, H.A. Jr. Linguistics and English Grammar /H.A.Gleason Jr.–
London:– 1965.–518 p.
158. Goldsmith, J.A. Tone and accent and getting the two together //Proceedings of
the 13th Annual Meeting of the Berkeley Linguistics Society, –1987.–pp.88-104
159. Günther, C. Prosodie und Sprachproduktion /C.Günther.– Tübingen:
Niemeyer, – 1999.–285 seit.
160. Harro, G. Einführung in die germanistische Linguistik /G.Harro.–München:
Judicium Verlag,–1990.–270 seit.
161. Hart, J. Integrating different levels of intonation analysis / J.Art, R.Collier
//Journal of Phonetics, – 1975. № 3, –pp.235-255
162. Haugen, E. Phoneme or prosodeme // Language, –1949. 25, – pp.278-282
151
163. Hewson, J. Stress in English: four levels or three? // Canadian Journal of
Linguistics, –1980. 25, – pp.197-203.
164. Hirst, D.J. A distinctive feature analysis of English intonation // Linguistica, –
1976. 168, – pp.27-42.
165. Hirst, D.J. Structures and categories in prosodic representations // In A Cutler
and D.R.Ladd (eds.), Prosody, –1983.– pp.93-109
166. Hornby, A.S. Oxford Advanced Learner’s Dictionary of Current English /
A.S.Hornby. – Oxford:Oxford University press, –1982.– 527 p.
167. Jespersen, O. Lehrbeede der Phonetik / O.Jespersen. – Berlin: B.G. Teubner, –
1926.– 258 p.
168. Jones D. An outline of English phonetics /D.Jones. –Cambridge: G.E.Stechert
& Co., –1922.–246 p.
169. Katz, J.J., Fodor J.A. The Structure of Semantic Theory / J.J.Katz,
J.A.Fodor //Language, – 1963. vol. 39, No 2, – pp.170-210
170. Kohler, K.J. Einführung in die Phonetik des Deutschen / K.J.Kohler. – Berlin:
E.Schmidt Verlag, –1995.–249 s.
171. Ladefoged, P. Stress and respiratory activity // In three areas of experimental
phonetics, –London: Oxford University Press, –1967. – pp.3-49.
172. Leben,W.R. The tones of English intonation // Linguistic Analysis,–1976. 2, –
pp.69-107
173. Leontyeva,S.F. A theoretical Course of English Phonetic’s /S.F.Leontyeva. –
Mосква:Высшаяшкола, –1988.–272 с.
174. Lexikon sprachwissenschaftlicher Termini / Hrsg. R. Conrad. – Leipzig, VEB
Verlag, –1985, – 281 sei.
175. Liebermann, Ph. On the acoustic basis of the perception of intonation by
linguists // Word, –1965. 21, – pp.40-54
176. Liebermann, Ph. Some acoustic correlates of word stress in American English
// Journal of the Acoustical Society of America,–1960. 35, – pp.344-353
177. Lyons, J. Language and Linguistics /J.Lyons. – London, New
York:Cambridge University Press, – 1981. – 356 p.
152
178. Maas, Utz. Phonologie /U.Maas. – Wiesbaden: Westdeutscher Verlag, –
1999. – 410 sei.
179. Mol, H. The linguistic relevance of intensity in stress / H.Mol,
E.M.Uhlenbeck // Lingua, – 1956.5, – pp.205-213
180. Newman, P. Tone and affixation in Hausa //Studies in African Linguistics, –
1986. 17, – pp. 249-267
181. Palmer, F.R. Prosodic analysis / F.R.Palmer. London:OxfordUniversity Press,
– 1970.– 356 p.
182. Pampino-Marschall, B. Die Silbenprosodie / B.Pampino-Marschall. –
Tübingen: Max Niemeyer Verlag, – 1990. – 270 p.
183. Peperkamp, Sh. Prosodic Words / Glot International, – 1999. 4/4, – pp.15-16
184. Peter, R. English phonetics and phonology / R.Peter. – Cambridge: – 2000. –
283 p.
185. Phonology in the Twentieth Century von Stephen R.Anderson /– Chicago and
London: The University of Chicago Press,– 1985.– 373 p.
186. Prokopova, L. I. Silbenprosodik im Deutschen// Aktuelle Probleme der
gegenwärtigen Germanistik. – Kiew: Verlag der Kiewer Universität, – 1975.– pp.143-
149.
187. Roach, P. English phonetics and phonology /P.Roach. –London:
CambridgeUniversity Press, – 2000.– 283 p.
188. Robins, R.H. Aspects of prosodic analysis //Proceedings of the University of
Durham Philosophical Society I,Series B (Arts),1, – 1957.– pp.1-12
189. Rossi, M. Intonation: Past, Present, Future // Intonation: Analysis, Modelling
and Technology / ed.A.Botinis. – London:– pp.13-52
190. Schane, S.A. Rhythm, accent and stress in English words // Linguistic Inguiry,
– 1979. 10, – pp.483-502.
191. Schönherr,B. Syntax – prosodie-nonverbale Kommunikation / B.Schönherr. –
Tübingen: De Gruyter – 1997. – 233 seiten.
192. Schramm, W.L. The acoustical nature of accent in American speech
//American Speech, – 1937. 12, – pp. 49-56
153
193. Selkirk, E.O.The role of prosodic categories in English word-stress
//Linguistic Inguiry, – 1980. 11, – pp.563-605.
194. Siebs, Th. Deutsche Aussprache. Umgearbeitete Auflage / Th.Siebs. – Berlin:
Walter de Gruyter and Co.,– 1969.– 494 p.
195. Simeon, P. Language in the Modern World / P.Simeon. – London: Andre D. –
1975.– 205 p.
196. Trawer, G.L. The syllabic phonemes of English / G.L.Trawer, B.Bloch
//Language, – 1941. vol.17,No 3, – pp.223-246
197. Trnka, B. A fonological Analysis of Present Day Standard English
/B.A.Trnka. –Tokyo:– 1966.–205 p.
198. Van Essen, O. Allgemeine und angewandte Phonetik / O.Van Essen. Berlin:
Akademie verlag, –1962. – 300 sei.
199. Vejsälli, F. Einführung in die Phonologie / F.Vejsälli. –Baku: Müterdshim,–
2004.– 169 p.
200. Vennemann, Th. Skizze der deutschen Wortprosodie // Zeitschrift für Sprach-
wissenschaft, – 1991. vol. 10, H.1, – sei. 86-111
201. Welmers William, E. Tonemics, morphotonemics and tonal morphemes
//General Linguistics, – 1973.4, – pp.1-9
202. Wirtgenstein, L. Philosophische Untersuchungen / hrsg. Von Eike von
Savigny. – Berlin: Akad. Verlag, – 1998.– 278 p.
203. Wittman, H. The prosodic formatives of modern German //Phonetica, – 1970.
№22, – p.1-10
204. Wörterbuch der deutschen Aussprache / Leipzig: VEB-Verlag,
Bibliographisches Institut, – 1974. – 549 p.
205. Francois. Pellegrino@univ-lyon 2.fr
206. Ru.lingvo. wikia.com/ wiki
194.www. enzyklo.de / Begriff/ Prosodem.
154
İXTİSARLARIN SİYAHISI
C – samit
V – sait
Db – desibel
ƏTT – əsas tonun tezliyi
Hs – hers
X – xəbər
İ – intensivlik
S – saniyə
T – temp
155